Mektebgushesi

Təhsil müəssisələrində Vətən şəhidləri anılıb

Paytaxtın ümumi təhsil müəssisələrində 27 sentyabr Anım Günü ilə bağlı tədbirlər təşkil olunub. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində Anım Günü ilə bağlı xüsusi dәrs, konfrans, seminar, mühazirə, “Dəyirmi masa”, vebinar, ədəbi-bədii kompozisiyalar, foto və rəsm sərgiləri, “Hüququndan keçәn әsgәr, hәrә bir qәhrәman oldu” mövzusunda inşa yazıları və yaradıcılıq müsabiqələri, intellektual […]

Vətən Müharibəsi Qəhrəmanı məktəblilərlə görüşdü

“Məktəbdə…” layihəsinin yeni dərs ilində ilk görüşü paytaxtdakı 300 nömrəli tam orta məktəbdə keçirilib. Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən reallaşdırılan, “Kaspi” qəzeti və “Kaspi.az” saytının informasiya dəstəyi ilə ərsəyə gələn layihənin budəfəki qonağı Vətən Müharibəsi Qəhrəmanı, polkovnik-leytenant  Anar Mirzəyev olub. Görüş Dövlət Himninin səsləndirilməsi və Vətən şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi […]

Biləsuvarda internat tipli məktəb-liseyin yeni binasının açılışı olub – FOTO

  Bu gün Biləsuvar şəhər K.Ağayev adına texniki fənlər təmayüllü internat tipli məktəb-liseyin yeni binasının açılış mərasimi keçirilib. “Report”un Muğan bürosunun məlumatına görə, mərasimdə rayon icra hakimiyyətinin başçısı Faiq Qürbətov, elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Milli Məclisin deputatı Bəhruz Məhərrəmov, Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli, təhsil işçiləri, məktəbin pedaqoji kollektivi və […]

Şamaxının Muğanlı kənd orta məktəbinə gedən birincilər niyə sevinə bilmədilər

Şamaxı rayon İqbal Rəsulov adına Muğanlı kənd orta məktəbinə bu il gedən birinci siniş şagirdlərinin valideyinləri Fətəliyev Ruslan, Həsənov Xəyyam, Babaşov Bəkir, Səlimov Hüseyin, Nağıyeva Mətanət, Fətəliyev Elvin tərəfindən redaksiyamıza müraciət daxil olub. Müraciəti olduğu kimi dərc edirik. 15 sentyabr səhər uşaqlarımızı Şamaxı rayon İqbal Rəsulov adına Muğanlı kənd orta məktəbinə apardıq. Uşaqların sevinclə gözlədiyi […]

Məktəblilər beynəlxalq Olimpiadada mükafata layiq görülüblər

  Bu günlərdə Gürcüstanın Kutaisi şəhərində Yeniyetmələrin Avropa İnformatika Olimpiadası keçirilib. Elm və Təhsil Nazirliyindən Mektebgushesi.az-a bildirilib ki, Avropanın 24 ölkəsindən 96 məktəblinin təmsil olunduğu olimpiadaya 4 azərbaycanlı şagird qatılıb. Bakı şəhəri akademik Zərifə Əliyeva adına liseyin 10-cu sinif şagirdi Ayxan Dəmirli gümüş medala, Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 10-cu sinif şagirdləri […]

BŞTİ müdiri Bilik Günü tədbirində iştirak edib

Paytaxtdakı 247 nömrəli tam orta məktəbdə Bilik Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva, Nəsimi Rayon İcra Hakimiyyətinin nümayəndələri Elnur Hüseynov və Emin Hüseynov, BŞTİ-nin Media və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov, şəhid ailələri, məktəb rəhbərliyi, müəllim, valideyn və şagirdlər iştirak ediblər. Tədbir Dövlət Himninin səsləndirilməsi […]

Laçında 32 ildən sonra ilk zəng çalınıb, 2 saylı məktəbdə dərslər başlayıb

Laçın şəhərində 32 ildən sonra ilk zəng çalınıb. Mektebgushesi.az  xəbər verir ki, Laçın şəhəri 2 saylı tam orta məktəbdə “Bilik günü” qeyd olunub. Tədbirdə Milli Məclisin deputatı Mahir Abbaszadə, Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov, Laçın Rayon Təhsil Sektorunun müdiri Nicat Həsənov, digər rəsmi şəxslər, valideynlər, Laçın sakinləri iştirak ediblər. 2 saylı tam […]

Göyçay, İsmayıllı və Qəbələdə inşa etdiyi məktəblər istifadəyə verildi – FOTO

  Heydər Əliyev Fondu tərəfindən mütəmadi olaraq yeni təhsil ocaqları inşa olunaraq, yaxud əsaslı bərpa edilərək istifadəyə verilir. 2023-24-cü tədris ili də istisna olmayıb. Həmişə olduğu kimi, fondun müəllim və şagirdlərə yeni tədris ili hədiyyəsi paytaxtla yanaşı, Azərbaycanın regionlarını da əhatə edir. Yeni tədris ilində Heydər Əliyev Fondu tərəfindən Bakıda və regionlarda əsaslı təmir və […]

Naxçıvanda birinci sinifə 4240 şagird qəbul olunub

Yeni tədris ilində Naxçıvan Muxtar Respublikasının orta ümumtəhsil məktəblərinin birinci siniflərinə 4240 şagird qəbul olunub. Mektebgushesi.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası təhsil nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Qeyd olunub ki, bu tədris ilində ümumtəhsil məktəblərində birinci siniflərdə 4240 olmaqla, ümumilikdə, 52 mindən artıq şagird təhsil alacaq.

Loqosuz forma geyinən şagirdlər məktəbə buraxılmayacaqlar?

Məktəbli formaları ilə bağlı daha bir problem ortaya çıxıb. Belə ki, bəzi məktəb direktorları valideynlərdən tələb edib ki, övladlarına məhz üzərində məktəbin loqosu olan geyimlər alsınlar.  Yeni tədris ilinə bir gün qalmış belə bir tələblə qarşılaşan valideynlər çıxılmaz durumda qalıblar. Bununla bağlı sosial şəbəkələrdə etiraz dolu paylaşımlar edən valideynlər loqolu geyim tələbinin anlamını çözə bilməyiblər. […]

1-ci siniflərə və məktəbəhazırlıq qruplarına qəbul bitib

2023-2024-cü tədris ili üzrə ümumi təhsil müəssisələrinin 1-ci siniflərinə və məktəbəhazırlıq qruplarına uşaqların qəbulu 14 sentyabr saat 18:00-da yekunlaşıb. Bu barədə  Mektebgushesi.az – a Elm və Təhsil Nazirliyindən bildirilib. Beləliklə, mektebeqebul.edu.az elektron sistemi 18:00-dan etibarən bağlanıb.

Şəkidə 7 nömrəli məktəbin yeni binasının açılışı olub

Sentyabrın 13-də Şəki şəhəri 7 nömrəli tam orta məktəbin yeni inşa olunan binasının açılış mərasimi keçirilib. Elm və Təhsil Nazirliyindən bildirilib ki, açılış mərasimində nazir müavini İdris İsayev, Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini Elman İmamverdiyev, Şəki–Zaqatala Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev, həmçinin məktəb kollektivi iştirak ediblər. Əvvəlcə məktəbin direktoru Bəkir Xəlilov çıxış edərək təhsil […]

Qusarçay kənd tam orta məktəbi əsaslı təmirdən sonra istifadəyə verilib

Sentyabrın 12-də Xaçmaz rayonunun Qusarçay kəndində məktəb binası əsaslı təmirdən sonra istifadəyə verilib. Açılış mərasimində Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli, Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Rüfət Hacıyev, məktəb kollektivi və kənd sakinləri iştirak ediblər. Bildirilib ki, Arif Məmmədov adına Qusarçay kənd tam orta məktəbinin köhnə […]

İşğaldan azad olunmuş ərazilərdə tikinti və təmir işləri aparılan təhsil müəssisələrinin adları açıqlanıb

  2023-2024-cü tədris ilində Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində tikinti və təmir işləri aparılan təhsil müəssisələrinin adları açıqlanıb. Elm və Təhsil Nazirliyindən  bildirilib ki, Şuşa şəhəri 1 nömrəli 960 yerlik tam orta məktəbində son tamamlanma işləri görülür. Zabux kəndində 176 yerlik məktəbdə bərpa-gücləndirmə və əsaslı təmirlə bağlı tamamlanma işləri aparılır. Ağdam şəhəri 960 […]