Mektebgushesi

Azərbaycan Dillər Universitetində Əhməd bəy Ağaoğluya həsr edilən dəyirmi masa keçirilib

Noyabrın 14-də Azərbaycan Dillər Universitetində (ADU) Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin və Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyasının təşkilatçılığı ilə “Əhməd bəy Ağaoğlu – Azərbaycanın görkəmli mütəfəkkiri və ictimai-siyasi xadimi” mövzusunda dəyirmi masa keçirilib. ADU-dan AZƏRTAC-a bildirilib ki, dəyirmi masada fakültənin dekanı, dosent İbrahim Kazımbəyli görkəmli mütəfəkkir Əhməd bəy Ağaoğlunun həyat və yaradıcılığından danışıb. Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyasının aparıcı elmi […]

BSU-da “Kredit sistemi, beynəlxalq mübadilə proqramları və fakültə tələbələrinin bu proqrama qoşulma yolları” mövzusunda seminar keçirilib

Noyabrın 14-də Bakı Slavyan Universitetində (BSU) Pedaqoji fakültədə təhsil alan tələbələr üçün “Kredit sistemi, beynəlxalq mübadilə proqramları və fakültə tələbələrinin bu proqrama qoşulma yolları” mövzusunda seminar keçirilib. Tədbiri giriş sözü ilə açan Pedaqoji fakültənin dekanı Dilarə Hacıyeva seminarın mahiyyətindən danışıb, kredit sisteminin tədrisin keyfiyyətinə müsbət təsir göstərdiyini qeyd edib. D.Hacıyeva bildirib ki, fakültədə təhsil alan […]

Azərbaycanlı alim İtaliyada beynəlxalq tədbirdə iştirak edib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Torpaq coğrafi-informasiya sistemləri laboratoriyasının rəhbəri, AMEA-nın müxbir üzvü Amin İsmayılov Romada Beynəlxalq Torpaq İnformasiya Qurumları Şəbəkəsinin (INSII) V işçi sessiyasında iştirak edib. AMEA-dan AZƏRTAC-a bildirilib ki, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının baş qərargahında keçirilən sessiyada “Qlobal icra və 2020-ci ildən sonrakı strategiya və həyata keçirilmə vəziyyəti”, […]

Elmi iclasda Xəzərin səth sularının temperaturu müzakirə olunub

AMEA akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun elmi şurasının növbəti iclası keçirilib. İnstitutdan Mektebgushesi.az-a bildirilib ki, iclasda Xəzər dənizinin hidrometeorologiyası şöbəsinin müdiri, coğrafiya üzrə fəlsəfə doktoru Zabit Allahverdiyevin “Peyk məlumatlarına əsasən Xəzər dənizinin səth sularında temperaturun tədqiqi” mövzusunda elmi işi müzakirə edilib. Məruzəçi Xəzər dənizinin səth sularında orta aylıq, mövsümi, illik və çoxillik temperatur paylanmalarının […]

Musa Yaqub oxucularının görüşünə yeni kitabla gəldi

Xalq şairinin “Gərək bu sözümü daşlara yazam” kitabını Mədəniyyət Nazirliyi çap etdirib Mektebgushesi.az xəbər verir ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Xalq şairi Musa Yaqubun şeirlərindən ibarət “Gərək bu sözümü daşlara yazam” adlı yeni kitabını çap edib. Kitab şairin 80 illik yubileyi münasibətilə işıq üzü görüb. Nəfis tərtibat və yüksək dizaynla çap olunmuş “Gərək bu sözümü […]

GDU -da “Unutmayaq ki, unudulmayaq” adlı layihə çərçivəsində tədbir keçirilib

İctimai-Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) təşkilatçılığı ilə Gəncə Dövlət Universitetində . Universitetin Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti xəbər verir ki, tədbirdə İctimai-Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin sədri Samir Adıgözəlli, sədr müavini İlhamə Qəsəbova, “Dövlət və Qanun” qəzetinin baş redaktoru, Beynəlxalq sülh səfiri Yasəmən Əsgərova, İSPAM-ın deportament rəhbəri Aida Şirinova, Böyük Millət İnformasiya Portalının redaktoru […]

Azərbaycan Dillər Universitetində Qədim dillər Elmi-tədqiqat laboratoriyası fəaliyyətə başlayıb

Noyabrın 13-də Azərbaycan Dillər Universitetində (ADU) “Hind ədəbi-fəlsəfi düşüncəsi və Sanskrit” mövzusunda dəyirmi masa keçirilib. ADU-nun rektoru, akademik, Xalq yazıçısı Kamal Abdulla universitetdə yenicə fəaliyyət göstərməyə başlayan Qədim dillər Elmi-tədqiqat laboratoriyasının ilk tədbiri keçirdiyini diqqətə çatdırıb. Rektor adıçəkilən laboratoriyanın universitetdə fəaliyyətə başlamasının uzun zamandır planlaşdırılan məsələ olduğunu deyib. Azərbaycanda filologiya, humanitar elmlər sahəsində belə bir […]

Erasmus+ KA2 layihəsi çərçivəsində müzakirələr aparılıb

Bakı Mühəndislik Universitetinin (BMU) Dövlət və bələdiyyə idarəetməsi kafedrasının müdiri, dosent Samir Quliyev, Xarici əlaqələr və layihələrin idarə olunması şöbəsinin müdiri Arif Nəcimov “Ali təhsil müəssisələrində miqrasiya təhsilinin təşviqi – PROMİG” adlı Erasmus+ KA2 layihəsi çərçivəsində Gürcüstanın Tbilisi şəhərində təşkil olunan görüşdə iştirak edib. İvane Cavaxişvili Tbilisi Dövlət Universitetində reallaşan görüşdə layihənin tərəfdaş universitetlərinin həyata […]

Aİİ-də “Heydər Əliyev və Azərbaycan tarixi” VI ümumrespublika bilik yarışında iştirak edən tələbələrlə görüş keçirilib

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) 12 noyabr 2019-cu il tarixdə Heydər Əliyev Mərkəzində keçirilən “Heydər Əliyev və Azərbaycan tarixi” VI ümumrespublika bilik yarışında iştirak edən tələbələrlə görüş keçirilib. Mektebgushesi.az xəbər verir ki, Aİİ rektoru bildirib ki, 2014-cü ildən etibarən hər il həyata keçirilən layihə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətinin öyrənilməsi, Ulu Öndərin […]

Elm Tarixi İnstitutu 2019-cu ilin hesabatını təqdim edib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elm Tarixi İnstitutunda (ETİ) Elmi şuranın illik hesabat iclası keçirilib. İnstitutdan Mektebgushesi.az -a bildirilib ki, hesabatı ETİ-nin direktoru, tarix üzrə elmlər doktoru Məryəm Seyidbəyli təqdim edib. O məlumat verib ki, institutda cari ildə beynəlxalq elmi əlaqələrin genişləndirilməsi, elmi tədqiqat fəaliyyətinin əlaqələndirilməsi, tədqiqatların ölkəmizin sosial-iqtisadi problemlərinin həllində rolu və digər istiqamətlərdə […]

Azərbaycan Universiteti Britaniyanın ali məktəbi ilə birgə konfrans keçirəcək

Azərbaycan Universiteti Böyük Britaniyanın Middlesex Universitetinin tərəfdaşlığı ilə noyabrın 27-də “Gender problemi və müasir Azərbaycan” beynəlxalq elmi konfransını keçirəcək. Universitetdən Mektebgushesi.az-a bildirilib ki, konfransın dəvətli məruzəçisi kimi Fransanın Sarbonna Universitetinin professoru Luiza Dalinquoter çıxış edəcək. Bundan başqa, konfransın işində İngiltərə, Yeni Zelandiya və digər xarici ölkələrdən tanınmış alimlərin də iştirakı gözlənilir. Konfransın əsas məqsədi Azərbaycanda […]

İki rayon üzrə məktəb seminarları keçirilib -FOTOLAR

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən keçirilən “Məktəb seminarları”nın növbəti sessiyaları Xəzər və Pirallahı rayonlarının ümumi təhsil müəssisələrini əhatə edib. Mektebgushesi.az xəbər verir ki, sessiyalarda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Rəşad Tağıyev, BŞTİ-nin müvafiq struktur bölmə rəhbərləri, Təlimə Dəstək Mərkəzinin (TDM) nümayəndələri, məktəb direktorları, təlim-tərbiyə  və təşkilati işlər üzrə direktor müavinləri, uşaq […]

Azərbaycan İlahiyyat İnstitutunda Azərbaycan Respublikasının Konstitusiya Günü qeyd edilib

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) 12 Noyabr – Azərbaycan Respublikasının Konstitusiya Gününə həsr olunmuş tədbir keçirilib. İnstitutun rektoru Ceyhun Məmmədov 12 Noyabr – Azərbaycan Respublikasının Konstitusiya Günü münasibətilə tədbir iştirakçılarını təbrik edib. Aİİ rektoru demokratik dövlət və cəmiyyət quruculuğu baxımından böyük əhəmiyyət daşıyan, Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu ilk Milli Konstitusiyamızın qəbul olunması tarixindən bəhs […]

BMU-da “Art of our soul” adlı rəsm sərgisi

Bakı Mühəndislik Universitetində (BMU) Pedaqoji fakültənin İbtidai sinif müəllimliyi ixtisasının 3-cü kurs tələbələrinin hazırladığı “Art of our soul” adlı rəsm sərgisi keçirilib. Sərginin təşkilində əsas məqsəd yaradıcı tələbələrin cəmiyyətə təqdim olunması, gələcək ibtidai sinif müəllimlərinə rəsm çəkmə və sərgi keçirmə üsullarının öyrədilməsidir. Sənətşünaslıq üzrə fəlsəfə doktoru Arzu Məmmədovanın rəhbərliyi ilə təşkil olunan sərgidə universitetin müəllim […]

Lənkəranda müəllimlik fəaliyyətinə bu ildən başlayanlar üçün andiçmə mərasimi keçirilib

.Lənkəran rayon Viravul kənd 2 nömrəli tam orta məktəbində müəllimlik fəaliyyətinə bu ildən başlayanlar üçün andiçmə mərasimi keçirilib Mərasimi giriş sözü ilə açan məktəbin direktoru Araz Babayev və təhsil şöbəsinin aparıcı məsləhətçisi Mais Quliyev gənc müəllimlərə sevərək seçdikləri bu peşədə əsl peşəkar olmalarını arzu etdilər. Müəllimlərin işə qəbulu müsabiqəsinin vasitəsi ilə məktəbə yeni təyin edilən […]