Mektebgushesi

Aİİ-nin tələbələri Mirzə Fətəli Axundov adına Azərbaycan Milli Kitabxanasını ziyarət ediblər

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) tələbələri Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə Mirzə Fətəli Axundov adına Azərbaycan Milli Kitabxanasını ziyarət ediblər. Tələbələrə Kitabxananın tarixi, fəaliyyəti və bölmələri haqqında ətraflı məlumat verilib. Bildirilib ki, Azərbaycanın ən böyük Kitabxanası olmaqla yanaşı, Qafqazda və Avropada da nüfuzlu milli qurumlardan biri kimi tanınır. Burada saxlanılan nəşrlərin sayı 5 milyondan artıqdır. […]

” Vətən Sərhəddən Başlayır”adlı layihə həyata keçiriləcək

Samux rayonunda ” Vətən Sərhəddən Başlayır”adlı layihə həyata keçiriləcək. Samux rayonunda Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi, Yeni Azərbaycan Partiyası Samux rayon Təşkilatının ev sahibliyi ilə birgə ” Vətən Sərhəddən Başlayır” adlı layihə həyata keçiriləcək.”Vətəb Sərhəddən Başlayır”Layihəsinin rəhbəri, TGT üzrə fakültə sədri, “BİR” Tələbə- Könüllü Proqramının Gəncə regionu üzrə koordinatoru Nərminə Cəfərova bildirib ki, layihənin […]

UNEC-in qocaman professoru ilə görüş

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Biznes və menecment fakültəsində universitetin veteran əməkdaşı, professor Tofiq Məmmədovla görüş keçirilib. Universitetdən Mektebgushesi.az -a bildirilib ki, tədbiri açan fakültə dekanı, dosent Mirağa Əhmədov görüşün UNEC-in 90 illik yubileyi ilə bağlı tədbirlər planı çərçivəsində keçirildiyini bildirib. O, Ticarət və gömrük işinin təşkili kafedrasının veteran professoru Tofiq Məmmədovun pedaqoji fəaliyyətindən söz açaraq, […]

Uyğur yazıçısı Əhmədcan Əşirinin romanı Bakıda çap edilib

Qardaş Qazaxıstanda yaşayıb-yaradan görkəmli uyğur yazıçısı Əhmədcan Əşirinin ünlü “İDİKUT” tarixi romanı bugünlərdə Bakıda işıq üzü görüb. “İDİKUT” romanı bundan öncə Qazaxıstan Dövlət Nəş­riyyatında (Almata), Türkiyədə “BENGÜ” Basım Evində (Ankara) və b. ünvanlarda, üst-üstə minlərlə tirajda nəşr edilib, oxucular tərəfindən rəğbətlə qarşılanıb.  Dünya Gənc Türk Yazarlar Birliyi (DGTYB) və Qazaxıstan Xalqı Assambleyasının (QXA) ortaq yayını […]

“XOCALISIZ İLLƏR” tamaşa-kompozisiya nümayiş olundu

Masallı Rayon Mədəniyyət Mərkəzində Xocalı  soyqırımının 28-ci ildönümünə həsr olunmuş Masallı Xalq Teatrının aktyorları və Dəmirçi kənd ümumi orta məktəbin şagirdləri ilə birlikdə hazırladıqıları “XOCALISIZ İLLƏR” adlı tamaşa-kompozisiya gostərilmişdir. İlk oncə Vətən uğrunda şəhid olanları ruhu bir dəqiqlik sukutla yad edilmişdir.Daha sonra Xocalı faciəsi haqqında video-rolik gostərlmişdir. Tədbir Masallı Xalq Teatrı aktyorları və Dəmirçi kənd ümumi […]

Xocalı soyqırımının 28-ci ildönümü münasibətilə sərgi açılıb

AMEA-nın Naxçıvan Bölməsinin Mərkəzi Elmi Kitabxanasında Xocalı soyqırımının 28-ci ildönümü münasibətilə sərgi açılıb. Mektebgushesi.az xəbər verir ki, sərgidə Xocalı faciəsinin dəhşətlərini əks etdirən Azərbaycan, ingilis və rus dillərində kitablar nümayiş etdirilir. Bura “Azərbaycanlılara qarşı soyqırım gerçəklikləri”, “Ermənilərin Azərbaycana qarşı ərazi iddiaları və qanlı cinayətləri”, “Xocalı şahidləri danışır”, “Qarabağ həqiqətləri”, “Böyük Ermənistan” xülyası: faktlar və sübutlar”, “Erməni […]

BMU-da pedaqoji təcrübəyə göndərilən tələbələrlə görüş keçirilib

Bakı Mühəndislik Universitetində (BMU) Pedaqoji fakültənin sonuncu kursunda təhsil alan tələbələrin pedaqoji təcrübəyə göndərilməsi ilə bağlı tədbir keçirilib. Fakültənin dekanı, dosent Elşad Abdullayev pedaqoji təcrübənin tələbələrin biliklərinin zənginləşdirilməsi baxımından mühüm əhəmiyyətindən söz açıb. O, tədris ilinin sonuncu semestrinin tələbələr üçün çox vacib olduğunu diqqətə çatdırıb və bu semestrin universitet həyatı ilə iş həyatı arasında keçid […]

Məktəblilər arasında yarış keçirilib

Paytaxt məktəbliləri arasında “Plastik torbalar və bağlamalar qadağan olunmalıdır” mövzusunda yarış keçirilib. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 189-190 nömrəli tam orta məktəbdə təşkil olunmuş yarışda BŞTİ-nin müdir müavini Raman Məmmədov, Təhsil Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdir müavini Tural Əhmədov, Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp, İdarənin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Britaniya Şurasının […]

BDU-nun Pakistan universiteti ilə əlaqələri müzakirə olunub

Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev Pakistan İslam Respublikasından gələn nümayəndə heyəti ilə görüşüb. BDU-dan Mektebgushesi.az-a bildiriblər ki, Pakistanın Qlobal və Strateji Araşdırmalar Mərkəzinin icraçı direktoru Xalid Teymur Əkrəm, Kayde-Əzəm Universitetinin professoru Zəfər Navaz Jaspal və digər şəxslərin iştirak etdiyi görüşdə E.Babayev ölkələrimiz arasında əlaqələrin, o cümlədən təhsil sahəsində əməkdaşlığın əhəmiyyətindən danışıb. Pakistanın Qlobal və […]

AzMİU-nun professor-müəllim heyəti qiymətləndirmə sistemi barədə məlumatlandırılıb

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Strateji planlaşdırma şöbəsinin təşkilatçılığı ilə professor-müəllim heyəti üçün daxili qiymətləndirmə sisteminə dair məlumatlandırma günü keçirilib. Tədbirdə universitetin strateji inkişaf üzrə prorektoru Ülkər Səttarova, dekanlar və kafedra müdirləri iştirak ediblər. AzMİU-dan Mektebgushesi.az -a bildirilib ki, daxili qiymətləndirmə sistemi haqqında təqdimatla çıxış edən Strateji planlaşdırma şöbəsinin əməkdaşı Nigar Həsənova seçim zamanı üstünlük […]

AMEA prezidenti Rusiya Prezidentinin Beynəlxalq mədəni əməkdaşlıq üzrə nümayəndəsi ilə görüşüb

Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Ramiz Mehdiyev Rusiya Prezidentinin Beynəlxalq mədəni əməkdaşlıq üzrə nümayəndəsi Mixail Şvıdkoy ilə görüşüb. Rəyasət Heyətində keçirilən görüşdə akademik Ramiz Mehdiyev Azərbaycan və Rusiya arasında əsasən müstəqillik illərində bütün sahələrdə geniş və əhatəli əməkdaşlıq münasibətlərinin yaradıldığını xatırladıb, xüsusilə elm sahəsində iki ölkə arasındakı mövcud elmi əlaqələrin daha da inkişaf etdirilməsinin […]

Müəllim və valideynlər qəbul edilib

Fevralın 7-də paytaxtda müəllim və valideynlərin səyyar qəbulu keçirilib. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi və struktur bölmə əməkdaşlarının iştirak etdiyi səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, vətəndaşları maraqlandıran məsələlərə yerində aydınlıq gətirilməsi, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparmaq […]

STEAM tədrisi ilə bağlı təlimin bağlanış mərasimi keçirilib

Fevralın 6-da Bakı şəhəri 20 nömrəli məktəb-liseydə “STEAM (Science, Technology, Engineering, Art and Mathematics)” ilə bağlı təlimin bağlanış mərasimi keçirilib. Mektebgushesi.az xəbər verir ki, bağlanış mərasimində Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, Təhsil İnstitutunun direktoru Emin Əmrullayev, İsrailin ölkəmizdəki səfirliyinin missiya rəhbərinin müavini Avital Rosenberq, İsrailin ORT məktəb şəbəkəsinin direktor müavini Yoel Rosşild, Bakı Şəhəri üzrə […]

Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib

Fevralın 5-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib. Mektebgushesi.az xəbər verir ki, tədbiri açan AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev iclasda AMEA-nın İctimai Elmlər Bölməsinin və Naxçıvan Bölməsinin 2019-cu ildəki elmi və elmi-təşkilati fəaliyyətlərini əks etdirən hesabatlarının dinləniləcəyini bildirib. İclasda AMEA-nın İctimai Elmlər Bölməsinin hesabatı dinlənilib. Bildirilib ki, hesabat ilində İctimai Elmlər Bölməsinin […]

Şərqşünaslıq İnstitutunun əməkdaşları Misirdə təlimdə olublar

Azərbaycan Milli Elmlər Akademiyasının akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun iki əməkdaşı – Təhsil şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Lalə Bayramova və Din və ictimai fikir tarixi şöbəsinin aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Leyla Məlikova Misir İnkişaf Tərəfdaşlığı Agentliyinin və Qahirə Universitetinin Ərəb Dili İnkişafı və Tədrisi Mərkəzinin “Qeyri-ərəbdilli universitet […]