Mektebgushesi

Ümumtəhsil  məktəblərində  Mülki Müdafiə fənninin tədrisi

       2, 5 və  6-cı  siniflərdə  “MÜLKİ  MÜDAFİƏ”  FƏNNİN  TƏDRİSİNDƏ        MƏKTƏB  HƏRBİ  RƏHBƏRİNİN  ÜZƏRİNƏ  DÜŞƏN  VƏZİFƏLƏR                        Bir  hadisənin   qarşısını  almaq, o hadisə  baş                    verəndən sonra onun  nəticələrini  aradan                   götürməkdən  daha  asandır.                                                                      Heydər  Əliyev,                                                            Azərbaycan  xalqının  Ümummilli  Lideri      Müsair   dövrdə     durmadan   artıb  genişlənən  fövqəladə halların  törət- dikləri  fəlakət  […]

Maksimum nəticə göstərən müəllimləri təbrik etdilər  

20-24 iyun 2023-cü il tarixlərində keçirilmiş təhsilverənlərin sertifikatlaşdırılma prosesində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 2 məktəbin müəllimi 60 bal toplayaraq maksimum nəticə göstəriblər. Belə ki, sertifikatlaşdırma prosesinin son günündə Bakı şəhəri 170 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Lalə Şükürova və 232 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Kəminə Zalova […]

Təhsil İnstitutu məktəblərdə apardığı tədqiqatın nəticələrini açıqlayıb

Təhsil İnstitutu məktəbdə formativ qiymətləndirmə zamanı rəqəmsallaşdırmadan istifadə ilə bağlı tədqiqatın nəticələrini açıqlayıb. İnstitutun Mətbuat Xidmətindən bildirilib ki, formativ qiymətləndirmənin rəqəmsallaşdırılması mövzusunda tədqiqatın aparılmasında əsas məqsəd rəqəmsal texnologiyanın formativ qiymətləndirmənin təkmilləşdirilməsində təklif etdiyi potensialı anlamaq və bu istiqamətdə atılan addımları necə asanlaşdıra biləcəyi ilə bağlı müzakirələri inkişaf etdirməkdir. Bu məqsədlə, kəmiyyət tədqiqat metodologiyasından, tədqiqat metodu […]

Sertifikatlaşma nəticələrinə müvafiq olaraq müəllimlərə artımlar ödəniləcək

“Builki sertifikatlaşma nəticələrinə müvafiq olaraq müəllimlərə artımlar ödəniləcək”. Mektebgushesi.az xəbər verir ki, bunu Təhsil İnstitutunun İnsan Resursları Mərkəzinin direktoru Nurlan İsmayılbəyli jurnalistlərə açıqlamasında deyib. O xatırladıb ki, Prezident İlham Əliyevin ötən il imzaladığı fərmana müvafiq olaraq, təhsilverənlərin sertifikatlaşması prosesindən uğurla keçən müəllimlərin əməkhaqqına əlavələr şamil olunur. Direktorun sözlərinə görə, 30-50 bal arası nəticə toplamış müəllimlərin […]

Şagird sayı 500-dən çox olan məktəblərin direktoru vəzifəsinə qəbul imtahanı keçiriləcək

İyulun 6-da şagird sayı 500-dən çox olan ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsi keçiriləcək. Mektebgushesi.az xəbər verir ki, 1 889 namizədin dəvət edildiyi test imtahanları ölkə üzrə 8 şəhər olmaqla 9 mərkəzdə təşkil olunacaq. İmtahanların keçiriləcəyi vaxt və məkan barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib. “Dövlət ümumi təhsil müəssisələrinə direktor […]

Müəllimlərin sertifikatlaşdırma imtahanları bu gün başa çatır

Bu gün müəllimlərin sertifikatlaşdırma imtahanları başa çatır. Mektebgushesi.az xəbər verir ki, iyunun 24-də dövlət ümumi təhsil müəssisələrində çalışan Azərbaycan dili və ədəbiyyat müəllimləri üçün sonuncu imtahanlar keçirilir. Prosesə 8 500-dən çox Azərbaycan dili və ədəbiyyat müəllimi cəlb olunub. Test imtahanları ölkə üzrə 13 müxtəlif şəhərdə təşkil edilmiş 23 mərkəzdə keçirilir. Xatırladaq ki, dövlət ümumi təhsil […]

Lisey və gimnaziyaların V-VII siniflərinə qəbul imtahanlarının nəticələri açıqlanıb

Lisey və gimnaziyaların V-VII siniflərinə qəbul imtahanlarının nəticələri açıqlanıb. Mektebgushesi.az xəbər verir ki, Bakı şəhəri və bölgələrdə yerləşən bir neçə lisey və gimnaziyanın V-VII siniflərinə mərkəzləşdirilmiş qaydada keçirilmiş qəbul imtahanlarının nəticələri elan edilib. Şagirdlər sy.edu.az portalı üzərindən yaradılmış “Şəxsi kabinet”lərinə daxil olmaqla imtahan nəticələrini öyrənə bilərlər. Növbəti mərhələdə iştirak hüququ qazanmış şagirdlər 4 iyul saat 16:00-dək lisey […]

Avropa Fizika Olimpiadasında uğur qazanan şagirdlərimiz

  Almaniyanın Hannover şəhərində Avropa Fizika Olimpiadası təşkil edilib. Təhsil İnstitutundan  bildirilib ki, 5 məktəbli ilə təmsil olunan komandamız yarışda uğurla çıxış edərək 1 gümüş medal, 1 bürünc medal və 1 həvəsləndirici mükafat qazanıb. Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin XI sinif şagirdi Murad Abdulkərim gümüş medala, Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin […]

Şəkili müəllim sertifikasiya imtahanında respublika üzrə rekord nəticə göstərib – 59 BAL

  Təhsil ictimaiyyəti müəllimlərin sertifikatlaşdırılması prosesini müzakirə edir. İyunun 20-də sertifikatlaşdırılma prosesinin test imtahan mərhələsinin ilk günündə birinci seans başa çatıb. Qeyd edək ki, 20-23 iyun tarixlərində ölkə üzrə 20 minə yaxın ibtidai sinif müəllimi, 24 iyun tarixində isə 8500-dən çox Azərbaycan dili və ədəbiyyat müəllimi sertifikasiyanın test imtahanı mərhələsinə cəlb olunacaq. Mektebgushesi.az-ın xəbərinə görə, respublika […]

Əl-Biruni Beynəlxalq Kimya olimpiadasında qazanılan uğur

11-18 iyun 2023-cü il tarixlərində Özbəkistanın Xivə şəhərində Əl-Biruni adına I Beynəlxalq Kimya Olimpiadası keçirilib. Olimpiadada 16 ölkədən məktəblilər iştirak ediblər. Ölkəmiz sözügedən yarışda 4 məktəbli ilə təmsil olunub. Belə ki, Türkiyə Dəyanət Vəqfi Bakı türk liseyinin X və XI sinif şagirdləri Nihad Hacızadə və Dəniz Səttarlı, Gəncə şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin XI sinif şagirdi Həmid Xəlilov, Bakı şəhəri Fizika, […]

Bakı məktəblisi şahmat üzrə Avropa çempionatının qızıl medalını qazanıb

Bakı məktəblisi şahmat üzrə məktəblilərin Avropa çempionatında qalib gəlib. BŞTİ-dən Mektebgushesi.az-a bildirilib ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 228 nömrəli tam orta məktəbin X sinif şagirdi Aqil İsrafilov Albaniyanın Durres şəhərində keçirilən şahmat üzrə Avropa çempionatında qızıl medalın sahibi olub. Şahmatçı 17 yaşadək oğlanlar kateqoriyasında 9 oyundan 7,5 xal toplayıb. Qeyd edək ki, 10 […]

Bakıdakı 272 saylı tam orta məktəbdə korrupsiya və hüquqpozmaları mövcuddur – İDDİA

Yazıb sizə bildirmək istəyirəm ki, Nizami rayonunda yerləşən 272 saylı tam orta məktəbdə uzun müddətdir davam edən korrupsiya hüquqpozmaları və digər hüquqpozamalar mövcuddur.  Bu məzmunlu məktubla Mektebgushesi.az -a vətəndaş müraciət edib. Müraciəti olduğu kimi dərc edirik. Qarşı tərəfi də dinləməyə hazırıq. Məktəbin direktoru Səfurə Rəhimova 14.09.2022 -ci ildə direktor təyin olunduqdan sonra məktəbdə öz mənafeyi […]

Lisey və gimnaziyalara qəbul imtahanları keçirilib

İyunun 16-da bir sıra lisey və gimnaziyaların 7 və 8-ci siniflərinə mərkəzləşdirilmiş qaydada qəbul imtahanları keçirilib.   İmtahanlar Bakı və Sumqayıt şəhərləri ilə yanaşı, Gəncə, Mingəçevir, Şəki, Şirvan, Ağdaş, Ağstafa, Lənkəran, Biləsuvar, Şəmkir, Quba, Şamaxı, Qobustan və Oğuz üzrə ümumilikdə 35 mərkəzdə təşkil edilib.   Qeyd edək ki, şagirdlər iyunun 21-dən sy.edu.az platformasına daxil olmaqla […]

Bakıda 46 məktəbdə monitorinq aparılıb

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 46 məktəbdə Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən aparılan monitorinqlərin nəticələri təhlil edilib. Bu barədə  Mektebgushesi.az-a idarədən məlumat verilib. Bildirilib ki, BŞTİ-nin Təlimə Dəstək Mərkəzi tərəfindən həyata keçirilmiş təhlillər öyrətmənin, qiymətləndirmənin, məktəbdə psixoloji xidmətin təşkilinin keyfiyyəti, xüsusi qayğıya ehtiyacı olan və xüsusi istedadlı uşaqlar üçün dəstəkləyici mühitin təşkili […]