Mektebgushesi

Gömrük Akademiyasında İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Dekabrın 27-də Dövlət Gömrük Komitəsinin Akademiyasında böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş ədəbi-bədii tədbir keçirilib. Öncə Azərbaycan Respublikasının Dövlət himni səslənib. Tədbirdə Nəsiminin həyat və yaradıcılığını əks etdirən qısa videoçarx təqdim olunub. Bildirilib ki, Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustalarından olan İmadəddin Nəsimi dünya poeziyasının ən […]

ADU-da “Azərbaycanın Mehriban siması” kitabı təqdim olunub

Dekabrın 27-də Azərbaycan Dillər Universitetində Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya həsr olunan yeni kitabın təqdimat mərasimi keçirilib. “Azərbaycanın Mehriban Siması” adlanan kitabın müəllifi siyasi elmlər doktoru, professor, YAP Siyasi Şurasının üzvü Vaqif Abdullayevdir. ADU-nun Tələbə Həmkarlar Təşkilatının sədri Şahin Sərdarlı qonaqları salamlayıb, onları universitetdə görməkdə məmnun olduğunu bildirib. ADU-nun rektoru, akademik […]

ADNSU-da Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramına həsr olunmuş tədbir keçirilib

Dekabrın 26-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il ilə həsr olunan tədbir keçirilib. Tədbirdə təbrik nitqi ilə çıxış edən ADNSU-nun rektoru, professor Mustafa Babanlı Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramı münasibətilə universitetin əməkdaşlarını və tələbələri ürəkdən təbrik edib. […]

Lənkəranda “Mənəvi dəyərlərimizin qorunması və təbliğində gənclərin rolu” mövzusunda tədbir keçirilib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi və Lənkəran Şəhər Təhsil Şöbəsinin (ŞTŞ) birgə təşkilatçılığı ilə rayonun Velədi kənd ümumi orta məktəbində tədbir keçirilib. “Mənəvi dəyərlərimizin qorunması və təbliğində gənclərin rolu” mövzusunda baş tutan tədbirdə DQİDK-nin Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli, Lənkəran ŞTŞ-nin əməkdaşı Cəmil Axundzadə, məktəbin direktoru Mahizər […]

BSU-da “Həmid Araslı-110” adlı tədbir keçirilib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 11 fevral, 2019-cu il tarixli Sərəncamına əsasən görkəmli ədəbiyyatşünas, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü, Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Həmid Araslının anadan olmasının 110 illiyi ilə əlaqədar olaraq respublikamızda müxtəlif tədbirlərin keçirilməsi nəzərdə tutulub. Bakı Slavyan Universitetində (BSU) Azərbaycan filologiyası fakültəsinin Azərbaycan ədəbiyyatı kafedrasının və Azərbaycan Milli […]

“Gənclərin radikal dini təsirlərdən və zərərli vərdişlərdən qorunmasında mənəvi dəyərlərimizin rolu” mövzusunda tədbir keçirilib.

Dekabrın 26-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi və Lənkəran Şəhər Təhsil Şöbəsinin (ŞTŞ) birgə təşkilatçılığı ilə rayonun R.Dadaşov adına Sütəmurdov kənd tam orta məktəbində “Gənclərin radikal dini təsirlərdən və zərərli vərdişlərdən qorunmasında mənəvi dəyərlərimizin rolu” mövzusunda tədbir keçirilib. Mektebgushesi.az xəbər verir ki, tədbirdə DQİDK-nin Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşları […]

Bakı Ali Neft Məktəbinin nigeriyalı tələblələrinin ifasında “Sarı gəlin”

Bakı Ali Neft Məktəbinin (BANM) nigeriyalı tələblələri Azərbaycanın xalq mahnısı, əfsanəvi “Sarı gəlin”i ifa ediblər. Ötən gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Ali Məktəbdə təşkil olunan tədbirdə Neft-qaz mühəndisliyi ixtisasının 2-ci kurs tələbələri İnyama Somtoçukvu Çidinma, Ezinne Ezuma Cessika, eyni zamanda, Kimya mühəndisliyi ixtisasının 3-cü kurs tələbələri Hüseynli Günel, Əsgərzadə Nilufər xalq […]

BDU-da seminar: “Horizon-2020” proqramlarının imkanları

Bakı Dövlət Universitetində (BDU) Avropa Komissiyasının “Horizon-2020” proqramı üzrə Milli Əlaqələndirici Şəxslər Şəbəkəsi (MƏŞŞ) tərəfindən ümumuniversitet seminarı keçirilib. BDU-dan AZƏRTAC-a bildirilib ki, Təhsil Nazirliyinin dəstəyi, MƏŞŞ üzvləri və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyəti aparatının Beynəlxalq əlaqələr idarəsinin əməkdaşlarının iştirakı ilə keçirilən seminarı universitetin elm və innovasiyalar üzrə prorektoru, professor Aydın Kazımzadə açaraq seminarın əhəmiyyətindən […]

ADU-da Mao Tszedunun nəzəri irsi müzakirə edilib

Azərbaycan Dillər Universiteti (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda Çin dövlətinin yaradıcısı Mao Tszedunun anadan olmasının 126-cı ildönümünə həsr olunmuş “Çində ictimai-siyasi fikir” elmi-tələbə seminarı keçirilib. Açılış nitqi ilə çıxış edən Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov Mao Tszedunun inqilabi dövrünün dövlət quruculuğu və iqtisadi islahatlar üçün möhkəm əsas yaratmağa imkan verdiyini deyərək, ÇXR-in uğurlu uzunmüddətli […]

Füzulinin Böyük Bəhmənli kənd məktəbində İmadəddin Nəsiminin 650 illik yubileyi qeyd edilib

Füzuli rayon Böyük Bəhmənli kənd 2 nömrəli tam orta məktəbdə İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Həsən Rzayev 2019-cu ilin Azərbaycanda “Nəsimi ili” elan olunduğunu və dahi şairin 650 illik yubileyinin dövlət səviyyəsində keçirildiyini qeyd edib. Sonra məktəbin tədris işləri üzrə direktor müavini Nazim Həşimov tədbirin […]

ADU-da dəyirmi masa keçirilib

Dekabrın 25-də Azərbaycan Dillər Universitetində ADU YAP ilk ərazi təşkilatı, Beynəlxalq Münasibətlər kafedrası və Azərbaycanşünaslıq Elmi Tədqiqat Laboratoriyasının təşkilatçılığı ilə “Müasir Azərbaycan beynəlxalq münasibətlər sistemində: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev faktoru” mövzusunda dəyirmi masa keçirilib. Tələbələrlə iş və tərbiyə şöbəsinin müdiri, ADU YAP ərazi təşkilatının sədri Sərraf Hüseynov dəyirmi masa iştirakçılarını salamlayıb, tədbirin əhəmiyyətindən danışıb. […]

ADNSU-da “Stressin idrə olunması” mövzusunda təlim keçirilib

Dekabrın 25-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Stressin idarə olunması” mövzusunda təlim keçirilib. Təlim-seminarda psixoloq Zöhrə Məlikova tələbələrə stress, stressin bioloji və psixoloji təsirləri və həmçinin stressi idarə etmə yolları haqqqında məlumat verib və öz təcrübəsini bölüşüb. Stress yaradan vəziyyətlərdən danışan təlimçi, xüsusən də imtahanlarda streslə başa çıxma və stressin idarə olunması yollarından […]

“Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər” mövzusunda konfrans

Dekabrın 24-də Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə “Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər” mövzusunda konfrans keçirilib. Konfransda çıxış edən Baş Nazirin müavini, YAP Sədrinin müavini-icra katibi Əli Əhmədov partiyanın ənənəvi olaraq ilin sonuna yaxın bu və ya digər əhəmiyyətli mövzularla əlaqədar konfrans keçirdiyini, fikir mübadiləsi apardığını diqqətə çatdırıb. Konfransın mövzusunun təhsil sahəsi ilə bağlı […]

İsmayıl Şıxlının 100 illiyinə həsr olunan tədbir keçirilib

TEAS Press Nəşriyyat Evinin əmtəə nişanı olan “3 alma”nın təşkilatçılığı ilə Avropa Azərbaycan Məktəbində Azərbaycanın xalq yazıçısı, publisist İsmayıl Şıxlının 100 illiyinə həsr olunan növbəti tədbir keçirilib. Məktəbin müəllim və şagird heyətinin iştirak etdiyi tədbirdə yazıçının övladları Elçin və Fərrux Şıxlı, həmçinin uşaq yazıçıları Zahid Xəlil, Reyhan Yusifqızı və Mürşüd İsmayılzadə də iştirak edib. Tədbir […]

Mərkəzi Elmi Kitabxana fəaliyyətinə dair illik hesabat verib

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) 2019-cu ildəki elmi və elmi-təşkilati fəaliyyətinin yekunlarına həsr olunan hesabat iclası keçirilib. Kitabxanadan AZƏRTAC-a bildirilib ki, iclasda MEK-in direktoru Leyla İmanova müəssisənin illik hesabatını təqdim edib. Qeyd edib ki, cari ildə kitabxanada Prezident İlham Əliyevin sərəncamlarının icrası çərçivəsində “Nəsimi – 650”, “Həmid Araslı – 110”, “Milli iqtisadiyyat […]