Mektebgushesi

“Dərs vaxtı”nı qaçıranlar Təhsil Nazirliyinin elektron resurslarından baxa bilərlər

Təhsil Nazirliyinin dəstəyi ilə “Mədəniyyət” və “ARB Günəş” kanallarında “Dərs vaxtı” proqramı çərçivəsində teledərslərin yayımı davam etdirilir. Martın 11-dən start verilən teledərslər həftənin 5 günü saat 10-dan 16-dək “Mədəniyyət” kanalında, saat 14:00-dan isə “ARB Günəş” kanalında yayımlanır. Təhsil Nazirliyindən -a bildiriblər ki, teledərslər bütün sinifləri əhatə edir, dərs mövzularına dair qısa izah və təlimatlar təqdim olunur. […]

Uşaqların Alternativ qeydiyyat mərkəzlərinə aparılmasına ehtiyac yoxdur

2020-2021-ci dərs ilində ümumi təhsil müəssisələrinin birinci siniflərinə elektron sənəd qəbulu ilə əlaqədar Alternativ qeydiyyat mərkəzlərinə müraciət edərkən valideynlərin övladlarını özləri ilə aparmasına ehtiyac yoxdur. BŞTİ -dən Mektebgushesi.az – verilən məlumata görə, www.mektebeqebul.edu.az sistemi vasitəsilə özü elektron qeydiyyatdan keçə bilməyən və ya internet resurslarına çıxış imkanı olmayan vətəndaşlar aidiyyəti ərazi üzrə fəaliyyət göstərən ən yaxın […]

“Dərs vaxtı”nın 13 mart cədvəli

“Mədəniyyət” kanalında yayımlanan “Dərs vaxtı” verilişinin martın 13-ü üçün nəzərdə tutulan cədvəli müəyyənləşdirilib. Hörmətli şagirdlər, Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, dərsi “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir. Təhsil Nazirliyinin təşkilatçılığı ilə yayımlanan “Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər bu imkanı Təhsil Nazirliyinin elektron resursları ilə qazana bilərlər. 1 / 1

Paytaxt üzrə 34 553 uşaq qeydiyyatdan keçib

Martın 12-nə (saat 13:00) olan məlumata əsasən, paytaxt məktəblərinin I sinfinə 9 831 uşaq elektron sistemdə (www.mektebeqebul.edu.az ) qeydiyyatdan keçib. 2019-2020-ci tədris ilində məktəbəhazırlıq qruplarında təhsil alan 24 722 uşağın I sinfə qəbulu sistemdə avtomatik elektron sorğu yaradılmaqla həyata keçirilib. Bununla da paytaxt üzrə I sinfə ümumilikdə 34 553 uşaq elektron qeydiyyatdan keçib. Bu göstərici […]

“Mədəniyyət” kanalında yayımlanan “Dərs vaxtı”nın sabah üçün cədvəli

Martın 11-dən başlayaraq “Mədəniyyət” kanalında “Dərs vaxtı” adlı teledərslərə start verilir. Teledərslər həftənin 5 günü saat 10-dan 16-dək davam edəcək. Teledərslər bütün sinifləri əhatə edəcək, dərs mövzularına dair qısa izah və təlimatlar təqdim olunacaq. Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Mədəniyyət” kanalında yayımlanan “Dərs cədvəli” – 12.03.2020

Təhsil Nazirliyinin portalına 1621 videodərs yerləşdirilib

Təhsil Nazirliyinin video.edu.az portalına 1621 çox videodərslər yerləşdirilib. Bu barədə Təhsil Nazirliyindən bildirilib. Nazirlikdən Mektebgushesi.az-a verilən məlumata əsasən, tətil zamanı dərs öyrənmək üçün e-dərslik və videodərslərlə zənginləşdirilmiş video.edu.az elektron portallarından da istifadə etmək mümkündür. Təhsil Nazirliyinin www.e-derslik.edu.az portalında 232 elektron dərslik, 22 metodik vəsait və 2 sinifdənxaric oxu materialı olmaqla, ümumilikdə 256 elektron vəsait mövcuddur. Video, qrafika, səs və […]

Kirayədə yaşayan valideynlər övladlarını I sinfə qeydiyyatdan necə keçirə bilərlər?

Təhsil Nazirliyi Bakı şəhəri üzrə I sinfə qəbul zamanı paytaxtda daimi qeydiyyatı olmayan, kirayədə yaşayan vətəndaşların uşaqlarını elektron sistemdə qeydiyyatdan keçirməsi qaydasını açıqlayıb. Nazirlikdən Mektebgushesi.az -a bildirilib ki, Bakıda üstünlük hüquqlarına əsasən qəbul tətbiq olunan məktəblərdə, ilk növbədə, valideyni (qanuni nümayəndəsi) qeydiyyat ünvanı üzrə həmin məktəbin müəyyən edilmiş ərazisində yaşayan, valideyni (qanuni nümayəndəsi) həmin məktəbdə işləyən, […]

“Bizim müəllim” layihəsi davam edir

“Bizim müəllim” layihəsinin budəfəki təqdimatı Daşkəsən rayonu Anar Mürsəlov adına 2 nömrəli tam orta məktəbin müəllimi Vəfa Qocayevaya həsr olunub. Təhsil Nazirliyindən Mektebgushesi.az -a bildiriblər ki, V.Qocayeva sözügedən məktəbdə rus dili və ədəbiyyatı fənnini tədris edir. O, 2016-cı ildə müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsində iştirak edərək 52 bal toplayıb. “Bizim müəllim” layihəsi ölkəmizin bütün bölgələrində […]

Gənc fiziklərin yaradıcılıq müsabiqəsinin rayon mərhələsi başa çatıb

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumtəhsil müəssisələri və uşaq-gənclər inkişaf mərkəzlərinin şagirdləri arasında gənc fiziklərin yaradıcılıq müsabiqəsinin rayon mərhələsi başa çatıb. BŞTİ-dən Mektebgushesi.az -a bildirilib ki, paytaxt məktəbliləri arasında fevralın 27-də keçirilmiş müsabiqənin rayon mərhələsində 249 ümumtəhsil müəssisəsindən 747 şagird iştirak edib. Şagirdlər 2 akademik saat ərzində ümumtəhsil və uşaq-gənclər inkişaf mərkəzlərinin proqramlarına uyğun […]

“Ədəbiyyat biliciləri” müsabiqəsinin şəhər mərhələsinin qalibləri bəlli olub

Ümumi təhsil müəssisələrinin şagirdləri arasında fevralın 15-də keçirilmiş müsabiqənin şəhər mərhələsinin nəticələrinə əsasən, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 207 nömrəli tam orta məktəbin X sinif şagirdi Xədicə İbrahimova, 26 nömrəli tam orta məktəbin X sinif şagirdləri Jalə Ağazadə və Rəşad Hüseynov, 299 nömrəli məktəb-liseyin X sinif şagirdi Nigar Nəcəfzadə, 281 nömrəli tam orta məktəbin […]

Azərbaycanda dərs zamanı tavanı çökən məktəbdə tədris davam edir – FOTOLAR

Goranboy rayonunun Boluslu kənd tam orta məktəbi qəzalı vəziyyətdədir.  Bu barədə Oxu.Az-a kənd sakinləri məlumat verib.  230-dan artıq şagirdin təhsil aldığı məktəb binasının tavanı ötən ilin sentyabrında, ikinci sinif şagirdlərinin ilk dərs keçdiyi zaman çöküb.  Məktəb üç korpusdan ibarətdir. İkimərtəbəli birinci korpusun bir əsrdən artıq yaşı var. Tavanı çökən ikinci korpus isə 1967-ci ildən fəaliyyət göstərir. Hazırda […]

Ümumi təhsil müəssisələrində dezinfeksiya işləri genişləndirilib

Ümumi təhsil müəssisələrində tibbi-profilaktik vəziyyətə nəzarət gücləndirilib, dezinfeksiya işlərinin və qabaqlayıcı tədbirlərin həyata keçirilməsi intensivləşdirilib. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 160 ümumi təhsil müəssisəsində koronavirusa qarşı dezinfeksiya işləri aparılıb. Digər təhsil müəssisələrində isə dezinfeksiya işlərinin aparılması davam etdirilir. Paytaxtdakı 54 nömrəli tam orta məktəbdə həyata keçirilən dezinfeksiya prosesini KİV nümayəndələri də izləyib. Məlumat verilib […]

Fənn olimpiadalarının yarımfinal turunun nəticələri açıqlanıb

Fənn olimpiadalarının respublika mərhələsinin yarımfinal turunun nəticələri açıqlanıb. Nəticələrə əsasən, hər bir fəndən aşağı yaş qrupu üzrə ən yüksək nəticə göstərmiş 24 və 24-cü ilə eyni nəticəni əldə etmiş şagirdlər, yuxarı yaş qrupu üzrə ən yüksək nəticə göstərmiş 48 və 48-ci ilə eyni nəticəni əldə etmiş şagirdlər fənn olimpiadalarının final turunda iştirak etmək hüququ qazanıblar. […]

Kənd məktəbində “Ana dilini sevək, sevdirək!” adlı tədbir kecirilib

Ağdaş rayon Ovculu kənd ümumi orta məktəbində “Beynelxalq Ana Dili Günü” münasibət ilə tədbir kecirilib. Tədbiri məktəbin Ana dili və ədəbiyyat müəllimi Ləman Cəfərova açıq elan edib. Müəllim və şagirdlərin iştirakı ilə Azərbaycanın himni səslənib. Sonra, məktəbin direktoru tədbirin əhəmiyyəti barədə danışıb. Tədbirin təşkilatçısı Ləman Cəfərovaya məktəblilərin dilimizi sevməsində aşladığı vərdişlərə yiyələnməkdə və bu kimi […]

Uşaqların müsahibə prosesi izlənilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəblərinin təhsil digər dildə aparılan bölmələrində məktəbəhazırlıq qruplarına cəlb olunmuş uşaqların şifahi nitq bacarıqlarının qiymətləndirilməsi ilə bağlı müsahibə prosesi izlənilib. BŞTİ-nin struktur bölmə rəhbərləri, valideynlər və media nümayəndələri müsahibənin gedişini yaxından izləyib, bu proseslə bağlı onları maraqlandıran suallara aydınlıq gətirilib. Media nümayəndələrinə Müsahibə komissiyalarında yaradılan şərait, […]