Mektebgushesi

227 nömrəli məktəbdə OCEP layihəsi çərçivəsində tədbir keçirilib 

Dünən Nizami rayonu Keşlə qəsəbəsində yerləşən 227 nömrəli tam orta məktəbdə Milli Olimpiya Komitəsi, həmçinin Elm və Təhsil Nazirliyinin birgə layihəsi olan OCEP proqramı üzrə tədbir keçirilib. Tədbirdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin, Azərbaycan Respublikası Təhsil İnstitunun, Milli Olimpiya Komitəsinin nümayəndələri, YAP Nizami rayon təşkilatının sədri, Braziliya Federativ Respublikasının […]

Dördüncü siniflərdə monitorinq keçirilir

  Bu gün Elm və Təhsil Nazirliyi tərəfindən ölkə üzrə bütün dövlət ümumi təhsil müəssisələrinin 4-cü siniflərində monitorinq keçirilir. Mektebgushesi.az  bildirir ki, monitorinq tədris dili və riyaziyyat fənləri üzrə aparılacaq. Monitorinqin məqsədi şagird nailiyyətlərinin yaxşılaşdırılması, IV sinfin sonunda şagirdlərdə müvafiq standartlar üzrə bilik və bacarıqların hansı səviyyədə formalaşdığının müəyyən edilməsi və ibtidai təhsil səviyyəsində keyfiyyətin […]

Nobel İrsi Fondunun paytaxt məktəbi ilə birgə tədbiri keçirilib

Bakı şəhəri 56 nömrəli tam orta məktəb və Bakı Nobel İrsi Fondunun birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Sən elə bir zirvəsən” adlı “Açıq dərs” keçirilib. “Açıq dərs” VIII və IX sinif şagirdlərinin iştirakı ilə İngilis dili fənni üzrə təşkil olunub. Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) […]

247 nömrəli tam orta məktəbdə “Milli-mənəvi dəyərlərimiz milli kimliyimizdir” adlı ədəbi-bədii tədbir keçirilib

Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Milli-mənəvi dəyərlərimiz milli kimliyimizdir” adlı ədəbi-bədii tədbir keçirilib. Bakı şəhəri 247 nömrəli tam orta məktəbdə keçirilən tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) Təhsilin keyfiyyətinə nəzarət sektorunun müdiri Anar Mustafazadə, Nəsimi Rayon İcra Hakimiyyəti başçısının müavini Gülarə Verdiyeva, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Nəsimi […]

Paytaxtda məktəblilərlə görüş keçirilib  

Bakı şəhəri 327 nömrəli tam orta məktəbdə şagirdlərlə görüş keçirilib. Görüşdə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, Suraxanı Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Əziz Əzizov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) Təhsilin Keyfiyyətinə nəzarət sektorunun müdiri Anar Mustafazadə, IX-XI sinif şagirdləri iştirak ediblər. Görüş zamanı M.Abbaszadə şagirdlərə buraxılış imtahanları, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul barədə ətraflı […]

İyunun 10-da dördüncü siniflərdə monitorinq keçiriləcək

  İyunun 10-da Elm və Təhsil Nazirliyi tərəfindən ölkə üzrə bütün dövlət ümumi təhsil müəssisələrinin 4-cü siniflərində monitorinq təşkil olunacaq. Nazirlikdən  bildirilib ki, monitorinq tədris dili və riyaziyyat fənləri üzrə aparılacaq. Monitorinqin məqsədi şagird nailiyyətlərinin yaxşılaşdırılması, IV sinfin sonunda şagirdlərdə müvafiq standartlar üzrə bilik və bacarıqların hansı səviyyədə formalaşdığının müəyyən edilməsi və ibtidai təhsil səviyyəsində […]

BŞTİ-nin tabeliyindəki məktəblərin buraxılış siniflərini 66 613 şagird bitirir

2022-2023-cü tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin IX siniflərini 40 016, XI siniflərini 26 453, XII siniflərini isə (əyani-qiyabi tam orta məktəb və qiyabi sinifləri) 144 nəfər bitirir. Paytaxtda 45 108 nəfər I sinfi başa vurur. Cari tədris ilində BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərində 482 132 şagird təhsil alır. BŞTİ-nin […]

7 nömrəli tam orta məktəbdə Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib

Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Qurtuluşun banisi” adlı tədbir keçirilib. BŞTİ-dən Mektebgushesi.az-a bildirilib ki, Bakı şəhəri 7 nömrəli tam orta məktəbin təşkilatçılığı ilə R.Behbudov adına Mahnı Teatrında keçirilən tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva, Azərbaycan Dövlət Pedaqoji Universitetin (ADPU) rektoru Cəfər Cəfərov, Səbail Rayon İcra Hakimiyyəti (RİH) başçısının muavini Kəmalə Haşımova, Bakı Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Elmin İmanov, Yeni Azərbaycan Partiyasının (YAP) Səbail Rayon Təşkilatının sədri Muxtar Nağıyev, millət vəkilləri Nigar Arpadarai, Vüqar İsgəndərov, BŞTİ-nin müvafiq struktur bölmə rəhbərləri, ictimaiyyət nümayəndələri, məktəbin məzunları, valideynlər, məktəb direktorları, müəllimlər, şagirdlər və KİV […]

Müəllim və şagirdlərin münasibətləri necə olmalı? – TƏFƏRRÜAT

  “Bizim təhsilimizin məqsədi gənc nəslə, uşaqlara təhsil verib onları gələcəyə hazırlamaqdır. Amma bununla yanaşı, ən böyük məqsəd Azərbaycan vətəndaşı hazırlamaqdır, müstəqil Azərbaycan cəmiyyətinin ləyaqətli üzvünü hazırlamaqdır”. Heydər Əliyev Məlum olduğu kimi, müasir dövrümüzdə müəllimin ənənəvi fəaliyyətində dəyişikliklər baş verib. İndi onun mövqeyi bələdçi (fasilitator), aparıcı (istiqamət verən) bir mövqedir. Əslində bu, müəllim liderliyinin yeni […]

Özbəkistan Respublikasının nümayəndələri inklüziv təhsil siniflərində

Ölkəmizdə səfərdə olan Özbəkistan Respublikasının nümayəndələri paytaxtdakı 138 nömrəli tam orta məktəbdə olublar. Belə ki, Özbəkistan Respublikasının nümayəndələri, “Zamin” beynəlxalq ictimai fondun icraçı direktoru Tamila Əliyeva və fondun sosial layihələrin icrası üzrə rəhbəri Şahnaz İşmatova inklüziv təhsil siniflərində tədrisin təşkili ilə maraqlanıblar. Görüşdə elm və təhsil nazirinin müşaviri Rüstəm Ağayev, Bakı Şəhəri üzrə Təhsil idarəsinin (BŞTİ) müdir müavini Hüseyn Əsgərov, […]

Millət vəkili məktəblilərlə görüşəcək

“Məktəbdə…” layihəsinin növbəti görüşü iyunun 7-də Bakı şəhəri 35 nömrəli tam orta məktəbdə keçiriləcək. Mektebgushesi.az xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən reallaşdırılan layihənin budəfəki qonağı millət vəkili Fazil Mustafa olacaq. Görüşdə məktəb və müəllimin insanların formalaşdırılmasında rolu, vətənpərvərlik hisslərinin aşılanmasında məktəbin üzərinə düşən vəzifələr, müəllim-şagird münasibətləri, yeniyetmə və gənclərdə ictimai məsuliyyət hissi […]

“2” qiyməti alan şagirdə fərqlənmə attestatı veriləcək?

“Buraxılış imtahanında “4” qiyməti alan şagird fərqlənmə attestatı ala bilməz”. Mektebgushesi.az-a xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev deyib. Onun sözlərinə görə, elə məktəblər olur ki, qiymətləndirməni düz etmir: “Bu, təxminən, bir faiz təşkil edir. Misal olaraq, buraxılış imtahanında “2” qiyməti alan […]

Nazirlik: İyunun 10-dan IV sinif şagirdlərinin monitorinqi aparılacaq

  İyunun 10-dan IV sinif şagirdlərinin monitorinqi aparılacaq. Məqsəd V sinfə keçərkən onların oxuyub-anlama bacarıqlarının müəyyən edilməsidir. Mektebgushesi.az  xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev media nümayəndələri ilə keçirilən görüşdə bildirib. O deyib: “Monitorinq tədris dili və riyaziyyat fənləri üzrə aparılacaq. Şagird […]

Sabahdan şagirdlərin elektron yerdəyişməsi dayandırılacaq

İyunun 6-sı saat 18:00-dan etibarən 2022-2023-cü tədris ili üzrə şagirdlərin elektron yerdəyişməsi dayandırılacaq. Mektebgushesi.az xəbər verir ki, növbəti tədris ili üçün şagird yerdəyişmə sisteminin aktiv ediləcəyi tarix barədə ictimaiyyətə əlavə məlumat veriləcək. Xatırladaq ki, şagirdlərin yerdəyişməsi prosesi http://www.sy.edu.az portalı vasitəsilə həyata keçirilir.

Sumqayıt məktəbliləri olimpiadadan 7 medal qazanıblar

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Sumqayıt şəhər 23 nömrəli tam orta məktəbin şagirdləri Respublika Fənn Olimpiadasında uğurla çıxış ediblər. Mektebgushesi.az xəbər verir ki, məktəbin 7 şagirdi final mərhələsindən müxtəlif medallarla qayıdaraq, 1 qızıl, 4 gümüş və 2 bürünc medal qazanıblar. Şagirdlərimizin hər birini təbrik edir, gələcək həyatlarında daha yeni nəaliyyətlər arzu edirik!