Mektebgushesi

Narkomaniya və digər zərərli vərdişlərdən qorunma mövzusunda tədbir keçirilib

Yanvarın 22-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi, İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Cəlilabad Regional Mərkəzi, Lənkəran Şəhər Təhsil Şöbəsi (ŞTŞ) və Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin (ŞRPŞ) birgə təşkilatçılığı ilə şəhərin R.Bədəlov adına 9 saylı tam orta məktəbində “Gənclərin dini radikalizm, narkomaniya və digər zərərli vərdişlərdən qorunması” mövzusunda tədbir keçirilib. […]

Azərbaycan Universitetində gənc tədqiqatçıların üçüncü respublika konfransı keçiriləcək

Martın 13-də Azərbaycan Universitetində gənc tədqiqatçıların üçüncü respublika elmi-praktik konfransı keçiriləcək. Universitetdən Mektebgushesi.az-a bildirilib ki, konfransın məqsədi ölkənin müxtəlif universitet, akademiya və institutlarında oxuyan və fəaliyyət göstərən gənc tədqiqatçıları bir araya gətirmək, onların İKT və tətbiqləri, iqtisadiyyat, humanitar və sosial elmlər sahələrində əldə etdikləri elmi yenilikləri dinləmək və fikir mübadiləsi aparmaqdır. Tədbirdə iştirak etmək istəyənlər məqalələrini […]

İdarəçilik Akademiyasının müəllimləri 20 Yanvar şəhidlərini ziyarət edib

62 saylı Saatlı seşki dairəsindən Milli Məclis üzvlüyünə namizəd, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, siyasi elmlər üzrə fəlsəfə dktoru Kamil Seyidov 20 Yanvar şəhidlərinin 30-cu ildönümü ilə əlaqədar rayonda şəhidlərin xatirəsinə ucaldılan abidə kompleksini ziyarət edib, onların ruhuna dualar oxuyub. O, kompleks önündə toplaşan saatlılar qarşısında çıxış edərək 20 Yanvar şəhidlərinin millətimiz […]

Mərkəzi Elmi Kitabxanada 20 Yanvar faciəsi ilə bağlı kitab sərgisi açılıb

 AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) xalqımızın qan yaddaşı olan 20 Yanvar faciəsinin 30 illiyi ilə bağlı  sərgi açılıb. Sərgidə “Azərbaycan terrorizmin caynağında” (Sülhiyyə Musaqızı), “Vətən yanğısı” (Budaq Budaqov), “Şəhidlər dağı” (Anar), “Şəhid idmançılar” (Dilqəm Quliyev), “Qara yanvar şəhidləri” (Qulu Kəngərli), “Azərbaycan Dövlət Neft Akademiyasının Yanvar şəhidləri” (Siyavuş Quliyev, İmran Cəfərzadə), “Dünyamızın 20 Yanvar faciəsi” (Haci […]

“Qanlı Yanvar” – 30

  Masallı Rayon Mədəniyyət Mərkəzində Azərbaycanın azadlıq və müstəqillik mübarizəsi tarixinə qəhrəmanlıq səhifəsi kimi yazılmış 20 Yanvar faciəsinin  30-illiyinə həsr olunmuş  anım tədbiri keçirilib.  Masallı Dovlət Regional Kolleci, Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı və Masallı Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə  Masallı Dövlət Regional Kollecinin tələbələri “Qanlı Yanvar” adlı ədəbi-bədi tamaşa kompozisiyaya hazırlamışdır. […]

Gömrük Akademiyasında 20 yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş anım tədbiri keçirilib

Dövlət Gömrük Komitəsinin Akademiyasında 20 yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar anım mərasimi keçirilib. İlk öncə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib. Azərbaycanın müstəqilliyi uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Akademiyanın rəisi Qulu Novruzov tədbiri giriş sözü ilə açaraq, bu faciənin Azərbaycanın müstəqillik tarixində qan yaddaşı olmaqla yanaşı, həm də şərəf […]

Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecində “20 Yanvar tarixi yaddaşımızın qəhrəmanlıq səhifəsidir” adlı tədbir keçirilib

Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecində “20 Yanvar tarixi yaddaşımızın qəhrəmanlıq səhifəsidir” mövzusunda konfrans keçirilib. Tədbiri açıq elan edən Tərbiyə işləri üzrə direktor müavini Aidə Əsədova 20 Yanvar hadisələrinin 30 -cu il dönümü münasibətilə təşkil olunmuş tədbirin mahiyyətindən danışdı. Bildirdi ki, biz bu günki müstəqilliyimizə , azad və rahat yaşamagımıza görə 20 Yanvar şəhidlərinə borcluyuq. […]

ADNSU-da 20 Yanvar hadisələrinin 30-cu ildönümü qeyd olunub

Yanvarın 17-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş tədbir keçirilib. ADNSU-nun rektoru, professor Mustafa Babanlı, universitetin professor-müəllim heyəti və 1990-cı il yanavarın 20-də şəhid olan Azİİ tələbələrinin valedeyinləri əvvəlcə şəhidlərimizin universitetdə olan baralyefləri önünə gül dəstələri qoyublar. Sonra anım mərasimi dəyirmi masa ətrafında davam edib. Rektor Mustafa Babanlı […]

BANM -da 20 Yanvar faciəsinin 30-cu ildönümü anılıb

Bakı Ali Neft Məktəbində (BANM) 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş tədbir keçirilib. Əvvəlcə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet Ordusunun Azərbaycanda həyata keçirdiyi qətliam nəticəsində həlak olmuş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra çıxış edən Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham […]

LDHK-da 20 yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar tədbir keçirildi

17 yanvar 2020-ci il tarixində Lənkəran Dövlət Humanitar Kollecində 20 yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar tədbir keçirildi. Əvvəlcə Kollecin foyecində tələbələrinin əl işlərindən ibarət “20 YANVAR FACİƏSİ TARİXİMİZİN ŞƏRƏF VƏ QƏHRƏMANLIQ SƏHİFƏSİDİR” adlı sərgiyə baxış keçirildi. Sonra Kollecin akt zalında baş tutan tədbirdə 20 yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbiri giriş […]

BDU-da 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

Bakı Dövlət Universitetində (BDU) 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. Universitetin 2 saylı tədris binasının qarşısında 20 Yanvar Şəhidlərinin xatirəsinə ucaldılmış abidənin ziyarətindən sonra tədbir böyük akt zalında davam etdirilib. Əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Mərasim iştirakçıları şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Rektor Elçin Babayev Qanlı Yanvar faciəsinin XX […]

ADPU-da 20 Yanvar faciəsinin otuzuncu ildönümünə həsr olunmuş tədbir

Yanvarın 17-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) 20 Yanvar faciəsinin otuzuncu ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbirdə ilk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və 20 Yanvar şəhidlərinin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan ADPU-nun rektoru, professor Cəfər Cəfərov bildirib ki, Azərbaycanın salnaməsinə qanlı tarix kimi yazılmış 20 Yanvar […]

LDU -da 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb

Milli birlik və vətənpərvərliyin simvoluna çevrilmiş 20 Yanvar faciəsi xalqımızın öz suverenliyi uğrunda apardığı mübarizənin şərəfli tarixidir.Lənkəran Dövlət Universitetində (LDU) Azərbaycan xalqının qəhrəmanlıq səhifəsi olan 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. Tədbir iştirakçıları tərəfindən şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov […]

UNEC-də 20 Yanvar faciəsinin 30-cu ildönümü qeyd olunub

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 20 Yanvar faciəsinin 30-cu ildönümü qeyd olunub. Tədbirdən öncə rektor, professor Ədalət Muradov, universitetin kollektivi və UNEC-in şəhid olan tələbə və məzunlarının ailə üzvləri universitetin əsas binasında şəhidlərin xatirəsinin əbədiləşdirildiyi Memorial-Xatirə Kompleksini ziyarət ediblər, kompleksin önünə əklil qoyublar və gül dəstələri düzüblər. Şəhid ailələri ilə görüşən rektor, 20 Yanvarın Ümumxalq […]

BMU-da 20 Yanvar faciəsinin 30-cu ildönümü qeyd olunub

Bakı Mühəndislik Universitetində (BMU) 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunan anım tədbiri keçirilib. Öncə BMU-nun rektoru, professor Havar Məmmədov və universitetin professor-müəllim heyəti foyedə şəhidlərin xatirəsinə həsr olunmuş tələbələrin əl işlərindən ibarət sərgiyə baxıblar. Anım tədbiri Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. […]