Mektebgushesi

Lənkəran məktəblərində 20 Yanvar faciəsinin 30-cu ildönümü münasibətilə tədbir keçirilib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi, İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Cəlilabad Regional Mərkəzi və Lənkəran Şəhər Təhsil Şöbəsinin (ŞTŞ) birgə təşkilatçılığı ilə rayonun Şürük və Viyən kənd tam orta məktəblərində 20 Yanvar faciəsinin 30-cu ildönümü münasibətilə tədbir keçirilib. Tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşları Emin Həmidli, Tacəddin Sadıqov, […]

20 Yanvar faciəsinə həsr olunmuş sərgi

20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə əlaqədar Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəbləri və uşaq-gənclər inkişaf mərkəzləri şagirdlərinin rəsm və əl işlərindən ibarət sərgi təşkil edilib. Sərgidə BŞTİ-nin müdiri Rəşad Tağıyev, İdarənin müvafiq struktur bölmə rəhbərləri, məktəb direktorları, müəllim və şagirdlər iştirak ediblər. Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə 20 Yanvar […]

İstedadlı şagirdlər eksternat qaydasında imtahan verib

Ümumi təhsilin hər hansı səviyyəsini vaхtından əvvəl bitirmək istəyən istedadlı şagirdlər üçün eksternat qaydasında imtahan keçirilib. Eksternat imtahanı yanvarın 17-də paytaxtdakı 175 nömrəli tam orta məktəbdə təşkil olunub. Qeydiyyatdan keçmiş 16 şagird hər fəndən 10 sual olmaqla 3 saat ərzində biliklərini nümayiş etdirib. Nəticələr Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən yaradılmış komissiya tərəfindən 100 ballıq […]

20 Yanvara həsr olunan xüsusi dərslər keçirilib

Yanvarın 17-də ümumi təhsil müəssisələrində 20 Yanvar-Ümumxalq Hüzn Gününə həsr olunmuş xüsusi dərslər keçirilib. Dərslərdə ilk olaraq xalqımızın azadlığı uğrunda canlarını qurban vermiş qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dərsləri tədris edən müəllimlər Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisələri barədə […]

Məktəblərin qış tətilinin vaxtı açıqlanıb

Yanvarın 27-dən ümumi təhsil müəssisələrində qış tətili başlayır.  Təhsil Nazirliyindən Mektebgushesi.az-a verilən məlumata görə, tətil 27-31 yanvar tarixlərini əhatə edəcək.  Altıgünlük tədris həftəsi ilə işləyən məktəblərdə fevralın 1-i, beşgünlük tədris həftəsi ilə işləyən məktəblərdə isə fevralın 3-ü iş günüdür. Qeyd edək ki, ümumi təhsil müəssisələrində dərslər sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır.

Orta məktəbi vaxtından əvvəl bitirmək istəyənlər üçün imtahan keçiriləcək

Ümumi təhsilin hər hansı səviyyəsini vaxtından əvvəl bitirmək istəyən istedadlı şagirdlər üçün eksternat qaydasında imtahan keçiriləcək. Mektebgushesi.az xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) əmrinə əsasən, eksternat imtahanı yanvarın 17-də paytaxtdakı 175 nömrəli tam orta məktəbdə təşkil olunacaq. Qeydiyyatdan keçmiş məktəblilərin biliyi test imtahanı vasitəsilə yoxlanılacaq. İmtahan sualları hər fəndən 10 sual olmaqla […]

2019-cu təqvim ilində təmayülləşmənin miqyası genişlənib

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində 2019-cu təqvim ilində təmayülləşmənin miqyası genişlənib. Belə ki, 187 ümumi təhsil müəssisəsində 702 təmayül sinif təşkil olunub. Təmayül siniflərə 15 643 şagird cəlb olunub. Təmayül siniflər 8 istiqamət üzrə müəyyənləşdirilib. Onlardan 109-u texniki təmayüllü, 55-i riyaziyyat-iqtisadiyyat təmayüllü, 128-i humanitar təmayüllü, 9-u təbiət təmayüllü, 85-i texniki və […]

Bakı məktəbliləri ötən il idman yarışlarında 993 medala layiq görülüblər

Ötən ildə Bakı məktəbliləri idman sahəsində ciddi nailiyyətlərə imza atıblar. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Mektebgushesi.az-a bildirilib ki, paytaxt məktəbliləri idmanın müxtəlif növləri üzrə beynəlxalq və respublika səviyyəli yarışlarda 365-i qızıl, 308-i gümüş, 320-si bürünc olmaqla ümumilikdə 993 medal əldə ediblər.

“Bizim müəllim” layihəsinin budəfəki təqdimatı şamaxılı müəllimə həsr edilib

“Bizim müəllim” layihəsinin budəfəki təqdimatı Şamaxı rayon Həmyə kənd tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi Gülşən Zabitliyə həsr olunub. Təhsil Nazirliyindən Mektebgushesi.az -a bildiriblər ki, G.Zabitli 2019-cu ildə müəllimlərin işə qəbulu üzrə müsabiqədən uğurla keçərək 54 bal toplayıb. Xatırladaq ki, “Bizim müəllim” layihəsi ölkəmizin bütün bölgələrində peşəkarlığı ilə seçilən, müəllimlərin işə qəbulu üzrə müsabiqədə […]

Məktəbli idmançılardan növbəti uğur -FOTOLAR

Paytaxt məktəblilərinin idmanın müxtəlif növləri üzrə beynəlxalq yarışlardakı uğurları davam edir. Belə ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 328 nömrəli tam orta məktəbin VII sinif şagirdi Sunay Kazımlı karate üzrə Rusiyada keçirilən beynəlxalq yarışda fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Məktəbli qızıl medal və diploma layiq görülüb. 76 nömrəli tam orta məktəbin V sinif […]

Respublika fənn olimpiadalarının birinci mərhələsi keçiriləcək

Yanvarın 12-də ölkənin bütün şəhər və rayonlarında məktəblilərin Respublika fənn olimpiadalarının birinci – rayon (şəhər) mərhələsi keçiriləcək. Təhsil Nazirliyindən Mektebgushesi.az -a bildiriblər ki, bilik yarışının ilkin mərhələsində bu il təxminən 35 min şagirdin iştirakı nəzərdə tutulur. Olimpiadaların təşkilində məqsəd istedadlı şagirdlərin aşkar edilməsi, onlarda fənlərin dərindən öyrənilməsinə marağın artırılması, bilik və bacarığı, eləcə də çalışqanlığı ilə seçilən […]

Məktəbəhazırlıq qruplarına maraq artır

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində 2019-cu təqvim ilində məktəbəhazırlıq qruplarının əhatə dairəsi genişlənib. Mektebgushesi.az xəbər verir ki, 268 ümumi təhsil müəssisəsində 983 məktəbəhazırlıq qrupu fəaliyyət göstərir. Qruplara 25 832 uşaq məşğələlərə cəlb olunub. Dövlət ümumi təhsil məktəblərində yaradılan məktəbəhazırlıq qruplarında dərs ili iki yarımilə bölünür. Bu qruplarda həftədə 4 gün olmaqla, […]

20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə bağlı tədbirlər

“20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə bağlı Tədbirlər Planı”nın təsdiq edilməsi barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əmri imzalanıb. Əmrə əsasən, yanvarın 17-si ümumi təhsil müəssisələrində 20 Yanvar-Ümumxalq Hüzn Gününə həsr olunmuş xüsusi dərslər keçiriləcək. Həmçinin ümumi təhsil məktəblərində 20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə bağlı mühazirə, seminar, xüsusi toplantı, “Dəyirmi masa” və konfransların təşkili […]

Məktəblilərin növbəti tətili nə vaxt olacaq?

Təhsil müəssisələrində Yeni illə əlaqədar elan olunmuş qeyri – işgünlərinin bitməsinə sayılı günlər qalıb. Əksər ota ümumtəhsil müəssisələrində dərslər yanvarın 7-i başlanır. Altıgünlük iş qrafiki ilə çalışan məktəblərdə isə bu, 6 yanvar tarixinə təsadüf edir. Hazırda  valideyn və şagirdləri ən çox maraqlandıran məqam isə növbəti tətilin nə zaman olacağı ilə bağlıdır. Mektebgushesi.az məlumat verir ki,  məktəblilərin […]

Paytaxt məktəblərində bayram tədbirləri keçirilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə bayram tədbirləri təşkil olunub. Belə ki, təhsil müəssisələrində Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə rəsm, bədii qiraət, inşa yazı müsabiqələri, şagirdlərin əl işlərindən ibarət sərgilər keçirilib, divar qəzetləri hazırlanıb. Tədbirlərdə BŞTİ-nin və yerli icra hakimiyyəti orqanlarının nümayəndələri, […]