Mektebgushesi

Lənkəran və Astara rayonlarında ictimai aktiv məktəb modeli üzrə seminarlar keçiriləcək

Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyəti Elm və Təhsil Nazirliyinin dəstəyi ilə “Lənkəran və Astara rayonları məktəblərində ictimai aktıv məktəb modelinin qurulması” adlı layihənin hazırlıq işlərinə başlayıb. Cəmiyyətdən Mektebgushesi.az -a  bildirilib ki, layihə çərçivəsində Lənkəran və Astara rayonlarında yerləşən orta məktəblərdə müəllimlərin, şagirdlərin və valideynlərin iştirakı ilə seminarlar keçiriləcək. Layihənin məqsədi məktəb və cəmiyyətin […]

Məktəblərdə idman həftəsi keçiriləcək

  5 Mart – Bədən Tərbiyəsi və İdman Günü ərəfəsində fevralın 27-dən martın 3-dək Elm və Təhsil Nazirliyi tərəfindən ölkənin bütün ümumi təhsil müəssisələrində idman həftəsi keçiriləcək. Bu barədə  Elm və Təhsil Nazirliyindən məlumat verilib. Layihə çərçivəsində tərtib edilmiş proqrama uyğun olaraq məktəblilərin iştirakı ilə gündəlik gimnastik hərəkətlər, müsabiqələr, yarışlar, maarifləndirmə görüşləri, şagirdlərin mükafatlandırılması və […]

“Sabahın alimləri” XII respublika müsabiqəsində 20 paytaxt məktəblisi qalib olub

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki (BŞTİ) ümumi təhsil müəssisələrinin 20 şagirdi “Sabahın alimləri” XII respublika müsabiqəsinin qalibi olub. Belə ki, 17 nömrəli tam orta məktəbin şagirdi Nurlana Əlili I yeri tutaraq qızıl medala layiq görülüb. Bakı şəhəri 220 nömrəli məktəb-liseyin şagirdləri Sevil Mirzəli və Camaləddin Kərimov, 100 nömrəli tam orta məktəbin şagirdi Əli Məmmədov, […]

Bakıda 45 nömrəli məktəbə yeni direktor təyin edildi – FOTO

Bakı şəhəri 45 nömrəli tam orta məktəbə yeni direktor təyin edilib. Mektebgushesi.az-ın məlumatına görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, Pərvanə Niyazi qızı Talıbova Bakı şəhəri 45 nömrəli tam orta məktəbin direktoru vəzifəsinə təyin edilib. Qeyd edək ki, Bakı şəhəri 45 nömrəli tam orta məktəbin (1300 şagird yerlik) sabiq direktoru Nəcibə Novruz qızı Axundova ötən […]

Bakı Zooloji Parkında dərs-ekskursiyalar keçirilir

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələri  tərəfindən Bakı Zooloji Parkında dərslər keçirilir. Dərs-ekskursiyalar Elm və Təhsil Nazirliyi tərəfindən təqdim olunan “Bakı Zooloji Parkında dərs-ekskursiyaların təşkilinə dair Təlimat” və “Zooparkda keçirilməsi tövsiyə edilən mövzuların siyahısı”na əsasən təşkil edilir. Dərs-ekskursiyaların təşkilində məqsəd şagirdləri canlılar aləmi ilə yaxından tanış etmək, onların mövzuları praktik […]

Proqramlaşdırma müsabiqəsində məktəblilərimizin uğuru

1-9 fevral tarixlərində Rumıniyada məktəblilərin onlayn formatda VII “InfO(1)Cup” proqramlaşdırma müsabiqəsi keçirilib. 12 ölkədən 197 şagirdin proqramlaşdırma üzrə biliklərini sınadığı olimpiadada məktəblilərimiz uğurla çıxış edərək 1 gümüş və 2 bürünc medal qazanıblar. Belə ki, “Ankara məktəbi” məktəb-liseyinin 9-cu sinif şagirdi Əli Əliyev gümüş medala, Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 9-cu sinif şagirdi […]

Paytaxt məktəblilərindən şəhidlərə aid tədqiqat layihəsi həyata keçirilir

Bakı şəhəri 67 nömrəli tam orta məktəbdə Vətən Müharibəsi şəhidlərinə həsr olunmuş “Zəfəri yaşadanlar” layihəsi həyata keçirilir. Məktəbin “Kiçik Akademiya”sı tərəfindən reallaşdırılan layihənin əsas məqsədi Zəfər tariximizi və Vətən Müharibəsi şəhidlərinin qəhrəmanlıq salnaməsini araşdırmaq, onu gələcək nəsillərə ötürmək, yaradıcılıq və elmi-tədqiqat işlərinə maraq göstərən, bu sahədə potensial imkanları ilə fərqlənən istedadlı uşaqları aşkara çıxarmaq və şagirdlərdə […]

“Qarabağı tanıt” və “Hekayəni paylaş” müsabiqələrinin qalibləri mükafatlandırılıb

  Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən keçirilən “Qarabağı tanıt” təqdimat müsabiqəsi və “Hekayəni paylaş” videotəqdimat müsabiqəsinin qalibləri mükafatlandırılıb. Bu barədə  BŞTİ-dən məlumat verilib. Bildirilib ki, hər iki müsabiqə üzrə qalibləri təbrik edən BŞTİ-nin müdiri Mehriban Vəliyeva tədris ili ərzində istedadlı şagirdlərin seçilib müəyyənləşdirilməsi istiqamətində Elm və Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi […]

Şəhidin adını daşıyan məktəb qəzalı vəziyyətdədir – FOTO

Siyəzən şəhəri, Gənclik qəsəbəsi, şəhid Nazim Əsədov adına 4 saylı məktəb qəzalı vəziyyətə düşüb. Valideynlər uşaqlarının yararsız vəziyyətdə olan məktəbdə oxumalarından ciddi narahatdırlar. Məsələ ilə bağlı Quba-Xaçmaz Regional Təhsil İdarəsi ilə əlaqə saxladıq. İdarədən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, 2023-cü ildə həmin məktəbin sanitar qovşaqlarının təmiri, qapı və pəncərələrinin dəyişdirilməsi, qəzalı hissələrində isə bərpa-gücləndirmə  […]

BŞTİ-yə yanvar ayı ərzində 10 912 müraciət daxil olub

Yanvar ayı ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinə (BŞTİ) 10 912  müraciət daxil olub. Daxil olan müraciətlərin əksəriyyəti cavablandırılıb və operativ şəkildə həll olunub. Statistikaya əsasən, Çağrı Mərkəzinə (146-1 nömrəli) 6 156 zəng qəbul edilib. Vətəndaşların Qəbulu Mərkəzinə isə bu dövrdə 2 360 vətəndaş müraciət edib. İlin ilk ayında BŞTİ-yə 1 890 sənəd (vətəndaşlar tərəfindən […]

“Məktəblinin dostu” üçün təlimlər başa çatıb

“Məktəblinin dostu” layihəsinin əməkdaşları üçün ictimaiyyətlə əlaqələrə dair təlimlər başa çatıb. Təlimlərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov məktəb idarəetməsinə dəstək işinin müxtəlif istiqamətləri, məktəb və müəllimin ictimai nüfuzunun qorunması, fəaliyyətin təqdim olunması, əməkdaşlıq imkanlarının artırılması istiqamətində “Məktəblinin dostu” layihəsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlərin əhəmiyyətindən danışıb. Elm və Təhsil nazirinin […]

Cəlilabadda qəzalı olan məktəb üçün yeni binanın tikintisinə başlanılıb

  Cəlilabad rayonunun Sərhədabad kəndində qəzalı vəziyyətdə olan məktəb üçün yeni binanın tikintisinə başlanılıb. “Report”un Muğan bürosu xəbər verir ki, məktəb Heydər Əliyev Fondunun dəstəyilə tikilir. Məktəb binasının tikintisi birtipli layihə əsasında 360 yerlik olmaqla inşa edilir. Qeyd edək ki, Sərhədabad kənd tam orta məktəbi rayonun qəzalı vəziyyətdə fəaliyyət göstərən məktəblərindən idi.

“Məktəblinin dostu” layihəsinin əməkdaşları üçün ictimaiyyətlə əlaqələrə dair təlim

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən “Məktəblinin dostu” layihəsinin əməkdaşları üçün ictimaiyyətlə əlaqələrə dair təlim keçirilib. Təlimin əsas məqsədi ictimaiyyətlə əlaqə işinin səmərəliliyinin artırılması, vahid informasiya mübadiləsinin təmin olunması, məktəblərin fəaliyyətinin ictimaiyyətə təqdim olunmasındakı açıqlıq və media ilə iş sahəsində atılan addımlar barədə məlumatlılıq səviyyəsini artırmaqdan ibarətdir. Məktəb və müəllimin ictimai nüfuzunun qorunması, fəaliyyətin […]

“Hekayəni paylaş” videotəqdimat müsabiqəsinin qalibləri bəlli olub

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən keçirilən “Hekayəni paylaş” (“Share your story”) videotəqdimat müsabiqəsinin qalibləri bəlli olub. Müsabiqənin nəticələrinə əsasən, 245 nömrəli tam orta məktəbin şagirdi Nəsrulla Həsən, 62 nömrəli məktəb-liseyin şagirdi Nihad Hüseyn, 42 nömrəli tam orta məktəbin şagirdi Abdullah Rza I yerə, 220 nömrəli məktəb-liseyin şagirdi Fuad Haqverdiyev, 227 nömrəli tam orta məktəbin […]

BDU-nun nəzdində “Gənc istedadlar” liseyində ekoklub yaradılıb

  Bakı Dövlət Universitetinin (BDU) nəzdində “Gənc istedadlar” liseyində 26 yanvar – Dünya Ekoloji Təhsil Gününə həsr olunmuş maarifləndirici tədbir keçirib. Tədbirdə çıxış edən Elm və Təhsil Nazirliyinin Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin Ekoloji təhsil və davamlı inkişaf bölməsinin müdiri Jalə İsmayılova “Ekoloji yönümlü və enerji effektli məktəblərin Yaşıl Şəbəkəsi” layihəsi barədə məlumat verib. Qeyd edib […]