Mektebgushesi

ADAU-da tarla günü keçirilib

Azərbaycan Respublikası Prezidentinin 22 may 2018-ci il tarixli “Akademik Cəlal Əliyevin 90 illik yubileyinin keçirilməsi haqqında” sərəncamının icrası ilə əlaqədar təsdiq olunan tədbirlər planına əsasən 2018-ci il oktyabrın 11-də Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) akademik Cəlal Əliyevin xatirəsinə həsr olunan tarla günü keçirilib. Universtetin mətbuat xidmətində bildirilib ki, tarla gününün məqsədi Azərbaycanın görkəmli alimi, tanınmış […]

ADU-da “Azərbaycan mədəni irsinin mühafizəsi” mövzusunda dəyirmi masa keçirilib

Oktyabrın 10-da Azərbaycan Dillər Universitetində (ADU) Regionşünaslıq kafedrası və Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyasının birgə təşkilatçılığı ilə “Azərbaycan mədəni irsinin mühafizəsi” mövzusunda dəyirmi masa keçirilib. Universitetdən Mektebgushesi.az verilən məlumata görə,Tədbiri giriş sözü ilə açan Beynəlxalq münasibətlər və idarəetmə fakültəsinin dekanı dosent İbrahim Kazımbəyli mövzunun aktuallığından danışıb, belə tədbirlərin tələbələrin maariflənməsi baxımından əhəmiyyətli olduğunu bildirib. Dekan təəssüf hissi ilə […]

Bakı Musiqi Akademiyası Bakı Ali Neft Məktəbinin qonağı olub

Bakı Ali Neft Məktəbinin (BANM) Konqres zalında Azərbaycan və SSRİ xalq artisti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) rektoru, professor Fərhad Bədəlbəylinin bədii rəhbərliyilə fəaliyyət göstərən “Baku Chamber Orchestra” Gənclər Kamera Orkestri konsert proqramı ilə çıxış edib. Ali məktəbdən Mektebgushesi.az– a verilən məlumata görə, orkestr Azərbaycan Respublikasının xalq artisti, BMA-nın prorektoru, professor Yeganə Axundovanın […]

ADNSU-da “Azərbaycan doğma diyarımdır” adlı tədbir keçirilib

Oktyabrın 9-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Gənclər və İdman Nazirliyinin dəstəyi və universitetin Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə “Azərbaycan doğma diyarımdır” adlı tədbir keçirilib. Tədbirdə Milli Qəhrəman Vahid Quliyev, polkovnik-leytenant Elşən Qarayev, polkovnik-leytenant Elmar Hüseynov, kapitan Anar Məmmədov, Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü Emin Həsənli, Azərbaycan Tələbə Gənclər Təşkilatları ittifaqının […]

Əlyazmalar İnstitutunda Beynəlxalq Qızlar günü qeyd olunub

10 oktyabr 2018-ci ildə AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitunda 11 Oktyabr “Beynəlxalq Qızlar günü” münasibətilə Əlyazmalar İnstitutunun Qadınlar Şurasının növbəti iclası keçirilmişdir. İclasda Əlyazmalar İnstitunun elmi işlər üzrə direktor müavini, Qadınlar Şurasının sədri fil.ü.e.d. Aybəniz Əliyeva-Kəngərli, elmi işlər üzrə direktor müavini, fil.ü.e.d. Paşa Kərimov, elmi katib, dosent Əzizağa Nəcəfov, institun qadın alimləri və mütəxəssisləri […]

Bilik Fondunun “Kinoklub” iştirakçıları “Cümhuriyyət tələbələri” filmini izlədilər

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə Fondun “Mədəni maarifləndirmə” proqramı çərçivəsində fəaliyyət göstərən “Kinoklub”un növbəti toplantısı olub. Fonddan Mektebgushesi.az – a verilən məlumata görə, klub üzvləri Azərbaycan Dövlət Pedaqoji Universitetin nəzdindəki Pedaqoji Kollecdə ARB “Aranfilm”in yaradıcı heyəti ilə görüşüblər. Fondun aparıcı məsləhətçisi Ramilə Qurbanlı iştirakçılara təmsil olunduğu qurumun həyata keçirdiyi maarifləndirici layihələr barədə məlumat […]

“Əlyazmalar yanmır” və “Elmi əsərlər” jurnallarının yeni sayları çapdan çıxıb

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi Şurasının qərarı ilə “Əlyazmalar yanmır” (baş redaktor akademik T.Kərimli) və “Elmi əsərlər” (baş redaktor A.Əliyeva-Kəngərli) jurnallarının növbəti sayları işıq üzü görüb. Jurnalların yeni nömrəsində ədəbiyyatşünaslıq, dilçilik, mətnşünaslıq, mənbəşünaslıq, kitabxanaşünaslıq, kitabşünaslıq kimi sahələr üzrə bir sıra məqalələr, o cümlədən akademik Teymur Kərimlinin “Xətlərin izi ilə: Azərbaycanın görkəmli şəxslərinin avtoqraf […]

Gəncədə “Multikulturalizm siyasəti cəmiyyətdə sabitliyin təminatı kimi” mövzusunda elmi-praktik seminar keçirilib

Multikulturalizmin Azərbaycan modeli: Sülh və həmrəyliyin paradiqması kimi Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin və Gəncə Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə Gəncədə “Multikulturalizm siyasəti cəmiyyətdə sabitliyin təminatı kimi” mövzusunda elmi-praktik seminar keçirilib. Gəncə Dövlət Universitetində keçirilən tədbirdə Milli Məclisin deputatı, Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin, AMEA-nın Fəlsəfə İnstitutunun təmsilçiləri, […]

AzTU-nun rektoru qalib startapçılarla görüşdü

Azərbaycan Texniki Universitetinin (AzTU) rektor əvəzi, professor Xalıq Yahudov Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) Yüksək Texnologiyalar Parkı tərəfindən təşkil edilən “İdeyadan biznesə” startap yarışmasında qalib olan AzTU tələbələri ilə görüşüb. Tələbələri qazandıqları uğura görə təbrik edən rektor əvəzi bildirib ki, AzTU-da mükəmməl startap eko-sistemi formalaşmaqdadır. Professor Xalıq Yahudov qeyd edib ki, texniki yönümdə […]

BSU nəzdində Məktəb-Lisey Kompleksində növbəti metodiki seminar keçirilib

Azərbaycan Respublikası Təhsil Nazirliyinin təhsildə inkişaf və innovasiyalar qrant müsabiqəsi çərçivəsində Bakı Slavyan Universitetinin Məktəb-Lisey Komleksində “Təlim rus dilində aparılan siniflərdə və məktəblərdə çalışan fənn müəllimləri üçün ixtisasartırma tədbirlərinin təşkili” üzrə növbəti tədbir – Metodiki seminar təşkil olunub. Məktəbdən Mektebgushesi.az– a verilən məlumata görə, metodiki seminarda BSU nəzdində Məktəb-Lisey Komleksin və BSU-nun müvafiq kafedralarının əməkdaşları, Təhsil […]

Peşə təhsili sahəsində Sloveniya təcrübəsi öyrənilib

“Azərbaycanda Peşə Təhsili və Təliminin (PTT) inkişafına Avropa İttifaqının dəstəyi” Texniki Yardım layihəsinin üçüncü komponenti çərçivəsində Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin əməkdaşları və dövlət peşə təhsili müəssisələrinin müəllimləri Sloveniyada təlim səfərində olublar. Agentlikdən Mektebgushesi.az-a bildirilib ki, təlimin məqsədi Azərbaycanda səriştə əsaslı təlim proqramının inkişafına və həyata keçirilməsinə dəstək vermək üçün “Azərbaycan Respublikasında peşə […]

Azərbaycan Universitetində “Lələtəpədə yazılan dastan” filminin nümayişi olub

Azərbaycan Universitetində “Lələtəpədə yazılan dastan” filminin ilk nümayişi olub. Universitetdən AZƏRTAC-a bildiriblər ki, bu ali məktəbin məzunu və Aprel şəhidi Fəxrəddin Qurbanlının xatirəsinə həsr olunan sənədli film Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdafiəsi İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə hazırlanıb. Universitetin rektoru Səadət Əliyeva F.Qurbanlının tələbəlik illərinə […]

Dövlət Gömrük Komitəsinin Akademiyasının tələbəsi beynəlxalq tədbirdə iştirak edib

Dövlət Gömrük Komitəsinin Akademiyasının (DGKA) “İqtisadiyyat” ixtisası üzrə təhsil alan III kurs tələbəsi İsa Allahverdiyev Erasmus + proqramı çərçivəsində 24 sentyabr – 4 oktyabr tarixlərində Moldovanın Vadul Lui Voda şəhərində keçirilən konfransda iştirak edib. Səfər zamanı İsa Allahverdiyev proqram üzrə təlimlər və müxtəlif tədbirlərdə iştirak edib, Erasmus+un təşviqi, gönüllülük, Avropanı anlama, layihə dizaynı, qeyri formal […]

BANM-ın tələbələri “CanSat Azərbaycan 2018” müsabiqəsində uğur əldə ediblər

  Bakı Ali Neft Məktəbinin (BANM) tələbələri “Azərkosmos” və Azərbaycan Respublikası Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən “CanSat Azərbaycan 2018” müsabiqəsinin final mərhələsində iştirak ediblər. Ali Məktəbin 6 nəfər tələbədən ibarət “İnterstellar” komandası müsabiqədə ikinci yeri əldə edərək BANM-ı yüksək səviyyədə yarışda təmsil edib. Final mərhələsində 7 universitetdən 10 komanda iştirak edib. Tələbələr hazırladıqları 500 […]

NDU-da pedaqoji təcrübənin başlanğıc konfransı olub

Bu semestr universitetdə 481 tələbə təcrübə keçəcək Naxçıvan Dövlət Universitetində 2018-2019-cu tədris ilinin birinci semestrinə aid pedaqoji təcrübənin başlanğıc konfransı keçirilib. Konfransda universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov pedaqoji təcrübənin muxtar respublikanın ali və orta təhsil müəssisələrinin sıx əməkdaşlığı, tələbələrin  pedaqoji ustalıqlara yiyələnmələri baxımından əhəmiyyətindən, təcrübi dərslər zamanı informasiya-kommunikasiya vasitələrindən istifadənin, elmi-kütləvi, mədəni tədbirlərin […]