Mektebgushesi

Paytaxt məktəbində nümunəvi dərslər

Paytaxtdakı 247 nömrəli tam orta məktəbdə nümunəvi dərslər təqdim olunub. Vl-Xl siniflərdə Azərbaycan dili, riyaziyyat, Azərbaycan tarixi, coğrafiya, fizika, təbiət, çağırışaqədərki hazırlıq fənlərindən nümunəvi dərslərin keçirilməsində məqsəd metodiki proseslə tanış olmaq, inkişaf mühitinin genişlənməsinə dəstək vermək, tədrisin keyfiyyətinin daha da artırılmasına nail olmaqdan ibarətdir. Nümunəvi dərslər zamanı müəllimlərin müasir təlim metodları və təlim üsullarından dərsin məqsədinə […]

Valideynlər inklüziv siniflərdə

İnklüziv siniflərdə təhsil alan sağlamlıq imkanları məhdud şagirdlərin valideynləri məktəbdə tədris prosesi ilə tanış olurlar. Tanışlıq prosesi zamanı valideynlər övladlarının təhsil aldığı müəssisə ilə yaxından tanış olur, onlar məktəbin infrastrukturu, tədris resursları və təhsil müəssisəsində həyata keçirilən layihələr barədə məlumatlandırılır, məktəbin pedaqoji heyəti və texniki işçiləri ilə ünsiyyət qururlar. Həmçinin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin […]

Eksternat imtahanları üçün sənəd qəbulu davam edir

Əvvəlki illərdə ümumi təhsil məktəblərini ümumi orta (IX) və tam orta (XI) təhsil səviyyələri üzrə başa vura bilməyən şəxslər üçün eksternat qaydasında keçiriləcək imtahanlara sənəd qəbulu dekabrın 15-də başa çatacaq. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində əvvəlki illərdə təhsil almış, lakin ümumi orta və ya tam orta təhsil səviyyələrini başa […]

Laçında Zabux kənd tam orta məktəbi fəaliyyətə başlayıb

  Laçında Zabux kənd tam orta məktəbi fəaliyyətə başlayıb. Mektebgushesi.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb. “Təhsil Qarabağa qayıdır”, – deyə agentlik qeyd edib. 176 şagird yerlik Zabux kənd tam orta məktəbi binasının ümumi sahəsi 1245 kvadratmetrdir. Binada 11 sinif otağı, kimya, fizika laboratoriya otaqları, informatika kabineti, yeməkxana, […]

Dahi Liderin xatirəsi təhsil müəssisələrində anılıb

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki təhsil müəssisələrində ulu öndər Heydər Əliyevə həsr olunmuş tədbirlər təşkil olunub. Ümumi təhsil müəssisələrində Heydər Əliyevin anım günü ilə əlaqədar konfrans, “Dəyirmi masa”, mühazirə və seminarlar, sərgi, müsabiqə və idman yarışları keçirilib. Anım tədbirlərində Ümummilli Liderin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Tədbirlərdə şagirdlərə Ulu Öndərin Azərbaycana rəhbərliyinin […]

Komissiyaların yeni tərkibinin formalaşdırılması ilə bağlı müsabiqə elan edilir

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) psixoloji-tibbi-pedaqoji komissiyaların yeni tərkibinin formalaşdırılması ilə bağlı müsabiqə elan edir. Müsabiqədə məktəbəqədər və ümumi təhsil müəssisələrində çalışan loqoped, psixoloq və xüsusi təhsil sahəsində təcrübəsi olan müəllimlər iştirak edə bilərlər. Müsabiqədə iştirak etmək istəyən namizədlər sağlamlıq imkanları məhdud uşaqların diaqnostikasını aparacaq, bunun əsasında onların xüsusi təhsilə cəlb olunması barədə qərar […]

Tanınmış pedaqoq təhsildə uğur qazanmağın yollarından danışıb

Pedaqoji elmlər doktoru, professor, Əməkdar elm xadimi Fərrux Rüstəmov “Məktəbdə…” layihəsinin qonağı olub. Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən reallaşdırılan, “Kaspi” qəzeti və “Kaspi.az” saytının informasiya dəstəyi ilə ərsəyə gələn layihənin növbəti görüşü paytaxtdakı 258 nömrəli tam orta məktəbdə keçirilib. F.Rüstəmov özünün məktəb illəri ilə indiki dövrü müqayisə edib, müasir dünyanın tələbləri və bugünün məktəbindən, […]

İstedadlı şagirdlər imtahan verib

Ümumi təhsilin hər hansı səviyyəsini vaхtından əvvəl bitirmək istəyən istedadlı şagirdlər üçün eksternat qaydasında imtahan keçirilib. İmtahanda ümumi təhsil müəssisələri tərəfindən müvafiq müşayiət məktubu ilə adları təqdim edilmiş 5 şagird biliklərini nümayiş etdirib. İmtahan hər fəndən 10 sual olmaqla, fənn proqramlarına uyğun təşkil olunub. Nəticələr Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən yaradılmış komissiya tərəfindən 100 […]

Bakının 5 saylı məktəbində baş verənlərlə bağlı valideyinlər etiraz edir

Mektebgushesi.az saytına Bakıdakı 5 saylı məktəbin bir qrup valideyini müraciət edib. Müraciəti olduğu kimi təqdim edirik. Bakı şəhəri Nəsimi rayonu 5 saylı məktəbin 1l sinfində  təhsil alan şagirdlərdən birinin  (Adı soy adı redaksiyay  məlumdur) davranışlarına görə həm sinif yoldaşlarını, həm də sinif yoldaşlarının valideynlərini narahat edir. Belə ki, şagird sinif yoldaşlarına həm yaşına uyğun olmayan […]

Ümumi təhsil müəssisələrində dezinfeksiya işləri aparılır

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində dezinfeksiya işlərinə start verilib. Paytaxt məktəblərində şagirdlər arasında qızılca xəstəliyinin aşkar olunması səbəbindən müvafiq qabaqlayıcı tədbirlərin həyata keçirilməsi intensivləşdirilib. BŞTİ-nin təşəbbüsü ilə təhsil müəssisələrində aparılan dezinfeksiya işləri davamlı xarakter daşıyır və vəziyyət nəzarətdə saxlanılır. Qeyd edək ki, məktəblərdə müvafiq ehtimallar nəzərə alınaraq nəzarət gücləndirilib, pedaqoji […]

Məktəblərdə qızılcaya görə şagirdlərin temperaturu ölçülür – FOTO

Bakı şəhərində fəaliyyət göstərən məktəblərin bəzilərində şagirdlərin və işçilərin hərarəti ölçülüb. Mektebgushesi.az -ın məlumatına görə, məktəblərə daxil olan hər bir şəxsin temperaturunun ölçülməsinə səbəb son günlər uşaqlar arasında yayılan qızılca xəstəliyidir. Qeyd edək ki, bir neçə gün əvvəl Kürdəmirdə, Bakıda və bu gün Sabirabadda uşaqlar qızılcadan vəfat ediblər. Xatırladaq ki, ötən gün elm və təhsil naziri Emin Əmrullayev media üçün keçirdiyi brifinqdə hazırda […]

Paytaxt məktəblərində monitorinqlər aparılır

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin təşkili və idarə olunması ilə bağlı operativ monitorinqlər keçirilir. Monitorinqlərin təşkil olunmasının əsas məqsədi seçmə üsulla müəyyənləşdirilmiş məktəblərdə təhsil mühitinin öyrənilməsindən ibarətdir. Təhsil müəssisələrində sağlamlıq, təhlükəsizlik və nizam-intizam, tədris-pedaqoji və digər sənədlərlə işin təşkili, inzibati heyətin fəaliyyəti, metodiki işin təşkili monitorinq zamanı […]

Bakı məktəblərində rəqəmsal summativ qiymətləndirmələr keçirilir

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki bir sıra ümumi təhsil müəssisələrində rəqəmsal summativ qiymətləndirmələr keçirilir. Rəqəmsal summativ qiymətləndirmələr Microsoft TEAMS proqramı vasitəsilə aparılır. Sualların tərtib olunması və qiymətləndirmə prosesi məktəb rəhbərliyi və müvafiq fənn müəllimləri tərəfindən həyata keçirilir. Şagirdlər nəticələri barədə yerində məlumat əldə edirlər. Qeyd edək ki, rəqəmsal summativ qiymətləndirmə Azərbaycan Respublikası Elm və […]

Məktəblərdə dəm qazından qorunma yolları barədə maarifləndirmə işləri aparılacaq

  Bu ilin dekabr ayından SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi Elm və Təhsil Nazirliyi ilə birgə ümumi təhsil müəssisələrində təbii qazdan təhlükəsiz istifadə ilə bağlı maarifləndirmə işləri aparacaq. Elm və Təhsil Nazirliyindən bildirilib ki, layihə çərçivəsində 5, 6 və 7-ci sinif şagirdləri arasında təbii qazdan təhlükəsiz istifadə, mənzillərdə qaz iyi hiss etdikdə görülməsi vacib tədbirlər və […]

Televiziya rəhbəri “Məktəbdə…” layihəsində

İctimai Televiziya və Radio Yayımları Şirkətinin Baş direktoru Balakişi Qasımov “Məktəbdə…” layihəsinin qonağı olub. Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən reallaşdırılan, “Kaspi” qəzeti və “Kaspi.az” saytının informasiya dəstəyi ilə ərsəyə gələn layihənin növbəti görüşü paytaxtdakı 1 nömrəli tam orta məktəbdə keçirilib. Qonaq əvvəlcə məzunu olduğu məktəblə tanış olub, müəllimlərlə görüşüb, söhbətləşib. B.Qasımov məktəb illəri, müəllimləri, […]