Mektebgushesi

Zəngilan rayonunun şagirdləri “Təhsil avtobusu – gələcəyə doğru” layihəsinə qoşuldular

Elm və Təhsil Nazirliyi və Vətəndaş Cəmiyyətində Debat İctimai Birliyinin təşkilatçılığı, Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyinin dəstəyi ilə “Azərbaycan üçün öyrət” proqramı çərçivəsində həyata keçirilən “Təhsil avtobusu – gələcəyə doğru” layihəsi Zəngilan rayonundan başlayıb. Bu barədə  Vətəndaş Cəmiyyətində Debat İctimai Birliyindən məlumat verilib. Bildirilib ki, yay məktəbinin Zəngilan rayonunun Ağalı kəndində keçirilən birinci […]

“Gənc istedadlar” liseyinin şagirdlərinin növbəti uğuru

Bakı Dövlət Universitetinin (BDU) “Gənc istedadlar” liseyinin VII sinif şagirdi Sulduz Hacıyev  və VI sinif şagirdi Yunus Mehraliyev 6-13 avqust tarixində IMEC Riyaziyyat Olimpiadasının (IMEC – International Mathematics Olympiad) qlobal turunda işirak ediblər. Sulduz Hacıyev qızıl, Yunus Mehraliyev isə gümüş medala layiq görülüb.  İngiltərənin London şəhərində yerləşən Harrov məktəbində keçirilən olimpiada IMEC Komitəsi tərəfindən təşkil edilib. […]

Naxçıvanda şagirdlər yeni tədris ilində əvvəlki illərin məktəbli formasını geyinə biləcəklər

Naxçıvan Muxtar Respublikasında ümumtəhsil məktəblərinin şagirdləri yeni tədris ilində əvvəlki illərdə istifadə olunan məktəbli geyim formasından istifadə edə biləcəklər. Bu barədə “Report”un yerli bürosuna Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumatda deyilir ki, məktəblərin açılmasına bir aydan artıq vaxt qalıb. Valideynləri maraqlandıran əsas məsələlərdən biri də 2023-2024-cü tədris ilində övladlarının hansı məktəbli forması […]

Valideynlər paytaxt üzrə məktəbli formalarını 18 məntəqədən əldə edə bilərlər -SİYAHI

Nazirlər Kabinetinin qərarına əsasən, 2023-2024-cü tədris ilində ölkənin ümumi təhsil müəssisələrində vahid məktəbli geyimi tətbiq ediləcək. Həmin qərara əsasən məktəblər tərəfindən 4 rəngdə geyim formasından birinin seçilməsi nəzərdə tutulur. Ötən tədris ilində hər bir ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası valideynlərin də rəyini nəzərə alaraq bununla bağlı müvafiq qərar qəbul edib. Valideynlər övladlarının təhsil aldığı məktəb […]

Lisey və gimnaziyalara sənədlərin qəbuluna başlanılır

Bu gündən lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin qəbuluna başlanılır. Elm və Təhsil Nazirliyindən  bildirilib ki, valideyn və ya qanuni nümayəndə övladının şəxsi işlərini avqustun 7-si saat 15:00-dan avqustun 17-si saat 15:00-dək qəbul olunduğu cari müəssisəyə təqdim etməlidir. Bu vaxt ərzində sənədlər lisey və ya gimnaziyalara təqdim edilmədiyi halda şagirdin qəbulu etibarsız sayılır […]

Hər məktəb dörd geyim formasından birini seçməlidir -RƏSMİ

Nazirlər Kabinetinin qərarına əsasən, 2023-2024-cü tədris ilində ölkənin hər bir ümumtəhsil müəssisəsi üzrə vahid məktəbli geyimi tətbiq ediləcək. Həmin qərarda məktəblər tərəfindən 4 geyim formasından birinin seçilməsi nəzərdə tutulur. Mektebgushesi.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb. Bildirilib ki, ötən tədris ilində hər bir ümumtəhsil müəssisəsinin Pedaqoji Şurası bununla bağlı müvafiq qərar […]

Paytaxt məktəblilərinin Sloveniyaya səfəri başa çatıb

Bakı şəhəri 171 nömrəli tam orta məktəbin müəllim və şagirdlərindən ibarət nümayəndə heyətinin Sloveniyaya səfəri başa çatıb. Sloveniyanın Maribor şəhərində keçirilən XVII Avropa Gənclər Olimpiya Festivalı günlərində “Olimpiya Mədəniyyəti və Təhsili Proqramı” (OCEP) çərçivəsində təşkil olunan səfərdə məktəb nümayəndələri ilə yanaşı Elm və Təhsil Nazirliyinin sektor müdiri Hilal Salmanov, Nazirliyin İdman sektorunun əməkdaşı Aygün İbrahimova, Bakı […]

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin 9 şagirdi qızıl və gümüş medala layiq görülüb 

Elm və təhsil naziri Emin Əmrullayev Ümumi təhsil müəssisələrinin 2022-2023-cü tədris ili üzrə məzunlarının qızıl və gümüş nişanla təltif olunması haqqında əmr imzalayıb.  Universitetdən Mektebgushesi.az-a bildirilib ki, əmrə əsasən, 126 şagird  qızıl, 95 şagird  isə gümüş nişanla təltif olunub.  Bakı Dövlət Universitetinin (BDU) nəzdində “Gənc istedadlar” liseyinin 9 şagirdi qızıl və gümüş medala layiq görülüb. Liseyin şagirdləri […]

Paytaxtda MİQ üzrə 6 imtahan mərkəzi fəaliyyət göstərir

İyulun 13-də 2023-2024-cü tədris ili üçün müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinə ibtidai sinif və musiqi fənləri üzrə namizədlər  dəvət olunub. BŞTİ-dən Mektebgushesi.az-a bildirilib ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdir müavini Anar Məmmədov 161 nömrəli tam orta məktəbdə imtahan prosesinin gedişatını izləyib. Qeyd edək ki, 58 000-ə yaxın namizədin iştirak edəcəyi test […]

Lisey və gimnaziyalara qəbul nəticələri elan olunub

  2023-2024-cü tədris ili üzrə 32 təhsil müəssisəsində mərkəzləşdirilmiş qaydada keçirilən lisey və gimnaziyalara qəbul nəticələri elan olunub. Elm və Təhsil Nazirliyindən Mektebgushesi.az -a bildirilib ki, şagirdlərin elektron yerdəyişməsi üzrə portalda şəxsi kabinetlər vasitəsilə nəticələrlə tanış olmaq mümkündür. Şagirdlər seçim etdikləri lisey və ya gimnaziyalara qəbul olduqları təqdirdə şəxsi kabinetlərinə daxil olaraq iyulun 17-si saat 17:00-dək qəbul […]

Bakı şəhəri üzrə 20-dən çox məktəb üçün vakant direktor vəzifəsi var

  “Bakı şəhəri üzrə şagird sayı 500-dən yuxarı olan 20-dən çox məktəb üçün vakant direktor vəzifəsi var”. Mektebgushesi.az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov deyib. Onun sözlərinə görə, həmin yerlər vakansiyaya çıxarılıb. Şöbə müdiri bildirib ki, bu sayın artacağı istisna edilmir. “Yay aylarında çalışmanın yaş həddinə çatacaq […]

Məzunlara attestatlar verilir

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki məktəblərdə IX və XI sinfi bitirən məzunlara attestatlar verilir. BŞTİ-dən Mektebgushesi.az-a bildirilib ki, attestatlarda illik və imtahan qiymətləri yazılır. Tam orta təhsil haqqında attestatda isə şagirdin bitirdiyi sinfin təmayül istiqaməti də qeyd olunur. 2022-2023-cü tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin IX siniflərini […]

Ümumtəhsil  məktəblərində  Mülki Müdafiə fənninin tədrisi

       2, 5 və  6-cı  siniflərdə  “MÜLKİ  MÜDAFİƏ”  FƏNNİN  TƏDRİSİNDƏ        MƏKTƏB  HƏRBİ  RƏHBƏRİNİN  ÜZƏRİNƏ  DÜŞƏN  VƏZİFƏLƏR                        Bir  hadisənin   qarşısını  almaq, o hadisə  baş                    verəndən sonra onun  nəticələrini  aradan                   götürməkdən  daha  asandır.                                                                      Heydər  Əliyev,                                                            Azərbaycan  xalqının  Ümummilli  Lideri      Müsair   dövrdə     durmadan   artıb  genişlənən  fövqəladə halların  törət- dikləri  fəlakət  […]

Maksimum nəticə göstərən müəllimləri təbrik etdilər  

20-24 iyun 2023-cü il tarixlərində keçirilmiş təhsilverənlərin sertifikatlaşdırılma prosesində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 2 məktəbin müəllimi 60 bal toplayaraq maksimum nəticə göstəriblər. Belə ki, sertifikatlaşdırma prosesinin son günündə Bakı şəhəri 170 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Lalə Şükürova və 232 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Kəminə Zalova […]

Təhsil İnstitutu məktəblərdə apardığı tədqiqatın nəticələrini açıqlayıb

Təhsil İnstitutu məktəbdə formativ qiymətləndirmə zamanı rəqəmsallaşdırmadan istifadə ilə bağlı tədqiqatın nəticələrini açıqlayıb. İnstitutun Mətbuat Xidmətindən bildirilib ki, formativ qiymətləndirmənin rəqəmsallaşdırılması mövzusunda tədqiqatın aparılmasında əsas məqsəd rəqəmsal texnologiyanın formativ qiymətləndirmənin təkmilləşdirilməsində təklif etdiyi potensialı anlamaq və bu istiqamətdə atılan addımları necə asanlaşdıra biləcəyi ilə bağlı müzakirələri inkişaf etdirməkdir. Bu məqsədlə, kəmiyyət tədqiqat metodologiyasından, tədqiqat metodu […]