Mektebgushesi

Paytaxt məktəbində şəhidin anim mərasimi keçirilib

Bakıdakı 214 nömrəli tam orta məktəbdə Vətən Müharibəsi şəhidi Cavid Həsənovun xatirəsi anılıb. BŞTİ-dən Mektebgushesi.az-a bildirilib ki, tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdir müavini Hüseyn Əsgərov, Nizami rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əli Axundov, Nizami rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri […]

Məktəblilər yol hərəkəti qaydalarına dair maarifləndirilir

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrində məktəblilər yol hərəkəti qaydaları ilə bağlı maarifləndirilir. BŞTİ-dən Mektebgushesi.az-a bildirilib ki, “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nın icrasından irəli gələn məsələlərlə bağlı təhsil müəssisələrində məktəblilər arasında yol hərəkəti qaydalarını təbliğ etmək və öyrətmək, onları yol qəzalarından qorumaq məqsədilə “Yol hərəkətinin […]

Məktəblilər Dövlət Müstəqilliyinin Bərpası Günü ilə bağlı məlumatlandırılıb

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində şagirdlər 18 oktyabr-Azərbaycanın Dövlət Müstəqilliyinin Bərpası Günü ilə əlaqədar məlumatlandırılıb. BŞTİ-dən Mektebgushesi.az-a bildirilib ki, 30 il əvvəl oktyabrın 18-də Azərbaycanın müstəqilliyini bərpa etməsi şagirdlərin diqqətinə çatdırılıb. Həmçinin 1918-ci il mayın 28-də İstiqlal Bəyannaməsi ilə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin elan olunduğu, 1991-ci il oktyabrın 18-də isə […]

Diaqnostik qiymətləndirmədə 13 100 şagird iştirak edib

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən II-IX siniflər üzrə keçirilən ikigünlük diaqnostik qiymətləndirmə başa çatıb. BŞTİ-dən Mektebgushesi.az-a bildirilib ki, paytaxtın Səbail rayonu üzrə ümumi təhsil müəssisələri şagirdlərinin iştirak etdiyi diaqnostik qiymətləndirmədə 13 100 şagird iştirak edib. Şagirdlərə ibtidai siniflər üzrə 20, V siniflər üzrə 30, VI siniflər üzrə 40, VII siniflər üzrə 45, VIII-IX siniflər […]

Yeni layihəyə start verilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi tərəfindən (UGİM) “Dünya Qarabağ şəhidlərinin və qazilərinin uşaqlarının gözü ilə” mövzusunda layihəyə start verilib. Layihənin əsas məqsədi şəhid övladlarının çəkdikləri rəsmlərlə xalqımızın qəhrəman oğullarını bütün dünyaya tanıtmaq, şagirdlərin vətənpərvərlik ruhunda tərbiyəsi işinin davamlı təşkilinə nail olmaq və onların yaradıcılıq bacarıqlarının inkişafına dəstək verməkdən ibarətdir. […]

Bakıda V-IX siniflər üzrə diaqnostik qiymətləndirməyə başlanılıb

Bakı Şəhəri üzrə Təhsil İdarəsi V-IX siniflər üzrə diaqnostik qiymətləndirməyə start verib. İdarədən Mektebgushesi.az -a verilən məlumata görə, diaqnostik qiymətləndirmənin ilk günündə paytaxtın Səbail rayonu üzrə ümumi təhsil müəssisələrinin şagirdləri biliyini sınayıb. Diaqnostik qiymətləndirmənin əsas məqsədi ötən tədris ilində ayrı-ayrı fənlər üzrə proqram materiallarının mənimsənilmə göstəricilərinin müəyyənləşdirilməsindən ibarətdir. Diaqnostik qiymətləndirmə riyaziyyat, xarici dil və tədris […]

V-IX siniflər üzrə diaqnostik qiymətləndirməyə start verilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən V-IX siniflər üzrə diaqnostik qiymətləndirməyə start verilib. BŞTİ-dən Mektebgushesi.az-a bildirilib ki, diaqnostik qiymətləndirmənin ilk günündə paytaxtın Səbail rayonu üzrə ümumi təhsil müəssisələrinin şagirdləri biliyini sınayıb. Diaqnostik qiymətləndirmənin əsas məqsədi ötən tədris ilində ayrı-ayrı fənlər üzrə proqram materiallarının mənimsənilmə göstəricilərinin müəyyənləşdirilməsindən ibarətdir. Diaqnostik qiymətləndirmə riyaziyyat, xarici dil və tədris dili […]

Liseydə şagirdlərdən 50 manatdan pul yığılması ilə bağlı iddia yayılıb

Paytaxtdakı Texniki-Humanitar Liseyində şagirdlərdən 50 manatdan pul yığılması ilə bağlı iddia yayılıb. Bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb. Valideynlərdən əldə etdiyimiz məlumata görə, direktor Kəmalə Mirzoyeva hər ay 50 manat gətirməyəcək şagirdin məktəbə buraxılmayacağı barədə xəbərdarlıq edib. Pulun hansı məqsədlə yığıldığı bilinmir. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Texniki-Humanitar Liseydə sözügedən […]

Paytaxt üzrə 25 976 uşaq məktəbəhazırlıq qruplarına cəlb olunub

  Oktyabrın 1-də dövlət ümumi təhsil müəssisələrində yaradılmış məktəbəhazırlıq qruplarında məşğələlərə start verilib. 2021-2022-ci tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 276 ümumi təhsil müəssisəsinin 1 188 məktəbəhazırlıq qrupuna 25 976 uşaq qeydiyyadan keçib. Qeyd edək ki, məktəbəhazırlıq qruplarının yaradılmasında məqsəd 5 yaşlı uşaqların məktəb təliminə hazırlığı ilə əlaqədar psixoloji dayanıqlığını artırmaq, əhatə olunduqları […]

Məktəblilər arasında “Zəfər yolu” inşa müsabiqəsi keçirilir

Ümumi təhsil müəssisələrinin VIII-XI sinif şagirdləri arasında “Zəfər yolu” inşa müsabiqəsinə start verilib. İnşa müsabiqəsi Təhsil Nazirliyi, Heydər Əliyev Fondu və Qarabağ Dirçəliş Fondunun birgə təşkilatçılığı ilə keçirilir. Bu barədə Təhsil Nazirliyindən Mektebgushesi.az bildirilib ki, müsabiqə rayon (şəhər) və ölkə üzrə olmaqla 2 mərhələdən ibarətdir. Qeyd edək ki, müsabiqənin keçirilməsində məqsəd Qarabağın işğaldan azad edilməsində ordumuzun […]

“Dərs vaxtı”nın 28 sentyabr cədvəli 

“Dərs vaxtı” proqramının 28 sentyabr üçün nəzərdə tutulan cədvəlini təqdim edirik. Dərslər həftənin 5 günü saat 10:00-dan 18:00-dək “Dərs vaxtı”nın rəsmi feysbuk səhifəsi üzərindən (https://www.facebook.com/dersvaxti.edu.az/), eləcə də Təhsil Nazirliyinin rəsmi yutub kanalı vasitəsilə (https://www.youtube.com/user/tehsilgovaz) yayımlanacaq.

Paytaxt məktəblərində Anım Günü tədbirləri keçirilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində 27 sentyabr Anım Günü ilə bağlı tədbirlər təşkil olunub. Təhsil Nazirliyinin əmri ilə təsdiqlənmiş “27 sentyabr Anım Günü və 8 noyabr Zəfər Günü ilə bağlı Tədbirlər Planı”na və BŞTİ-nin müvafiq əmrinə əsasən ümumi təhsil müəssisələrində Anım Gününə həsr olunmuş konfranslar, seminarlar, mühazirələr, “Dəyirmi masa”lar, “Açıq […]

Bakıda 3 şagird və 1 müəllimdə yüksək temperatur qeydə alınıb

Sentyabrın 23-də məktəblərin girişində 3 şagird və 1 müəllimdə yüksək temperatur qeydə alınıb. Bu barədə Mektebgushesi.az -ın sorğusuna cavab olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) bildirilib. Qeyd olunub ki, 6 şagird sinifdən təcrid olunaraq izolyasiya otaqlarına yerləşdirilib. Bildirilib ki, BŞTİ-nin tabeliyindəki təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesi müvafiq qaydalara uyğun olaraq təşkil olunub: “Həmçinin […]

Bakıda məktəb bufetlərinin açılmasına hazırlıq işləri görülür

Hazırda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində olan təhsil müəsssisələrində bufet və yeməkxanaların fəaliyyətinin bərpa olunması üçün qoyulan tələblərin icrası ilə bağlı işlər görülür. Bu barədə “Report”un sorğusuna cavab olaraq BŞTİ-dən bildirilib. Qeyd olunub ki, bufetlərin tam hazır vəziyyətə gətirildikdən sonra qısa müddətdə istifadəyə verilməsi nəzərdə tutulub. Xatırladaq ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, xüsusi […]