Mektebgushesi

ADPU -da “Hədəf Nəşrləri”-nin baş direktoru ilə görüş olub

Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru professor Cəfər Cəfərov Hədəf Şirkətlər Qrupunun baş direktoru Şəmil Sadiqi qəbul edib. Mektebgushesi.az xəbər verir ki, bu barədə Şəmil Sadiq özünün sosial şəbəkədəki hesabında bildirib. Görüşün əsas mövzusu kimi iki təhsil qurumu arasında qarşılıqlı əməkdaşlıq müzakirə olunub. Şəmil Sadiq “Hədəf Nəşrləri”nin nəşr etdiyi “Xatirə ədəbiyyatı” kitab silsiləsini tam şəkildə Cəfər […]

Elmi sessiya: Klassik Azərbaycan ədəbiyyatında gənclik

Fevralın 3-də AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində “Klassik Azərbaycan ədəbiyyatında gənclik mövzusu” adlı elmi sessiya keçirilib. Mektebgushesi.az xəbər verir ki, tədbirdə çıxış edən muzeyin direktoru, akademik Rafael Hüseynov ölkəmizdə Azərbaycan Gəncləri Gününün əsasının ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu söyləyib. Bildirib ki, məhz Ulu Öndərin hakimiyyətə qayıdışından sonra Azərbaycanda dövlət gənclər siyasətinin əsası […]

“Ürəklərə gedən ipək yol” layihəsi yekunlaşıb

Azərbaycan Respublikasının Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirilən “Ürəklərə gedən ipək yol” layihəsi yekunlaşıb. Azərbaycan Respublikasının Təhsil Nazirliyinin “Təhsildə inkişaf və innovasiyalar üzrə 3-cü qrant müsabiqəsi”nin qalibi Məmmədova Rəsidə Salman qızının 01.09.2019-01.02.2020-ci il tarixində 5 ay müddətinə icra etdiyi “Ürəklərə gedən ipək yol” layihəsi yekunlaşıb. Layihənin yekunu ilə bağlı Lənkəran şəhər 8 nömrəli tam orta […]

“Ailə dəyərlərimizi qoruyaq” adlı maarifləndirici tədbir keçirilib

Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi və Astara rayonu Artupa kənd məscidi dini icmasının təşkilatçılığı ilə həyata keçirilən “Ailə dəyərlərimizi qoruyaq” adlı layihə çərçivəsində rayonun Ərçivan qəsəbəsində maarifləndirici tədbir keçirilib. Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Turan Həsənzadə, Artupa kənd məscidi dini icmasının sədri Ağadada Cavadov, qəsəbə ictimaiyyətinin nümayəndələri […]

Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının I Forumu keçirilib

Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının I Forumu keçirilib. Fevralın 1-də Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının I Forumu keçirilib. 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə keçirilən forumun əsas məqsədi gənc müəllimlərin ümumrespublika səviyyəsində toplantısı vasitəsilə onların gələcək fəaliyyət istiqamətlərini müəyyənləşdirmək və əməkdaşlıq şəbəkəsini genişləndirməkdir. Tədbirdən əvvəl Təhsil naziri Ceyhun Bayramov, nazir müavinləri və Azərbaycan […]

BDU-da Gənclər Gününə həsr olunmuş tədbir keçirilib

Bakı Dövlət Universitetində (BDU) “2 fevral – Gənclər Günü” münasibətilə tədbir keçirilib. Tədbir dövlət himninin səsləndirilməsi ilə başlayıb. Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev tədbiri giriş sözü ilə açaraq gəncləri “Gənclər Günü” münasibətilə təbrik edib. Ulu Öndər Heydər Əliyevin 1997-ci il 2 fevral tarixində imzaladığı fərmana əsasən həmin tarixin “Azərbaycan Gəncləri Günü” kimi qeyd edilməsini dövlətimizin apardığı […]

Xüsusi hallar və həssas qruplarla işə dair “Dəyirmi masa” keçirilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) təşkilatçılığı ilə “Xüsusi hallar və həssas qruplarla iş: qarşılıqlı fəaliyyətin tənzimlənməsi və səmərəli əməkdaşlıq” mövzusunda “Dəyirmi masa” keçirilib. “Dəyirmi masa”da BŞTİ-nin müdiri Rəşad Tağıyev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun, paytaxtın Rayon İcra hakimiyyətlərinin, Bakı şəhər […]

BSU-da Azərbaycan Gəncləri Günü qeyd olunub

Yanvarın 30-da Bakı Slavyan Universitetində (BSU) 2 fevral – Azərbaycan Gəncləri Günü ilə bağlı tədbir keçirilib. BSU-dan Mektebgushesi.az-a bildirilib ki, tədbiri açan rektor Nurlana Əliyeva tələbələri əlamətdar gün münasibətilə təbrik edib. Rektor bildirib ki, ölkədə gəncliyə böyük diqqət və qayğının əsası müasir Azərbaycan dövlətinin qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin vətənpərvər fəaliyyətinin, […]

Yazıçı Fəxri Uğurlu Report Media Məktəbinin tələbələri ilə görüşüb

“Multikulturalizm” jurnalının baş redaktoru, yazıçı Fəxri Uğurlu Report Media Məktəbinin tələbələri ilə görüşüb.  O, gənclərə Azərbaycan dilinin zənginliyindən, çağdaş Azərbaycan ədəbiyyatından, müasir tendensiyalardan danışıb. “Sözləri haradan tapırsınız? Yazıçı yeni sözü ədəbiyyata necə gətirir” sualını cavablandıran Fəxri Uğurlu bildirib ki, dilə daxil olan sözlər müxtəlif yollarla, yazıçıların vasitəsi ilə gətirilir: “Biz, yazı adamları, gəlmə sözlərdən qaçmağa çalışırıq. Amma sırf, necə […]

Şagirdlər akademik Yusif Məmmədəliyevin fəaliyyəti barədə məlumatlandırılıb

2 saylı Uşaq-Gənclər İnkişaf Mərkəzinin kimya-texnologiya dərnəyinin şagirdləri Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda (NKPİ) olublar. NKPİ-dən  Mektebgushesi.az -a bildirilib ki, əvvəlcə şagirdlər institutun direktoru, akademik Vaqif Abbasovla görüşüblər. Vaqif Abbasov şagirdlərə elm və təhsilin vəhdətindən, NKPİ-nin fəaliyyətindən, burada aparılan elmi-tədqiqat işlərindən, kimya elmində baş verən mühüm yeniliklərdən söz […]

IV beynəlxalq uşaq rəsm müsabiqəsi

Təhsil Nazirliyi və Milli Olimpiya Komitəsinin birgə təşkilatçılığı ilə məktəblilər arasında “Dostluğun sehri” IV beynəlxalq uşaq rəsm müsabiqəsinə start verilib. “Tokio 2020 Yay Olimpiya Oyunları – sağlamlıq, dostluq, birlik” mövzusunda keçirilən rəsm müsabiqəsi “Tokio 2020” Yay Olimpiya Oyunlarını uşaqlar arasında təbliğ etmək, Olimpiya dəyərləri və ideyalarını öyrətmək, uşaqlara tolerantlıq, sülh, həmrəylik, əməkdaşlıq, dostluq hisslərini aşılamaq, […]

“Sağlam ailə-sağlam cəmiyyət” adlı layihə çərçivəsində maarifləndirici tədbir keçirilib

Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi və Lənkəran rayonu Liman şəhəri “Cümə” məscidi dini icmasının təşkilatçılığı ilə həyata keçirilən “Sağlam ailə-sağlam cəmiyyət” adlı layihə çərçivəsində rayonun Nərimanabad qəsəbəsində maarifləndirici tədbir keçirilib. Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşları Emin Həmidli, Tacəddin Sadıqov, İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Cəlilabad Regional Mərkəzinin […]

Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri Quba rayonunun təhsil ictimaiyyəti ilə görüşüblər

Yanvarın 24-də Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında olublar. Səfər çərçivəsində İctimai Şuranın sədr müavini, tanınmış təhsil eksperti Nadir İsrafilov, məsul katib İlqar Orucov və Şura üzvü Ülviyyə Mikayılova payız semestrinin imtahan sessiyasının gedişi ilə tanış olmuş, Apellyasiya Komissiyası və İmtahan Qərargahının fəaliyyəti ilə maraqlanaraq, komissiya sədrləri və nəzarətçilərlə […]

BSU-da Rusiya Federasiyasının nümayəndələri ilə görüş – FOTOLAR

Bakı Slavyan Universitetinin (BSU) rektoru, professor Nurlana Əliyeva Azərbaycanda işgüzar səfərdə olan M.İ.Rudomino adına Ümummrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasının Beynəlxalq fəaliyyət üzrə direktoru Svetlana Qoroxova, həmin kitabxananın Elm və təhsil fəaliyyəti üzrə direktoru Tatyana Polejayeva, Müstəqil Dövlətlər Birliyi və Şərqi Avropa ölkələri üçün Qoruma və Mühafizə Mərkəzinin koordinatoru Mariya Kolpakova, Elektron-Kitabxana Sisteminin Baş direktoru Natalya […]

Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasının nümayəndə heyəti ADU-da olub

Yanvarın 23-də Azərbaycan Dillər Universitetinin rektoru, akademik, Xalq yazıçısı Kamal Abdulla Azərbaycanda işgüzar səfərdə olan M.İ.Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasının nümayəndə heyəti ilə görüşüb. Rektor Kamal Abdulla qonaqları universitetdə görməkdən məmnun olduğunu söyləyib, ADU-nun respublikada müxtəlif ölkələrin dil və mədəniyyətlərini tədris edən özünəməxsus universitet olduğunu deyib. Universitetdə tədris olunan dillər haqqında danışan rektor […]