Mektebgushesi

ADA Universitetində Sosial Tədqiqatlar Mərkəzinin kollektivi ilə görüş keçirilib

ADA Universitetində Sosial Tədqiqatlar Mərkəzinin (STM) kollektivi ilə görüş keçirilib. Mərkəzdən Mektebgushesi.az-a bildirilib ki, görüşdə STM İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Zahid Oruc rəhbərlik etdiyi qurumun missiyası, vəzifələri, fəaliyyət istiqamətləri və formalaşmaqda olan kollektivi haqqında ətraflı məlumat verib. Qeyd edib ki, Prezident İlham Əliyev ölkədə dövlət-vətəndaş münasibətlərinin daha da təkmilləşməsinin vacibliyini nəzərə alaraq, Sosial […]

“Hüseyn Cavid əbədiyyəti” mövzusunda respublika elmi konfransı keçiriləcək

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu və Hüseyn Cavidin ev-muzeyinin birgə təşkilatçılığı ilə oktyabrın 24-də “Hüseyn Cavid əbədiyyəti” mövzusunda respublika elmi konfransı keçiriləcək. AMEA-dan AZƏRTAC-a bildirilib ki, dahi dramaturq və şair Hüseyn Cavidin 137 illiyinə həsr olunan konfransda iştirak etmək istəyən tədqiqatçılar sentyabrın 15-dək elmi məruzələrinin tam mətnlərini huseinjavid@gmail.com elektron ünvanına göndərə bilərlər. Məruzələrin […]

“Maarifçilik” Könüllülük Akademiyasının iştirakçıları arasında intellektual yarış keçirilib

Gənclər üçün Təhsil Mərkəzi (GTM) UNEC Tədqiqat Fondunun dəstəyi ilə gənclər arasında könüllülük, maarifçilik ideyalarını təbliğ etmək və gənclərin aydın təfəkkürdə formalaşdırılmasına hesablanmış “Maarifçilik” Könüllülük Akademiyasının iştirakçıları arasında “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi tərəfindən “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə yarış keçirilib. GTM-dən “Report”a verilən məlumata görə, yarışdan öncə çıxış edən Gənclər […]

Aİİ tələbələrinin Bursada “Yay məktəbi” davam edir

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) tələbələri üçün Türkiyənin Bursa şəhərində təşkil olunan “Yay məktəbi” davam edir. “Yay məktəbi”nin ikinci günü tələbələrə Təfsir, Pedaqogika, Qurani-Kərim fənləri keçirilib. Peşəkar mütəxəssislərin tədris etdiyi dərslər tələbələr tərəfindən maraqla qarşılanıb. Müəllimlər, həmçinin tələbələrin suallarını cavablandırıblar. Daha sonra tələbələr üçün Bursa şəhər Nilufer ilçe müftisi Mehmet Öztürkün təqdimatında seminar təşkil olunub. M.Öztürk […]

NDU tələbələri Türkiyədə təcrübə keçiblər

Naxçıvan Dövlət Universiteti (NDU) ilə Türkiyənin müxtəlif universitetləri arasında bağlanmış ikitərəfli müqavilələrə müvafiq olaraq universitetin  Tibb fakültəsinin tələbələri qardaş ölkədə yay istehsalat təcrübəsi keçiblər. Türkiyənin dörd –  Ərzurum Atatürk, Trabzon Qaradəniz Texnik, Ərzincan Binəli Yıldırım  və Kayseri Erciyes universitetlərinin kliniki xəstəxanalarında iyulun 8-dən 19-a qədər davam edən təcrübədə, ümumilikdə 122 nəfərlik tələbə-müəllim heyəti iştirak edib. […]

Peşə təhsili alan tələbələrin istehsalat təlimi və təcrübəkeçmə prosesi optimallaşdırılır

İsmayıllı Peşə Tədris Mərkəzinə “Qəbələ, Qax və İsmayıllı rayonlarında kənd təsərrüfatı və turizm sahələrində duala bənzər peşə təhsili və təlimi pilotlarının yaradılması” (ED VET) layihəsi çərçivəsində mikroavtobus təqdim olunub. Peşə Təhsili üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, mikroavtobusun verilməsində məqsəd tədris mərkəzində ixtisaslar üzrə təhsil alan tələbələrin müəssisələrdə istehsalat təlimi və təcrübəkeçmə prosesini optimallaşdırmaqdır. Xatırladaq ki, […]

Zoologiya İnstitutunun əməkdaşları ekspedisiyada olublar

Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutunun Quru onurğalılar laboratoriyasının əməkdaşları – laboratoriya müdiri, biologiya üzrə elmlər doktoru Qiyas Quliyev, böyük elmi işçi, biologiya üzrə fəlsəfə doktoru Esmira Məmmədrzayeva, kiçik elmi işçi Gülnar Quliyeva və böyük laborant Leyla Həsənova Şabran, Xaçmaz və Qusar rayonlarında ekspedisiyada olublar. Zoologiya İnstitutundan AZƏRTAC-a bildirilib ki, ekspedisiyanın təşkil edilməsində məqsəd Şabran, Xaçmaz […]

“ASAN xidmət”də işləmək istəyənlər üçün keçiriləcək müsahibənin vaxtı açıqlanıb

“ASAN xidmət”də işləmək istəyənlər üçün keçiriləcək müsahibənin vaxtı məlum olub. Dövlət İmtahan Mərkəzindən “Report”a verilən məlumata görə, elan üzrə 10 dövlət orqanında mövcud olan inzibati dövlət qulluğu vəzifələrinə aid 128 vakant vəzifə üzrə 158 yer müsahibəyə çıxarılıb. Elana çıxarılan vəzifələr üzrə qeydiyyatdan keçmiş 742 namizədlə 1840 müsahibənin keçirilməsi planlaşdırılır. Ən yüksək müsabiqə vəziyyəti Balakən regional “ASAN xidmət” mərkəzi, Vətəndaşların qəbuku içinin təşkili sektorunda aparıcı məsləhətçi […]

AMEA və Monpelye Universitetinin elan etdiyi müsabiqənin vaxtı uzadılıb

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) ilə Fransanın Monpelye Universiteti arasında imzalanmış əməkdaşlıq haqqında saziş əsasında birgə doktorantura proqramı çərçivəsində elan olunmuş müsabiqənin vaxtı iyulun 29-dək uzadılıb. Akademiyadan Mektebgushesi.az-a bildirilib ki, seçilmiş namizədlər həm AMEA, həm də Monpelye Universitetinin doktorantı kimi qeydiyyatdan keçiriləcək və hər iki təşkilatdan elmi rəhbərlə təmin ediləcəklər. Proqramın şərtlərinə görə, doktorantlar təhsil […]

“Vikipediyaçı”ların Milli Mətbuat Gününə töhfəsi

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasının “Vikipediya” Metodik Mərkəzinin könüllüləri milli mətbuatın tarixi, ölkənin qəzet və jurnalları, peşəkar, fəxri adlara layiq görülmüş jurnalistləri haqqında məlumatların “viki”ləşdirilməsində önəmli fəaliyyətə imza atıb. Bu günədək milli mətbuat mövzusunda yüzlərlə məqalə yaradılıb və əsaslı redaktə edilib. Bunu AZƏRTAC-a müsahibəsində MEK-in direktor müavini, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk söyləyib. […]

Təhsil nazirinin müavini tələbə yay məktəbinin iştirakçıları ilə görüşüb

Təhsil nazirinin müavini Firudin Qurbanov Azərbaycan-Rusiya Ali Təhsil Müəssisələri Assosiasiyası çərçivəsində ölkəmizdə təşkil olunmuş tələbə yay məktəbinin iştirakçıları ilə görüşüb. Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, görüşdə çıxış edən Firudin Qurbanov iki ölkə arasında yüksəksəviyyəli siyasi və tarixi əlaqələrə toxunub. Nazir müavini “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın müəyyən etdiyi hədəflərə uyğun olaraq aparılan islahatlar və onun […]

Mərkəzi Elmi Kitabxana fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılmasına dair tədbir keçirib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə olunmasının təşkili” mövzusunda rəhbər heyətin mülki müdafiə məşqi keçirilib. MEK-dən mektebgushesi.az-a bildirilib ki, tədbir kitabxananın illik mülki müdafiə planına əsasən təşkil edilib. Tədbirdə mülki müdafiənin rəhbəri, MEK-in direktoru Leyla İmanova keçirilən məşqin mahiyyətindən danışıb. […]

BDU-nun Nanoaraşdırmalar Mərkəzində elmi seminar

Bakı Dövlət Universitetinin (BDU) Nanoaraşdırmalar Mərkəzində “А2В6 tipli aşağıölçülü heterostrukturların epitaksiya üsulu ilə alınması və onların əsasında yarımkeçirici lazerlərin hazırlanması” mövzusunda elmi seminar keçirilib. BDU-dan Mektebgushesi.az-a bildiriblər ki, seminarda Moskva Fizika Mühəndisləri İnstitutunun doktorantı Marat Butayevin mövzu üzrə məruzəsi dinlənilib. Onun müasir üsullarla yarımkeçirici lazerlərin alınmasına həsr olunan məruzəsi maraq doğurub. Elmi seminarda iştirak edən […]

Akademik Məmmədağa Şirəliyevin 110 illiyi qeyd ediləcək

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev akademik Məmmədağa Şirəliyevin 110 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.  “Report” xəbər verir ki, sərəncamda deyilir:  “2019-cu ilin sentyabr ayında görkəmli dilçi alim, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü, Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Məmmədağa Şirəli oğlu Şirəliyevin anadan olmasının 110 illiyi tamam olur. Akademik Məmmədağa Şirəliyev mühüm […]

Müəllimlərin işə qəbulunun 10-cu günü – VİDEOREPORTAJ

Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanlarının onuncu günüdür. Mektebgushesi.az “Report”-a istinadən xəbər verir ki, bu gün ibtidai sinif, fiziki tərbiyə və təsviri incəsənət müəllimi olmaq istəyən 3000-dən çox namizəd imtahan verib. Xatırladaq ki, bu il müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsində 48 204 namizəd iştirak […]