Mektebgushesi

ADNSU-da ümummilli lider Heydər Əliyevin anım günü qeyd edilib

Dekabrın 11-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) ulu öndər Heydər Əliyevin anım gününə həsr olunan tədbir keçirilib. Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra ulu öndər H.Əliyevin həyat və fəaliyyətini əks etdirən video sujet nümayiş olunub. Tədbirdə çıxış edən ADNSU-nun rektoru, professor […]

AzTU-da ümummilli lider Heydər Əliyevin xatirəsi anıldı

Dekabrın 11-də Azərbaycan Texniki Universitetində (AzTU) ümummilli lider Heydər Əliyevin anım mərasimi keçirilib. Tədbir iştirakçıları universitetin foyesində ulu öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər. Tədbirdə Ümummilli liderin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Rektor Vilayət Vəliyev bildirib ki, Azərbaycan xalqının ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyev müasir Azərbaycanın qurucusu və memarıdır. Azərbaycan təhsilinin […]

Azərbaycan İlahiyyat İnstitutunda Ulu Öndər Heydər Əliyevin anım günü qeyd edilib

Azərbaycan İlahiyyat İnstitutunda millət vəkili Aydın Mirzəzadənin təqdimatında Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş “Dövlətçiliyin inkişafında tarixi-mənəvi dəyərlərin əhəmiyyəti” mövzusunda seminar keçirilib. Tədbirdə Aİİ rektoru Ceyhun Məmmədov çıxış edərək, ölkəmizdə tarixən mövcud olan multikultural və tolerant mühit, o cümlədən, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət-din münasibətlərinin inkişaf etdirilməsi istiqamətində görülən işlərdən […]

AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib. Akademiyadan Mektebgushesi.az-a bildirilib ki, iclası AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev açaraq gündəlikdəki məsələləri təqdim edib, iclasda bir sıra elmi-təşkilatı məsələlərə dair müzakirələrin aparılacağını diqqətə çatdırıb. AMEA-nın akademik-katibi, müxbir üzv Əminağa Sadıqov Rəyasət Heyəti aparatının strukturu və idarəetmə sisteminin, habelə kadrların seçilməsi və yerləşdirilməsi işinin təkmilləşdirilməsi […]

Uşaq evində Beynəlxalq İnsan Hüquqları Günü ilə bağlı maarifləndirici tədbir keçirilib

Ombudsmanın Cəlilabad Regional Mərkəzi 10 dekabr- Beynəlxalq İnsan Hüquqları Günü ilə əlaqədar Lənkəran şəhərindəki Osman Mirzəyev adına Qarışıq Tipli Uşaq Evində “İnsan hüquqlarının qorunması dövlətin ali məqsədi kimi və fundamental hüquqlarımız” mövzusunda maarifləndirici tədbir keçirib. Tədbiri giriş sözü ilə açan Ombudsmanın Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) xanım […]

Yaponiyanın Osaka Prefektura Universitetinin magistrantı BDU-da təcrübə keçir

Yaponiyanın Osaka Prefektura Universitetinin Fizika və elektronika fakültəsinin Ali mühəndislik məktəbinin magistrantı Ryota Kitano Bakı Dövlət Universiteitində (BDU) təcrübə keçir. Ryota Kitano 30 noyabr-25 dekabr 2019-cu il tarixlərində Universitetin Fizika Problemləri ETİ-də yeni materialların optik xassələrinin öyrənilməsi və onların zona quruluşlarının hesablanması ilə məşğul olacaq. Təcrübə müddətində zona quruluşunun hesablanması istiqamətində olan işlər həm BDU-nun […]

230 saylı tam orta məktəbdə “Əlvida qızıl payızım” adlı tədbir keçirilib

Bakı şəhəri, Xəzər rayonu Fuad Fərhatoğlu adına 230 saylı tam orta məktəbdə “Əlvida qızıl payızım” adlı tədbir keçirilib. Tədbirdə 3c sinif şagirdləri payız fəslinin ümumi xüsusiyyətləri haqqında bilgilər verib, şeirlər və mahnılar səsləndiriblər. Tədbirin idea müəllifi və təşkilatçısı Sevinc Səfərova çıxış edərək bildirib ki, şagirdlərimiz tək payız fəslində deyil, ilin bütün fəsillərində elm axtarışında olmalı, […]

“Heydər Əliyev irsinin öyrənilməsi” mövzusunda dərslərə start verilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin XI sinif şagirdlərinin iştirakı ilə keçirilən “Heydər Əliyev irsinin öyrənilməsi” mövzusunda dərslərə strat verilib. “Heydər Əliyev irsinin öyrənilməsi” mövzusunda dərslərin keçirilməsində əsas məqsəd ümummilli liderin dövlətçilik siyasəti və azərbaycançılıq məfkurəsinin öyrənilməsi, onun zəngin irsinin tədqiqi və təbliği, şagirdlərin müvafiq biliklərinin zənginləşdirilməsi, ölkəmizin dövlət quruculuğu prosesində […]

ADNSU-da Tələbələrin 68-ci Elmi-texniki Konfransı işinə başlayıb

Dekabrın 9-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) görkəmli alim Saleh Qocayevin anadan olmasının 120 illiyinə həsr olunmuş Tələbələrin 68-ci Elmi-texniki konfransı öz işinə başlayıb. Tədbiri giriş sözü ilə açan ADNSU-nun Tədris işləri üzrə prorektoru, dosent Qasım Məmmədov Tələbələrin 68-ci Elmi-texniki konfransının gənclərin elmi potensiallarının üzə çıxarılması baxımından əhəmiyyətini vurğulayaraq tələbələrin bu cür konfranslarda […]

Xarici ekspert Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində təlim keçib

Qəbələ, İsmayıllı və Qax rayonlarında müəllim və mühəndis-pedaqoji heyətin, eləcə də şirkətdaxili təlimçilərin səriştələrinin artırılması, müasir texnika ilə tanışlıq məqsədilə silsilə təlimlər keçirilir. Peşə Təhsili üzrə Dövlət Agentliyindən Mektebgushesi.az-a bildirilib ki, növbəti təlim Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Kombayn və traktorlara baxım və qulluq” mövzusunda xarici ekspert tərəfindən keçirilib. İştirakçılar tərəfindən əldə edilən nəzəri biliklər […]

Lənkəran Dövlət Humanitar Kollecində sonuncu kurs tələbələrinin təcrübənin başlanğıc konfransı keçirilib

9 dekabr 2019–cu il tarixində Lənkəran Dövlət Humanitar Kollecinin akt zalında buraxılış kurs tələbələrinin təcrübələrinin başlanğıc konfransı keçirildi. Korfransı giriş nitqi ilə açan kollecin direktoru Ruslan Həmidov konfrans iştirakçılarını salamladı və bu işdə onlara uğurlar arzuladı. Direktor təcrübələrin əhəmiyyəti, mütəxəssiz hazırlığı prosesində zəruruliyi barədə məlumat verərək əvvəlki illərdə aparılan təcrübələrdə qazanılan uğurlar və müşahidə edilən […]

Bakıda “Ey Nəsimi, cahanı tutdu sözün…” mövzusunda beynəlxalq elmi konfrans keçirilir

Dekabrın 9-da Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun təşkilatçılığı ilə görkəmli Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş “Ey Nəsimi, cahanı tutdu sözün…” mövzusunda II beynəlxalq elmi konfrans keçirilir. AZƏRTAC xəbər verir ki, konfransı giriş sözü ilə Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli açaraq Prezident İlham Əliyevin böyük Azərbaycan şairi […]

Səudiyyə Ərəbistanının Neft-qaz və Minerallar Universitetinin nümayəndələri Bakı Ali Neft Məktəbində

Bakı Ali Neft Məktəbinin rektoru (BANM) Elmar Qasımov Səudiyyə Ərəbistanının Kral Fahd adına Neft-qaz və Minerallar Universitetinin (KFUPM) nümayəndələri ilə görüşüb. Görüşdə KFUPM-in Neft Mühəndisliyi və Geologiya Elmləri Kollecinin dekanı Dr. Əbdüləziz Əl-Kaabi, Gelologiya üzrə fəlsəfə doktoru və Geologiya elmləri kafedrasının müdir müavini Dr. Con Hamfri, Geofizika üzrə fəlsəfə doktoru Dr. SanLin Kaka, Neft-qaz sahəsində […]

Tədqiqatçılıq müsabiqəsinin ilk mərhələsi başa çatıb

Paytaxt məktəblərinin “Kiçik Akademiya” üzvləri arasında təşkil olunmuş tədqiqatçılıq müsabiqəsinin məktəbdaxili mərhələsi başa çatıb. Müsabiqənin ilk mərhələsində hər məktəbdən bir şagirdin ən yaxşı araşdırma işi müəyyənləşdirilərək II mərhələyə təqdim olunub. Mektebgushesi.az xəbər verir ki, II mərhələdə Təşkilat Komitəsi tərəfindən 30 tədqiqat işi seçilərək final mərhələsində (III mərhələdə) dinləniləcək. III mərhələdə isə 9 ümumi təhsil məktəbinin […]

Biz Qarabağımıza qayıdacağıq!

Odlar yurdu Azərbaycanımızın canı Bakıdırsa, gözü Qarabağdır! Qarabağ vətənimizin dilbər guşəsi, musiqi beşiyi, muğam ocağı, söz məbədi, istedadlar diyarıdır. Amma çox təəssüf ki, qoruya bilmədik bu gözəl diyarı. Qarabağ neçə illərdir ki, hələ də düşmən işğalında qalmaqdadır. Babalarımızın yandırdığı od-ocağı söndürülmüş, sərvəti yağmalanmış, torpağı talanmış bu yerin həsrəti hamımızın, xüsusən də doğma elindən, obasından didərgin […]