Mektebgushesi

Türkiyənin Karabük universitetinin nümayəndələri ADNSU-nun tələbələri ilə görüşüb

Noyabrın 1-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Türkiyənin Karabük universitetinin professorları ilə tələbələrin görüşü keçirilib. Mektebgushesi.az xəbər verir ki, görüşdə Karabük universitetinin Polaq Çuqun Tədqiqat İnstitutunun direktoru, professor dr. Yavuz Sun Neft –mexanika fakültəsinin (NMF) tələbələrinə təmsil etdiyi universitetdə görülən işlər, tədirs olunan ixtisaslar, maddi-texniki bazası və həmçinin laboratoriyaları haqqında geniş təqdimatla çıxış […]

“Qarabağ Azərbaycandır!” mövzusunda inşa-yazı müsabiqəsi keçirilir

Yeni Azərbaycan partiyası Nəsimi rayon təşkilatı tərəfindən 1 noyabr 2019-cu il tarixində rayon ərazisində yerləşən ali məktəblərdə təhsil alan gənclər arasında “Qarabağ Azərbaycandır!” mövzusunda inşa-yazı müsabiqəsi keçirilir. Bununla bağlı bütün universitetlərdə tələbə gənclər arasında maarifləndirmə aparılmışdır. Qısa müddət ərzində bu müsabiqədə iştirak etmək üçün 3000-dən çox gənc müraciət edib. Müraciət edənlərin arasında xarici tələbələr də […]

Növbəti səyyar qəbul keçirilib

Noyabrın 1-də paytaxtda müəllim və valideynlərin səyyar qəbulu keçirilib. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi və struktur bölmə əməkdaşlarının iştirak etdiyi səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, vətəndaşları maraqlandıran məsələlərə yerində aydınlıq gətirilməsi, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparmaq məqsədlərinə xidmət […]

Ədəbiyyat İnstitutunun əməkdaşı Qırğızıstan Yazıçılar Birliyinin “Qızıl qələm” fəxri diplomuna layiq görülüb

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Cənubi Azərbaycan ədəbiyyatı şöbəsinin aparıcı elmi işçisi, dosent Pərvanə Məmmədli apardığı araşdırmalara görə Beynəlxalq “Avropa Nəşr Mətbuat Evi”nin diplomu və “Ən yaxşı vətənpərvər tədqiqatçı alim” qızıl medalı ilə təltif olunub. İnstitutdan AZƏRTAC-a bildirilib ki, eyni zamanda, P.Məmmədli “Gənc Qırğız şeiri antologiyası kitabı”nda etdiyi tərcümələrə görə Qırğızıstan Yazıçılar Birliyinin “Qızıl qələm” […]

Azərbaycan Dillər Universitetində videokonfrans təşkil olunub

Oktyabrın 31-də Azərbaycan Dillər Universitetində (ADU) bir neçə ölkənin – Qazaxıstan, Belarus, Moldova, Gürcüstan və Azərbaycandan olan tələbə, müəllim, tədqiqatçı və alimlərin iştirakı ilə videokonfrans keçirilib. ADU-dan AZƏRTAC-a bildirilib ki, videokonfransda bu ölkələrin universitetləri ilə canlı bağlantı qurularaq “Tələbə mühazirəsi” təşkil olunub. Konfrans zamanı müəllim və tələbələrin mühazirələri dinlənilib, fikir mübadiləsi aparılıb. Elmi işlər üzrə prorektor […]

Lənkəran rayonu Daşdalıqjar kənd ümumi orta məktəbində tədbir keçirilib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi və Lənkəran Şəhər Təhsil Şöbəsinin (ŞTŞ) birgə təşkilatçılığı ilə “Uşaq hüquqları aylığı” çərçivəsində rayonun Daşdalıqjar kənd ümumi orta məktəbində tədbir keçirilib. Mektebgushesi.az xəbər verir ki, tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşları Emin Həmidli, Tacəddin Sadıqov, Lənkəran ŞTŞ-nin aparıcı məsləhətçisi Cəmil Axundzadə, məktəbin direktoru […]

“Uşaq hüquqları aylığı” çərçivəsində tədbir keçirilib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi və Lənkəran Şəhər Təhsil Şöbəsinin (ŞTŞ) birgə təşkilatçılığı ilə “Uşaq hüquqları aylığı” çərçivəsində rayonun M.Fərzullayev adına Mamusta kənd tam orta məktəbində tədbir keçirilib. Mektebgushesi.az xəbər verir ki, “Uşaqların mənəvi inkişafı: nəyi necə etməli?” mövzusunda baş tutan tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşları Emin […]

Ustad dərsi: İnnovativ düşüncə və idarəetmə

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Karyera Mərkəzinin təşkilatçılığı ilə UNEC Biznes Məktəbinin MBA Proqramının menecment ixtisasında təhsil alan magistrantlar üçün ustad dərsi təşkil edilib. UNEC-dən AZƏRTAC-a bildirilib ki, tədbirdə “Youth Inc.” Biznes İnkubasiya Mərkəzinin direktoru Camal Ağayev mövzu üzrə təcrübələrini paylaşıb. C.Ağayev innovasiya və kreativlik arasında əlaqə, innovativ düşüncənin şirkətlərin rəqabət imkanlarına təsiri, innovasiya sahəsində dünya […]

Qarabağ həqiqətləri haqqında mühazirələr dinləniləcək

Oktyabrın 31-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin birgə təsis etdikləri Qarabağ Araşdırmalar Mərkəzində “Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin könüllüləri üçün “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi: tarixi kökləri, mərhələləri və həlli perspektivləri” proqramı üzrə növbəti qısamüddətli kurslara start verilib. AZƏRTAC xəbər verir […]

ADPU tələbələrinə “Vikipediya” ilə bağlı təlim keçirilib

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) tələbələri Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının (MEK) “Vikipediya” Metodik Mərkəzində olublar. Kitabxanadan AZƏRTAC-a bildirilib ki, mərkəzin təlimçisi Səbinə Abızadə tələbələrə “Vikipediya”da məqalə yaradılması, yerləşdirilməsi və redaktə olunması qaydaları barədə ətraflı məlumat verib. MEK-in direktor müavini, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk gəncləri tarixi mövzularda məqalələrin yaradılmasında fəal olmağa çağırıb. ADPU-nun […]

UNEC tədqiqatçıları üçün metodik göstərişlər vəsait nəşr olunub

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Doktorluq dissertasiyası yazmaq üçün metodik göstərişlər” adlı metodik vəsait nəşr olunub. UNEC-dən mektebgushesi.az-a bildirilib ki, Azərbaycan və ingilis dilində nəşr olunan metodik vəsaitin həmmüəllifləri Doktorantura şöbəsinin müdiri, dosent Həmid Həmidov və Beynəlxalq əməkdaşlıq departamentinin xarici əlaqələr şöbəsinin əməkdaşı, gənc tədqiqatçı Nərgiz Hacıyevadır. Metodik vəsait iqtisadiyyat əsaslı ixtisaslarda təhsil alan doktorant, […]

Muzeydə Hacı Zeynalabdin Tağıyevin Fransada yaşayan qohumu ilə görüş keçiriləcək

Noyabrın 1-də Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyində görkəmli xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin Fransada yaşayan qohumu Alban Klod ilə görüş keçiriləcək. Milli Azərbaycan Tarixi Muzeyindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycana ilk dəfə gələn Alban Klod H.Z.Tağıyevin ikinci oğlu Sadıxın kötücəsidir. İxtisasca tarixçi olan Alban Klod qədim dövr tarixinin tədqiqi ilə məşğuldur.

Aİİ-də “Fərdi bacarıqlarımızın artırılması üçün nə etməliyik?” mövzusunda təlim keçirilib

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) “Fərdi bacarıqlarımızın artırılması üçün nə etməliyik?” mövzusunda təlim keçirilib. Aİİ rektoru Ceyhun Məmmədov tədbir iştirakçılarını salamladıqdan sonra, ölkəmizdə gənclərə daim diqqət və qayğı göstərildiyini nəzərə çatdırıb. O bildirib ki, ümummilli lider Heydər Əliyevin yürütdüyü dövlət gənclər siyasəti hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Gənclərin gələcəkdə peşəkar […]

Göyçayda məktəblilər üçün mülki müdafiə təlimləri keçirilib

Göyçay şəhəri 2 nömrəli tam orta məktəbdə “İrimiqyaslı fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda mülki müdafiə təlimləri keçirilib. Mektebgushesi.az xəbər verir ki, əlimlərin keçirilməsində məqsəd mülki müdafiə dəstələrinin qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin aparılmasının təşkili və həyata keçirilməsi olub. Təhsil Nazirliyinin dəstəyi və Fövqəladə Hallar Nazirliyinin […]

“Dünyəvi dövlətdə din və təhsil” mövzusunda seminar-treninq keçirilib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Astara Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “Dünyəvi dövlətdə din və təhsil” mövzusunda seminar-treninq keçirilib. Məktəb direktorları və təlim-tərbiyə işləri üzrə direktor müavinləri, “Həyat bilgisi” fənnini tədris edən müəllimlər, məktəb psixoloqları və rayonun aktiv gənclərinin iştirak etdikləri tədbiri giriş sözü ilə açan Astara RİH başçısı Aparatının […]