Mektebgushesi

Tələbələr Milli Qəhrəman Mübariz İbrahimovun ev muzeyinə ekskursiya ediblər

Masallı Rayon İcra Hakimiyətinin, Masallı Rayon Təhsil Şöbəsinin, N.Gəncəvi adına Masallı Rayon Mədəniyyət Mərkəzinin, “Masallının Səsi” İçtmai-siyasi- İnternet qəzetinin birgə təşkilatçılığı ilə, Masallı Dövlət Regional Kollecinin tələbələri, Nərmian Nərimanov adına şəhər 2 saylı və Elşad Ağayev adına Hişkədərə kənd tam orta məktəbinin müəllim və şagird heyəti Ulu Öndər Heydər Əliyevin anım günü ilə baglı Biləsuvar […]

Riyaziyyat və Mexanika İnstitutunda növbəti elmi seminar

Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunda “Harmonik analizin müasir problemləri və tətbiqləri” mövzusunda elmi seminar keçirilib. İnstitutdan AZƏRTAC-a bildiriblər ki, seminarda riyazi analiz şöbəsinin müdiri, professor Vaqif Quliyevin “VMO əmsallı parabolik tənliyin həllərinin ümumiləşmiş çəkili Morri fəzalarında requlyarlığı” mövzusunda məruzəsi dinlənilib. Məruzədə VMO əmsallı xətti müntəzəm parabolik tənlik üçün qoyulmuş sərhəd məsələsinin həllərinin ümumiləşmiş […]

Şirvan Kollecinin tələbələri agacəkmə aksiyasına qoşuldular

Bu gün Şirvan Kollecinin tələbələri agacəkmə aksiyasına qoşuldular. Dahi Azərbaycan şairi İmadəddəin Nəsiminin 650 illik yubileyi münasibətilə Azərbaycan Respublikasının Birinci vitse prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə keçirilən agacəkmə aksiyasında ümumilikdə 83 şəhər və rayonda 37 növdə 650 min agac əkilməsi nəzərdə tutulur. Kollecin direktoru  Balamirzə Məmmədov , müəllimlər və 70 nəfər könüllü tələbə böyük […]

Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecində anım mərasimi keçirilib

Bu gün Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecində ulu öndər Heydər Əliyevin anım mərasimi baş tutdu. Tərbiyə işləri üzrə direktor müavini Aidə Əsədova və Sevda Həsənovanın birgə təşkilatçılıgı ilə keçirilən “Böyük ömrün anları” adlı tədbirdə müəllimlər və tələbələr iştirak etdilər.Tələbələrdən Səma Qasımova, Sevinc Şıxəliyeva müasir Azərbaycanın memarı  ulu öndər Heydər Əliyevin həyatı ,siyasi fəaliyyəti haqqında […]

Lənkəran Dövlət Humanitar Kollecidə ağacəkmə kompaniyasına qoşuldu.

Klassik Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın bir gündə 650 min ağac əkilməsi təşəbbüsünə lənkəranlılar da böyük həvəslə qoşulublar. Bununla əlaqədar rayonda öncədən qərargah yaradılıb, tədbirlər planı təsdiq edilib və ağac əkiləcək yerlər müəyyənləşdirilib. Şəhərin Heydər Əliyev prospektində […]

Gömrük Akademiyası da ağacəkmə kampaniyasına qoşuldu

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə respublikada bir gündə 650 min ağacın əkilməsi kampaniyasına Dövlət Gömrük Komitəsinin Akademiyası da qoşulub. “Təbiətə öz töhfəni ver” devizi altında keçirilən bu genişmiqyaslı kampaniyada Akademiyanın əməkdaşları böyük həvəslə iştirak ediblər. Çox sayda şam və küknar ağaclarının əkilməsi ilə yekunlaşan ağacəkmə aksiyası […]

ADU-da “Məni gözəl xatırla” adlı tədbir keçirilib

Dekabrın 6-da Azərbaycan Dillər Universitetində (ADU) “Məni gözəl xatırla” adlı tədbir keçirilib. Tədbir ADU-nun Tələbə Gənclər Təşkilatının “Yazarlar klubu”nun təşkilatçılığı ilə baş tutub. Tədbirdə universitetin tələbələri klubun üzvlərinin müəllifi olduğu şeirləri, həmçinin Xalq yazıçısı Kamal Abdullanın şeirlərinə bəstələnmiş mahnıları ifa ediblər. ADU-nun rektoru, akademik, Xalq yazıçısı Kamal Abdulla tədbiri böyük məmnuniyyətlə sona qədər izlədiyini deyib: […]

BSU-da Xalq yazıçısı Anarla görüş keçirilib

Dekabrın 6-da Bakı Slavyan Universitetində (BSU) Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı, şair, tərcüməçi, görkəmli ictimai-siyasi xadim Anarın yaradıcılığına həsr olunmuş “Qələmin əfsunu” adlı tədbir keçirilib. Tədbirdə BSU-nun rəhbərliyi, fakültə dekanları, kafedra müdirləri, professor-müəllim heyəti, tələbələr, tanınmış söz-sənət ustaları, elm, təhsil, mədəniyyət, incəsənət xadimləri, xarici ölkələrin səfirliklərinin nümayəndələri, ziyalılar, media təmsilçiləri iştirak ediblər. Tədbiri giriş […]

BMU -da “Biz bunu bacararıq” adlı maarifləndirici tədbir

Bakı Mühəndislik Universitetində (BMU) şəkərli diabet xəstəliyi ilə bağlı “Biz bunu bacararıq” adlı maarifləndirici tədbir keçirilib. Əsas məqsəd diqqəti şəkərli diabetlə mübarizəyə yönəltmək və maarifləndirmə yolu ilə sağlam həyat tərzini təşviq etməkdən ibarət olub. Tədbir çərçivəsində xəstəlik və onun müalicəsi barədə məlumatları özündə əks etdirən bukletlər paylanılıb. Kimya-biologiya kafedrasının təşkilatçılığı ilə baş tutan tədbirdə diabet […]

Üçgünlük seminar-treninq keçirilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərinin direktorları və Gənclərin çağırışaqədərki hazırlığı (GÇH) rəhbərləri üçün üçgünlük seminar-treninq keçirilib. Seminarda Təhsil Nazirliyinin Audit şöbəsinin müdiri Vaqif Məmmədov, Audit şöbəsinin Əmlakın monitorinqi sektorunun müdiri Bəhruz Müslümov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov və Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) […]

Xızıda “Mən Psixoloqam” layihəsi uğurla davam edir

2019-cu ildə Azərbaycan Respublikası təhsil Nazirliyinin keçirdiyi Təhsildə İnkişaf və İnnovasiyalar üzrə III Qrant müsabiqəsinin qalibi olmuş R.İsmayılov adına Xızı şəhər tam orta məktəbin fəaliyyəti uğurla davam edir. “Mən Psixoloqam” adlı layihənin rəhbəri məktəbin direktoru Məmmədov Fazil İsmayıl oğludur. Layihənin məqsədi psixoloqlar üçün təlimlərin təşkilidir. Artıq layihənin I mərhələsi başa çatmışdır. I mərhələdə Türkiyənin tanınmış […]

BMU könüllüləri mükafatlandırılıb

Bakı Mühəndislik Universitetinin (BMU) tələbələri Beynəlxalq Könüllülər Günü və “Azərbaycan Könüllülük Həftəsi” çərçivəsində abşeronlu könüllülərlə keçirilən görüşdə iştirak ediblər. Mektebgushesi.az xəbər verir ki, görüşdə çıxış edən Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova bildirib ki, Azərbaycanda geniş vüsət alan könüllülük hərəkatının əsası məhz ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub, hazırda isə bu ideologiya cənab Prezident […]

“İnsan kapitalı” layihəsi başa çatıb

“Gənclərin İnkişaf və Tərəqqisinə Dəstək” İctimai Birliyi “İnsan kapitalı” adlı layihə çərçivəsində Hacıqabul, Sabirabad, Saatlı və Şirvanda təlimlər həyata keçirib. Layihəni Azərbaycan Respublikasının Gənclər Fondunu maliyyələşdirib.Layihənin həyata keçirilməsində məqsəd regionlarda yaşayan gəncləri peşə təhsilinə cəlb etmək yolu ilə bərabər imkanlar təmin etmək , bu sahədə təbliğat və maarifləndirmə işinin aparılması olmuşdur. Ümumilikdə 500 nəfər gənc […]

Əqli mülkiyyət hüquqlarının müdafiəsinin təminatı mövzusunda seminar keçirilir

Dekabrın 5- də Bakıda Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi və Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) birgə təşkilatçılığı ilə “Əqli mülkiyyət hüquqlarının müdafiəsinin təminatı: ixtisaslaşmış məhkəmələrin milli və beynəlxalq təcrübəsi” mövzusunda seminar işinə başlayib. AZƏRTAC xəbər verir ki, tədbiri giriş sözü ilə Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov və ÜƏMT-nın Hüquq İnstitutunun nümayəndəsi xanım Nahal […]

Azərbaycan İqtisadçılar İttifaqı İB layihəsinin icrasını yekunlaşdırır

Azərbaycan İqtisadçılar İttifaqı İB Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2019-cu ilin 1-ci qrant müsabiqəsində qalib gəlmiş və 20 may 2019-cu il tarixindən icrasına başlanılan “Ali təhsil müəssisələrində beynəlxalq rəqabətliyin artırılması mövzusunda ictimai müzakirələrin təşkili” adlı layihənin icrasına başlamışdır. Layihənin icrası uğurla aparılmışdır. Layihənin planına uyğun olaraq birinci mərhələdə bu işlərin görülmüşdür. […]