Mektebgushesi

ADPU-nun Quba Filialında “Gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi” mövzusunda tədbir keçirilib

Sentyabrın 24-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba Filialının Heydər Əliyev auditoriyasında “Gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi” mövzusunda tədbir keçirilib. Tədbirdə filialın Tərbiyə işləri üzrə direktor müavini Aysel Şeydayeva, filialın Pedaqoji və ictimai fənlər kafedrasının müəllimləri Mürvət Əliyev, Novruz Kərimov, Tələbə Elmi Cəmiyyətinin (TEC) sədri Türkanə Abışova, TEC-nin sədr müavini Ayşən Bağılı və “Tarix və coğrafiya […]

“Azərbaycanda Məhərrəmlik mərasimləri: dünən və bu gün” mövzusunda “dəyirmi masa” keçirilib

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) “Azərbaycanda Məhərrəmlik mərasimləri: dünən və bu gün” mövzusunda “dəyirmi masa” keçirilib. Mektebgushesi.az – a universitetdən verilən məlumata görə, tədbirdə çıxış edən Aİİ rektoru Ceyhun Məmmədov Azərbaycanda dövlət-din münasibətlərinin qorunmasına, milli-mənəvi dəyərlərin yaşadılmasına xüsusi diqqət və qayğı göstərildiyini qeyd edib. Aİİ-də maarifləndirmə məqsədilə mütəmadi olaraq müxtəlif seminarların və görüşlərin təşkil edildiyini bildirən […]

Milli Azərbaycan Tarixi Muzeyi 100 illik yubileyinə hazırlaşır

Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyinin 2020-ci ildə 100 illik yubileyi ilə əlaqədar müəssisədə əsaslı təmir-bərpa işləri görülür. Muzeydən AZƏRTAC-a bildiriblər ki, müəssisənin binasının bir hissəsində təmir-bərpa işləri artıq yekunlaşmaq üzrədir. Hazırda H.Z.Tağıyevin 8 otaqdan ibarət xatirə muzeyində bərpa işləri aparılır. Möhtəşəm Şərq zalında qədim şərq ənənələrini özündə əks etdirən naxışlar və ərəb dilində […]

İstanbulda Mübariz İbrahimovun adını daşıyan məktəbə dərsliklər paylanılıb

İstanbulda Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun adını daşıyan məktəbə dərsliklər paylanılıb. AZƏRTAC xəbər verir ki, İstanbulda təhsil alan azərbaycanlı şagirdlərə ölkəmizin Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən 500-ə yaxın dərslik təhvil verilib. Komitədən bu barədə verilən məlumatda hazırda təhvil verilən kitabların ümumi işin bir hissəsi olduğu, xeyli sayda dərsliyin yaxın günlərdə tam təhvil veriləcəyi bildirilib.

Azərbaycan alimlərinin məqaləsi nüfuzlu jurnalda dərc olunub

AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyevin, institutun şöbə müdiri, AMEA-nın müxbir üzvü, texnika üzrə elmlər doktoru Ramiz Alıquliyevin, aparıcı elmi işçi, texnika üzrə fəlsəfə doktoru, dosent Fərqanə Abdullayevanın həmmüəllifi olduqları məqalə “Elsevier” nəşriyyatının jurnalında (“Journal of Industrial Information Integration”) dərc edilib. İnstitutdan AZƏRTAC-a bildirilib ki, məqalədə böyük verilənlərin gizliliyi qorumaqla analizini həyata keçirmək […]

ADPU fəalları İvanovka kolxozunda – “üzüm mövsümü”

Sentyabrın 21-22-də ADPU-nun Sosial və humanitar məsələlər üzrə prorektorluğunun təşəbbüsü və ölkəmizdə yeganə kollektiv təsərrüfatı yadigarı olan İsmayıllı rayonu İvanovka kənd N. Nikitin adına kolxozunun dəstəyi ilə ADPU-nun ictimai təşkilatlarının fəalları olan bir qrup tələbəsi universitetin əməkdaşları Turan Kərimli və Cavid Hüseynovun müşayəti ilə növbəti məhsul mövsümdə kolxozçuların qonağı olub, sahələrdə işləyən kolxozçularla birgə üzüm […]

ADU-da Çin “Zhongjujie” bayramı qeyd olunub

Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda ənənəvi Çin bayramına həsr olunmuş “Payızın ortası” adlı tədbir keçirilib. Açılış nitqi ilə çıxış edən Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov bu bayramın vaxtı ikən Azərbaycanda keçirilən tarixi Kövsəc mərasimi ilə oxşarlığı haqqında məlumat verərək, həmrəylik xarakteri daşıyan hər iki bayramı ailə üzvləri, yaxın qohumlar, dostlar bir […]

Konfrans iştirakçıları Heydər məscidini və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunu ziyarət ediblər

“Türk dünyasının görkəmli ictimai-siyasi xadimi – Əhməd bəy Ağaoğlu” mövzusunda elmi konfransın iştirakçıları Heydər məscidini və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunu ziyarət ediblər “Türk dünyasının görkəmli ictimai-siyasi xadimi – Əhməd bəy Ağaoğlu” mövzusunda elmi konfransın iştirakçıları Heydər məscidini və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunu ziyarət ediblər. Heydər məscidini ziyarət zamanı qonaqlara məlumat verilib ki, 2014-cü ilin dekabrında […]

Riyaziyyat və Mexanika İnstitutunda növbəti elmi seminar keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunda “Harmonik analizin müasir problemləri və tətbiqləri” mövzusunda seminar keçirilib. İnstitutdan AZƏRTAC-a bildiriblər ki, seminarda Riyazi analiz şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Vaqif Quliyevin “Kəsr maksimal kommutator üçün bəzi qeydlər” mövzusunda məruzəsi dinlənilib. Sonra kəsr maksimal kommutator üçün alınmış müəyyən nöqtəvi qiymətləndirmə müzakirə olunub.

Aİİ-də Əhməd bəy Ağaoğluna həsr olunmuş konfrans öz işini başa vurub

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ), Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), Türk Ocaqları İstanbul şöbəsi, İstanbul Universiteti Türkiyat Araşdırmaları İnstitutunun birgə təşkilatçılığı ilə “Türk dünyasının görkəmli ictimai-siyasi xadimi – Əhməd bəy Ağaoğlu” mövzusunda ikigünlük elmi konfrans öz işini uğurla yekunlaşdırıb. Bağlanış mərasimində Aİİ rektoru ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov yekun nitqi ilə çıxış edərək, Azərbaycan […]

Paytaxt məktəblərində Beynəlxalq Sülh Günü keçirilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində 21 sentyabr-Beynəlxalq Sülh Günü ilə əlaqədar tədbirlər keçirilib. Belə ki, təhsil müəssisələrində Beynəlxalq Sülh Gününə həsr olunan konfranslar, mühazirə və “Dəyirmi masa”lar, ədəbi-bədii kompozisiyalar, inşa müsabiqəsi, bədii qiraət gecələri təşkil edilib. Şagirdlərə sülh mədəniyyəti, vətənpərvərlik, adət-ənənələrə hörmət ruhu aşılamaq, onların bədii-estetik səviyyələrini yüksəltmək məqsədilə keçirilən Beynəlxalq Sülh Günündə məktəblilərin […]

Əhməd bəy Ağaoğlu mövzusunda elmi konfrans panellərlə davam etdirilir

“Türk dünyasının görkəmli ictimai-siyasi xadimi – Əhməd bəy Ağaoğlu” mövzusunda elmi konfrans panellərlə davam etdirilir Böyük mütəfəkkir Əhməd bəy Ağaoğlunun 150 illik yubileyi ilə əlaqədar olaraq, Azərbaycan İlahiyyat İnstitutu (Aİİ), Türk Ocaqları İstanbul şöbəsi, İstanbul Universiteti Türkiyat Araşdırmaları İnstitutu, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) birgə təşkilatçılığı ilə “Türk dünyasının görkəmli ictimai-siyasi xadimi – Əhməd […]

Bakı Dövlət Peşə Təhsil Mərkəzinə infotur təşkil edilib

Sentyabrın 19-da Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə infotur təşkil edilib. İnfoturda media nümayəndələri və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri iştirak edib. Mediaturun məqsədi Azərbaycan və Koreya hökumətləri arasındakı razılaşmaya uyğun olaraq, Koreya İqtisadi İnkişaf və Əməkdaşlıq Fondunun maliyyə dəstəyi ilə yaradılan yeni Peşə Təhsil Mərkəzi barədə media nümayəndələrinə məlumat vermək […]

Mədəniyyət və İncəsənət Universitetində Milli Musiqi Gününə həsr olunan tədbir keçirilib

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) dahi bəstəkar Üzeyir Hacıbəylinin doğum günü və Milli Musiqi Gününə həsr olunan tədbir keçirilib. ADMİU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən rektor, professor Ceyran Mahmudova Milli Musiqi Gününün qeyd olunmasının əhəmiyyətindən və Üzeyir Hacıbəylinin milli musiqi mədəniyyətində yerindən danışıb. Rektor Azərbaycanın musiqi tarixində dahi bəstəkarın misilsiz xidmətləri olduğunu, onun […]

ADAU-da yeni subsidiya qaydaları ilə bağlı təlimlər keçirilib

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) professor-müəllim heyətinə, Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun, habelə Göygöl, Samux, Goranboy, Daşkəsən, Kəlbəcər, Tovuz, Gədəbəy, Şəmkir, Ağstafa, Qazax rayonlarının DAİM-lərin, Gəncə, Şəki, Tərtər RAEM-lərin əməkdaşları üçün təlimlər keçirilib. Təlimlər Azərbaycan Respublikasının Kənd Təsərrüfat kənd təsərrüfatı məhsulları istehsalçılarına subsidiyaların ödənilməsi üzrə yeni qaydaların tətbiq edilməsi ilə bağlı olub. Təlimi giriş sözü ilə açan […]