Mektebgushesi

“Məktəb hesabatları”nın dinlənilməsi başa çatıb – FOTOLAR

2021-2022-ci tədris ili üzrə “Məktəb hesabatları”nın dinlənilməsinin növbəti sessiyaları Xətai, Suraxanı, Nizami, Xəzər, Pirallahı və Sabunçu rayonlarının ümumi təhsil məktəblərini əhatə edib. Dinləmələrdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva, müdir müavini Xəyalə Əhmədzadə, Ümumi təhsil sektorunun müdiri Fuad Babayev, Keyfiyyətə nəzarət sektorunun müdiri Anar Mustafazadə, İnkişaf layihələri sektorunun müdiri Günay Qurbanova, Ümumi sektorun müdiri […]

“Məktəb hesabatları”nın dinlənilməsinə başlanılıb

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən “Məktəb hesabatları”nın dinlənilməsinə start verilib. “Məktəb hesabatları”nın dinlənilməsi ilk olaraq Nəsimi, Binəqədi və Nərimanov rayonlarının ümumi təhsil məktəblərini əhatə edib. Dinləmədə BŞTİ-nin müdiri Mehriban Vəliyeva, İdarənin müdir müavini Xəyalə Əhmədzadə, Ümumi təhsil sektorunun müdiri Fuad Babayev, Keyfiyyətə nəzarət sektorunun müdiri Anar Mustafazadə, İnkişaf layihələri sektorunun müdiri Günay Qurbanova, […]

Lənkəranda “Yay məktəbi” çərçivəsində festival keçirilib

İyunun 23-də Təhsil Nazirliyi, Lənkəran Peşə Liseyi və “Carnaval” otelin dəstəyi, Lənkəran-Astara Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə Lənkəran məktəblilərinin yay festivalı keçirilib. “Yay məktəbi” layihəsi çərçivəsində baş tutan festival Lənkəran Peşə Liseyinin “Peşə vadisi” və “Carnaval” otelinin ərazisində təşkil edilib. Festivalda Lənkəran və Astara üzrə ümumtəhsil məktəblərindən 1000-ə yaxın  şagird, valideyn və müəllimlər, eyni zamanda […]

Şirvan-Salyan Regional Təhsil İdarəsi 36 məktəb üzrə direktor vəzifəsinə işə qəbul elan edib

Şirvan-Salyan Regional Təhsil İdarəsi məktəb direktoru vəzifəsinə işə qəbul  üzrə müsabiqə elan edib. BŞTİ-dən Mektebgushesi.az-a bildirilib ki, iyunun 24-dən Şirvan Salyan Regional Təhsil idarəsi üzrə şagird sayı 500-dək və direktor vəzifəsi vakant olan ümumi təhsil müəssisələrinə işə qəbul prosesi ilə bağlı sənəd qəbuluna başlayır. Müsbiqədə Şirvan-Salyan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Biləsuvar, Hacıqabul, Neftçala, […]

Bakı Elm Olimpiadasının qalibləri mükafatlandırılıb

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) və Bakı Ali Neft Məktəbinin (BANM) təşkilatçılığı ilə paytaxtın ümumi təhsil müəssisələrinin şagirdləri arasında keçirilən Bakı Elm Olimpiadası qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Mərasimdə təhsil nazirinin müavini Muxtar Məmmədov, BŞTİ-nin müdiri Mehriban Vəliyeva, təhsil nazirinin müşavirləri Elnur Nəsibov və Rüstəm Ağayev, BANM-ın rektoru Elmar Qasımov, Təhsil Nazirliyi yanında İctimai Şuranın […]

Bakı üzrə 307 məktəbdə “Kiçik akademiya” fəaliyyət göstərir

  Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 307 ümumi təhsil müəssisəsində “Kiçik akademiya”lar fəaliyyət göstərir. BŞTİ-nin mətbuat xidmətindən  bildirilib ki, 2021-2022-ci tədris ilində Bakı üzrə “Kiçik akademiya”lara 10 mindən artıq şagird cəlb olunub. Həmçinin Bakı şəhəri üzrə “Kiçik akademiya”ların saytı yaradılıb. Qeyd edək ki, “Kiçik akademiya”ların təşkil olunmasında məqsəd yaradıcılıq və elmi-tədqiqat işlərinə maraq […]

Lisey və gimnaziyalara qəbul imtahanlarına başlanılıb

  İyunun 17-dən ölkə üzrə bəzi lisey və gimnaziyalara qəbul imtahanlarına start verilib. Bu barədə  Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, imtahanlar iyunun 18, 19 və 20-də davam edəcək. Qəbul imtahanlarında 20 minə yaxın şagirdin iştirakı gözlənilir. IV-VIII sinif şagirdləri arasında keçirilən imtahanlar Bakı şəhəri ilə yanaşı, Gəncə, Şirvan və Şəki şəhərləri, Quba, Şəmkir, Oğuz, […]

Paytaxt təhsili 2021-2022-ci tədris ilində – FOTO

2021-2022-ci tədris ili Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) üçün tədrisdə keyfiyyət və davamlılığı təmin etmək, yeni dövrün çağırışlarından irəli gələn tələbləri yerinə yetirmək istiqamətində görülən işlər, həmçinin bir sıra nailiyyətlər, yeniliklərlə zəngin təhsil ili kimi yaddaqalan oldu. 2021-2022-ci tədris ili pandemiya səbəbindən distant formada təşkil olunan tədrisdən ənənəvi təhsilə qayıdış dövrü, Zəfər tarixinin Azərbaycan […]

Paytaxt məktəbliləri 2021-2022-ci tədris ilində idman sahəsində 561 medal qazanıb

2021-2022-ci tədris ili ərzində paytaxt məktəbliləri idmanın müxtəlif növləri üzrə beynəlxalq və respublika yarışlarında 253 qızıl, 112 gümüş, 196 bürünc olmaqla, ümumilikdə 561 medal əldə ediblər. Bu barədə Mektebgushesi.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, 82 nömrəli tam orta məktəbin şagirdi Kamran Kazımov Serbiyada keçirilən dünya çempionatında karate idman növü üzrə […]

Heç bir şagirdi universitetə qəbul olmayan məktəbin direktorundan AÇIQLAMA

Bakı Şəhəri üzrə Təhsil İdarəsi 152 nömrəli tam orta məktəbdən bir abituriyentinin belə ali təhsil müəssisəsinə qəbul olunmaması ilə bağlı yayılan məlumatlara münasibət bildirib. Qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, 2021-2022-ci tədris ilindən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində 152 nömrəli tam orta məktəb fəaliyyətə başlayıb. Belə ki, təhsil nazirinin 19.04.2021-ci il tarixli, F-163 nömrəli […]

İctimai Şura üzvləri  “Məktəbdə…” layihəsində

“Məktəbdə…” layihəsi çərçivəsində növbəti görüş paytaxtdakı 12 nömrəli tam orta məktəbdə keçirilib. Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən reallaşdırılan, “Kaspi” qəzeti və “Kaspi.az” saytının informasiya dəstəyi ilə həyata keçirilən layihənin budəfəki qonaqları Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova, sədr müavini  Gülməmməd Məmmədov, katibi Rüfət Əsədzadə və Şura üzvü Pərvanə Məmmədova olub. Təhsil Nazirliyi […]

“TEKNOFEST Azərbaycan”da Bakı məktəblilərindən maraqlı layihələr

  Bakıda keçirilən “TEKNOFEST Azərbaycan” festivalında paytaxt məktəbliləri uğurlu nəticə göstəriblər. Bu barədə  Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib. Bildirilib ki, Türkiyənin ən böyük aviasiya, kosmos və texnologiya festivalında BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin şagirdləri maraqlı layihələrlə çıxış ediblər. “TEKNOFEST Azərbaycan” festivalında STEAM layihəsinin təşkilatçılığı ilə keçirilən “Baku Skills” müsabiqəsində paytaxtdakı 81 nömrəli […]

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 15 məktəbdə peşə təmayüllü siniflər fəaliyyət göstərir

  2021-2022-ci tədris ilində paytaxtdakı 15 təhsil müəssisəsində “Peşə təmayüllü siniflərin təşkili” layihəsi tətbiq olunub. Bu barədə  Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib. Bildirilib ki, peşə təmayüllü siniflər BŞTİ-nin tabeliyindəki 64, 97, 117, 120, 166, 179, 208, 213, 234, 265, 274, 293, 301, 302, 321 nömrəli tam orta məktəblərdə fəaliyyət göstərir. Bu siniflərin […]

BŞTİ-nin tabeliyindəki məktəblərin buraxılış siniflərini 58 739 şagird bitirir

2021-2022-ci tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəblərinin IX siniflərini 35 100, XI siniflərini 23 505, XII siniflərini isə (əyani-qiyabi tam orta məktəb və qiyabi sinifləri) 134 nəfər bitirir. Paytaxtda 46 470 nəfər I sinfi başa vurur. Cari tədris ilində BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərində 470 517 şagird təhsil alıb. BŞTİ-nin […]