Mektebgushesi

BŞTİ Çilov adasındakı 131 nömrəli tam orta məktəbə səfər təşkil edib

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) Çilov adasındakı 131 nömrəli tam orta məktəbə səfər təşkil edib. Səfərdə BŞTİ-nin müdiri Mehriban Vəliyeva, İdarənin müvafiq struktur bölmə rəhbərləri və ölkənin bir qrup KİV-nin təmsilçiləri iştirak ediblər. Səfərin məqsədi 131 nömrəli tam orta məktəbin fəaliyyəti ilə tanış olmaq,  müəllim, şagird və valideynlərlə görüşlərin təşkili, təhsil müəssisəsinin perspektiv inkişaf […]

Xalq yazıçısı  “Məktəbdə…” şagirdlərlə görüşüb

“Məktəbdə…” layihəsi çərçivəsində növbəti görüş paytaxtın Ramana qəsəbəsində yerləşən 198 nömrəli tam orta məktəbdə keçirilib. Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən reallaşdırılan, “Kaspi” qəzeti və “Kaspi.az” saytının informasiya dəstəyi ilə həyata keçirilən layihənin budəfəki qonağı xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin I katibi, publisist Çingiz Abdullayev olub. Şagirdlərlə səmimi ünsiyyət ortamında keçən görüşdə Ç.Abdullayev məktəb həyatında […]

Müstəqillik Günü məktəblərdə qeyd olunub

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində 28 may Müstəqillik Gününə həsr olunan tədbirlər keçirilib. Belə ki, təhsil müəssisələrində Müstəqillik Günü ilə əlaqədar konfranslar, mühazirələr, “Dəyirmi masa”lar, ədəbi-bədii kompozisiyalar, şagirdlərin əl işlərindən ibarət sərgilər, vətənpərvərlik mövzusunda bədii qiraət gecələri təşkil edilib. Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirlərdə şərqdə ilk demokratik respublika olan Azərbaycan […]

BŞTİ rəhbərliyinin valideynlərlə görüşü keçirilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) rəhbərliyinin Nərimanov və Nəsimi rayon məktəblərini təmsil edən valideynlərlə görüşü keçirilib. Görüşün keçirilməsində əsas məqsəd məktəb-ailə, müəllim-valideyn əməkdaşlığı vasitəsilə şagirdlərin təlim-tərbiyəsində səmərəliliyi artırmaq, çevik ünsiyyət platforması formalaşdırmaqdan ibarətdir. Məktəb-Lisey Kompleksində təşkil olunan görüşdə BŞTİ-nin müdiri Mehriban Vəliyeva, İdarənin müvafiq struktur bölmə rəhbərləri və valideynlər iştirak ediblər. Tədbirdə çıxış edən BŞTİ […]

55 Bakı məktəblisi olimpiada qalibidir

2021-2022-ci tədris ilində keçirilən Respublika fənn olimpiadalarının final mərhələsinin nəticələrinə əsasən, 55 paytaxt məktəblisi qalib olub. Belə ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində təhsil alan şagirdlərdən 8 nəfər qızıl, 19 nəfər gümüş, 28 nəfər bürünc medal qazanıb. Qeyd edək ki, olimpiadaların təşkil edilməsində məqsəd istedadlı uşaqların aşkara çıxarılması, məktəblilərin beynəlxalq olimpiadalarda […]

Astarada məktəbdə yanğın olub

Astarada məktəbdə yanğın olub. Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, Astara rayonunun Kakalos kəndində ümumi sahəsi 200 kvadratmetr olan və fəaliyyət göstərməyən birmərtəbəli məktəb binasının yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məktəbdə şagirdlərin zarafatı qanla bitdi

Bakıda məktəblilərin bir-birilə zarafatı qanla bitib. 9-cu sinif şagirdi özündən bir sinif aşağı pillədə təhsil alan şagirdə kəsici alətlə xəsarət yetirib. Hadisə mayın 17-də Xəzər rayonu, Binə qəsəbəsində yerləşən 218 nömrəli tam orta məktəbdə qeydə alınıb. Hadisə zamanı xəsarət alan məktəbli dərhal xəstəxanaya aparılıb. Məktəbin direktoru Əbülfət Bağırov deyib ki, mayın 17-i günü hadisəni törədən […]

Gürcüstanda məktəblərdə şahmat məcburi fənn olacaq

Gürcüstanda məktəblərdə şahmat məcburi fənn olacaq. Qərar Respublikanın təhsil naziri Mixail Çxenkeli tərəfindən təsdiqlənib. “Şagirdlər analitik, məntiqi, tənqidi təfəkkür və praktiki problem həll etmə bacarıqlarını inkişaf etdirmək üçün birinci sinifdən şahmatı öyrənəcəklər. Şagirdlər arasında şahmat icbari fənn olacaq”, – deyə nazirlikdən bildirilib. İkinci və üçüncü siniflərdə şahmat seçmə fənn kimi təklif olunacaq. Yenilik Gürcüstanda yeni […]

I sinfə qəbulla bağlı 41 247 elektron müraciət daxil olub  

Mayın 19-na (saat 12:30) olan məlumata əsasən, paytaxt məktəblərinin birinci sinfinə 41 247 uşaq üçün elektron sistem vasitəsilə müraciət edilib. 2022-2023-cü tədris ili üçün ümumi təhsil məktəbləri, lisey və gimnaziyalarda birinci sinfə şagird qəbulu Azərbaycan bölməsi üzrə ümumi qaydada, tədris digər dillərdə aparılan bölmələrə isə uşaqların şifahi nitq bacarıqlarının qiymətləndirilməsi yolu ilə həyata keçirilir (Bakı […]

Tədris digər dildə aparılan bölmə üzrə I sinfə qəbul üçün müsahibələr davam edir

Müsahibə üçün müraciət edən vətəndaşların övladları şəxsi kabinetlərindəki bildirişdə qeyd olunmuş tarixə uyğun olaraq müsahibədə iştirak edirlər. Müsahibələr bitdikdən sonra nəticəsi məqbul hesab edilən uşaqlar üçün həmin bölmə üzrə məktəb seçimi imkanı yaradılacaq. Müsahibənin nəticəsi məqbul hesab edilməyən uşaqlar isə Azərbaycan bölməsi üzrə müraciət edə bilərlər. Paytaxtdakı ümumi təhsil məktəblərinin tədris digər dildə aparılan bölmələri […]

Yeni təyin olunan məktəb direktorları ilə seminar-görüş keçirilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinə yeni təyin olunan direktorlar ilə “Təhsil müəssisələrində illik fəaliyyətin icra vəziyyəti” mövzusunda görüş-seminar keçirilib. Seminar-görüşdə BŞTİ-nin müdir müavinləri Hüseyn Əsgərov və Orxan Kərimov, sektor müdirləri Fuad Babayev, Anar Mustafazadə, Kamran Əliyev, Səccət Mahmudov, Sevinc Rəsulova və Bəşarət Məmmədov ictimaiyyətlə əlaqələr işinin səmərəli təşkili və vahid […]

Cəlilabadda məktəb dağılmaq üzrədir – FOTO

Cəlilabad rayonunun Üçtəpə kənd 2 nömrəli ümumi orta məktəbi qəzalı vəziyyətdədir. Bu barədə “Report”un Muğan bürosuna məktəbdə təhsil alan şagirdlərin valideynləri məlumat verib. Valideynlər bildiriblər ki, məktəb çoxdandır bu vəziyyətdədir və heç bir təmir-bərpa işləri aparılmır: “Yağış, qar yağanda tavandan siniflərə tökülür. Təkcə sinif otaqları yox, müəllimlərin də oturduğu otağa da tökülür. Ümumiyyətlə məktəb qəzalı […]

Məktəb rəhbərliyi ailələri ziyarət edir

“Ailəm və məktəbim” layihəsi çərçivəsində paytaxtdakı ümumi təhsil məktəblərinin rəhbərliyi və pedaqoji heyəti şagirdlərin ailələrini ziyarət edirlər. İlk belə görüşlərdən biri 300 nömrəli tam orta məktəbin rəhbərliyi və müəllimlərin, eləcə də tədris ocağında yaradılmış “Atalar və məktəb birliyi”nin üzvlərinin iştirakı ilə keçirilib. Görüş zamanı məktəb rəhbərliyi şagirdin evdə dərslərlə məşğul olması üçün yaradılmış şərait, əlavə məşğuliyyətləri […]

Biləsuvar Təhsil Kompleksinə yeni rəhbər təyin olunub

Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Bağça-Məktəb-Lisey Təhsil Kompleksinə yeni icraçı direktor təyin edilib. Bu barədə “Report”un Muğan bürosuna Təhsil Kompleksindən məlumat verilib. Biləsuvar Rayon Təhsil Şöbəsinin sabiq müdiri Aqşin Bağırov heyətə təqdim olunub. O, Kompleksin gələcəyə doğru yüksək inkişaf tempinin, bu vektordakı müsbət istiqamətin davamlılığını təmin etməyin qarşıda duran ən vacib məqsəd və təhsil, təlim- […]

“Məktəbdə…” layihəsi çərcivəsində ilk görüş

“Məktəbdə…” layihəsi çərçivəsində ilk görüş Bakı şəhəri 18 nömrəli tam orta məktəbdə keçirilib. Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən reallaşdırılan layihənin ilk qonağı texnika elmləri doktoru, professor,  AMEA-nın müxbir üzvü, “Zadə irsi və süni intellekt” Assosiasiyasının rəhbəri Rafiq Əliyev olub. Görüşdə məktəb və müəllimin insanların formalaşdırılmasında və həyatımızdakı rolu, yeniyetmələrdə müstəqil qərarvermə bacarıqlarının inkişaf etdirilməsi, […]