Mektebgushesi

ADPU-nun Quba Filialında “Məişət zorakılığına qarşı mübarizə sahəsində maarifləndirmə” mövzusunda tədbir keçirilib

Sentyabrın 27-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba Filialında “Məişət zorakılığına qarşı mübarizə sahəsində maarifləndirmə” mövzusunda tədbir keçirilib. Tədbirdə filialın Tərbiyə işləri üzrə direktor müavini Aysel Şeydayeva, Quba Rayon İcra Hakimiyyəti (RİH) aparatının baş məsləhətçisi Aynur Yəhyayeva, Quba Resurs Təlim Mərkəzinin rəhbəri Eynulla Xeyrullayev, adıçəkilən layihə üzrə ekspert Arzu Hüseyn və filialın müəllim və tələbə […]

Gəncə gəncləri “Sağlam Gəncə üçün bir gün” adlı ekoloji aksiya keçirib

Odlar Yurdu Gənclər İctimai Birliyinin könüllü gəncləri Gəncə şəhərinin Park Bulvar ərazisində ekoloji maarifləndirici aksiya keçirib. Ekoloji aksiyanın keçirilməsində məqsəd təbiəti çirkli tullantılardan təmizləmək, ekoloji maarifləndirmə işi aparmaq və bu fəlsəfəni təbliğ edərək gəncləri təbiəti qorumağa səsləmək olmuşdur. Ekoloji aksiya şəhər sakinlərinində marağına səbəb olmuşdur. Məlumat üçün bildirək ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına […]

“Tibbin korifeyləri” və “Tibbin tarixşünaslığı” kitabları nəşrə hazırlanır

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elm Tarixi İnstitutunda elmi şuranın növbəti iclası keçirilib. İclasda institutun direktoru Məryəm Seyidbəyli elmi müəssisədə nəşrə hazırlanan “Tibbin korifeyləri” və “Tibbin tarixşünaslığı” kitabları barədə məlumat verib, nəşrlərin Azərbaycan elmi üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. İnstitutdan AZƏRTAC-a bildirilib ki, iclasda hüquq üzrə elmlər doktoru Zaur Məmmədovun “Hüquq elminin təşəkkülü, formalaşması və […]

“Bir” Tələbə-Könüllü proqramının bölgələrdəki təqdimatlarına start verildi

Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü proqramının təhsil müəssisələri üçün təqdimatlarına başladı. Sentyabrın 23-də Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü proqramının Masallı Dövlət Regional Kolleci və Lənkəran Dövlət Universitetinin tələbələri üçün təqdimatları keçirilib. Təqdimatlar zamanı bildirib ki, “Bir” Tələbə-Könüllü proqramı ölkəmizin inkişafında böyük rol oynayan tələbə-könüllülərlə işi sistemləşdirmək, müvafiq fəaliyyəti stimullaşdırmaq və tələbələrin asudə vaxtının səmərəli dəyərləndirilməsi üçün yaradılan […]

Aİİ Beynəlxalq Tərcüməçilər Günü ilə bağlı tədbir keçirib

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) Beynəlxalq Tərcüməçilər Günü ilə bağlı tədbir keçirib. Tədbirdə dini ədəbiyyatın Azərbaycan dilinə tərcümə edilməsi, mövcud vəziyyət və perspektivlərlə bağlı müzakirələr aparılıb. Tədbirdə çıxış edən Aİİ-nin rektoru C.Məmmədov ölkəmizdə təhsilin və elmin inkişafına xüsusi diqqət və qayğı ilə yanaşıldığını, gənclərimizin Vətənimizin uğurlu gələcəyi naminə peşəsinin mütəxəssisi olması üçün qətiyyətli addımların atıldığını vurğulayıb. […]

LDU-da vətənpərvərlik mövzusunda tədbir keçirilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2019-cu ilin 1-ci Qrant müsabiqəsinin qaliblərdən biri olan “Turan Araşdırma Mərkəzi” İB Lənkəran Dövlət Universitetində (LDU) vətənpərvərlik mövzusunda tədbir keçirib. Tələbə və müəllimlərin qatıldığı tədbiri LDU-nun social məsələlər üzrə prorektoru dosent Kamran Kazımov açaraq bildirib ki, “Vətən namusdur! Vətən şərəfdir! Vətən qorunacaq tək hədəfdir!” adlı […]

Youth Inc.” Sahibkarlıq Proqramı Rusiyada keçirilən forumda təmsil edilib

“Youth Inc.” Sahibkarlıq Proqramı 22-25 Sentyabr 2019-cu il tarixləri aralığında Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən “ VII Rusiya-Azərbaycan Gənclər Forumu”nda Gənclər və İdman Nazirinin müavini cənab İntiqam Babayevin rəhbərlik etdiyi nümayəndə heyətinin üzvü kimi proqram koordinatoru Talifa İsgəndərli tərəfindən “Gənclər üçün biznes. Sosial sahibkarlıq” mövzusunda aparılan panel müzakirələrində təmsil edilib. Panel müzakirələrində Azərbaycanda olan sosial sahibkarlıq […]

SDU-nun rektoru professor Elxan Hüseynov yüksək nəticələr göstərmiş tələbələrlə görüşüb

Sumqayıt Dövlət Universitetinin rektoru professor Elxan Hüseynov 2019/2020-ci tədris ilinin tələbə qəbulu imtahanlarında yüksək nəticələr göstərmiş tələbələrlə görüşüb. Mektebgushesi.az xəbər verir ki, görüş zamanı rektor universitetin rəhbərliyini tələbələrə təqdim etdi, yüksək nəticə əldə etməkləri münasibəti ilə təbrik etdi, onlara təhsillərində uğurlar arzulayıb. Gənclərin nailiyyətləri ilə hamının qürur duyduğunu qeyd edən rektor, bu sahədə həm valideynlərin, […]

Bakı Ali Neft Məktəbində “Əsrin müqaviləsi”nin 25 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçirilib

Bakı Ali Neft Məktəbində “Əsrin müqaviləsi”nin 25 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçirilib. Tədbirdə İtaliya, Böyük Britaniya, Fransa, Almaniya, İspaniya, İsveçrə, Belçika, Rumıniya, Qazaxıstan kimi ölkələrdən 50-dən çox nümayəndə iştirak edib. Konfransı açıq elan edən Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov “Əsrin müqaviləsi”nin məqsədi, neft strategiyasının uğurları və perspektivləri barədə iştirakçılara ətraflı məlumat verib. […]

İsmayıl Şıxlının 100 illik yubiley tədbirləri keçirilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində İsmayıl Şıxlının 100 illik yubileyi ilə əlaqədar silsilə tədbirlər keçirilib. Belə ki, təhsil müəssisələrində azərbaycanlı nasir, ədəbiyyatşünas, yazıçı, publisist İsmayıl Şıxlının həyat və yaradıcılığına həsr olunmuş mühazirə, disput, “Dəyirmi masa”, seminar və ədəbi-bədii gecələr təşkil edilib. Eləcə də təhsil müəssisələrində yazıçıya həsr olunan fotostendlər, […]

Mədəniyyət və İncəsənət Universitetində Xalq artisti Cahangir Novruzovla görüş

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) tanınmış aktyor və rejissor, Xalq artisti, Türkiyənin Adana Çukurova Universiteti Dövlət Konservatoriyasının professoru Cahangir Novruzovla görüş keçirilib. Universitetdən Mektebgushesi.az -a bildirilib ki, tədbirdə çıxış edən ADMİU-nun rektoru, professor Ceyran Mahmudova rəhbərlik etdiyi ali təhsil müəssisəsinin bir çox məzununun ölkənin nüfuzlu fəxri adlarını daşıdığını söyləyib. Rektor bildirib ki, onların […]

Azərbaycanlı alim beynəlxalq konqresdə məruzə ilə çıxış edib

Gürcüstanın paytaxtı Tbilisi şəhərində İvane Beritaşvili adına Gürcüstan Fizioloqlar Cəmiyyətinin IV beynəlxalq konqresi keçirilib. İsveç, Avstriya, Portuqaliya, Bolqarıstan, Rusiya, Belarus, Ukrayna və digər ölkələrdən mütəxəssislərin qatıldığı konqresdə ölkəmizi AMEA-nın Fiziologiya İnstitutunun direktoru, Azərbaycan Fizioloqlar Cəmiyyətinin sədri, biologiya elmləri doktoru Ulduz Həşimovanın rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib. AMEA-dan Mektebgushesi.az -a bildirilib ki, Ulduz Həşimova plenar […]

Azərbaycan İlahiyyat İnstitutunun “İlahiyyat” ictimai fikir jurnalı çap olunub

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) “İlahiyyat” ictimai fikir jurnalı çap olunub. On beş rubrikadan ibarət ictimai fikir jurnalında öz sahəsinin peşəkar mütəxəssisi olan elm adamlarının yazıları, ali təhsil müəssisəsi haqqında müxtəlif xəbərlər dərc olunub. Jurnalın ilk sayında, rəsmi guşədə Azərbaycan İlahiyyat İnstitutunun yaradılması haqqında Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin sərəncamı yer alıb. Azərbaycan İlahiyyat İnstitutunun […]

AMEA Biofizika İnstitutunun əməkdaşları “Rusiya Biofiziklərinin VI qurultayı”nda

Azərbaycan Milli Elmlər Akademiyasının Biofizka İnstitutunun Ekoloji biofizika və Biomolekulların strukturu, dinamikası və funksiyası laboratoriyalarının əməkdaşları “Rusiya Biofiziklərinin VI qurultayı”nda iştirak ediblər. AMEA-dan AZƏRTAC-a bildirilib ki, müasir biofizika elminin aktual problemlərinə həsr olunan qurultayda fotobiologiya, fotosintez, zəif elektromaqnit sahələrinin canlı hüceyrə ilə qarşılıqlı təsiri, bioinformatika, biotibbi tədqiqatdakı azot oksidi və suda molekulyar qarşılıqlı təsir, habelə kök […]

Bakıda “Bolonya əməkdaşlıq forumu” keçirilir

Bakıda Alman Akademik Mübadilə Xidməti (DAAD, Bonn) DAAD Bakı Məlumat Mərkəzi ilə birgə “Bolonya əməkdaşlıq forumu” keçirir. AZƏRTAC xəbər verir ki, müvafiq qurumların nümayəndələrinin, mütəxəssislərin iştirak etdikləri tədbirdə Alman Akademik Mübadilə Xidmətinin siyasi dəstək şöbəsinin icraçı direktoru David Flores müasir dünyada təhsilin, xüsusilə ali təhsilin mühüm rolundan danışıb. İcraçı direktor forumun əhəmiyyətini vurğulayıb. Qeyd olunub ki, […]