Mektebgushesi

Aİİ “Gələcək karyeramı necə qurmalıyam?” mövzusunda seminar keçirib

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) “Gələcək karyeramı necə qurmalıyam?” mövzusunda seminar keçirib. Mektebgushesi.az – a universitetdən verilən məlumata görə, Aİİ rektoru Ceyhun Məmmədov bildirib ki, ölkəmizdə gənclər siyasəti dövlətin müəyyənləşdirdiyi istiqamətin mühüm tərkib hissəsidir. Respublikada bu siyasətin formalaşdırılması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. İnstitut rəhbəri C.Məmmədov daha sonra vurğulayıb ki, ümummilli lider Heydər Əliyevin […]

“Regional İnkişaf” İctimai Birliyi inklüziv təhsil sahəsində maarifləndirmə təlimləri keçirib

Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi inklüziv təhsil sahəsində növbəti maarifləndirmə layihəsini Azərbaycan Dövlət Pedaqoji Universiteti və Bakı Slavyan Universitetində reallaşdırıb. Bu barədə Trend-ə “Regional İnkişaf” İctimai Birliyindən məlumat verilib. Qeyd edək ki, tədbir “Regional İnkişaf” İctimai Birliyinin Avropa İttifaqinin dəstəyi ilə həyata keçirdiyi “Müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarının artırılması” və “UNİCEF Azərbaycan”ın reallaşdırdığı […]

Çindəki Azərbaycan diasporunun nümayəndələri ADU-da olublar

Azərbaycan Dillər Universiteti nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda Çindəki Azərbaycan diasporunun nümayəndələri, millətlərarası Azərbaycan-Çin ailəsinin üzvləri – Pərvanə Kazımova, Çində anadan olmuş oğulları Elcan və Elşən ilə görüş keçirilib. P. Kazımova artıq on ildən çoxdur ki, Dalian şəhərinin aparıcı universitetlərinin magistraturasında, sonra isə doktoranturasında təhsil alaraq, ailəsinin Çinin ictimai həyatında iştirakından, övladlarının həm Azərbaycan adət-ənənələri […]

DQİDK və Ombudsmanın regional nümayəndəliyi Lənkaran məktəblərində görüş keçirib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi, İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Cəlilabad Regional Mərkəzi və Lənkəran Şəhər Təhsil Şöbəsinin (ŞTŞ) birgə təşkilatçılığı ilə Aşağı Nüvədi qəsəbə tam orta məktəbində tədbir keçirilib. “Mənəvi dəyərlərin təbliğinin dini radikalizmə qarşı mübarizədə əhəmiyyəti” mövzusunda baş tutan tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşları Emin […]

“Dini radikalizm, zərərli vərdişlər və onların fəsadları” mövzusunda tədbir keçirilib

Oktyabrın 1-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi, İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Cəlilabad Regional Mərkəzi və Lənkəran Şəhər Təhsil Şöbəsinin (ŞTŞ) birgə təşkilatçılığı ilə Şıxakəran kənd tam orta məktəbində “Dini radikalizm, zərərli vərdişlər və onların fəsadları” mövzusunda tədbir keçirilib. Tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşları Emin Həmidli, Tacəddin […]

ADNSU-nun rektoru Türkiyədə Beynəlxalq konfransdan qayıdan tələbələrlə görüşüb

Oktyabrın 1-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı Türkiyənin İzmir şəhərində keçirilən VI Beynəlxalq “Termozfiki və mexaniki xüsusiyyətlərin yeni üsulları” adlı konfransdan qayıdan tələbələrlə görüşüb. ADNSU-nun rektoru, prof. Mustafa Babanlı tələbələrin Türkiyədə beynəlxalq konfransdakı çıxışları və konfransda qazandıqları təəsüratlarla maraqlanıb. ADNSU-nu mötəbər tədbirdə layiqincə təmsil etdikləri üçün gənclərə təşəkkürünü ifadə […]

Tarixi Muzeyində Əhməd bəy Ağaoğluya həsr olunmuş beynəlxalq simpozium keçirilir

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 10 aprel tarixli Sərəncamına uyğun olaraq görkəmli mütəfəkkir, dövlət xadimi, XIX əsrin sonu XX əsrin əvvəllərində milli oyanış hərəkatının öncüllərindən biri olan Əhməd bəy Ağaoğlunun anadan olmasının 150 illik yubileyi ölkəmizdə geniş qeyd edilir. AZƏRTAC xəbər verir ki, yubiley tədbirləri çərçivəsində oktyabrın 2-də AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində Əhməd bəy Ağaoğluya […]

“İlahiyyatçı” qəzetinin növbəti buraxılışı çap olunub

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) “İlahiyyatçı” qəzetinin sentyabr buraxılışı çap olunub. Mətbu orqanın ilk səhifəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycanın Yəhudi İcmasına təbriki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şagird və tələbələri Bilik Günü münasibətilə təbriki, həmçinin Şamaxı Cümə məscidini ziyarəti yer alıb. Qəzetin ikinci səhifəsində “Multikulturalizmə giriş” dərsliyinin təqdimatı olub” və “Aşura günü ilə […]

23 saylı məktəbdə “yol hərəkəti qaydalarının təbliği” ilə bağlı seminar keçirilib

Bu gün Demokratiyanın və Milli Dəyərlərin Təbliği İctimai Birliyi Bakı şəh. 23 saylı tam orta məktəbdə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəyərləndirib maliyyələşdirdiyi “Şagirdlərin yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirməklə yol hərəkəti qaydalarının təbliği” mövzusunda  təlimini reallaşdırdı. Təlim Dövlət Himnimizin səslənməsilə basladı. Sonra təlimçi şagirdlərlə qısa tanışlıqdan sonra mövzu haqqında məlumat verdi və […]

Xalq yazıçısı Kamal Abdulla Yaradıcılıq fakültəsinin tələbələrinə mühazirə oxuyub

Azərbaycan Dillər Universitetində (ADU) Yaradıcılıq fakültəsinin 1-ci kurs tələbələri ilə görüş keçirilib. Təhsil ocağının rektoru, akademik, Xalq yazıçısı Kamal Abdulla fakültənin yaradılmasının məqsədindən danışıb və qeyd edib ki, Yaradıcılıq fakültəsi ədəbiyyat, fəlsəfə və digər incəsənət sahələrinin daha dərindən mənimsənilməsi üçün tələbələrə yeni imkanlar yaradacaq. Rektorun sözlərinə görə, ədəbi prosesləri və ədəbi istiqamətləri yaxından izləmək, yeni […]

Mərkəzi Elmi Kitabxananın fonduna Ukrayna ilə bağlı kitablar hədiyyə edilib

Ukraynanın kitabxanalarını təmsil edən nümayəndə heyəti AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) olub. MEK-dən AZƏRTAC-a bildirilib ki, Ukrayna nümayəndə heyəti ilə kitabxanaların inkişafı, onların informasiya texnologiyalarına uyğunlaşdırılması sahəsində təcrübə mübadiləsi və cari vəziyyətinin müzakirəsi məqsədilə görüş keçirilib. Qonaqlar kitabxananın fəaliyyəti, diplomatik fond, nadir kitablar fondu, dissertasiyalar zalı və digər oxu zalları ilə tanış olublar. Ukraynalı qonaqlar MEK-in […]

Azərbaycanlı alimlər Beynəlxalq Elmlər Akademiyaları Assosiasiyasının iclasında iştirak ediblər

Tacikistanın paytaxtı Düşənbədə Beynəlxalq Elmlər Akademiyaları Assosiasiyasının (BEAA) 32-ci iclası keçirilib. Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) AZƏRTAC-a bildirilib ki, Rəyasət Heyəti aparatının Beynəlxalq əlaqələr idarəsinin MDB ölkələri ilə əlaqələr şöbəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Ruslan Qasımov BEAA-nın təşkilati və texniki şurasının üzvlərinin iclasında iştirak edib. İclasda üzv ölkələrin elmi-tədqiqat müəssisələri ilə əməkdaşlıq perspektivləri üzrə […]

Çinin Anxoy vilayətinin Dövlət Opera Teatrının solistləri BDU-nun nəzdindəki Konfutsi İnstitutunda

Oktyabrın 1-də Bakı Dövlət Universitetinin (BDU) nəzdindəki Konfutsi İnstitutunda Çin Xalq Respublikasının (ÇXR) Anxoy vilayətinin Dövlət Opera Teatrının solistləri ilə görüş keçirilib. AZƏRTAC xəbər verir ki, müəllim və tələbələrin iştirak etdikləri görüşdə universitetin nəzdindəki Konfutsi İnstitutunun Azərbaycan tərəfindən direktoru Oqtay Cəlilbəyli çıxış edərək iki ölkə arasında əməkdaşlığın, o cümlədən elm, təhsil və mədəniyyət sahəsində əlaqələrin əhəmiyyətindən […]

BDU-da müxtəlif istiqamətlərdə uğurlu elmi-tədqiqatlar aparılır

Prezident İlham Əliyevin həyata keçirdiyi ardıcıl və məqsədyönlü dövlət siyasəti nəticəsində ölkəmizdə elm tutumlu sənayenin yaradılması və yeni texnologiyaların tətbiqi istiqamətində ciddi irəliləyişlər əldə edilir. Məqsədyönlü siyasət hesabına iqtisadiyyatımız rəqabət qabiliyyətinə görə öncül sıralara doğru yüksəlməkdədir. Bu inkişaf elm və təhsil sahəsində islahatların düzgün aparılması, dünya elm və təhsilinə inteqrasiya sahəsində görülən çoxşaxəli işlərlə əlaqədardır. […]

Aİİ-nin Dinşünaslıq kafedrasının müdiri beynəlxalq qurultayda iştirak edib

Azərbaycan İlahiyyat İnstitutu Dinşünaslıq kafedrasının müdiri ilahiyyat üzrə fəlsəfə doktoru, dosent Elnurə Əzizova Türk Dil Qurumu Başqanlığının təşkilatçılığı ilə Ankarada keçirilən Beynəlxalq Kutadqu Bilig Qurultayında iştirak edib. Mektebgushesi.az xəbər verir ki, UNESKO-nun 2019-cu ili Yusif Balasaqunlunun “Kutadqu Bilig” əsərinin yazılışının 950-ci ildönümü elan etməsi ilə bağlı keçirilən Beynəlxalq Kutadqu Bilig Qurultayında dil, ədəbiyyat, tarix, mədəniyyət […]