Mektebgushesi

Avropa Çempionatında uğur qazanan Bakı məktəblisi

Paytaxt məktəblisi Avropa Çempionatında Yunan-Roma güləşi üzrə III yeri tutub. BŞTİ-dən Mektebgushesi.az-a bildirilib ki, Albaniyanın paytaxtı Tiranada yeniyetmələr arasında keçirilən Avropa Çempionatında Bakı şəhəri 118 nömrəli tam orta məktəbin XI sinif şagirdi Mahir Qurbanlı Yunan-Roma güləşi üzrə yarışda 110 kiloqram çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək bürünc medalın sahibi olub. M.Qurbanlı finlandiyalı rəqibi ilə mübarizədə […]

132-134 nömrəli məktəbin məzunu dünyanın 9 universitetində bakalavr təhsili almaq hüququ qazanıb – FOTO

  Bakının 132-134 nömrəli Təhsil Kompleksinin məzunu Ziya Babayev dünyanın 9 universitetindən dəvət məktubu alaraq bu ali təhsil müəssisələrində bakalavr təhsili almaq hüququ qazanıb. Bu universitetlər arasında İngiltərənin London İmperial Kolleci, Kinqston Universiteti, Mançester Universiteti, Türkiyənin Bahçeşehir Universiteti, Özyeğin Universiteti, Yeditepe Universiteti, Biruni Universiteti, İstinye Universiteti, Sabancı Universiteti yer alıb. Qeyd edək ki, Ziya Babayev […]

Emin Əmrullayev: “Növbəti tədris ilində Füzuli, Şuşa, Laçın və Zabuxda məktəblərimiz fəaliyyətə başlayacaq”

“Növbəti tədris ilində Füzulidə, Şuşada, Laçında və Zabuxda məktəblərimiz fəaliyyətə başlayacaq”. “Report”un yerli bürosu xəbər verir ki, bunu Naxçıvan şəhərindəki Heydər Əliyev adına tam orta məktəbdə keçirilən məzun günündə çıxış edən elm və təhsil naziri Emin Əmrullayev deyib. Nazir bu il həm də fərqli bir tədris ilinin olduğunu söyləyib: “Bu il tədris ilinə Zəngilanda, Ağalı […]

Paytaxt məktəblərində 16 mindən çox şagird təmayül sinifdə təhsil alıb

  Ümumi təhsilin tam orta təhsil səviyyəsində təmayülləşmənin miqyası genişləndirilib. Bu barədə  Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. İdarənin tabeliyindəki 185 məktəbdə təşkil edilən 768 təmayül sinifdə 16 min 14 şagird təhsil alıb. Ümumi təhsildə keyfiyyətin artırılmasına xidmət edən təmayül siniflərə şagirdlərin marağı ilbəil artmaqdadır.

Bakı məktəblərindən məzun olan şagirdlərin sayı açıqlanıb

  2022-2023-cü tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin IX siniflərini 40 min 16, XI siniflərini 26 min 453, XII siniflərini isə (əyani-qiyabi tam orta məktəb və qiyabi sinifləri) 144 nəfər bitirir. Bu barədə Mektebgushesi.az-a BŞTİ-dən məlumat verilib. Bildirilib ki, paytaxtda 45 min 108 nəfər I sinfi başa vurur. Cari […]

Bu gün Azərbaycan məktəblərində “Son zəng” qeyd olunur

  Bu gün Azərbaycanda “Son zəng” günü qeyd edilir. Mektegushesi.az xəbər verir ki, tədbir hər bir ümumi təhsil müəssisəsinin həyətyanı sahəsində, həyətyanı sahəsi olmayan ümumi təhsil müəssisələrinin idman və ya akt zallarında təşkil olunacaq. Bununla bağlı Elm və Təhsil Nazirliyi məktəblərə müvafiq tapşırıqlar verib. “Son zəng” tədbirində valideyn komitələri, valideyn-müəllim assosiasiyaları və ictimaiyyətin nümayəndələri iştirak edə […]

“Müəllimlə bağlı videonun yayılması düşünülmüş hərəkət ola bilər” – EKSPERT  

  İki gündür sosial şəbəkələrdə Xırdalan şəhərindəki 1 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Yaqut Ağamalıyeva ilə bağlı video və fotoşəkillər tirajlanır. IV sinfi bitirən şagirdlərin valideynləri tərəfindən sinif rəhbərinə bahalı zinət əşyaları – qızıl üzük və sırğa hədiyyə olunması müəllimi hədəfə çevirib. Müzakirələrə qoşulanların əksəriyyəti deyirlər ki, müəllim bu hədiyyələri qəbul etməklə həmkarlarının nüfuzunu […]

Türkiyədə keçirilən riyaziyyat yarışmasında Azərbaycan şagirdləri 16 medal qazanıb

Türkiyədə keçirilən riyaziyyat yarışmasında Azərbaycan şagirdləri 16 medal qazanıb. “Report” xəbər verir ki, ölkənin ilk dəfə olaraq qoşulduğu yarışmada Azərbaycanın 35 şagirdi iştirak edib. Türkiyənin İzmir şəhərinin ən böyük məktəbi olan Bornovo Anadolu liseyində təşkil olunan yarışmada şagirdlər uğurla çıxış ediblər. İzmir Ekonomi Univeristetində keçirilən mükafatlandırma mərasimində Azərbaycan şagirdlərindən 16 nəfər müxtəlif medallar qazanıblar. Belə ki, […]

227 nömrəli məktəbdə OCEP layihəsi çərçivəsində tədbir keçirilib 

Dünən Nizami rayonu Keşlə qəsəbəsində yerləşən 227 nömrəli tam orta məktəbdə Milli Olimpiya Komitəsi, həmçinin Elm və Təhsil Nazirliyinin birgə layihəsi olan OCEP proqramı üzrə tədbir keçirilib. Tədbirdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin, Azərbaycan Respublikası Təhsil İnstitunun, Milli Olimpiya Komitəsinin nümayəndələri, YAP Nizami rayon təşkilatının sədri, Braziliya Federativ Respublikasının […]

Dördüncü siniflərdə monitorinq keçirilir

  Bu gün Elm və Təhsil Nazirliyi tərəfindən ölkə üzrə bütün dövlət ümumi təhsil müəssisələrinin 4-cü siniflərində monitorinq keçirilir. Mektebgushesi.az  bildirir ki, monitorinq tədris dili və riyaziyyat fənləri üzrə aparılacaq. Monitorinqin məqsədi şagird nailiyyətlərinin yaxşılaşdırılması, IV sinfin sonunda şagirdlərdə müvafiq standartlar üzrə bilik və bacarıqların hansı səviyyədə formalaşdığının müəyyən edilməsi və ibtidai təhsil səviyyəsində keyfiyyətin […]

Nobel İrsi Fondunun paytaxt məktəbi ilə birgə tədbiri keçirilib

Bakı şəhəri 56 nömrəli tam orta məktəb və Bakı Nobel İrsi Fondunun birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Sən elə bir zirvəsən” adlı “Açıq dərs” keçirilib. “Açıq dərs” VIII və IX sinif şagirdlərinin iştirakı ilə İngilis dili fənni üzrə təşkil olunub. Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) […]

247 nömrəli tam orta məktəbdə “Milli-mənəvi dəyərlərimiz milli kimliyimizdir” adlı ədəbi-bədii tədbir keçirilib

Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Milli-mənəvi dəyərlərimiz milli kimliyimizdir” adlı ədəbi-bədii tədbir keçirilib. Bakı şəhəri 247 nömrəli tam orta məktəbdə keçirilən tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) Təhsilin keyfiyyətinə nəzarət sektorunun müdiri Anar Mustafazadə, Nəsimi Rayon İcra Hakimiyyəti başçısının müavini Gülarə Verdiyeva, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Nəsimi […]

Paytaxtda məktəblilərlə görüş keçirilib  

Bakı şəhəri 327 nömrəli tam orta məktəbdə şagirdlərlə görüş keçirilib. Görüşdə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, Suraxanı Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Əziz Əzizov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) Təhsilin Keyfiyyətinə nəzarət sektorunun müdiri Anar Mustafazadə, IX-XI sinif şagirdləri iştirak ediblər. Görüş zamanı M.Abbaszadə şagirdlərə buraxılış imtahanları, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul barədə ətraflı […]

İyunun 10-da dördüncü siniflərdə monitorinq keçiriləcək

  İyunun 10-da Elm və Təhsil Nazirliyi tərəfindən ölkə üzrə bütün dövlət ümumi təhsil müəssisələrinin 4-cü siniflərində monitorinq təşkil olunacaq. Nazirlikdən  bildirilib ki, monitorinq tədris dili və riyaziyyat fənləri üzrə aparılacaq. Monitorinqin məqsədi şagird nailiyyətlərinin yaxşılaşdırılması, IV sinfin sonunda şagirdlərdə müvafiq standartlar üzrə bilik və bacarıqların hansı səviyyədə formalaşdığının müəyyən edilməsi və ibtidai təhsil səviyyəsində […]

BŞTİ-nin tabeliyindəki məktəblərin buraxılış siniflərini 66 613 şagird bitirir

2022-2023-cü tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin IX siniflərini 40 016, XI siniflərini 26 453, XII siniflərini isə (əyani-qiyabi tam orta məktəb və qiyabi sinifləri) 144 nəfər bitirir. Paytaxtda 45 108 nəfər I sinfi başa vurur. Cari tədris ilində BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərində 482 132 şagird təhsil alır. BŞTİ-nin […]