Mektebgushesi

Paytaxtdakı İngilis dili müəllimləri üçün seminar keçirilib

Ümumi təhsil müəssisələrinin İngilis dili müəllimləri üçün seminar keçirilib. Paytaxtdakı 207 nömrəli tam orta məktəbdə keçirilən seminarda Nərimanov rayonu üzrə tam orta məktəblərin ingilis dili müəllimləri iştirak edib. Seminarın keçirilməsində əsas məqsəd İngilis dili müəllimlərinin dil və tədris bacarıqlarının təkmilləşdirilməsi və beynəlxalq təcrübənin dərslərdə tətbiq olunmasından ibarətdir. Qeyd edək ki, seminara Malayziya Texniki Əməkdaşlıq Proqramı […]

Aqrar universitetdə Müstəqillik günü qeyd edilib

Azərbaycan Dövlət Aqrar universitetin İctimai elmlər və multikulturalizm kafedrasının əməkdaşları Aqrar iqtisadiyyat, Aqrobiznes və idarəetmə fakültələrində “Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir” adlı tədbir keçirib. Tədbir Azərbaycan Respublikasının dövlət himninin səslənməsi ilə başlayıb. ADAU-nun mətbuat xidmətindən verilən məlumata görə tədbiri təhsil müəssisəsinin tədris işləri üzrə prorektoru Anar Hətəmov açıb, “Müstəqillik Günü”nün tarixinə nəzər salıb. Bildirib ki, 18 […]

BP ADNSU-da seminar keçirib

Oktyabrın 17-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) BP-nin noyabr ayında keçiriləcək “Açıq qapılar günü” proqramı çərçivəsində seminarı keçirilib. Mektebgushesi.azxəbər verir ki, seminarda BP-nin işə qəbul üzrə məsləhətçisi Mehriban Şeyxzamanova və işə qəbul üzrə koordinator Səbinə Vəliyeva mühəndis ixtisaslarına aid keçiriləcək aksiya ilə bağlı tələbələrə geniş məlumat verib. BP-nin mühəndis ixtisasında təhsil alan tələbələrə […]

ADU-da Ümumdünya Qida Günü ilə bağlı tədbir keçirilib

Azərbaycan Dillər Universitetinin (ADU) Mülki müdafiə və tibbi biliklərin əsasları kafedrasının baş müəllimi Sədaqət Musayevanın təşkilatçılığı ilə “16 Oktyabr Ümumdünya Qida Günüdür” adlı marifləndirici tədbir keçirilib. Universitetdən Mektebgushesi.az – a verilən məlumata görə, tədbir qida normaları, sağlam və rasional qidalanmanın vacib məqamları, eləcə də gündəlik istifadə edilən qidalarla bağlı tövsiyələri tələbələrin diqqətinə çatdırmaq məqsədi ilə keçirilib. […]

“Hüceyrə texnologiyalarının aktual problemləri” mövzusunda videoseminar keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fiziologiya İnstitutunda “Hüceyrə texnologiyaları gələcəyin texnologiyalarıdır” mövzusunda elmi-praktiki videoseminar keçirilib. İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbir Azərbaycan da daxil olmaqla, MDB ölkələrində analitik avadanlıq və mikroskopiya sahəsində fəaliyyət göstərən “Carl Zeiss” və başqa dünya brendlərinin nümayəndəsi olan “OPTEC” şirkəti tərəfindən təşkil olunub. Şirkətin hüceyrə texnologiyaları şöbəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru Tamara […]

ADU-da “Cümhuriyyət dövründə ədəbiyyat və mətbuat” mövzusunda dəyirmi masa keçirilib

  Azərbaycan Dillər Universitetində (ADU) Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş silsilə tədbirlər çərçivəsində “Cümhuriyyət dövründə ədəbiyyat və mətbuat” mövzusunda dəyirmi masa keçirilib. Azərbaycan ədəbiyyatı kafedrası və Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyasının (ETL) birgə təşkilatçılığı ilə keçirilən tədbiri giriş sözü ilə açan Azərbaycan ədəbiyyatı kafedrasının müdiri akademik Muxtar İmanov 2018-ci ilin ölkə prezidenti İlham Əliyev tərəfindən […]

ADNSU-nun tələbələri sığorta sahəsinin inkişafı barədə məlumatlandırılıb

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Karyerada ilk addımlar” adlı təcrübə layihəsi çərçivəsində tələbələrlə görüş olub. ADNSU-dan Mektebgushesi.az-a bildiriblər ki, görüşdə bu ali məktəbin iqtisadiyyat və menecment fakültəsinin dekanı, dosent İlham Rüstəmov bu cür tədbirlərin tələbələrin gələcək karyeraları üçün əhəmiyyətli olduğunu bildirib. Tələbələrə karyerada ilk addımları atmaq üçün zəruri olan məqamlar, sığorta sahəsinin inkişafı barədə […]

ADU-da Çin klassik musiqisinə həsr olunmuş konsert keçirilib

  Oktyabrın 16-da Azərbaycan Dillər Universitetində Konfutsi İnstitutunun qonaqları və pianist Xuan Veyveyin rəhbərliyi altında Çinin Quansi əyalətinin musiqi kollektivinin ifasında Çin klassik musiqisi konserti keçirilib. Universitetdən Mektebgushesi.az -a verilən məlumata görə, konsertin “Gözəl Çin” adlanan birinci hissəsində xanım Xuanın ifasında “Dağların qızıl çiçəkləri”, “Gün batışı”, “Siçuan rəqsi”, “Sərhədsiz səma” kimi əsərlər səslənib. Çindən gələn qonaq, […]

BDU-da universitetdaxili “50+50” qrant proqramının qalibləri ilə görüş

Bakı Dövlət Universitetində universitetdaxili “50+50” qrant proqramının növbəti mərhələsinin qalibləri ilə görüş keçirilib. Universitetin Elmi-Tədqiqat Hissəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə çıxış edən rektor, akademik Abel Məhərrəmov elmi tədqiqatların keyfiyyətinin yüksəldilməsi və səmərəliliyinin artırılması, alınmış nəticələrin beynəlxalq informasiya agentlikləri tərəfindən indekslənən nüfüzlu jurnallarda dərc edilməsi, xüsusilə gənclərin elmi fəaliyyətə cəlb edilməsi məqsədi ilə bir sıra işlərin […]

ADU-da alman orta əsr sevgi hekayəsi səhnələşdirilib

Azərbaycan Dillər Universitetində (ADU) alman yazıçısı Konrad fon Vürsburqun “Ürək nağılı” sevgi hekayəsindən “Yeyilmiş ürək” hissəciyi səhnələşdirilib. Vürsburq Universitetinin professoru, Osvald fon Volkenştayn Cəmiyyətinin prezidenti Ziqlinde Hartman və Avstriya Mübadilə Xidmətinin lektoru Stefanie Matzerin rəhbərliyi, ADU-nun Germanistika İnstitutunun tələbələrinin iştirakı ilə səhnələşdirilən hekayədə cəngavər və evli xanımın uğursuz sevgilərindən danışılır. Sevgi həsrətindən vəfat edən cəngavər […]

Bakı Ali Neft Məktəbində Rasim Balayevin 70 illik yubileyi qeyd edilib

Bakı Ali Neft Məktəbində (BANM) Azərbaycan Respublikasının Xalq artisti, «Şərəf» və “Şöhrət” ordenli, Prezident təqaüdçüsü, görkəmli Azərbaycan aktyoru Rasim Balayevin 70 illik yubileyi və Azərbaycan kino salnaməsində özünəməxsus yer tutan «Nəsimi» filminin ilk dəfə ekrana çıxmasının 45 illiyi münasibəti ilə tədbir keçirilib. Tədbirdə Ali Məktəbin rektoru Elmar Qasımov, Milli Məclisin deputatı Aydın Mirzəzadə C.Cabbarlı adına […]

Bilik Fondu Şirvan və Saatlıda psixoloji dəstəklə bağlı tədbirlər keçirib

Bilik Fondunun təşkilatçılığı ilə “İl boyu bilik” proqramı çərçivəsində Şirvan şəhərində və Saatlı rayonunda əhaliyə psixoloji dəstək mövzularında maarifləndirici tədbirlər keçirilib. Fonddan  Mektebgushesi.az – a  verilən məlumata görə, “Ailənin psixoloji mühiti və ona təsir göstərən amillər” mövzusunda Şirvan Gənclər Evində keçirilən tədbiri Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Adəm Hüseynov açaraq, […]

Tələbə və məzunlar üçün “Karyerada ilk addım” devizli aktiv məşğulluq tədbiri keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti Mingəçevir şəhər Məşğulluq mərkəzi tələbə və məzunlar üçün “Karyerada ilk addım” devizi altında növbəti aktiv məşğulluq tədbirini Mingəçevir Dövlət Universitetində təşkil edib. Mingəçevir şəhər Məşğulluq mərkəzi tərəfindən tərtib edilmiş tədbirlər planı üzrə keçirilən yığıncaqda universitetin müxtəlif ixtisasları üzrə 200-dən artıq tələbəsi iştirak edib. Əvvəlcə Mingəçevir […]

ADAU-da ağacəkmə kompaniyası keçirilib

Bu gün  İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti kimi fəaliyyətinin 15 ili tamam olur. Bu münasibətlə Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) ağacəkmə kompaniyası keçirilib. Universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərovun iştirakı 50 ədəd çinar ağacı, 500 ədəd qızılgül kolları ADAU-nun Tələbə evləri və tədris korpuslarının həyətində əkilib.

Girdiman bələdçi klubu məktəblilər arasında mədəni irsinin təbliğinə dair tədbir keçirib

13-14 oktyabr 2018-ci il tarixində İsmayıllı rayonunun Talıstan kəndində Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə ikinci qrant müsabiqəsi çərçivəsində İsrayıl Həsənov adına İsmayıllı şəhər 1 nömrəli tam orta məktəbin nəzdində tarix müəllimi Təranə Yusifovanın rəhbərliyi ilə yaradılan məktəblilərin Girdiman bələdçi klubunun “İsmayıllının mədəni irsinin təbliğində bələdçilərin rolu” mövzusunda iki günlük seminar keçirilmişdir. […]