Mektebgushesi

Moskva Dövlət Universitetinin Bakı filialında “Mədəniyyətlərin dialoqunda təhsil: rus məktəbi dünyası” forumu keçirilib

Beynəlxalq forum Rus Dilinə Dəstək Beynəlxalq Pedaqoji Cəmiyyəti, Rus Dili və Ədəbiyyatı Müəllimlərinin Beynəlxalq Assosiasiyası, Azərbaycanda Rus İcması, habelə Rusdilli Təhsil Müəssisələrinin Müəllimləri Assosiasiyasının Moskva Dövlət Pedaqoji Universiteti və Aleksandr Soljenitsın adına Rus Mühacirliyi Evi ilə əməkdaşlığı çərçivəsində təşkil olunub. Forumu açan Milli Məclisin deputatı, Azərbaycanda Rus İcmasının sədri, Rusiya Həmvətənləri Beynəlxalq Şurasının idarə heyətinin […]

ADNSU-da açıq qapı günü keçirilib – FOTOLAR

Oktyabrın 6-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) açıq qapı günü keçirilib. Tədbirdə ADNSU-nun rektoru, professor Mustafa Babanlı universitetin professor-müəllim heyəti, eləcə də valideyinlər və tələbələr iştirak edib. Universitetdən Mektebgushesi.az -a verilən məlumata görə, tədbirdə çıxış edən rektor, prof. M.Babanlı iştirakçıları salamlayaraq 2018/2019-cu tədris ilinin qəbul göstəricilərindən  və son vaxtlar universitetdə həyata keçirilən islahatlardan danışıb. […]

ADU-nun tələbələri müəllimlərini təbrik ediblər

Azərbaycan Dillər Universitetində (ADU) 5 oktyabr- Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş bədii tədbir keçirilib. ADU-nun rektoru akademik Kamal Abdulla bu gün münasibətilə professorları, müəllimləri, o cümlədən tələbələri təbrik edib, can sağlığı, ailə səadəti arzulayıb. K.Abdulla müəllimliyin yüksək peşə olduğunu, tələbələrin də bu istiqamətdə irəlilədiklərini və müəllimlik peşəsinə yiyələnmək istəyən gənclərin sayının günü-gündən artdığını bildirib: “Müəllimlik […]

Bakı Ali Neft Məktəbində “Beynəlxalq Müəllimlər Günü” keçirildi

  5 oktyabr 2018-ci il Bakı Ali Neft Məktəbində (BANM) Müəllimlərin peşə bayramı münasibətilə tədbir keçirilib. Tədbirdə Ali Məktəbin rektoru Elmar Qasımov, BANM-ın professor-müəllim heyəti, əməkdaşları, tələbələri, media nümayəndələri və digər qonaqlar iştirak ediblər. Tədbiri öz sözlərilə açan rektor Elmar Qasımov “Beynəlxalq Müəllimlər Günü” münasibətilə bütün müəllimləri təbrik edib, onlara pedaqoji və elmi fəaliyyətlərində uğurlar […]

LDU-da Beynəlxalq Müəllimlər günü qeyd edildi.

  5 oktyabr-Beynəlxalq Müəllimlər günü münasibəti ilə Lənkəran Dövlət Universitetində (LDU) keçirilən bayram tədbirini universitetin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov açıb.Tədbir iştirakçılarını bayram münasibəti ilə təbrik edən universitet rəsmisi müəllim peşəsinin məziyyətlərindən söz açaraq onu ən şərəfli və məsuliyyətli sənət kimi dəyərləndirib.Təbrik çıxışında professor N.İbrahimov universitetin professor-müəllim heyətinə, pedaqoji ixtisaslarda təhsil alan tələbələrə […]

İstanbul Universitetində azərbaycanlı alimin əsərinin təqdimatı keçirilir

İstanbul Universitetində tanınmış azərbaycanlı alim, Bakı Dövlət Universitetinin (BDU) hüquq fakültəsinin dekanı, professor Əmir Əliyevin “Azərbaycan beynəlxalq cinayətlər hədəfində” elmi əsərinin təqdimatı keçirilir. Mektebgushesi.az AZƏRTAC -a istinadən  xəbər verir ki, tədbir İstanbul Universitetinin və Bakı Dövlət Universitetinin hüquq fakültələri arasında əməkdaşlıq çərçivəsində təşkil olunub. Mərasimdə diplomatlar, Azərbaycan və Türkiyədən olan görkəmli alimlər, İstanbul Universitetinin professor və müəllimləri, […]

Gəncə Dövlət Universiteti Azərbaycan gənclərinin VIII forumunda iştirak edib

Gəncə şəhərində keçirilən Azərbaycan gənclərinin VIII forumunun ilk zona toplantısı çərçivəsində Gəncə Dövlət Filarmoniyasının foyesində ali məktəblərinin Tələbə-Gənclər təşkilatlarının, QHT-lərin və Gənclər Birliklərinin fəaliyyətini əks etdirən sərgi nümayiş etdirilib. Universitetdən Mektebgushesi.az -a verilən məlumata görə, Gənclər və İdman naziri Azad Rəhimov, Təhsil nazirinin müavini Firudin Qurbanov, Azərbaycan Tələbə-Gənclər Təşkilatları İttifaqının sədri, millət vəkili Şahin İsmayılov, Milli Məclisin […]

Mingəçevir Dövlət Universitetində təqdimat və monitorinq keçirilib

Mingəçevir Dövlət Universitetində Bakı Biznes Universitetinin koordinatoru olduğu layihə çərçivəsində təqdimat və monitorinq keçirilmişdir Bakı Biznes Universitetinin koordinatoru olduğu Avropa komissiyasının Erasmus+ proqramı çərçivəsində Mingəçevir Dövlət Universiteti, Gəncə Dövlət Universiteti və Azərbaycan Texnologiya Universitetində “Azərbaycan Universitetlərində Keyfiyyətə Təminat Mərkəzlərinin Yaradılması və İnkişaf Etdirilməsi (EQAC)” adlı layihənin təqdimatı və monitorinqi keçirilmişdir. Tədbiri giriş sözü ilə Mingəçevir […]

Lənkəran şəhər 4 saylı məktəb liseyin direktoru Yeganə Əskərovaya “Əməkdar müəllim” fəxri adı verilib

  Bildiyimiz kimi 5 oktyabr Beynəlxalq müəllimlər günü respublikamızın hər yerində olduğu kimi Lənkəran şəhərindədə geniş qeyd edildi. Müstəqil Azərbaycanda bu tarix 1993-cü il oktyabrın 5-də tarixi rəsmiləşdirilib. Müəllim haqqında fikirlərimi ümummilli lider Heydər Əliyevin bu müdrik kəlamı ilə başlamaq istərdim: “Mən yer üzündə müəllimdən yüksək ad tanımıram. Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi […]

ADU-nun rektoru Valideyn Şurasının üzvləri ilə görüşüb

Oktyabrın 4-də Azərbaycan Dillər Universitetinin rektoru akademik Kamal Abdulla universitetdə Valideyn Şurasının üzvləri ilə görüşüb. Universitetdən Mektebgushesi.az -a verilən məlumata görə, Valideyn Şurasının tərkibi universitetin müxtəlif fakültələr üzrə kurs tələbələrinin, həmçinin magistrantların valideynlərindən ibarətdir.  Şuranın hazırda Təhsil fakültəsi, Filologiya və Jurnalistika fakültəsi, Beynəlxalq münasibətlər və idarəetmə fakültəsi, Tərcümə və mədəniyyətşünaslıq fakültəsi, Magistratura şöbəsi üzrə ümumilikdə 20-dən çox […]

Paytaxt məktəblərində “Şəhidlərimiz-Qəhrəmanlarımızdır!” mövzusunda intellektual yarışma

Paytaxt məktəbliləri arasında “Şəhidlərimiz-Qəhrəmanlarımızdır!” mövzusunda intellektual yarışma keçirilib. Nərimanov rayonu üzrə məktəblilər arasında keçirilən bilik yarışının əsas məqsədi şagirdlərin intellektual səviyyəsini, dərsə olan marağını və dünyagörüşünü daha da artırmaq, həmçinin, onların asudə vaxtlarını səmərəli təşkil etməkdən ibarətdir. İntellektual yarışmada məktəb direktorları, Nərimanov rayonu Gənclər və İdman İdarəsinin, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin nümayəndələri, […]

Dövlət Gömrük Komitəsinin Akademiyasında “Bacaran insanlar sırasında sən də ol” adlı təlim keçirilib

  Dövlət Gömrük Komitəsinin Akademiyasında (DGKA) I kurs tələbələri üçün “Bacaran insanlar sırasında sən də ol” adlı motivasiya təlimi keçirilib. Təlimin ideya müəllifi və moderatoru Akademiyanın “İqtisadiyyat” ixtisası üzrə təhsil alan II kurs tələbəsi Aqşin Nəzərlidir. Akademiyadan Mektebgushesi.az– a verilən məlumata görə, Aqşin Nəzərli I kurs tələbələrinə uğurlu insanların inkişaf üçün qarşıya qoyduğu hədəflərə çatma […]

Konfutsi İnstitutu “Çin olan yuxular” sərgisində iştirak edib

ADU-nun Konfutsi İnstitutu Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin təşkil etdiyi “Çin olan yuxular” sərgisində iştirak edib. Sərgidə ADMİU-nun rektoru Ceyran Mahmudova açılış nitqi ilə çıxış edib. Tədbir zamanı ADU Konfutsi İnstitutunun təşkil etdiyi yay düşərgəsində iştirak edən müəllim və tələbə heyəti maraqlı təsviri dil vasitəsi ilə Çin təəssüratlarını qonaqlarla bölüşüb. Universitetdən Mektebgushesi.az – a […]

ADAU-nun Tələbə Gənclər Təşkilatı sərgidə iştirak edib

  Gəncə şəhərində keçirilən Azərbaycan gənclərinin VIII forumunun ilk zona toplantısı çərçivəsində Gəncə Dövlət Filarmoniyasının foyesində ali məktəblərinin Tələbə-Gənclər təşkilatlarının, QHT-lərin və Gənclər Birliklərinin fəaliyyətini əks etdirən sərgi nümayiş etdirilib. Universitetdən Mektebgushesi.az -a verilən məlumata görə, Gənclər və İdman naziri Azad Rəhimov, Təhsil nazirinin müavini Firudin Qurbanov, Azərbaycan Tələbə-Gənclər Təşkilatları İttifaqının sədri, millət vəkili Şahin İsmayılov, […]

Belqradda “Melissa – İpək Yolu üzərində kitabxanalar” beynəlxalq elmi konfrans keçirilib

Belqrad Universitetinin filologiya fakültəsində “Melissa – İpək Yolu üzərində kitabxanalar” (Melissa – Libraries along the silk road) mövzusunda beynəlxalq elmi konfrans keçirilib. Konfransın açılış mərasimi Azərbaycan Dillər Universitetinin (ADU) təşəbbüsü və ölkəmizin Serbiyadakı səfirliyinin dəstəyi ilə Belqrad Universitetinin filologiya fakültəsində yaradılmış Azərbaycan Dili və Mədəniyyəti Mərkəzində təşkil olunub. Azərbaycan Dillər Universitetindən AZƏRTAC-a bildirilib ki, ADU-nun da […]