Mektebgushesi

Cəlilabadda qəzalı olan məktəb üçün yeni binanın tikintisinə başlanılıb

  Cəlilabad rayonunun Sərhədabad kəndində qəzalı vəziyyətdə olan məktəb üçün yeni binanın tikintisinə başlanılıb. “Report”un Muğan bürosu xəbər verir ki, məktəb Heydər Əliyev Fondunun dəstəyilə tikilir. Məktəb binasının tikintisi birtipli layihə əsasında 360 yerlik olmaqla inşa edilir. Qeyd edək ki, Sərhədabad kənd tam orta məktəbi rayonun qəzalı vəziyyətdə fəaliyyət göstərən məktəblərindən idi.

“Məktəblinin dostu” layihəsinin əməkdaşları üçün ictimaiyyətlə əlaqələrə dair təlim

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən “Məktəblinin dostu” layihəsinin əməkdaşları üçün ictimaiyyətlə əlaqələrə dair təlim keçirilib. Təlimin əsas məqsədi ictimaiyyətlə əlaqə işinin səmərəliliyinin artırılması, vahid informasiya mübadiləsinin təmin olunması, məktəblərin fəaliyyətinin ictimaiyyətə təqdim olunmasındakı açıqlıq və media ilə iş sahəsində atılan addımlar barədə məlumatlılıq səviyyəsini artırmaqdan ibarətdir. Məktəb və müəllimin ictimai nüfuzunun qorunması, fəaliyyətin […]

“Hekayəni paylaş” videotəqdimat müsabiqəsinin qalibləri bəlli olub

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən keçirilən “Hekayəni paylaş” (“Share your story”) videotəqdimat müsabiqəsinin qalibləri bəlli olub. Müsabiqənin nəticələrinə əsasən, 245 nömrəli tam orta məktəbin şagirdi Nəsrulla Həsən, 62 nömrəli məktəb-liseyin şagirdi Nihad Hüseyn, 42 nömrəli tam orta məktəbin şagirdi Abdullah Rza I yerə, 220 nömrəli məktəb-liseyin şagirdi Fuad Haqverdiyev, 227 nömrəli tam orta məktəbin […]

BDU-nun nəzdində “Gənc istedadlar” liseyində ekoklub yaradılıb

  Bakı Dövlət Universitetinin (BDU) nəzdində “Gənc istedadlar” liseyində 26 yanvar – Dünya Ekoloji Təhsil Gününə həsr olunmuş maarifləndirici tədbir keçirib. Tədbirdə çıxış edən Elm və Təhsil Nazirliyinin Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin Ekoloji təhsil və davamlı inkişaf bölməsinin müdiri Jalə İsmayılova “Ekoloji yönümlü və enerji effektli məktəblərin Yaşıl Şəbəkəsi” layihəsi barədə məlumat verib. Qeyd edib […]

“Dahi şəxsiyyət” adlı tədbir keçirilib

Paytaxtdakı 297 nömrəli tam orta məktəbdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Dahi şəxsiyyət” adlı tədbir keçirilib. Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, millət vəkili Qənirə Paşayeva, “Unity company” şirkətinin direktoru Fikrət Əliyev, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, İdarənin İctimaiyyətlə əlaqələr […]

Kulturoloq məktəblilərlə görüşüb

“Məktəbdə…” layihəsinin növbəti görüşü Bakı şəhəri 320 nömrəli tam orta məktəbdə keçirilib. Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən reallaşdırılan, “Kaspi” qəzeti və “Kaspi.az” saytının informasiya dəstəyi ilə həyata keçirilən layihənin budəfəki qonağı kulturoloq, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Fuad Məmmədov olub. Görüşdə F.Məmmədov məktəb həyatında yadda qalan hadisələrdən, sevimli müəllimlərindən, təhsilimizin perspektiv inkişaf […]

Britaniya səfiri Tuğ kənd orta məktəbindən paylaşım edib – FOTO

Beyləqana səfər edən Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld Tuğ kənd orta məktəbində olub. Diplomat “Twitter” hesabında şagirdlərlə foto paylaşıb. “Tuğ kənd orta məktəbinin şagirdlərilə vaxt keçirib onların maraqlı suallarına cavab vermək mənim üçün xoş bir fürsət idi. Necə deyərlər, gənclər bizim gələcəyimizdir!” – deyə o, paylaşımında qeyd edib.

Evdə təhsil alan şagirdlərin sayı açıqlanıb

Azərbaycanda 1528 şagird evdə təhsil alır. Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, cari tədris ilində 1 617 932 şagird təhsilə cəlb edilib. 125 318 şagird məktəbəqədər təhsil, 6 653 şagird isə xüsusi təhsil alır. Habelə 1 528 şagird evdə təhsil alır, 207 nəfər isə inklüziv təhsilə cəlb edilib. Ali təhsil bazasında […]

Məktəblərdə birinci yarımil üzrə böyük summativ qiymətləndirmə keçirilir

  Ümumi təhsil müəssisələrində 2022-2023-cü tədris ilinin I yarımili üzrə böyük summativ qiymətləndirmələr keçirilir. Onlardan 42-də böyük summativ qiymətləndirmələr rəqəmsal formada təşkil olunur. Bu barədə  Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, böyük summativ qiymətləndirmə məktəb rəhbərliyi tərəfindən hər yarımilin sonunda ümumi təhsil müəssisələrinin IV, IX və XI siniflərində bütün fənlər üzrə, V-VIII […]

“Məktəbdə…” layihəsinin növbəti görüşü keçiriləcək

“Məktəbdə…” layihəsinin növbəti görüşü yanvarın 26-də Bakı şəhəri 320 nömrəli tam orta məktəbdə keçiriləcək. Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən reallaşdırılan layihənin budəfəki qonağı kulturoloq, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Fuad Məmmədov olacaq. Görüşdə məktəb və müəllimin insanların formalaşdırılmasında rolu, ixtisas seçimi və peşə sahələrinə yönəlməyə təsir edən amillər,  mütaliə vərdişləri, müəllim-şagird […]

Psixoloji dəstəklə şagird qazan- Aktual dərslər-FOTO

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VI Qrant Müsabiqəsinin qalibi olan “Psixoloji dəstəklə təhsilə şagird qazan” layihəsinin təlimləri uğurla davam etdirilir. 23 Yanvar 2023- cü il tarixdə Astara rayonu Yalçın Nəsirov adına Sərək kənd tam orta məktəbində  “Məktəblilərin fərdi inkişaf bacarıqlarının formalaşdırılması” təlimlərinə start verildi.       Təlimdə Layihə […]

“Müəllim şagirdlərinə sevgi ilə yanaşmalıdır”

Leyla Rzayeva: “Mənim üçün xoşbəxtlik şagirdlərimin nailiyyət əldə etməsidir” Leyla Rzayeva Göygöl rayon Köşkü kənd tam  orta məktəbində coğrafiya  müəllimi işləyir. Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının Göygöl rayonu üzrə koordinatorudur. Müəllim kimi ictimaiyyət arasında böyük hörmət sahibidir. – Leyla xanım, müəllimlik peşəsini seçməyinizin əsas səbəbi nədir? – Maraqlı sualdır. İlk yol göstərənim  valideynlərim olub. Valideynlərim həmişə […]

Paytaxt məktəbində “Xeyriyyəçilik ənənəsinin memarı” mövzusunda tədbir keçirilib

Paytaxtdakı Hacı Zeynalabdin Tağıyev adına 123 nömrəli tam orta məktəbdə “Xeyriyyəçilik ənənəsinin memarı” mövzusunda tədbir keçirilib. Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, millət vəkili Qənirə Paşayeva, BŞTİ-nin müdir müavini Xəyalə Əhmədzadə, Vətən Müharibəsi iştirakçısı Emin Həsənov, şəhid Ceyhun Nəhmətovun atası Etiqat Nəhmətov, “Unity company” şirkətinin direktoru  […]

Paytaxt məktəbləri şagird və məzunlarının uğur hekayələri – Məktəbli STARTAPÇILAR

  Məlum olduğu kimi, ötən ilin mart ayından Bakı Şəhəri üzrə Təhsil İdarəsi və AzEdu Təhsil Portalı tərəfindən “Məktəbli startapçılar” adlı layihəyə start verilib. Layihədə paytaxt məktəblərində təhsil alan istedadlı, təşəbbüskar məktəblilərin uğurlu startap layihələrindən bəhs olunub. Bakı məktəblərində təhsil alan startapçılar təhsil həyatları, ideyaları, təqdim etdikləri yeniliklər və gələcək planları barədə məlumat veriblər. Layihənin […]

Müəllim və şagirdlər arasındakı insidentlə bağlı yayılan görüntüyə aydınlıq gətirilib – VİDEO

19.01.2023-cü il tarixində 59 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi tərəfindən VI sinif şagirdlərinə qarşı uyğunsuz davranış ilə bağlı məktəb rəhbərliyi tərəfindən müəllimlə müvafiq söhbət aparılıb. Mektebgushesi.az  APA – ya istinadən xəbər verir ki, müəllim bir neçə şagirdin dərs prosesinin gedişinə mane olduğunu, təkrar xəbərdarlıqlardan nəticə çıxarmadıqlarını, dərsi izah etməyə maneə yaratdıqlarını, […]