Mektebgushesi

Televiziya rəhbəri “Məktəbdə…” layihəsində

İctimai Televiziya və Radio Yayımları Şirkətinin Baş direktoru Balakişi Qasımov “Məktəbdə…” layihəsinin qonağı olub. Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən reallaşdırılan, “Kaspi” qəzeti və “Kaspi.az” saytının informasiya dəstəyi ilə ərsəyə gələn layihənin növbəti görüşü paytaxtdakı 1 nömrəli tam orta məktəbdə keçirilib. Qonaq əvvəlcə məzunu olduğu məktəblə tanış olub, müəllimlərlə görüşüb, söhbətləşib. B.Qasımov məktəb illəri, müəllimləri, […]

Fövqəladə hallara dair maarifləndirici tədbir keçirilib

Paytaxtdakı ümumi təhsil müəssisəsində fövqəladə hallar zamanı davranış qaydalarına dair maarifləndirici tədbir keçirilib. Bakı şəhəri 166 nömrəli məktəb-liseydə təşkil olunan tədbirdə elm və təhsil nazirinin müşaviri Rüstəm Ağayev, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Daxili Nəzarət Şöbəsinin əməkdaşı Rövşən Ağayev, Fövqəladə Hallar Nazirliyinin nümayəndələri Nizami Fərəcov və Fərid İlhamoğlu, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) […]

“Kiçik Akademiya”ların I ümumşəhər konfransına hazırlıq görüşü keçirilib

“Heydər Əliyev İli”nə həsr olunmuş “Kiçik Akademiya” üzvlərinin I ümumşəhər konfransına hazırlıq görüşü keçirilib. Paytaxtdakı 307 nömrəli tam orta məktəbin təşkilatçılığı ilə keçirilən görüşdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdir müavini Hüseyn Əsgərov, məktəb direktorları, Sabunçu rayonu ümumi təhsil müəssisələri üzrə “Kiçik Akademiya” rəhbərləri, müəllim və şagirdlər iştirak ediblər. Tədbir Dövlət Himninin səsləndirilməsi, Ulu […]

Agentlik: 2024-cü ildə ibtidai sinif müəllimliyi ixtisası üzrə proqram akkreditasiyası həyata keçiriləcək

  Təhsildə Keyfiyyət Təminatı Agentliyinin yarandığı ilk günlərdən Elm və Təhsil Nazirliyi tərəfindən qarşımıza qoyulan ən vacib tapşırıqlardan biri ümumi təhsildə keyfiyyət üzrə monitorinq və qiymətləndirmə aparılması, ümumi təhsildə keyfiyyət əsaslı dəyişikliklərə töhfə verilməsi olub. Mektebgushesi.az xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədr müavini, sədrin səlahiyyətlərini müvəqqəti icra edən Kamran Rəsulov “Ümumi […]

İcbari dispanserizasiya Bakıda şagirdlər arasında hansı xəstəliklərin olduğunu aşkara çıxardı – FOTO

Bakıda məktəbdə bəzi şagirdlərdə xəstəliklər aşkarlanıb. Bu barədə Bakı Baş Səhiyyə Mərkəzi məlumat yayıb. Qeyd olunub ki, mərkəzin strukturuna daxil olan tibb müəssisələri uşaqların icbari dispanserizasiyasını davam etdirir: “İcbari dispanserizasiya uşaqların mütəmadi olaraq tibbi müayinələrdən keçirilməsidir. Növbəti tədbir 201 saylı orta məktəbdə aparılıb və bəzi şagirdlərdə xəstəliklər aşkarlanıb. Tədbirdə LOR, pediatr, oftalmoloq, stomatoloq, cərrah, həkim-nevropatoloq […]

Uşaqların müdafiəsi və təhlükəsizliyinə dair görüşlər keçirilir    

Paytaxtdakı məktəb və məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri ilə uşaq müdafiəsi və təhlükəsizliyi mövzusunda görüşlər keçirilir. Elm və Təhsil Nazirliyi ilə BMT-nin Uşaq Fondunun (YUNİSEF) Azərbaycandakı  Nümayəndəliyinin birgə təşkilatçılığı ilə keçirilən görüşlər Binəqədi, Səbail, Qaradağ, Sabunçu, Suraxanı və Yasamal rayonlarını əhatə edib. Görüşlərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) Məktəbdənkənar fəaliyyətlərin təşkili sektorunun müdiri Günay Qurbanova, […]

Paytaxt məktəbliləri 116 layihə ilə SAF 2023-də iştirak edəcək

Beynəlxalq STEAM Azərbaycan Festivalında (SAF 2023) iştirak edəcək paytaxt məktəblilərindən ibarət komandaların layihələrinə baxış keçirilib. STEAM İnnovasiya Mərkəzində təşkil olunan tədbirdə Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini, Agentliyin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri vəzifəsini müvəqqəti icra edən Mehriban Vəliyeva, Agentliyin və İdarənin müvafiq struktur bölmə […]

Gənclərin çağırışaqədərki hazırlığı rəhbərlərinin diaqnostik qiymətləndirilməsi keçiriləcək

  Noyabrın 16-dan dövlət ümumi təhsil müəssisələrində işləyən gənclərin çağırışaqədərki hazırlığı rəhbərlərinin peşəkarlıq səviyyəsinin yoxlanılması və təlim ehtiyaclarının müəyyənləşdirilməsi məqsədilə diaqnostik qiymətləndirmə prosesi təşkil olunacaq. Elm və Təhsil Nazirliyindən bildirilib ki, proses ölkə üzrə 13 imtahan mərkəzində həyata keçiriləcək. Test imtahanlarında hər müəllimə tədris etdiyi fənnə dair 50 sual, tədris metodikası və təlim strategiyalarına dair […]

Qəhrəman oğulların Vətən sevgisindən bəhs olunub

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 83 nömrəli məktəb-liseydə Zəfər Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Orxan Abbasov, Binəqədi Rayonu İcra Hakimiyyəti (RİH) başçısının müavini Sevinc Süleymanova, BŞTİ-nin sektor müdiri Günay Qurbanova, RİH-in nümayəndələri, şəhid ailələri, müəllimlər şagirdlər və digər […]

Məktəbdə “Zəfər Günü”nə həsr olunmuş məktəblər arası intellektual yarış keçirilib

İmişli Rayon Ölcələr Kənd N.Əzizalıyev Adına Tam Orta Məktəbdə “Zəfər Günü”nə həsr olunmuş məktəblər arası intellektual yarış keçirildi. 1 Noyabr 2023-cü ildə Ölcələr kənd N.Əzizaliyev adına İmişli rayonu Ölcələr kənd tam orta məktəbində ‘Zəfər Günü”nə həsr olunmuş “İntellektual Yarış” keçirildi. Yarışda ,Ölcələr kənd N.Əzizalıyev adına, Axıcanlı kənd S.Məmmədov adına, Qaralar kənd A.Allahverdiyev adına, Otuziki kənd, […]

Bakı şəhəri 180 nömrəli tam orta məktəbin şagirdləri Azərbaycan İstiqlal Muzeyinə ekskursiya edib

8 Noyabr – Zəfər Günü münasibətilə Bakı şəhəri 180 nömrəli tam orta məktəbin müəllimi Sahib Şəmizadə və Şəhla Bünyadovanın təşkilatçılığı ilə şagirdlərin Azərbaycan İstiqlal Muzeyinə ekskursiyası təşkil edilib. Məktəblilər sərgidə muzey fondunda qorunub saxlanılan Vətən müharibəsi şəhidlərinin şəxsi əşyaları, fotoşəkillər, sənədlər və müxtəlif hərbi geyimlərlə tanış olublar. Sahib Şəmizadə qeyd edib ki, ekskursiyanın məqsədi böyüməkdə […]

Bərdədəki Laçın məktəbi bağlanıb: Təhsil müəssisəsində dörd şagird qalıb – VİDEO

Bərdə rayonunun Qaradəmirçi kəndində fəaliyyət göstərən Laçın rayonu, Aşağı Fərəcan kənd orta məktəbinin bağlandığı bildirilir. Bu iddia ilə məktəbin işçiləri çıxış edib. Xezerxeber.az-ın məlumatına görə, Yasəmən Ələkbərova deyib ki, məktəbdə o və ailə üzvləri çalışıblar. Ənənəvi olaraq sentyabr ayında işə başlamaq üçün gəlsələr də, direktor bu il məktəbin fəaliyyət göstərməyəcəyini bildirib. 1995-ci ildən fəaliyyət göstərən […]

Respublika fənn olimpiadalarının məktəb mərhələsi təşkil edilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində Respublika fənn olimpiadalarının məktəb mərhələsi təşkil edilib. BŞTİ-dən  Mektebgushesi.az-a bildirilib ki, olimpiadaların rayon (şəhər) mərhələsi iştirakçılarının tərkibinin müəyyənləşdirilməsi məqsədilə təşkil edilən məktəb mərhələsində VIII-XI sinif şagirdləri iştirak ediblər. Məktəb mərhələsində şagirdlər Azərbaycan dili və ədəbiyyat, tarix, coğrafiya, riyaziyyat, fizika, kimya, biologiya, informatika fənləri üzrə biliklərini […]