Mektebgushesi

Azərbaycanın ekoloji geomorfologiyası üzrə araşdırmalar aparılır

AMEA akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunda “Azərbaycanın ekoloji geomorfologiyası” mövzusu üzrə araşdırmalar aparılır. İnstitutdan AZƏRTAC-a bildirilib ki, ilkin mərhələdə Böyük Qafqazın ekoloji geomorfologiyası tədqiq edilib. Bu məqsədlə Böyük Qafqazın cənub yamacında və şimal-şərq yamacında çöl tədqiqatları aparılıb. Araşdırmalar Böyük və Kiçik Qafqaz, Kür dağarası çökəkliyi, Talış və Naxçıvan bölgələri üzrə yerinə yetirilib.

“Multikultural mühit və ədəbiyyat” kitabı çapdan çıxıb

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, filologiya üzrə elmlər doktoru Elçin Mehrəliyevin “Multikultural mühit və ədəbiyyat” kitabı çapdan çıxıb. İnstitutdan Mektebgushesi.az-a bildirilib ki, əsərdə “multikulturalizm” və “multikultural mühit” anlayışlarının elmi-nəzəri dərki, ümummədəni inkişaf, etnik-mədəni müxtəlifliyin əsasları, multikultural mühitin formalaşmasının başlıca səbəbləri, ədəbiyyata təsiri problemləri araşdırılır. Bundan əlavə, istər milli ədəbiyyatımızın klassik və müasir […]

25 min 832 uşaq məktəbəhazırlıq məşğələlərinə cəlb olunub

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 268 ümumi təhsil müəssisəsində 983 məktəbəhazırlıq qrupu fəaliyyət göstərir. BŞTİ-dən AZƏRTAC-a bildirilib ki, həftədə 4 gün fəaliyyət göstərən məktəbəhazırlıq qruplarında ötən il 25 min 832 uşaq məşğələlərə cəlb olunub. Bakı şəhərində tətbiq olunan məktəbəhazırlıq qruplarına elektron qeydiyyat təcrübəsi genişləndirilərək 2019-2020-ci dərs ilindən bütün ölkəni əhatə edib.

Görkəmli dilçi alim Zərifə Budaqovanın 90 illik yubileyi qeyd olunub

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda Əməkdar elm xadimi, görkəmli dilçi alim, türkoloq Zərifə Budaqovanın 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbirdə müəssisənin direktoru, akademik Möhsün Nağısoylu bütün ömrünü Azərbaycan dilinin qrammatik quruluşunun öyrənilməsinə, tədqiqinə həsr etmiş Zərifə Budaqovanın elmi fəaliyyətindən danışıb. Qeyd edilib ki, Zərifə Budaqova Azərbaycan dilçiliyində müasir Azərbaycan dili […]

Ədəbiyyat Muzeyində “Nəsimi: edamdan sonrakı həyat” kitabının təqdimatı olub

Dekabrın 30-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Əməkdar elm xadimi, filologiya üzrə elmlər doktoru, professor Qəzənfər Paşayevin “Nəsimi: edamdan sonrakı həyat” kitabının təqdimatı olub. Kitabın redaktoru və “Ön söz”ün müəllifi, Ədəbiyyat Muzeyinin direktoru, akademik Rafael Hüseynov, rəyçisi AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoyludur. Mektebgushesi.az xəbər […]

Konfutsi İnstitutu Sumqayıt Dünya Məktəbinin sərgisində iştirak edib

ADU nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutu Xəzər Universiteti – Sumqayıt Dünya məktəbində keçirilən “Elm Şənliyi” adlı sərgidə iştirak edib. Sərgi şagirdlərin elmi potensialı və yaradıcılıq qabiliyyətlərini əks etdirmək məqsədi ilə təşkil olunub. ADU Konfutsi İnstitutunun əməkdaşı Nigar Qocayevanın rəhbərliyi ilə Sumqayıt Dünya məktəbində tədris olunan Çin dili kurslarının şagirdləri Çin dili və mədəniyyətini əks etdirən […]

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə ümumrayon bayram şənliyi keçirilib

“31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü” və “Yeni 2020-ci il” münasibətilə rayonda silsilə tədbirlər keçirilir. Rayonun ərazisində yerləşən təhsil, səhiyyə, sənaye müəssisələrində dəyirmi masalar, müxtəlif müsabiqələr, bayram şənlikləri təşkil olunur. Növbəti belə bayram tədbiri Rayon İcra Hakimiyyətinin və YAP Pirallahı rayon təşkilatının birgə təşkilatçılığı ilə Pirallahı qəsəbəsində yerləşən “Gənclər Parkı”nda keçirildi. Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyətinin […]

AzTU kollektivi Milli Qəhrəman Çingiz Qurbanovun məzarını ziyarət edib

Azərbaycan Texniki Universitetinin (AzTU) məzunu, Milli Qəhrəman Çingiz Qurbanovun şəhidlik zirvəsinə ucalmasının ildönümüdür. Mektebgushesi.az xəbər verir ki, bu münasibətlə AzTU-nun kollektivi Qusarın Şəhidlər xiyabanında Milli Qəhrəmanın məzarını ziyarət edib. Anım tədbirində Müdafiə Nazirliyinin, rayon icra hakimiyyətinin və Veteran təşkilatının rəsmiləri, Milli Qəhrəmanın ailə üzvləri, ictimaiyyət nümayəndələri iştirak edib. AzTU-nun rektoru Vilayət Vəliyev Milli Qəhrəmanın qısa, lakin […]

Lənkəranda “Sağlam ailə-sağlam cəmiyyət” maarifləndirici tədbiri keçirilib

Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi və Lənkəran rayonu Liman şəhəri “Cümə” məscidi dini icmasının təşkilatçılığı ilə həyata keçirilən “Sağlam ailə-sağlam cəmiyyət” adlı layihə çərçivəsində rayonun Qumbaşı kəndində maarifləndirici tədbir keçirilib. Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşları Emin Həmidli, Tacəddin Sadıqov, İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Cəlilabad Regional Mərkəzinin […]

BSU-da 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bayram tədbiri keçirilib

Dekabrın 29-da Bakı Slavyan Universitetində (BSU) 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bayram tədbiri keçirilib. Tədbirdən əvvəl iştirakçılar xalqımızın ümummilli lideri Heydər Əliyevin BSU-da yerləşən büstü önünə əklil və gül dəstələri qoyaraq xatirəsinə ehtiramlarını ifadə ediblər. Sonra tədbir BSU-nun Akt zalında davam edib. Tədbiri giriş sözü ilə açan BSU-nun rektoru, […]

Breyn-rinq bilik yarışının növbəti mərhələsi keçirilib

Bakı məktəbliləri arasında “Gənc istedadlar” breyn-rinq bilik yarışının növbəti mərhələsi keçirilib. Bilik yarışında paytaxtdakı 21, 36, 76, 113, 145 və 312 nömrəli tam orta məktəblərdə fəaliyyət göstərən “Kiçik akademiya” üzvləri iştirak ediblər. Yarış ayrı-ayrı fənlər üzrə istedadlı şagirdlərin olimpiadalara, müsabiqə və yarışlara cəlbinin daha da genişləndirilməsi, onların intellektual oyunlarda iştirakının təşviq və təşkil olunması, şagirdlərin […]

Astarada “Ailə dəyərlərimizi qoruyaq” adlı maarifləndirici tədbir keçirilib

Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi və Astara rayonu Artupa kənd məscidi dini icmasının təşkilatçılığı ilə həyata keçirilən “Ailə dəyərlərimizi qoruyaq” adlı layihə çərçivəsində maarifləndirici tədbir keçirilib. Artupa kənd diyarşunaslıq evində baş tutan tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşları Turan Həsənzadə, Tacəddin Sadıqov, Artupa kənd məscidi dini icmasının sədri […]

Rusiyanın Azərbaycandakı səfirinin müşaviri Sergey Stepanov BSU-da olub

Qarşıdan 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı gəlir. Bu münasibətlə dekabrın 28-də Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfirinin müşaviri cənab Sergey Stepanov Bakı Slavyan Universitetində (BSU) olub. BSU-nun rektoru, professor Nurlana Əliyeva cənab Sergey Stepanovu rəhbərlik etdiyi ali təhsil müəssisəsində görməkdən məmnunluq duyduğunu bildirib, universitetin fəaliyyət istiqamətlərindən, Azərbaycanda […]

“Sərhədləri birgə aşaq” layihəsi çərçivəsində tədbir keçirilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan 20 nömrəli məktəb-liseydə “Sərhədləri birgə aşaq” layihəsi çərçivəsində tədbir keçirilib. Layihə Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası və Azərbaycan-YUNESKO klublarının birgə təşkilatçılığı ilə həyata keçirilib. Layihənin əsas məqsədi inklüziv idman yarışı vasitəsilə tipik uşaqlarla atipik uşaqların qarşılıqlı inteqrasiyasını təmin etmək, mövcud […]

Şirvan Dövlət Kollecində ,,Əllərin Ritmi-2″ adlı tədbir keçirilib

Bu gün Şirvan  Dövlət İqtisadiyyat və Humanitar Kollecində yenidən ,,Əllərin Ritmi-2″ adlı tədbir keçirildi. Tərbiyə işləri üzrə direktor müavini Aidə Əsədovanin  təşkilatçılığı ilə keçirilən tədbir nitq qürsurlu və xususi qayğıya ehtiyacı olan insanlar üçün təşkil olunmuşdu. 20 Ailə və Ev təhsili qrupunun qizlari birlikdə müxtəlif mahnilari və seirləri işarə dili ilə tamaşaçılara çatdırırdılar.Şəbnəm İbrahimova və […]