Mektebgushesi

Sankt-Peterburqda beynəlxalq elmi konfrans

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elm Tarixi İnstitutunun (ETİ) direktoru, tarix elmləri doktoru Məryəm Seyidbəyli  Rusiya Elmlər Akademiyasının (REA) Təbiət Elmləri və Texnika Tarixi İnstitutunun Sankt-Peterburq filialının direktoru  Nadejda Aşeulovanın dəvəti ilə Sankt-Peterburq şəhərində elmi ezamiyyətdə olub.  Mektebgushesi.az xəbər verir ki, Sankt-Peterburqda “Elmi Peterburq Rusiya Elmlər Akademiyasının 295 illiyinə doğru” 40-cı beynəlxalq elmi konfransda iştirak […]

Mədəniyyət və İncəsənət Universitetinin müəllimi Rəşad Cabarovun fərdi sərgisi açılıb

“QGallery” qalereyasında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Rəssamlıq fakültəsinin Təsviri sənət kafedrasının baş müəllimi Rəşad Cabarovun fərdi sərgisi açılıb. Universitetdən AZƏRTAC-a bildirilib ki, sərginin açılışında ADMİU-nun rektoru, professor Ceyran Mahmudova, tədris işləri üzrə prorektor Validə Məmmədova, Xalq rəssamı, professor Arif Əziz, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının prorektoru, professor Salhab Məmmədov və Mədəniyyət Nazirliyinin Təsviri və […]

Lənkəranda məktəb direktorunun təşəbbüsü ilə sertifikasiyaya hazırlıq məqsədi ilə sınaq imtahanı keçirilib

Lənkəran rayon C.Əzimov adına 2 nömrəli tam orta məktəbində məktəb direktorunun təşəbbüsü ilə sertifikasiyaya hazırlıq məqsədi ilə sınaq imtahanı keçirilib. Müəllimlərin istəyini nəzərə alaraq, topladığı ballar haqda məlumat yalnız müəllimin özünə təqdim edilib. Məktəbin direktoru Araz Babayev Mektebgushesi.az -a bildirib ki, 2020-ci ildə baş tutması gözlənilən sertifikasiya prosesinə bütün təhsil işçiləri ciddi yanaşmalıdır, çünki bu […]

“Vətənim Azərbaycan” layihəsinin dördüncü turun qalibi müəyyən olunub

            10 noyabr 2019 cu il tarixində Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə 3-cü qrant müsabiqəsinin qalibi olmuş Lənkəran rayonu Ləj kənd N.Aslanov adına tam orta məktəbinin müəllimi İlkin Qəniyevin rəhbəri olduğu  “Vətənim Azərbaycan” layihəsinin Lənkəran rayonunun müəyyən olunmuş 4-cü ərazisi (Liman şəhəri və ona yaxın ərazilər) üzrə ümumtəhsil müəssisələrinin məktəbliləri arasında  “Azərbaycanın tarixi […]

AzTU-da Dövlət Bayrağı və Azərbaycan Respublikasının Konstitusiya günləri qeyd olunub

Azərbaycan Texniki Universitetində (AzTU) Azərbaycan Dövlət Bayrağı və Konstitusiya günləri münasibətilə təntənəli bayram mərasimi keçirilib. Tədbir Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlayıb. AzTU-dan Mektebgushesi.az-a bildirilib ki, rektor Vilayət Vəliyev universitetin professor-müəllim heyətini və tələbələri bayram münasibətilə təbrik edərək deyib: “Üçrəngli bayrağımız ilk dəfə 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası tərəfindən təsdiq edilərək […]

BDU-da 10 noyabr Ümumdünya Elm Gününə həsr edilmiş tədbir keçirilib

Bakı Dövlət Universitetində 10 noyabr-Ümumdünya Elm Gününə həsr olunmuş “Davamlı inkişafın təmin edilməsində təhsil və elmin rolu” mövzusunda dəyirmi masa keçirilib. Universitetdən AZƏRTAC-a bildiriblər ki, Universitetin yuxarı kurs tələbələri, magistrantları, doktorantları və gənc tədqiqatçılarının iştirak etdiyi tədbiri Elm və innovasiyalar üzrə prorektor, AMEA-nın müxbir üzvü Aydın Kazımzadə açıb. Ümummilli lider Heydər Əliyev və onun siyasi kursunu […]

ADU-da Dövlət Bayrağı Günü münasibəti ilə tədbir keçirilib

Azərbaycan Dillər Universitetində (ADU) 9 Noyabr Dövlət Bayrağı Günü münasibəti ilə tədbir keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Açılış nitqi ilə çıxış edən ADU-nun rektoru, Xalq yazıçısı, AMEA-nın həqiqi üzvü, Kamal Abdulla 9 Noyabr – Dövlət Bayrağı Gününü xalqımız və dövlətimiz üçün möhtəşəm bir tarixi hadisə kimi xarakterizə edib: “Bu gün üçrəngli […]

ADNSU-da “Nitq və özünü ifadə bacarıqları” mövzusunda təlim keçirilib

Noyabrın 4-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Məzun-Karyera Mərkəzinin “Nitq və özünü ifadə bacarıqları” mövzusunda təlimi keçirilib. Təlim-seminarda təlimçi Lamiyə Miryaqubova tələbələrə nitq və özünü ifadə bacarıqları, şəxsi brend və digər yaxın mövzularla bağlı maraqlı məlumatlar verib və öz təcrübəsini bölüşüb. Tələbələrin gələcək həyat və fəaliyyətlərində uğurlu ola bilmələri üçün nitqin, vizuallığın və […]

İlahiyyat İnstitutunda “Azərbaycanlı olmaq, yaxud etnik, dini və milli kimlik nədir?” mövzusunda seminar keçirilib

Azərbaycan İlahiyyat İnstitutunda “Azərbaycanlı olmaq, yaxud etnik, dini və milli kimlik nədir?” mövzusunda seminar keçirilib. Aİİ prorektoru Aqil Şirinov seminar iştirakçılarını salamlayaraq, mövzunun aktuallığına toxunub. Bildirib ki, Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq, əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyardır. A. Şirinov […]

Lənkəran Dövlət Humanitar Kollecində “Ətraf mühit və ekoloji təbliğat” mövzusunda tədbir keçirilib

7 Noyabr 2019-cu il tarixində Lənkəran Dövlət Humanitar Kollecində “Plastik qabların və politelin torbaların insan sağlamlığına və ətraf mühitə təsiri” mövzusunda tədbir keçirildi. Tədbiri giriş sözü ilə Kollecin direktor müavini Ülviyyə Rzayeva açaraq qonaqları Kollecin direktoru dosent Ruslan Həmidov və kollektiv adından salamladı. Tədbirdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı ərazi üzrə Ekologiya və […]

Şirvan Dövlət Kollecində “3 rəngli bayragım” adlı breyn – rinq intellektual bilik yarışması keçirilib

Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecində 9 Noyabr Dövlət bayragı gününə həsr olunmuş “3 rəngli bayragım “adlı breyn – rinq intellektual bilik yarışması keçirilib. Yarışmanı keçirməkdə məqsəd yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi ,milli -mənəvi dəyərlərin qorunması ,dövlət rəmzlərinə mənəvi  dəyərin aşılanması idi.3rəngli Dövlət bayragımız qürurla zala gətirildi.Himnin səslənməsi ilə Direktor Balamirzə Məmmədov yarışmanı açıq […]

Gəncə Dövlət Universitetinin rektoru 1-ci kurs tələbələri ilə görüşüb

Gəncə Dövlət Universitetinin rektoru, professor Yusif Yusibov ali təhsil müəssisəsinin müvafiq ixtisaslarında təhsil alan 1-ci kurs tələbələri ilə görüşüb. Universitetin Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti xəbər verir ki, ilk öncə Gəncə Dövlət Universitetinin fəaliyyət tarixini əks etdirən video çarx nümayiş etdirilib. Daha sonra rektor professor Yusif Yusibov çıxışında bildirib ki, bu gün Gəncə Dövlət Universiteti […]

ADU-da Dövlət Bayrağı gününə həsr olunan tədbir keçirilib

Noyabrın 7-də Azərbaycan Dillər Universitetinin (ADU) YAP Gənclər Birliyi və Azərbaycanşünaslıq Elmi-tədqiqat laboratoriyasının (ETL) birgə təşkilatçılığı ilə Dövlət Bayrağı gününə həsr olunan “Üçrəngli bayrağımız and yerimizdir” adlı tədbir keçirilib. Tədbirdə Azərbaycan Respublikasının üçrəngli bayrağı haqqında videoçarx nümayiş olunub. ADU-nun rektoru, akademik, Xalq yazıçısı Kamal Abdulla iştirakçıları Dövlət Bayrağı günü münasibətilə təbrik edib: “Bugünkü tədbir son […]

İlahiyyat İnstitutu 650 min ağac əkilməsi təşəbbüsünə qoşulub

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə respublikamızda bir gündə 650 min ağac əkilməsi təşəbbüsünə Azərbaycan İlahiyyat İnstitutunun kollektivi də qoşulub. Qeyd edək ki, ali təhsil müəssisəsinin rəhbər heyəti, əməkdaşları və tələbələri bu təşəbbüsə qoşulmaq üçün Yasamal Rayon İcra Hakimiyyətinə müraciət edib. Rayonun ərazisində İnstitut üçün ərazi ayrılması […]

UNEC ilə KPMG Azərbaycan şirkəti karyera günü keçirəcək

Noyabrın 22-də Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Karyera Mərkəzi ilə KPMG Azərbaycan şirkəti karyera günü keçirəcək. UNEC-dən AZƏRTAC-a bildirilib ki, karyera günündə KPMG Azərbaycan şirkətinin karyera imkanları və işə qəbul qaydaları barədə məlumat veriləcək. İştirakçılar şirkətdə işə qəbul üçün test imtahanından keçəcəklər. Karyera günündə UNEC-in III, IV kurs bakalavrları və magistrlər iştirak edə bilərlər. Tədbirdə iştirak […]