Mektebgushesi

GDU-da şərqşünas alim Aida İmanquliyevanın 80 illik yubileyi münasibətilə konfrans keçirilib

Gəncə Dövlət Universitetində (GDU) görkəmli şərqşünas alim, filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın anadan olmasının 80 illik yubileyi münasibətilə konfrans keçirilib. Universitetin Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti xəbər verir ki, tədbirdə ilk olaraq Aida xanım İmanquliyevanın unudulmaz xatirəsi bir dəqiqəlik sükutla, dərin ehtiramla yad edilib. Daha sonra alim, şərqşünas Aidə İmanquliyevaya həsr olunmuş film nümayiş […]

Xüsusi siniflərin fəaliyyət göstərdiyi məktəbə mediatur təşkil edilib

Oktyabrın 29-da istedadlı uşaqlar üçün xüsusi siniflərin fəaliyyət göstərdiyi Bakı şəhəri 220 nömrəli məktəb-liseyə mediatur təşkil edilib. Mektebgushesi.az xəbər verir ki, mediaturun məqsədi ümumi təhsil müəssisəsində təşkil edilən xüsusi siniflərlə tanışlıq, bu siniflərdə tədris prosesi ilə bağlı media nümayəndələrini məlumatlandırmaq olub. Mediatur zamanı məlumat verilib ki, 2018-2019-cu tədris ilində Bakı şəhərində 18, Sumqayıt, Gəncə, Mingəçevir […]

BMU-da I kurs tələbələrinin ilk sərgisi

Bakı Mühəndislik Universitetində (BMU) Memarlıq və dizayn kafedrasının müəllimi Ləman Abdullazadənin rəhbərliyi ilə Dizayn ixtisası üzrə təhsil alan I kurs tələbələrinin ilk sərgisi keçirilib. Sərgidə tələbələrin bir ay müddətində “Dizaynın əsasları 1”, “Konstruktivləşdirmənin əsasları 1” fənlərindən hazırladıqları həndəsi elementlər və fiqurlardan qurulan 2d, həmçinin 3d kompozisiyalar nümayiş olunub. Memarlıq və dizayn kafedrasının müdiri, professor Sabir […]

Demokratiyanın və Milli Dəyərlərin Təbliği İctimai Birliyi maarifçi layihəsini yekunlaşdırdı

Əli Cəfərov: “Təlimlər nümunəvi davranış qaydalarına yiyələnməyinizə səbəb olacaq və vətəndaş cəmiyyətinə inteqrasıyanızı asanlaşdıracaq” Bu gün Demokratiyanın və Milli Dəyərlərin Təbliği İctimai Birliyi paytaxtın Suraxanı rayonunda məskunlaşmış Kəlbəcər rayon 23 saylı tam orta məktəbdə “Şagirdlərin yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirməklə yol hərəkəti qaydalarının təbliği” mövzusunda keçirdiyi təlimlərdən sonuncusunu reallaşdırdı. Xatırladırıq ki, silsilə xarakteri almış bu təlimlər […]

Dünya şöhrətli alim ADNSU-da qeyri-səlis məntiq nəzəriyyəsindən mühazirə oxuyub

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Kanadanın Alberta və Edmonton universitetlərinin   Hesablama İntellekti üzrə professoru, Polşa Elmlər Akademiyasının və Kanada Kral Cəmiyyətinin üzvü, İngiltərənin Nottingem Universitetinin xüsusi professoru Witold Pedrycz hesablama intellekti üzrə mühazirə oxuyub. Mektebgushesi.az xəbər verir ki, mühazirədə ADNSU-nun rektoru, professor Mustafa Babanlı, universitetin professor-müəllim heyəti, magistrlar və yuxarı kurs bakalavrlar […]

“Kiçik Akademiya” rəhbərləri üçün təlimlər

Paytaxtın ümumi təhsil müəssiələrində fəaliyyət göstərən “Kiçik Akademiya” rəhbərləri üçün təlimlər keçirilir. Təlimlərin keçirilməsinin əsas məqsədi “Kiçik Akademiya” rəhbərlərinin sistemli və  səmərəli fəaliyyətini təmin etmək, onlar arasında qarşılıqlı fəaliyyət çərçivəsində sağlam rəqabət mühiti yaratmaqdan ibarətdir. Təlimlər zamanı elmi-tədqiqat fəaliyyətinə meyli olan istedadlı şagirdlərin vaxtında aşkara çıxarılması və onların fəaliyyətinin stimullaşdırılmasında müsbət rolu olan “Kiçik Akademiya”lar […]

“Ərtoğrol Cavid: taleyi və sənəti” kitabı nəşr olunub

AMEA-nın Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutu tərəfindən “Ərtoğrol Cavid: taleyi və sənəti” kitabı çapdan çıxıb. Mektebgushesi.az xəbər verir ki, vəsait Naxçıvan Muxtar Respublikası Ali Məclis Sədri Vasif Talıbovun “Ərtoğrol Cavidin anadan olmasının 100 illiyinin qeyd edilməsi haqqında” 18 aprel 2019-cu il tarixli sərəncamına əsasən işıq üzü görüb. İki bölmədən ibarət olan nəşrin birinci hissəsində AMEA-nın müxbir üzvü Əbülfəz […]

Aİİ-də “Fərdi inkişaf və motivasiya” mövzusunda əməkdaşlar üçün təlim təşkil olunub

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) təlimçi Fəxrəddin Abdullayevin təqdimatında ali təhsil müəssisəsi əməkdaşları üçün “Fərdi inkişaf və motivasiya” mövzusunda təlim təşkil olunub. Aİİ rektoru Ceyhun Məmmədov təlim iştirakçılarını salamlayaraq, rəhbərlik etdiyi ali təhsil müəssisəsinin fəaliyyəti, elmi və mədəni inkişafı istiqamətində təşkil olunan konfrans, seminar, “dəyirmi masa”, görüş, layihə və proqramlar barədə məlumat verib. C. Məmmədov bildirib […]

Pedaqoji Kollecdə işə yeni qəbul olunmuş müəllimlərlə görüş keçirilib

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində yeni işə qəbul olmuş müəllimlərlə – gənc müəllimlərlə, fənn kabinet müdirləri və qrup rəhbərlərilə görüş keçirilib. Kollecin rəhbərliyi tərəfindən təşkil olunmuş bu görüşdə gənc müəllimləri yeni işə başlamaları mübasibətilə təbrik edən kollecin direktoru dos.İsrayıl İsgəndərov onlara işlərində uğurlar arzulayaraq gənc nəslin təlim-tərbiyəsində, müasir dərslərin keçirilməsində İKT-dən istifadədə, innovativ, yeni […]

“Hədəf Nəşrləri”nin 10 illik yubileyi qeyd olunub

Oktyabrın 26-da “Hədəf Nəşrləri”nin 10 illik yubiley tədbiri keçirilib. Mektebgushesi.az xəbər verir ki, tədbirdə çıxış edən “Hədəf Nəşrləri”nin təsisçisi, filologiya üzrə fəlsəfə doktoru Şəmil Sadiq “Hədəf Nəşrləri”nin 10 il ərzində keçdiyi yola nəzər salıb, nəşriyyatın həyata keçirdiyi layihələr barədə məlumat verib. Şəmil Sadiq qeyd edib ki, “Hədəf Nəşrləri” MMC 2009-cu ildə təsis olunub. Fəaliyyətə başladığı […]

Biologiya fənni üzrə bazar günü məktəbi

Noyabrın 3-də M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialında biologiya fənni üzrə bazar günü məktəbi təşkil olunacaq. Növbəti məşğələlər barədə əlavə məlumat veriləcək. Mektebgushesi.az   MDU-nun Bakı filialının saytına istinadla xəbər verir ki, bazar günü məktəbi Hüseyn Cavid prospekti, 133 ünvanında (metronun “Elmlər Akademiyası” stansiyası yaxınlığında) keçiriləcək. Məşğələlər pulsuzdur. Bazar günü məktəbinə yazılmaq üçün əlaqə […]

İlahiyyat İnstitutu Novxanıda ənənəvi sahilyanı təmizlik aksiyası keçirib

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) Binəqədi Rayon İcra Hakimiyyəti ilə birlikdə ənənəvi sahilyanı təmizlik aksiyası keçirib. Tədbirdə Azərbaycan İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədov, ali təhsil müəssisəsinin əməkdaşları və tələbələrindən ibarət 50 nəfərlik heyət iştirak edib. Aİİ rektoru Ceyhun Məmmədov bildirib ki, tədbirin əsas məqsədi dəniz sahillərində təmizliyə riayət olunmasını təbliğ etmək, sahilyanı ərazilərin məişət tullantıları ilə […]

Məktəbdənkənar təhsil müəssisələrinin əməkdaşları üçün seminar təşkil olunub

Məktəbdənkənar təhsil müəssisələri üçün əmək münasibətlərinin tənzimlənməsi və maliyyə məsələləri haqqında seminar keçirilib. Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzində təşkil olunan seminarda nazirliyin və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndələri, məktəbdənkənar təhsil müəssisələrinin rəhbərləri və əməkdaşları iştirak ediblər. İki gün davam edən seminarda məktəbdənkənar təhsil müəssisələrində mövcud qanunvericiliyə riayət olunması, müəssisələrə işə […]

Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində təlim təşkil edilib

Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində aşpaz və qənnadçı-şirniyyatçı ixtisasları üzrə təhsil alan tələbələr üçün “Qida təhlükəsizliyi, tərəvəz və ərzaqların düzgün saxlanılması qaydaları haqqında” təlim təşkil olunub. Peşə Təhsil Mərkəzindən AZƏRTAC-a bildirilib ki, tələbələrin peşə biliklərinin artırılması məqsədi daşıyan təlim usta aşpaz, Beynəlxalq Kulinariya Assosiasiyasının vitse-prezidenti, Azərbaycanın fəxri turizm işçisi Anar Qasımov […]

AMEA-nın Mərkəzi Nəbatat Bağının gənc alimi Türkiyədə tədqiqat aparıb

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Nəbatat Bağının İnformasiya texnologiyaları şöbəsinin müdiri Yusif Abiyev Türkiyənin Qaradəniz Texniki Universitetində 6 ay müddətində araşdırma aparıb. Mərkəzi Nəbatat Bağından AZƏRTAC-a bildirilib ki, tədqiqat coğrafi informasiya sistemləri və məsafədən zondlama texnologiyalarının tətbiqi ilə Samur-Yalama Milli Parkının bitki örtüyünə iqlim dəyişmələrinin təsirini, bu meşələrin karbon və istixana qazlarının tutma potensialının 30 […]