Mektebgushesi

Memarlıq və İnşaat Universitetində seminar: Binanın informasiya modelləşdirilməsi

“BİMD” (“Building İnformation Modelling Development”) şirkəti Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) tələbələri üçün “Binanın informasiya modelləşdirilməsi” mövzusunda seminar keçirib. AzMİU-dan AZƏRTAC-a bildirilib ki, seminarda çıxış edən strateji inkişaf üzrə prorektor Ülkər Səttarova informasiya texnologiyalarının sürətli və dinamik inkişaf dövrü keçdiyini, bütün sahələrə, eləcə də tikinti sahəsinə yeniliklər gətirdiyini deyib. Prorektor binanın informasiya modelləşdirilməsi texnologiyalarından istifadənin, […]

Yasamal rayonunda təhsil müzakirələri

2019-2020-ci tədris ili üzrə “Məktəb seminarları”nın növbəti sessiyaları Yasamal rayonunun ümumi təhsil məktəblərini əhatə edib.  Sessiyalarda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Rəşad Tağıyev, BŞTİ-nin müvafiq struktur bölmə rəhbərləri, Təlimə Dəstək Mərkəzinin (TDM) nümayəndələri, məktəb direktorları, təlim-tərbiyə və təşkilati işlər üzrə direktor müavinləri, uşaq birliyi rəhbərləri, Azərbaycan dili, Riyaziyyat və İngilis dili fənni üzrə metodbirləşmə […]

Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecində “Bayraqdar İntellektual Oyunu” keçirilib

Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecində Şirvan şəhər Gənclər və İdman İdarəsinin dəstəyi ilə 9 Noyabr.”Dövlət Bayragı Günü ” münasibətilə “Bayraqdar İntellektual Oyunu “keçirilib. Tədbirin keçirilməsində əsas məqsəd “Dövlət Bayragı Günü “nün qeyd edilməsi , gənclər arasında vətənpərvərlik , dövlətçilik , milli -mənəvi və ümumbəşəri dəyərlərə hörmət hislərinin aşılanması idi. Bayraqdar   intellektual oyununda kollecin 40 […]

Lənkəranda “Dəyərlərimizi öyrənək” adlı intellektual yarış keçirilib

Lənkəran şəhərində Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı və Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə “Dəyərlərimizi öyrənək” adlı layihə çərçivəsində məktəblilər arasında intellektual yarış keçirilib. Lənkəran şəhərində fəaliyyət göstərən məktəblərin yuxarı sinif şagirdlərindən ibarət 12 komandanın iştirak etdiyi yarışda dəyərlərimiz, ümumi dünyagörüşü, Azərbaycanın tarixi, ədəbiyyatı, mədəniyyəti və s. mövzular üzrə suallar səsləndirilib. Tədbirdə iştirak edən Mənəvi […]

AMEA Tarix İnstitutunun nəşrləri Küveyt Milli Kitabxanasına hədiyyə edilib

Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudovun rəhbərlik etdiyi nümayəndə heyəti Küveyt Milli Kitabxanasının rəisi Şeyxa Raşa Naif Əl-Cabir Əl-Sabah ilə görüşüb. Tarix İnstitutundan AZƏRTAC-a bildirilib ki, nümayəndə heyətinə institutun elmi katibi, dosent İradə Əliyeva, “Qarabağ tarixi” şöbəsinin müdiri, “İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi” kitabının məsul redaktoru, dosent […]

Folklor İnstitutu illik hesabat verib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutunun elmi şurasının növbəti iclası keçirilib. İnstitutdan AZƏRTAC-a bildirilib ki, iclasda elmi katib, filologiya üzrə fəlsəfə doktoru Elçin Abbasovun elmi müəssisənin cari ildə fəaliyyəti barədə hesabatı dinlənilib. Hesabat Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarının, Nazirlər Kabinetinin qərarları və Dövlət proqramlarının icrası, elmi tədqiqat işləri, fundamental elmin təhsillə əlaqəsi, beynəlxalq əlaqələr, […]

ADU-da Hind ədəbiyyatına dair seminar keçirilib

Azərbaycan Dillər Universitetində (ADU) Hindi dili və mədəniyyəti mərkəzinin təşəbbüsü ilə “Hind ədəbiyyatının Şərq ədəbiyyatına təsiri” mövzusunda seminar keçirilib. ADU-dan Mektebgushesi.az-a bildirilib ki, seminarda Filologiya və jurnalistika fakültəsi nəzdində xarici dillər kafedrasının baş müəllimi Sevda Abuzərli “Hind ədəbiyyatının Azərbaycan ədəbiyyatına təsiri” mövzusunda təqdimatla çıxış edib. Qeyd olunub ki, zəngin hind ədəbiyyatının izlərini Azərbaycan ədəbiyyatında da […]

Azərbaycan Universitetində mədəniyyət tədbiri: Çin Günü

Azərbaycan Universitetində “Çin Günü” adlı mədəniyyət tədbiri keçirilib. Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun təşəbbüsü, institut ilə əməkdaşlıq çərçivəsində fəaliyyət göstərən Azərbaycan Universiteti Konfutsi Mərkəzi və Xarici dillər kafedrasının təşkilatçılığı ilə ərsəyə gələn tədbirdə Çin dili, mədəniyyəti və ənənələrinin təqdimatı olub. Universitetdən AZƏRTAC-a bildirilib ki, tədbirin açılış mərasimində ali məktəbin elmi işlər üzrə prorektoru, […]

UFAZ-da Cənubi Qafqazın əsas nəqliyyat mərkəzləri haqqında mühazirə oxunacaq

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) noyabrın 7-də Azərbaycan Memarlıq və İnşaat Mühəndisliyi Universitetinin müəllimi, memar Fəridə Qasımova “Bakı – Cənubi Qafqazın ən böyük tarixi nəqliyyat mərkəzi” mövzusunda mühazirə oxuyacaq. UFAZ-dan Mektebgushesi.az-a bildirilib ki, mühazirədə Cənubi Qafqazın əsas nəqliyyat mərkəzlərinin – Bakı Dəmir Yolu Vağzalı, Hava Limanı, Dəniz […]

Azərbaycan aliminə elmi nailiyyətlərinə görə Rumıniyada diplom təqdim olunub

Azərbaycan Texniki Universitetinin (AzTU) professoru Şahnaz Şahbazova Rumıniyanın Arad Universitetinə “Erasmus+” proqramı çərçivəsində 4 mövzu üzrə 8 saat mühazirə deməyə dəvət olunub. AzTU-dan AZƏRTAC-a bildirilib ki, məruzələrinə görə ona “Erasmus+” proqramının sertifikatı təqdim edilib. Professor, həmçinin Arad Universitetində VI “Avropa-Çin verilənlərin intellektual analizi və tətbiqləri” və III “Zəkalı vasitə texnologiyaları, nəqliyyat, rabitə və tətbiqləri” mövzularında keçirilən […]

Məktəblilər İnformasiya Texnologiyaları İnstitutu ilə tanış olublar

Bakı şəhəri Xəzər rayonu Zirə qəsəbəsində yerləşən Nüsrət Yaqubov adına 120 nömrəli tam orta məktəbin şagirdləri AMEA İnformasiya Texnologiyaları İnstitutunda olublar. AMEA-dan AZƏRTAC-a bildirilib ki, görüşdə institutun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov bu elm müəssisəsi haqqında məlumat verib. Qeyd edib ki, görüşün əsas məqsədi şagirdlərdə elmə marağın artırılmasıdır. R.Ələkbərov institutun […]

#Bayraq Qürurumdur və #9Noyabr həştəq paylaşımlarına start verilir

Təhsil Nazirliyi 9 noyabr – Dövlət Bayrağı Günü münasibətilə #BayraqQürurumdur və #9Noyabr həştəq paylaşımlarına start verir. Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, ümumi təhsil müəssisələri şagirdlərinin qeyd edilən həştəqlərlə vətənpərvərlik, Vətənə sevgi mövzusunda əl işlərini və yaradıcılıq nümunələrini sosial şəbəkələrdə paylaşması nəzərdə tutulur. Məqsədi vətənpərvərlik hisslərinin, milli-mənəvi dəyərlərin, dövlət rəmzləri və atributlarımızın təbliğinə töhfə vermək olan həştəq paylaşımları […]

Əlyazmalar İnstitutu illik hesabat verib

Noyabrın 4-də AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda elmi şuranın növbəti yığıncağı keçirilib. İnstitutdan AZƏRTAC-a bildirilib ki, elmi müəssisənin direktoru, akademik Teymur Kərimli gündəlikdə duran məsələlər haqqında danışıb, “Nəsimi ili” çərçivəsində görülən işlərdən bəhs edib. İnstitutun elmi katibi, filologiya üzrə fəlsəfi doktoru, dosent Əzizağa Nəcəfzadə kadr hazırlığı və cari məsələlər haqqında ətraflı məlumat verib. O, institutun […]

“Məktəb seminarları”na start verilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən “Məktəb seminarları”na start verilib. BŞTİ-dən Mektebgushesi.az-a bildirilib ki, “Məktəb seminarları”nın ilk sessiyası Binəqədi rayonunun ümumtəhsil məktəblərini əhatə edib. “Məktəb seminarları”nın keçirilməsinin əsas məqsədi Təhsil Nazirliyinin müvafiq əmri ilə təsdiq olunmuş Fəaliyyət Planından irəli gələn məsələlərin ümumtəhsil məktəbləri tərəfindən səmərəli icrasını və təhsildə keyfiyyətin daha dayanıqlı olmasını təmin etməkdir. […]

Aİİ tələbələrin asudə vaxtlarının səmərəli təşkili üçün tədbirlər keçirir

Aİİ tələblərin asudə vaxtının səmərəli təşkili istiqamətində müxtəlif tədbirlər silsiləsini davam etdirir. Mektebgushesi.az xəbər verir ki, institutda sosialyönümlü, maarifləndirici və tərbiyəvi tədbirlərlə yanaşı, əyləncəli proqramlar da təşkil edilir. Bu məqsədlə, həftənin şənbə günləri ali təhsil müəssisəsində tələbələrin özünüifadə bacarığının, polemika qabiliyyətinin və tənqidi təfəkkürünün formalaşması məqsədilə Oxu Günü layihəsini həyata keçirir. Layihə çərçivəsində Tələbə Elm […]