Mektebgushesi

Azərbaycan Texniki Universitetinin şəhid olmuş məzunlarının xatirəsi anılıb  

Oktyabrın 29-da Azərbaycan Texniki Universiteti (AzTU) və 20 Yanvar İctimai Birliyi tərəfindən bu ali məktəbin şəhid olmuş məzunlarının xatirəsinə həsr edilmiş tədbir keçirilib. Əvvəlcə tədbir iştirakçıları universitetin həyətində şəhidlərin xatirəsinə ucaldılmış abidənin qarşısına gül düzüblər. AzTU-dan Mektebgushesi.az-a bildirilib ki, prorektor İsa Xəlilov universitetin şəhid məzunlarına həsr olunmuş tədbirlərdən, filmlərdən danışıb. Bildirib ki, tələbələrdə vətənpərvərlik ruhunun aşılanması universitet […]

BSU nəzdində MLK Qubada konfrans keçirdi

  27-28 oktyabr 2018-ci il tarixdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin təhsildə inkişaf və innovasiyalar qrant müsabiqəsi çərçivəsində BSU nəzdində Məktəb-lisey kompleksi tərəfindən həyata keçirilən “Təlim rus dilində aparılan siniflərdə və məktəblərdə çalışan fənn müəllimləri üçün ixtisasartırma tədbirlərinin təşkili” üzrə növbəti tədbir – “Təlim rus dilində aparılan Azərbaycan məktəblərində tədrisin aktual problemləri” adlı elmi-praktik konfrans Qubada […]

Bakı Ali Neft Məktəbində İsveçrə səfiri ilə görüş olub

Bakı Ali Neft Məktəbində (BANM) İsveçrə Konfederasiyasının Azərbaycandakı Fövqəladə və səlahiyyətli səfiri Filip Ştalder ilə görüş keçirilib. Görüşdə rektor Elmar Qasımov, ABB şirkətinin ölkə üzrə direktoru Rüstəm Qasımov, İsveçrə səfirliyinin Mətbuat və informasiya üzrə əməkdaşı Atəş Sultanov və Ali Məktəbin digər məsul əməkdaşları iştirak ediblər. Qonaqları BANM-da salamlayan rektor Elmar Qasımov Ali Məktəbin tələbələri, təlim-tədris […]

Şərqşünaslıq İnstitutunda misirli ictimai xadimlərlə görüş olub

Oktyabrın 26-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunda Misir Ərəb Respublikasının bir qrup ictimai xadimi ilə görüş keçirilib. İnstitutdan Mektebgushesi.az-a bildiriblər ki, görüşdə Misir parlamentinin nümayəndələr palatasının sədr müavini əl-Sayed Mahmud əl-Şərif, Misir-Azərbaycan parlamentlərarası dostluq qrupunun həmsədri Usama əl-Abd və Misirin Qalyubiyyə vilayətinin qubernatoru Aləm iştirak ediblər. Qonaqları Misirin Azərbaycandakı səfirliyinin Mədəniyyət […]

ADNSU-nun rektoru müxtəlif ölkələrdən olan Azİİ məzunları ilə görüşüb

Oktyabrın 26-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı VI Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində Livan, Almaniya və Macarıstandan olan ADNSU (keçmiş Azİİ) məzunları ilə görüş keçirib. Universitetdən Mektebgushesi.az  -a verilən məlumata görə, qonaqları universitetdə görməkdən məmnun olduğunu deyən ADNSU-nun rektoru, professor M.Babanlı son dövrlər universitetdə həyata keçirilən islahatlardan və tədris prosesindən, həmçinin […]

Bərdə Dövlət İdarəetmə və texnologiya kollecinin tələbələri ADAU da olub

Bərdə Dövlət İdarəetmə və texnologiya kollecinin tələbələri Azərbaycan Dövlət Aqrar Universitetində olub. Ölkənin yeganə aqrar təhsil müəssisənin maddi-texniki bazasının gücləndirilməsi, yeni lobarotoriyaların qurulması, tədrisdə şəffaflıq, tələbələrin sosial durumlarına qayğı, tədrislə təcrübənin qoşalaşdırılması imkan verib ki, bu günün kadr bazarı üçün daha səviyyəli mütəxəssis hazırlığı həyata keçirilsin. Bu səbəbdən də təhsil müəssisəsinə, burda olan şəraitlə tanışlığa […]

Müəllim və valideynlərin müraciəti dinlənilib

Oktyabrın 26-da paytaxtda müəllim və valideynlərin səyyar qəbulu keçirilib. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi və struktur bölmə əməkdaşlarının iştirak etdiyi səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparmaq məqsədlərinə xidmət edir. Mektebgushesi.az xəbər verir ki, […]

BMU-da beynəlxalq konfrans öz işinə başlayıb

Azərbaycan Respublikası Təhsil Nazirliyi və Bakı Mühəndislik Universitetinin birgətəşkilatçılığı ilə «İqtisadiyyat və idarəetmədə davamlı inkişaf: problemlər və perspektivlər» adlı beynəlxalq elmi-praktiki konfrans öz işinə başlayıb. Mektebgushesi.az xəbər verir ki, Konfransın ümumi məqsədi iqtisadiyyat və idarəetmədə davamlı inkişafın vacibliyini vurğulamaq, hərtərəfli inkişafa nail olmaqla bunun əhəmiyyətini nəzərdən keçirmək, iqtisadiyyat və idarəetmədə resurslardan optimal istifadə etməklə strateji planlara effektiv […]

“SABAH” tələbələri beynəlxalq proqramlar haqqında məlumatlandırılıb

Bakı Dövlət Universitetində (BDU) “SABAH” tələbələrinin beynəlxalq mübadilə proqramlarında iştirakının stimullaşdırılması məqsədilə təlim keçirilib. BDU-dan Mektebgushesi.az-a bildiriblər ki, təlimdə Azərbaycan Texniki Universitetin “SABAH” mərkəzinin rəhbəri Aytən Sadıqova “Erasmus +” və digər beynəlxalq proqramlar haqqında tələbələrə məlumat verib. Tədbirdə, həmçinin ali təhsil müəssisələri arasında əməkdaşlıq və mübadilə proqramlarında iştirak edən tələbələrin nailiyyətləri diqqətə çatdırılıb.

Azərbaycan Universitetində elektron kitabxana istifadəyə verilib

Azərbaycan Universitetində müasir standartlara cavab verən tam elektronlaşdırılmış kitabxana istifadəyə verilib. Elektron kitabxanaya dünyanın istənilən nöqtəsindən internet vasitəsilə çıxış mümkündür. Tələbələr bu gündən rəqəmsal kitabxana xidmətlərindən rahat şəkildə istifadə edə bilərlər. Mektebgushesi.az  xəbər verir ki, Universitetdən AZƏRTAC-a bildiriblər ki, bununla bağlı oktyabrın 25-də təhsil müəssisəsində elekton kitabxana portalının təqdimatı olub. İRBİS-64 Avtomatlaşdırılmış Kitabxana İnformasiya Sistemi (AKİS) proqramının […]

Fizika İnstitutu II Spartakiadada ümumilikdə 6 medal qazanıb

AMEA-nın Azad Həmkarlar İttifaqının (AHİ) Rəyasət Heyətinin təşkilatçılığı ilə keçirilən II Spartakiadanın bağlanış mərasimi olub. Mərasimdə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, AHİ-nin sədri, hüquq elmləri doktoru, professor Habil Qurbanov, Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov, o cümlədən akademiyanın elmi müəssisə və təşkilatlarının həmkarlar təşkilatlarının sədrləri iştirak ediblər. Akademiyadan Mektebgushesi.az-a bildirilib ki, tədbirdə çıxış edən akademik […]

AzMİU-da 1-ci kurs tələbələri ilə görüş keçirilib

Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektoru, professor Gülçöhrə Məmmədova və universitetin prorektorları Tikinti-iqtisad fakültəsinin birinci kurs tələbələri ilə görüşüb. Görüşdə fakültənin müəllimləri, universitetin tələbə təşkilatlarının nümayəndələri də iştirak edib. Görüşü giriş nitqiylə açan fakültənin dekanı Rahat Qəribov qonaqları və tələbələri salamlayıb, onlara təhsillərində uğurlar arzulayıb. AzMİU-dan Mektebgushesi.az-a verilən məlumata görə, AzMİU-nun rektoru G. […]

166 saylı məktəbdə elmi-praktik konfrans keçirilib

F.Rəfiyev adına 166 nömrəli məktəb-liseydə “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın 5-ci ildönümünə həsr olunmuş “Təhsilimizin dünəni, bu günü və sabahı” mövzusunda elmi-praktik konfrans keçirilmişdir. Konfransda məktəb-liseyin direktoru Şəmsi Qocayev geniş məruzə ilə çıxış edərək Azərbaycan təhsilinin inkişaf tarixindən, müstəqillik dövründə təhsil sahəsində həyata keçirilən islahatın əhəmiyyətindən və bu islahatların nəticəsi kimi qəbul edilmiş […]

Oğuz və İsmayıllıda Cümhuriyyət tarixi gənclərə sənədli kadrların dili ilə çatdırılıb

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun “Cümhuriyyət tariximiz qürurumuzdur” layihəsi çərçivəsində növbəti maarifləndirici tədbirlər İsmayıllı və Oğuz rayonlarında keçirilib. Fonddan Mektebgushesi.az-a bildirilib ki, Oğuz rayonu Mədəniyyət Evində keçirilən tədbirdə Bilik Fondunun yerli nümayəndəsi Anar Məcidov təmsil olunduğu qurumun maarifləndirici layihələrindən söhbət açıb. Sonra ARB “Aranfilm” Yaradıcılıq Mərkəzinin bədii rəhbəri Tahir Əliyevin “Azərbaycan Cümhuriyyəti kadrlarda” mövzusunda mühazirəsi […]

BSU-da “BİR” Tələbə-Könüllü proqramının təqdimatı keçirilib

  Oktyabrın 24-də Bakı Slavyan Universitetində (BSU) I kurs tələbələri üçün “BİR” Tələbə-Könüllü proqramının təqdimatı keçirilib. Təhsil Nazirliyinin (TN) təşkilatçılığı ilə baş tutan tədbirin əvvəlində Azərbaycanın dövlət himni səsləndirilib. Təqdimatın aparıcısı Faiq Mirzəyev “BİR” Tələbə-Könüllü proqramı barədə tələbələrə ətraflı məlumat verib. O qeyd edib ki, “Bir” Tələbə-Könüllü olmaq gənclərə beynəlxalq idman yarışlarında və dövlət tədbirlərində […]