Mektebgushesi

Olimpiada və müsabiqələrin qalibləri mükafatlandırılıb

Lütfi Zadə adına Məntiq Olimpiadası və Məktəblilərarası fənn müsabiqələri qaliblərinin mükafatlandırılma mərasimi keçirilib. Bu barədə Mektebgushesi.az -a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib. Bildirilib ki, tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Tədbirdə Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini, Agentliyin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) […]

Eksternat imtahanlarının nəticələri açıqlanıb

Bakı şəhəri üzrə keçirilən eksternat qaydasında aralıq imtahanlarının nəticələri açıqlanıb. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Mektebgushesi.az-a verilən məlumata görə, əvvəlki illərdə ümumi orta (IX sinif) və tam orta (XI sinif) təhsil səviyyələrini başa vura bilməyən şəxslər üçün təşkil olunan imtahanlara hər iki səviyyə üzrə ümumilikdə 1 223 nəfər qatılıb. Onlardan 385 nəfər müsbət nəticə əldə […]

Bir qrup təhsil işçisi təltif edilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəblərində çalışan bir qrup təhsil işçisi təltif edilib. Tədbirdə Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini, Agentliyin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri vəzifəsini müvəqqəti icra edən Mehriban Vəliyeva, BŞTİ-nin müvafiq struktur bölmə rəhbərləri, məktəb direktorları və müəllimlər iştirak ediblər. Tədbir iştirakçılarını salamlayan Mehriban Vəliyeva cəmiyyətin aparıcı qüvvəsi olan, nüfuzu ilə fərqlənən təhsil işçilərini Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb. Milli […]

Məktəbəqədər təhsil müəssisələrində bayram tədbirləri

Paytaxtdakı məktəbəqədər təhsil müəssisələrində 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü  və Yeni il münasibətilə bayram tədbirləri təşkil olunub. Tədbirlərdə bağça müdirləri qonaqları salamlayıb, körpə fidanların hərtərəfli inkişafı ilə əlaqədar məktəbəqədər təhsillə bağlı həyata keçirilən uğurlu layihələrdən bəhs ediblər. Tədbirlərdə uşaqlara Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün tarixi və əhəmiyyəti barədə geniş məlumat verilib. Birlik və həmrəylik anlayışlarına dair obrazlı ədəbi-bədii […]

Tanınmış jurnalist öyrədici informasiyanı seçməyin yollarından danışıb

“Ayna” və “Zerkalo” qəzetlərinin baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı “Məktəbdə…” layihəsinin qonağı olub. Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən reallaşdırılan, “Kaspi” qəzeti və “Kaspi.az” saytının informasiya dəstəyi ilə ərsəyə gələn layihənin növbəti görüşü paytaxtdakı 183 nömrəli tam orta məktəbdə keçirilib. Elçin Şıxlı hələ də unutmadığı ilk müəllimi, məktəb illəri ilə bağlı maraqlı […]

Eksternat imtahanlarında 1 223 nəfər iştirak edib

Ümumi təhsil məktəblərini tam orta (XI sinif) və ümumi orta (IX sinif) təhsil səviyyələri üzrə əvvəlki illərdə bitirə bilməyən şəxslər üçün keçirilən eksternat qaydasında aralıq imtahanları başa çatıb. BŞTİ-dən Mektebgushesi.az-a bildirilib ki, eksternat imtahanlarında ümumi orta (IX sinif) təhsil səviyyəsi üzrə 315 nəfər, tam orta (XI sinif) təhsil səviyyəsi üzrə 908 nəfər iştirak edib. İmtahanlarda […]

İnternat şagirdlərinin bayram sevinci

Paytaxtdakı 10 nömrəli sanatoriya tipli internat məktəbində 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü  və Yeni il münasibətilə bayram tədbiri təşkil olunub. Tədbir Dövlət Himninin səsləndirilməsi və Vətən şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. BŞTİ-dən Mektebgushesi.az-a bildirilib ki,Tədbiri giriş sözü ilə açan internat məktəbinin direktoru Fərid Quliyev ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə […]

Paytaxt məktəblərində zərərli vərdişlərə qarşı maarifləndirmə

Ümumi təhsil müəssisələrinin şagirdləri ilə narkomaniya və digər zərərli vərdişlərlə mübarizə ilə bağlı maarifləndirici görüşlər keçirilib. BŞTİ-dən Mektebgushesi.az-a bildirilib ki, görüşlərin keçirilməsində əsas məqsəd şagirdləri narkomaniya və digər zərərli vərdişlərin fəsadları barədə məlumatlandırmaq, narkomanlığın cəmiyyətdə yaratdığı sosial bəlalar və sağlamlığa vurduğu ziyanlarla bağlı məktəblilər arasında təbliğat aparmaq, onları belə neqativ əməllərdən çəkindirmək, şagirdlərin təhsilə, elmə, […]

BŞTİ: 46 məktəbdə operativ monitorinqlər keçirilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 46 ümumi təhsil müəssisəsində operativ monitorinqlər həyata keçirilib. BŞTİ-dən bildirilib ki, monitorinqlər təhsil müəssisələrində sağlamlıq, təhlükəsizlik və nizam-intizam, tədris-pedaqoji və digər sənədlərlə işin təşkili, metodiki işin təşkili, inzibati heyətin fəaliyyət istiqamətlərini əhatə edib. Ümumilikdə 35 meyar əsasında aparılan monitorinqlərin keçirilməsində əsas məqsəd təhsilin keyfiyyətli təşkilini təmin etməkdən ibarətdir. […]

Paytaxt məktəbində nümunəvi dərslər

Paytaxtdakı 247 nömrəli tam orta məktəbdə nümunəvi dərslər təqdim olunub. Vl-Xl siniflərdə Azərbaycan dili, riyaziyyat, Azərbaycan tarixi, coğrafiya, fizika, təbiət, çağırışaqədərki hazırlıq fənlərindən nümunəvi dərslərin keçirilməsində məqsəd metodiki proseslə tanış olmaq, inkişaf mühitinin genişlənməsinə dəstək vermək, tədrisin keyfiyyətinin daha da artırılmasına nail olmaqdan ibarətdir. Nümunəvi dərslər zamanı müəllimlərin müasir təlim metodları və təlim üsullarından dərsin məqsədinə […]

Valideynlər inklüziv siniflərdə

İnklüziv siniflərdə təhsil alan sağlamlıq imkanları məhdud şagirdlərin valideynləri məktəbdə tədris prosesi ilə tanış olurlar. Tanışlıq prosesi zamanı valideynlər övladlarının təhsil aldığı müəssisə ilə yaxından tanış olur, onlar məktəbin infrastrukturu, tədris resursları və təhsil müəssisəsində həyata keçirilən layihələr barədə məlumatlandırılır, məktəbin pedaqoji heyəti və texniki işçiləri ilə ünsiyyət qururlar. Həmçinin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin […]

Eksternat imtahanları üçün sənəd qəbulu davam edir

Əvvəlki illərdə ümumi təhsil məktəblərini ümumi orta (IX) və tam orta (XI) təhsil səviyyələri üzrə başa vura bilməyən şəxslər üçün eksternat qaydasında keçiriləcək imtahanlara sənəd qəbulu dekabrın 15-də başa çatacaq. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində əvvəlki illərdə təhsil almış, lakin ümumi orta və ya tam orta təhsil səviyyələrini başa […]

Laçında Zabux kənd tam orta məktəbi fəaliyyətə başlayıb

  Laçında Zabux kənd tam orta məktəbi fəaliyyətə başlayıb. Mektebgushesi.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb. “Təhsil Qarabağa qayıdır”, – deyə agentlik qeyd edib. 176 şagird yerlik Zabux kənd tam orta məktəbi binasının ümumi sahəsi 1245 kvadratmetrdir. Binada 11 sinif otağı, kimya, fizika laboratoriya otaqları, informatika kabineti, yeməkxana, […]

Dahi Liderin xatirəsi təhsil müəssisələrində anılıb

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki təhsil müəssisələrində ulu öndər Heydər Əliyevə həsr olunmuş tədbirlər təşkil olunub. Ümumi təhsil müəssisələrində Heydər Əliyevin anım günü ilə əlaqədar konfrans, “Dəyirmi masa”, mühazirə və seminarlar, sərgi, müsabiqə və idman yarışları keçirilib. Anım tədbirlərində Ümummilli Liderin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Tədbirlərdə şagirdlərə Ulu Öndərin Azərbaycana rəhbərliyinin […]

Komissiyaların yeni tərkibinin formalaşdırılması ilə bağlı müsabiqə elan edilir

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) psixoloji-tibbi-pedaqoji komissiyaların yeni tərkibinin formalaşdırılması ilə bağlı müsabiqə elan edir. Müsabiqədə məktəbəqədər və ümumi təhsil müəssisələrində çalışan loqoped, psixoloq və xüsusi təhsil sahəsində təcrübəsi olan müəllimlər iştirak edə bilərlər. Müsabiqədə iştirak etmək istəyən namizədlər sağlamlıq imkanları məhdud uşaqların diaqnostikasını aparacaq, bunun əsasında onların xüsusi təhsilə cəlb olunması barədə qərar […]