Mektebgushesi

İmişlidə yeni məktəb binalarının açılışı olub

Sentyabrın 14-də İmişli rayonunda H.Hüseynov adına Qızılkənd və Aranlı kənd N. Əsədov adına 2 nömrəli tam orta məktəblərin açılış mərasimi keçirilib. İmişli rayonu H.Hüseynov adına Qızılkənd kənd tam orta məktəbin açılış mərasimində Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Aydın Əhmədov, İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev, İmişli Rayon Təhsil Şöbəsinin müdiri Ələmdar […]

İlahiyyat İnstitutuna qəbul olunan tələbə və onların valideynləri ilə görüş keçirilib

Azərbaycan İlahiyyat İnstitutuna (Aİİ) qəbul olunan tələbə və onların valideynləri ilə görüş keçirilib. Aİİ rektoru Ceyhun Məmmədov tələbə adını qazanmış abituriyentləri təbrik edərək, onlara qədəm qoyduqları şərəfli və məsuliyyətli yolda uğurlar arzulayıb. Tələbəliyin insan həyatının müqəddəs və şərəfli mərhələlərindən birini təşkil etdiyini söyləyən rektor bu müddətdə gənclərin bilik və bacarıqlarının, dünyagörüşlərinin artırılması, əsl vətənpərvər, savadlı, […]

Bakı məktəblərinin rəhbərləri ilə bölmə iclasları davam edir

Bakı şəhərindəki ümumi təhsil müəssisələrinin təlim-tərbiyə işləri üzrə direktor müavinləri, tərbiyə işləri üzrə direktor müavinləri (təşkilatçılar), Azərbaycan dili, riyaziyyat, İngilis dili fənləri üzrə metodbirləşmə sədrləri və psixoloqlar üçün keçirilən bölmə iclasları davam edir. Təlimə Dəstək Mərkəzi metodistlərinin moderatorluğu ilə keçirilən iclaslar sentyabrın 13-də Bakının Xəzər, Pirallahı, Sabunçu, Suraxanı, Xətai, Nizami rayonlarını əhatə edir. Qeyd edək ki, Qaradağ, […]

Gəncə Dövlət Universitetinin aliminin nüfuzlu «Вопросы Истории» jurnalında elmi məqaləsi dərc olunub

Gəncə Dövlət Universitetinin alimi – Azərbaycan tarixi kafedrasının müdiri, Tarix üzrə fəlsəfə doktoru, dosent Emma Aslanovanın Rusiya Federasiyasında nəşr olunan, “Clarivate Analytics (Thomson Reuters)” agentliyinin bazasına daxil olan, nüfuzlu «Вопросы Истории» jurnalının 2019-cu il üçün 7-ci sayıında elmi məqaləsi dərc olunub. “Azərbaycan və Rusiya Federasiyasının Dağıstan Respublikası arasında əməkdaşlığın əsas istiqamətləri” adlanan məqalədə tarixən eyni […]

Aİİ-də İnstititun fəaliyyəti, tədris ilinə hazırlıqla bağlı iclas keçirilib

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) ali təhsil müəssisəsinin fəaliyyəti, tədris ilinə hazırlıq və qarşıda duran vəzifələrlə bağlı iclas keçirilib. İnstitut rəhbərliyinin, müəllim heyətinin, əməkdaşların iştirak etdikləri tədbirdə Aİİ-nin fəaliyyəti ilə bağlı yekun hesabat, ali tədris müəssisəsinin yeni tədris ilinə hazırlığı və gələcək vəzifələri müzakirə olunub. Aİİ rektoru Ceyhun Məmmədov İnstitutun müəllim və işçi heyətini tədris ilinin […]

AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin yığıncağı keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Biologiya və Tibb Elmləri Bölməsinin (BTEB) Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda ümumi yığıncağı keçirilib. AMEA-dan AZƏRTAC-a bildirilib ki, bölmənin akademik-katibi, akademik Əhliman Əmiraslanov gündəlikdəki məsələləri iştirakçıların diqqətinə çatdırıb. Əhliman Əmiraslanov AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutu və Mərkəzi Nəbatat Bağının direktoru vəzifəsinə seçkilər keçiriləcəyini söyləyib. Sonra akademik BTEB-in “AMEA-nın Xəbərləri […]

Nəsiminin 650 illik yubileyinə həsr olunmuş elmi konfransın materialları çapdan çıxıb

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda “İmadəddin Nəsimi: sələflər və xələflər – orta əsr əlyazmaları və Azərbaycan mədəniyyətinin tarixi problemləri” mövzusunda keçirilmiş XVII ənənəvi respublika elmi konfransının materialları toplu halında nəşr olunub. İnstitutdan Mektebgushesi.az-a bildiriblər ki, topludakı məqalələr “Nəsimişünaslıq müasir mərhələdə” və “Sələflər və xələflər” bölmələri üzrə təsnif edilib. Konfransın materialları […]

Aİİ-də sınaq dərslər təşkil olunur

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) müəllimlərin işə qəbulu ilə əlaqədar sınaq dərslərinin təşkili davam etdirilir. Demo dərslərdə institutun rəhbərliyi və müəllim heyəti iştirak edir. Dərslərin təşkilində əsas məqsəd öz sahəsində dərin biliklərə malik, peşəkar mütəxəsislərin işə cəlb edilməsidir. Mektebgushesi.az – a universitetdən verilən məlumata görə, Aİİ öz məqsədlərinə nail olmaq üçün kadrların seçiminə xüsusi diqqətlə yanaşır. […]

Azərbaycan Universitetinin professoru Asif Hacıyevin kitabları “Amazon”da satışa çıxarılıb

Azərbaycan Universitetinin professoru Asif Hacıyevin Türkiyədə nəşr edilmiş “Ahıska türk folkoru” və “Rus ədəbiyyatında Qurani-Kərim” kitablarının elektron variantları beynəlxalq Amazon.com şirkəti tərəfindən satışa çıxarılıb. Universitetdən Mektebgushesi.az -a bildirilib ki, Atatürk Mədəniyyət Mərkəzi tərəfindən nəşr olunan “Ahıska türk folkloru” və “Şərq Kitabxana Yayımları”nın türk dilinə tərcümə edərək çap etdiyi “Rus ədəbiyyatında Qurani-Kərim” kitabları bu mövzulara həsr […]

Azərbaycanlı alim Malayziyada beynəlxalq mükafata layiq görülüb

Malayziyada fəaliyyət göstərən İƏT Beynəlxalq Biznes Mərkəzi tərəfindən təşkil olunmuş IX “Muslim World Biz 2019” sərgi və konfransı çərçivəsində II “Rania” mükafatlandırma mərasimi keçirilib. AZƏRTAC xəbər verir ki, Müsəlman Dünyası “Rania” Mükafatı İslam ölkələrində xüsusilə biznes, ictimai-mədəni, elm-təhsil və digər sahələrdə cəmiyyətə bir sıra töhfələr verən və ictimai xidmətləri ilə seçilən qadınlara təqdim olunur. Fərqli nominasiyalar […]

Azərbaycan-Britaniya Kollecində yeni tədris ilinin başlanması münasibətilə tədbir keçirilib

Bu gün Azərbaycan-Britaniya Kollecində (ABC) yeni tədris ilinin başlanması münasibətilə tədbir keçirilib.  Mektebgushesi.az-ın məlumatına görə, tədbiri giriş sözü ilə SOCAR-ın vitse-prezidenti, kollecin İdarə Heyətinin sədri Xalik Məmmədov açıb.  O, müəllim və şagirdləri təbrik edərək yeni tədris ilini açıq elan edib.  Sonra çıxış edən ABC-nin yeni direktoru İan Mccutcheon məzunların uğurlarından və bu akademik ildə baş verəcək […]

Şəki şəhərində keçirilən “Speak out” natiqlik məktəbinə start verilib

Sentyabrın 10-da Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi (DVC) tərəfindən Şəki şəhərində keçirilən “Speak out” natiqlik məktəbinin açılış mərasimi keçirilib. Natiqlik məktəbində Bakı şəhəri ilə yanaşı 10 regiondan (Abşeron, Dağlıq Şirvan, Quba-Xaçmaz, Ş. Aran, Mərkəzi Aran və Q. Aran, Yuxarı Qarabağ, Lənkəran,Gəncə-Qazax və Şəki-Zaqatala Regionları) gənclər iştirak edir. “Speak out” […]

Türkiyədə Azərbaycan Universitetinin həmtəşkilatçılığı ilə beynəlxalq simpozium keçirilir

Türkiyədə Azərbaycan Universiteti, Nevşehir Hacı Bektaş Veli Universiteti və Azərbaycan Respublikası Təhsil Cəmiyyətinin həmtəşkilatçılığı ilə dahi şair və mütəfəkkir İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunan üçgünlük “I Təsəvvüf Araşdırmaları Beynəlxalq Simpoziumu: Nəsimi-650” işə başlayıb. Universitetdən AZƏRTAC-a bildirilib ki, Nevşehir Hacı Bektaş Veli Universitetinin Mədəniyyət və Konqres Mərkəzində keçirilən beynəlxalq tədbirin açılışı mərasimində əvvəlcə Türkiyə və […]

Peşə təhsili ilə bağlı Apelyasiya Komissiyası 18 nömrəli Bakı Peşə Liseyində fəaliyyət göstərəcək

Peşə Təhsili üzrə Dövlət Agentliyində peşə təhsili müəssisələrinə qəbul və onun nəticələri ilə əlaqədar yaranan problemlərin həlli məqsədilə yaradılan Apelyasiya Komissiyası fəaliyyətə başlayacaq. Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Apelyasiya Komissiyası 18 nömrəli Bakı Peşə Liseyində (ünvan: Binəqədi rayonu, Heydər Hüseynov küç. 17A ) təşkil ediləcək. Vətəndaşlar komissiyaya sentyabrın 11-dən 13-dək saat 10:00-18:00 arasında şəxsiyyəti təsdiqləyən sənədin […]

Aİİ-də “Kərbəla hadisəsinin mahiyyəti” mövzusunda seminar keçirilib

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) “Kərbəla hadisəsinin mahiyyəti” mövzusunda seminar keçirilib. Ali tədris müəssisəsində maarifləndirmə məqsədilə mütəmadi olaraq müxtəlif seminarların, diskussiyaların və görüşlərn təşkil edildiyini bildirən İslamşünaslıq kafedrasının müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru Əhməd Niyazov bugünkü seminarın Kərbəla hadisəsinə həsr olunduğunu söyləyərək, faciənin mahiyyəti haqqında fikirlərini bildirib. Ə.Niyazov qeyd edib ki, İslam Peyğəmbərinin sevimli nəvəsi İmam […]