Mektebgushesi

DİM sədri: “Xaricdə təhsil alan azərbaycanlılara dövlət qulluğuna qəbulda güzəşt edilə bilər”

“Xaricdə təhsil alan Azərbaycan vətəndaşlarından dövlət qulluğunda işləmək istəyənlər var. Amma onlar Azərbaycan dilində imtahan verə bilmirlər və bunu bizə irad tuturlar”. Mektebgushesi.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə İnsan Resursları Zirvəsində “Yerin dərinliyindən beyin dərinliyinə köç” mövzusundakı paneldə çıxışı zamanı deyib. O bildirib ki, həmin azərbaycanlılar xarici […]

İlin sonunadək Azərbaycan Təhsil Şəbəkəsinə qoşulan məktəblərin sayı 4700-ü ötəcək

Azərbaycan Təhsil Şəbəkəsi çərçivəsində yeni təhsil müəssisələrinin sürətli fiber-optik bağlantıya keçidi istiqamətində iş aparılır. Cari ilin sonunadək ölkə üzrə 50 şəhər və regiondan 435 mindən çox şagirdi və 34 mindən çox müəllim heyətini əhatə edən 478 yeni təhsil müəssisənin şəbəkəyə sürətli fiber-optik bağlantı ilə qoşulması nəzərdə tutulur. Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, […]

Rektor Elmar Qasımov tələbə təşkilatlarının sədrlərilə görüş keçirib

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Gənclər günü ərəfəsində BANM-in tələbə təşkilatlarının sədrləri ilə görüş keçirib. BANM-dan Mektebgushesi.az-a verilən məlumata görə, rektor tələbə təşkilatlarının fəaliyyətində səmərəliliyin artırılması istiqamətində müzakirələr aparıb, tətbiq olunan yeniliklərin tələbələrə çatdırılmasında operativliyin təmin edilməsi, tələbə təşkilatlarının rolunun genişləndirilməsi ilə bağlı təklifləri dinləyib. E.Qasımov I kursların tələbə təşkilatları barədə daha yaxından […]

“Üç alov” adlı beynəlxalq festivala yekun vurulub

Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Üç alov” uşaq və gənclərin beynəlxalq folklor, klassik və müasir yaradıcılıq festivalına yekun vurulub. COVID-19 pandemiyası ilə əlaqədar onlayn platformada keçirilən festivalın əsas məqsədi müxtəlif ölkələrin adət-ənənələri və zəngin mədəni irslərinin öyrənilməsi, ənənəvi, folklor, klassik, müasir incəsənətin müxtəlif istiqamətləri üzrə uşaq və gənclərin cəlb edilməsi, incəsənət […]

İnşa yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb

Naftalan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən inşa yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb Naftalan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə şəhərin ümumtəhsil məktəblərinin şagirdləri arasında karantin rejimi müddətində məktəblilərin asudə vaxtlarının səmərəli təşkil edilməsi və şagirdlərin aparılan Preventiv tədbirlər, görülən işlər barədə fikirlərini aşkarlamaq məqsədilə “Koronavirusla mübarizə-Naftalan şagirdlərinin gözü ilə” mövzusunda keçirilən inşa yazı müsabiqəsində ilk 5 […]

Görkəmli filosof Ziyəddin Göyüşovun 100 illik yubileyi qeyd olunacaq

May ayında AMEA-nın Fəlsəfə İnstitutunda görkəmli filosof Ziyəddin Göyüşovun 100 illik yubileyi keçiriləcək. İnstitutdan Mektebgushesi.az-a bildirilib ki, yubiley tədbirinin keçiriləcəyi günlə bağlı əlavə məlumat veriləcək. Ziyəddin Göyüşov 1920-ci ildə Ağdam şəhərində anadan olub. 1938-1939-cu illərdə Ağdam Pedaqoji Texnikumunda, 1945-1950-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Tarix fakültəsinin nəzdindəki Fəlsəfə şöbəsində təhsil alıb. O, 1943-cü […]

Şamaxı Rayon Təhsil Şöbəsi məktəb direktorlarının iştirakı ilə online görüş keçirib

Şamaxı Rayon Təhsil Şöbəsinin rəhbərliyi və ümumtəhsil məktəblərinin direktorlarının iştirakı ilə online görüş keçirilib. Təhsil şöbəsindən Mektebgushesi.az – a verilən məlumata görə, Zoom proqramı vasitəsi ilə keçirilmiş görüşdə Rayon Təhsil Şöbəsinin rəhbərliyi tərəfindən məktəb direktorlarına dünyada və ölkəmizdə davam edən Koronavirus pandemiyası günlərində #evdəqal kampaniyasında aktiv iştirak və nümunə olmaq, məktəblərin idarə olunmasının tamamilə elektron və […]

“Ailənizin sağlamlığı sizin sığortanızdır!” – koronavirusla bağlı sosial layihə həyata keçirilir

“Günay Sığorta” ASC, “Sağlam Ailə” Tibb Mərkəzi və “Odlar Yurdu” Gənclər İctimai Birliyinin birgə təşkilatçılığı ilə vətəndaşlarımıza dəstək məqsədilə “Ailənizin sağlamlığı sizin sığortanızdır!” adlı sosial layihənin icrasına başlanılıb.  Layihə Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən qlobal pandemiya elan olunmuş koronavirus infeksiyası (COVİD-19) ilə bağlı əhalinin sağlamlığının qorunması və maarifləndirilməsi məqsədi daşıyır. Koronavirus infeksiyası əsasən, hava və damcı […]

AMEA-da koronavirusla bağlı maarifləndirici və profilaktik tədbirlər görüləcək

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) elmi müəssisə və təşkilat rəhbərlərinə ciddi zərurət olmadığı halda müxtəlif xarakterli kütləvi tədbirlərin keçirilməsinin məhdudlaşdırılması, işçilərin koronavirusun yayıldığı ölkələrə ezamiyyətlərinin dayandırılması, AMEA-nın müvafiq inzibati binalarında müntəzəm olaraq sanitar-dezinfeksiya işlərinin həyata keçirilməsi, təqaüd yaşlı işçilərin işə davamiyyətində güzəştli şərtlərin tətbiq edilməsi tapşırılıb. Bu barədə AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin koronavirusla bağlı […]

Klassik ədəbi irs və folklorşünaslıq üzrə elmi şuranın ilk iclası keçirilib

AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Azərbaycan Respublikasının Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının nəzdində Klassik ədəbi irs və folklorşünaslıq üzrə elmi şuranın ilk iclası keçirilib. Muzeydən AZƏRTAC-a bildirilib ki, iclası şuranın sədri, akademik Rafael Hüseynov açaraq gündəlikdəki məsələləri diqqətə çatdırıb. O, son dövrlərdə humanitar elm sahəsində ciddi irəliləyişlərin, böyük nailiyyətlərin əldə olunduğunu vurğulayıb. Şura sədri […]

AMEA-nın Şəki Regional Elmi Mərkəzində tədqiqatlar aparılacaq

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şəki Regional Elmi Mərkəzinin elmi şurasının növbəti iclası keçirilib. AMEA-dan AZƏRTAC-a bildirilib ki, iclası mərkəzin direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Yusif Şükürlü açaraq gündəlikdəki məsələlər barədə məlumat verib. Əvvəlcə mərkəzin şöbələrinin 2020-2024-cü illərdə prioritet istiqamətlər üzrə tədqiqat proqramlarına dair təqdimatlar dinlənilib və Elmi şura tərəfindən təsdiqlənib. Daha sonra qurumun elmi […]

Ağsuda keçirilən “Bir anda orada…” layihəsi başa çatdı

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən layihə Ağsu rayon Abasxanlı kənd tam orta məktəbində keçirilib. Təlim gənclərin düzgün ixtisas seçimi barədə məlumatlandırmaq, ixtisaslar haqqında maarifləndirmək, gəncləri biznes sahələri, iqtisadiyyat, marketinq, menecment ixtisaslarinda nələr gözlədiyi haqqında məlumandırılmasını əhatə edirdi. Layihə çərçivəsində məktəblilərə iki gün təlimlər keçirildi. İlk gündə layihənin açılışı layihə rəhbəri Günay […]

“İmadəddin Nəsimi – tədqiqlər, məqalələr, məruzələr” kitabı nəşr olunub

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Orta əsrlər Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru Fəridə Əzizovanın “İmadəddin Nəsimi – tədqiqlər, məqalələr, məruzələr” kitabı “Elm” nəşriyyatında işıq üzü görüb. İnstitutdan AZƏRTAC-a bildirilib ki, nəşrdə şairin həyatı, doğum və vəfat etdiyi məkan, eləcə də orta əsr və nisbətən yaxın dövr müəlliflərinin verdikləri digər bioqrafik təfsilatlar haqqındakı […]

UNEC-də seminar: elektron ticarətdən elektron ixracata

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Türk Dünyası İqtisad Fakültəsində türkiyəli mütəxəssislər tərəfindən “E-ticarətdən e-ixracata” mövzusunda seminar keçirilib. UNEC-dən Mektebgushesi.az -a bildirilib ki, Türkiyənin e-ticarət, e-ixracat platformaları ilə bağlı xidmətlər göstərən, bu istiqamətdə təlim və tədris aparan “WorldEF” platformasının qurucuları, həmçinin onun Azərbaycan təmsilçisi olan “MyBroker” şirkətinin nümayəndələri tələbələrə təmsil etdikləri şirkət barədə ətraflı məlumat veriblər. “World […]

BSU-da koronavirusla bağlı maarifləndirici tədbir

Fevralın 27-də Bakı Slavyan Universitetində (BSU) koronavirus xəstəliyi və icbari tibbi sığorta ilə bağlı növbəti maarifləndirici tədbir keçirilib. Tədbirdə BSU-nun müəllimləri, tələbələri və əməkdaşları iştirak ediblər. Tədbiri giriş sözü ilə açan BSU-nun Tərbiyə işlər üzrə prorektoru, dosent Xanım Sultanova bildirib ki, hazırda respublikamızda koronavirus xəstəliyi və icbari tibbi sığorta ilə bağlı müxtəlif tədbirlər keçirilir. Bizim […]