Mektebgushesi

Ümumi təhsil müəssisələrində Milli Musiqi Günü ilə bağlı tədbirlər keçirilib.

Tədbirlərin keçirilməsində əsas məqsəd şagirdlərə Azərbaycan musiqisinin tarixi, həmçinin dahi bəstəkar Üzeyir Hacıbəyli haqqında geniş məlumat vermək, onların musiqiyə olan marağını daha da artırmaqdan ibarətdir. Milli Musiqi Gününə həsr olunmuş tədbirlər musiqisi Üzeyir Hacıbəyliyə məxsus olan Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Tədbirlərdə milli mədəniyyətə daim böyük diqqət ayıran ümummilli lider Heydər Əliyevin fərmanı ilə 1995-ci […]

Azərbaycan aliminin məruzəsi beynəlxalq konfransda maraqla qarşılanıb

Almaniyanın Berlin şəhərində Azad Berlin Universitetinin İranşünaslıq İnstitutunun təşkilatçılığı ilə 9-cu Avropa iranşünaslıq konfransı keçirilib. Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutundan AZƏRTAC-a bildiriblər ki, bu elm müəssisəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Əkrəm Bağırov konfransda “Orta əsr farsdilli ən böyük təzkirə” mövzusunda fars dilində məruzə ilə çıxış edib. Azərbaycan alimi […]

Bakıda “DevEducation” kolleci açılıb

Bu gün Bakıda beynəlxalq “DevEducation” İT kolleclər şəbəkəsinə aid təhsil müəssisəsi açılıb. “Report” xəbər verir ki, internet sahəsilə bağlı bir neçə şirkətlə tərəfdaşlıq əlaqəsində olan şəbəkəyə məxsus liseyin “Rusel Plaza”dakı ofisində keçirilən tədbirdə 20-dən artıq iştirakçı olub. “DevEducation” kolleclər şəbəkəsinin xarici əlaqələr üzrə direktoru Dmitri Driqaylo bildirib ki, dünya dəyişdikcə hər birimiz bununla ayaqlaşmalıyıq: “Yaşa dolarkən daha çox […]

ADNSU-da DAAD Bakı Məlumat Mərkəzinin fəaliyyətə başlamasının 15 illiyi qeyd olunub

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Alman Akademik Mübadilə Xidməti (DAAD) Bakı Məlumat Mərkəzinin fəaliyyətə başlamasının 15 illiyi münasibətilə tədbir keçirilib. Universitetdən Mektegushesi.az -a bildiriblər ki, müvafiq qurumların iştirak etdikləri tədbirdə bu ali məktəbin beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Rafiq Camalov ADNSU ilə Almaniya universitetləri arasındakı əməkdaşlıq əlaqələrindən danışıb. Bildirilib ki, onlarla azərbaycanlı tələbə […]

ADA Universitetində “Dağlıq Qarabağ düyünü” kitabının təqdimatı olub

Sentyabrın 17-də ADA Universitetində “Dağlıq Qarabağ düyünü” kitabının təqdimatı keçirilib. AZƏRTAC xəbər verir ki, kitabın müəllifləri ADA Universitetinin İctimai və beynəlxalq münasibətlər fakültəsinin baş müəllimi Azər Babayev, Almaniyanın Sülh Tədqiqatları İnstitutunun ekspertləri Bruno Şox və Hans-Joakim Spangerdir. ADA Universitetinin icraçı prorektoru Fariz İsmayılzadə tədbirdə kitab haqqında məlumat verib. Qeyd olunub ki, kitabın birinci hissəsində Dağlıq Qarabağ […]

AMEA-nın Gəncə Bölməsində tələbələrlə görüş

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Gəncə Bölməsində yüksək bal toplayaraq respublikanın müxtəlif universitetlərinə qəbul olan tələbələrlə görüş keçirilib. AMEA-dan Mektebgushesi.az-a bildirilib ki, görüşdə bölmənin sədri, akademik Fuad Əliyev gəncləri təbrik edib, əvvəlki illərlə müqayisədə cari ildə qəbul nəticələrinin artdığını və 60 faizə yüksəldiyini söyləyib. Akademik ölkə rəhbəri İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın elmə, […]

Mingəçevir Dövlət Universitetində “Bilik günü” qeyd olunub

Mingəçevir Dövlət Universitetində (MDU) “Bilik günü” və 2019/2020-ci tədris ilinin başlanması münasibətilə tədbir keçirilib. Tədbirdə universitetin professor-müəllim heyəti, tələbə və valideynlər, Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, Azərbaycan Respublikasının Milli Məclisinin üzvü Aydın Mirzəzadə və digər qonaqlar iştirak ediblər. Tədbiri giriş sözü ilə açan Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov “Bilik günü” və yeni […]

“Speak out” natiqlik məktəbi Şəkidə

Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi (DVC) tərəfindən Şəki şəhərində keçirilən “Speak out” natiqlik məktəbi başa çatıb. 10-14 sentyabr 2019-cu il tarixlərini əhatə edən Natiqlik məktəbində gənclər “Natiqlik sənəti”, “Bədən dili”, “Diksiya”, “Ünsiyyət bacarıqları” təlimləri, “Nə?, Harada?, Nə zaman?”, “Breyn rinq” intellektual oyunu, debat oyunu, “Code Tusi” komanda oyunda iştirak […]

Aİİ-də yuxarı kurs tələbələri ilə görüş keçirilib

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) yuxarı kurs tələbələri ilə görüş keçirilib. Aİİ rektoru Ceyhun Məmmədov tələbələri yeni tədris ilinin başlanması münasibətilə təbrik edib, onlara qədəm qoyduqları mərhələdə uğurlar arzulayıb. Rektor ölkəmizdə təhsilin inkişafına göstərilən diqqət və qayğıdan söhbət açıb. Bildirib ki, Ulu Öndər Heydər Əliyevin yürütdüyü siyasətin layiqli davamçısı – Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin […]

ADNSU THİK nümayəndələri yerli konfransda iştirak ediblər

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İffifaqı Respublika Komitəsinin  5-7 sentyabr tarixlərində “Təhsil” istirahət mərkəzində təşkil etdiyi konfransda iştirak edib. “Gənclərin milli vətənpərvərlik ruhunda tərbiyə edilməsində Tələbə Həmkarlar İttifaqı Komitələrinin vəzifələri: forma və metodlar” adlı konfransın təşkilat komitəsində ADNSU THİK sədri, eyni zamanda Azərbaycan […]

BŞTİ-nin müdiri “Bilik günü” tədbirində iştirak edib

“Bilik günü” münasibətilə 261 nömrəli məktəb-liseydə tədbir keçirilib. Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Rəşad Tağıyev, Xətai Rayon İcra Hakimiyyətinin (RİH) başçısının müavini Etibar Əhmədov, məktəb rəhbərliyi, sabiq məzunlar, valideyn və şagirdlər iştirak edib. “Bilik günü” tədbiri Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Məktəbin direktoru Abuzər Əsədov sevinc və həyəcan içində olan şagirdlərə yeni […]

Bakı Ali Neft Məktəbi yeni tədris ilinə uğurla başlayır

Bakı Ali Neft Məktəbində (BANM) 2019/2020-ci tədris ilinin başlanması münasibəti ilə “Bilik günü”-nə həsr olunmuş təntənəli tədbir keçirilib. Tədbirdə SOCAR-ın prezidenti, millət vəkili Rövnəq Abdullayev, SOCAR-ın vitse-prezidentləri, BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə regionunda əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, o cümlədən Azərbaycanda fəaliyyət göstərən bir çox yerli və transmilli şirkətlərin rəhbərləri, […]

Tədris ilinin ilk dərsləri

Yeni tədris ilində ilk dərs məşğələsi ibtidai siniflərdə “İdman və sağlamlıq”, V-IX siniflərdə “Mütailə-mənəvi zənginliyə aparan yol”, X-XI siniflərdə isə “Azərbaycan inkişaf yollarında” mövzularına həsr olunub. Təhsil nazirinin müvafiq əmrinə əsasən, keçirilən dərslərdə ictimaiyyət nümayəndələri, müharibə iştirakçıları, əmək veteranları və sabiq məzunları iştirak edi “Ümumi təhsil sahəsində 2018-2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri barədə” əmrə əsasən, dərslər […]

Dövlət Dəniz Akademiyasında “Açıq qapı” günü

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Azərbaycan Dövlət Dəniz Akademiyasına (ADDA) bu il qəbul olan tələbələr və onların valideynləri ilə görüş – “Açıq qapı” günü keçirilib. ASCO-dan AZƏRTAC-a bildirilib ki, “Açıq qapı” günündə Gəmiçilik, Azərbaycan Dövlət Dəniz Akademiyası və Bakı Gəmiqayırma Zavodunun rəhbərliyi, əməkdaşları iştirak ediblər. Akademiyanın rektoru Heydər Əsədov builki tələbə qəbulunun yekunları, ADDA-da tədrisin […]

ADNSU-da kitab sərgisi açılıb

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Azİİ Elektron Kitab Evində 2019-2020-ci tədris ilinin başlanması münasibətilə kitab sərgisi açılıb. ADNSU-dan Mektebgushesi.az-a bildiriblər ki, sərgidə kitab evinin bazasına daxil edilmiş yüzlərlə müxtəlif adda kitab və yeni nəşrlər yer alıb. Azərbaycan, rus, ingilis və digər dillərdə olan kitablar elmi-texniki, ictimai-siyası və digər sahələri əhatə edir.