Mektebgushesi

6 nömrəli məktəb-lisey barədə yayılan məlumatlarla bağlı araşdırma aparılıb – RƏSMİ

Bakı şəhəri 6 nömrəli məktəb-lisey barədə yayılan məlumatlarla bağlı araşdırma aparılıb. Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən Mektebgushesi.az-a məlumat verilib. Bildirilib ki, yanvarın 10-da məktəbə daxil olan müraciət əsasında valideynlərin də iştirakı ilə təhsil müəssisəsində kamera görüntüləri izlənilib. Məlumatda səsləndirilən fikirlər video görüntülərdə öz təsdiqini tapmayıb. Bununla yanaşı, ümumi təhsil müəssisəsinin psixoloqları ümumilikdə […]

Lənkəranda Məktəbin tavanı sıradan çıxıb, yağış birbaşa otaqlara yağır – VİDEO

  “Lənkəranda 10 nömrəli məktəb bərbad vəziyyətdədir. Buranın tavanı sıradan çıxıb, pəncərələri qırıqdır. Yağış birbaşa sinif otaqlarına yağır”. Mektebgushesi.az xəbər verir ki, bu şikayətlə “Qafqazinfo”ya övladları həmin məktəbdə təhsil alan Lənkəran sakinləri müraciət ediblər. Onların sözlərinə görə, sinif otaqlarının yararsız vəziyyətdə olması təhsilin keyfiyyəti ilə yanaşı, dərsə davamiyyətə də təsir edir: “Məktəbdə onsuz da istilik […]

Birinci yarımil üzrə böyük summativ qiymətləndirmə keçirilir

Ümumi təhsil müəssisələrində 2023-2024-cü tədris ilinin I yarımili üzrə böyük summativ qiymətləndirmələr keçirilir. Böyük summativ qiymətləndirmələr bir sıra məktəblərdə rəqəmsal formada təşkil olunur. BŞTİ-dən Mektebgushesi.az-a bildirilib ki, böyük summativ qiymətləndirmələrin keçirilməsində əsas məqsəd müvafiq məzmun və dəyərləndirmə standartları əsasında hazırlanmış vasitələrlə şagird nailiyyətlərini müəyyən etmək, onların bilik və bacarıqlarını yoxlamaqdan ibarətdir. Böyük summativ qiymətləndirmələrin nəticələri […]

Qusarda peşə təmayüllü siniflərin şagirdlərindən nümunəvi addım -FOTO

Qusar rayonu Urva kənd tam orta məktəbinin peşə təmayüllü siniflərinin şagirdləri kəndin bağçasına su xətti çəkiblər. Mektebgushesi.az xəbər verir ki, bu təqdirəlayiq addım kombi-kondisioner usta köməkçisi qrupunda təhsil alan şagirdlər tərəfindən həyata keçirilib. Məktəblilər praktiki dərsin imkanlarından faydalanaraq, məşğələ üçün nəzərdə tutulmuş vəsaitlə məktəbəqədər təhsil müəssisəsini su xətti ilə təmin ediblər. Şimal bölgəsində ümumi orta təhsil […]

Xalq yazıçısı Anar “Məktəbdə…” layihəsinin qonağı olub

  Azərbaycan Yazıçılar Birliyinin sədri Xalq yazıçısı Anar “Məktəbdə…” layihəsinin qonağı olub. Bu barədə Mektebgushesi.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib. Bildirilib ki, BŞTİ tərəfindən reallaşdırılan, layihənin növbəti görüşü Bakıdakı 276 nömrəli tam orta məktəbdə keçirilib. Əvvəlcə məktəblə tanış olan qonaq təhsil ocağının kitabxanasına baş çəkib, kitabxana fondundakı bədii ədəbiyyat nümunələri ilə maraqlanıb. […]

Məktəbəqədər təhsildə alternativ modellərin tətbiqinə başlanılır

Məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsi, müxtəlif səbəblərdən məktəbəqədər təhsillə əhatə oluna bilməyən uşaqların cəlb edilməsi Elm və Təhsil Nazirliyinin əsas strateji hədəflərindəndir. Bu məqsədlə nazirlik tərəfindən alternativ modellərin tətbiqi nəzərdə tutulur. İlk dəfə həyata keçirilən “Alternativ məktəbəqədər təhsil xidmətlərinin təşkili” pilot qrant proqramı da həmin istiqamətdə görülən işlərdən biridir. Mektebgushesi.az xəbər verir ki, qeyd edilən […]

Məktəb direktorlarından ibarət kuratorlarla növbəti görüş keçirilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən ümumi təhsil müəssisələrinin direktorlarından ibarət kuratorlarla növbəti görüş keçirilib. Bu barədə  BŞTİ-dən məlumat verilib. Bildirilib ki, görüş ümumi təhsil məktəblərində tədrisin təşkili vəziyyəti, 2023-2024-cü tədris ilinin I yarımilliyinin yekunlarına və cari məsələlərə həsr olunub. Görüşdə BŞTİ-nin müdir müavini Xəyalə Əhmədzadə bildirib ki, kurasiyaların yaradılmasında əsas məqsəd idarəetmənin optimallaşdırılması, […]

Xalq yazıçısı Anar məktəblilərlə görüşəcək

  Yanvarın 18-də Bakıdakı 276 nömrəli tam orta məktəbdə “Məktəbdə…” layihəsinin növbəti görüşü keçiriləcək. Bu barədə  Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, Təhsil İdarəsi tərəfindən reallaşdırılan layihənin budəfəki qonağı Azərbaycan Yazıçılar Birliyinin sədri Xalq yazıçısı Anar olacaq. Görüşdə məktəb və müəllimin insanların formalaşdırılmasında rolu, mütaliə mədəniyyəti, müəllim-şagird münasibətləri, yeniyetmə və gənclərdə ictimai […]

Ölkəmizdə neçə məktəbin cəmi bir şagirdi var? – RƏSMİ AÇIQLAMA

“İsmayıllıda bir şagirdin təhsil aldığı Tircan kənd ibtidai məktəbində müəllimlərin sayı iki nəfərdir”. Bu barədə Bizim.media-nın sorğusuna cavab olaraq, Elm və Təhsil Nazirliyindən məlumat verilib. Məlumatda qeyd edilib ki, ölkədə bir şagirdin təhsil aldığı yeddi məktəb fəaliyyət göstərir: “Bunlardan biri Ağsu rayonunda yerləşən Axunlu kənd ibtidai məktəbidir. İsmayıllı, Lerik və Quba rayonlarında isə iki belə […]

Məktəblilərimiz 20-ci Beynəlxalq Jautikov olimpiadasında uğurla çıxış ediblər

  8-14 yanvar tarixlərində Qazaxıstan Respublikasında təşkil edilən 20-ci Beynəlxalq Jautikov olimpiadasında məktəblilərimiz uğurla çıxış ediblər. Mektebgushesi.az xəbər verir ki, Bakı Avropa Liseyinin laboratoriyalarında informatika fənni üzrə olimpiadaya onlayn formada qoşulan şagirdlərimiz 2 gümüş və 2 bürünc medal olmaqla ümumilikdə 4 medal əldə ediblər. Belə ki, Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif […]

Birinci sinfə elektron qeydiyyat prosesində dəyişiklik edilib

  Bakı şəhərində 2024-25-ci tədris ili üçün uşaqların birinci sinfə elektron qeydiyyatı prosesində ərazi prinsipi tətbiq olunan ümumi təhsil müəssisələrinin əhatə dairəsi genişləndiriləcək. Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) məlumat yayıb. Bildirilib ki, süni şagird sıxlığının qarşısını almaq üçün ərazi prinsipi tətbiq olunan məktəblərdə, ilk növbədə, həmin təhsil müəssisələrinin mikroərazisində daimi qeydiyyatda olan […]

Hava şəraiti ilə əlaqədar Bakı məktəblərində davamiyyət necədir?

Hava şəraiti ilə əlaqədar Bakının ümumi təhsil məktəblərində şagirdlərin dərsə davamiyyət göstəricisi digər günlərə nisbətən qismən düşüb. Bu barədə  Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. Qeyd olunub ki, hava şəraiti ilə əlaqədar paytaxtdakı ümumi təhsil müəssisələrinin normal fəaliyyətinin təmin olunmasına diqqət daha da artırılıb, bu istiqamətdə müvafiq qurumlarla əlaqələr gücləndirilib: “Təhsilalanların və təhsilverənlərin təhlükəsizliyinin […]

Şəmkirdə məktəblilər üçün “Sözlərinlə Əsər Yarat” layihəsinin təlimləri həyata keçirilir

  Şəmkirdə Təhsildə İnkişaf və İnnovasilar üzrə VII qrant müsabiqəsinin qalibi olmuş, “Sözlərinlə Əsər Yarat” layihəsinin təlimləri həyata keçirilir. Mektebgushesi.az xəbər verir ki, layihənin məqsədi Şəmkir rayon ümumi təhsil müəssisələrində təhsil alan 200 nəfər 14-15 yaşlı şagirdin nitq və ünsiyyət bacarıqlarını inkişaf etdirməklə onların həyatda uğur qazanmalarına və akademik nailiyyətlərinin inkişafına dəstək verməkdir. Şəmkir məktəbliləri arasında […]

“Gənc istedadlar” liseyinin 70 şagirdi Amerika Riyaziyyat Olimpiadasının qalibi olub   

Bakı Dövlət Universitetinin (BDU) nəzdində “Gənc istedadlar” liseyinin 70 şagirdi Amerika Riyaziyyat Olimpiadasının (American Math Olympiad) qalibi olub. İbtidai, orta və yuxarı sinif şagirdləri üçün nəzərdə tutulan beynəlxalq riyaziyyat müsabiqəsində liseyin şagirdlərindən 25-i qızıl, 21-i gümüş, 24-ü isə bürünc medal qazanıb. Şagirdlərdən 4-ü həvəsləndirici yerə layiq görülüb, 13-ü isə iştirakçı sertifikatı ilə təltif edilib. Şagirdlərimizi […]

Olimpiada və müsabiqələrin qalibləri mükafatlandırılıb

Lütfi Zadə adına Məntiq Olimpiadası və Məktəblilərarası fənn müsabiqələri qaliblərinin mükafatlandırılma mərasimi keçirilib. Bu barədə Mektebgushesi.az -a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib. Bildirilib ki, tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Tədbirdə Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini, Agentliyin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) […]