Mektebgushesi

“Sabahın alimləri” XIII Respublika Müsabiqəsinin final mərhələsinin II günü – Fotolent

Aprelin 18-də  “Sabahın alimləri” XIII Respublika Müsabiqəsinin final mərhələsinin ikinci günü davam edir. Final mərhələsində riyaziyyat, fizika və astronomiya, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya və ətraf mühitin idarə olunması, mühəndislik, kompüter elmləri üzrə 113  elmi-tədqiqat layihəsi iştirak hüququ qazanıb. Qaliblər sırasından seçilən məktəblilər ABŞ-də keçirilən sərgidə ölkəmizi təmsil edəcəklər.

Məktəblilərin STEAM İnnovasiya Mərkəzinə ekskursiyaları başa çatıb

Paytaxt məktəblilərinin STEAM İnnovasiya Mərkəzinə ekskursiyaları başa çatıb. STEAM İnnovasiya Mərkəzində məktəblilər aviasiya məkanı, klassik Nyuton, uşaqlar üçün Nyuton, konfrans, oyun, konstruksiya, “Heureka Classics” otaqları, robotların hazırlanması laboratoriyası, “3D hologram”, VR zonaları ilə tanış olublar. Mərkəzə gələn şagirdlər eksponatlar haqqında məlumatlandırılıb, bələdçilərin köməyi ilə müxtəlif komandalara bölünərək oyunlar oynayıb, əylənib və öyrəniblər. Həmçinin şagirdlər onlara […]

İmtahanda maksimum nəticə göstərən kənd məktəbliləri

    10 mart tarixində keçirilmiş buraxılış imtahanının nəticələri açıqlanıb. Maksimum bal toplayan 39 şagirddən altısı kənd məktəblərində təhsil alanlardır. “Qafqazinfo” xəbər verir ki, onlar öz təəssüratlarını “Azərbaycan müəllimi” ilə bölüşüblər. “Arzusu Bakı Dövlət Universitetinin hüquq fakültəsinə daxil olmaqdır” Sevil Gülməliyeva, Quba rayonu Aşağı Atuc kənd tam orta məktəbin XI sinif şagirdi  Maksimal bal toplayan […]

Naxçıvandan 4 məktəbli ən yüksək nəticə göstərib

Dövlət İmtahan Mərkəzi tərəfindən tam (11 illik) orta təhsil səviyyəsi üzrə 10 mart 2024-cü il tarixində keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən Mektebgushesi.az-a bildirilib ki, imtahan iştirakçıları arasında Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərindən 4 məktəbli Naxçıvan şəhər 1 nömrəli tam orta məktəbin şagirdi Hüseynzadə Hafizə Canpolad qızı, Naxçıvan […]

Doqquz paytaxt məktəblisi maksimum nəticə göstərib -FOTO

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəblərinin 9 şagirdi buraxılış imtahanlarında maksimum nəticə göstəriblər. Belə ki, martın 10-da keçirilmiş buraxılış imtahanlarının (XI sinif üzrə) nəticələrinə əsasən, BŞTİ-nin tabeliyindəki 62 nömrəli məktəb-liseyin şagirdi Rəsul Həsənli, 28 nömrəli tam orta məktəbin şagirdi Ayla Əzimli, 57 nömrəli tam orta məktəbin şagirdi Rəbiyyə Əlizadə, 36 nömrəli […]

Paytaxt üzrə 222 məktəbdə STEAM layihəsi tətbiq edilir

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 222 ümumi təhsil müəssisəsində STEAM layihəsi tətbiq edilir. Layihənin əhatə etdiyi məktəblərdə 4 283 sinif üzrə 117 547  şagird tədrisə cəlb edilib. İl ərzində STEAM layihəsi tətbiq olunan təhsil müəssisələrinin sayının artırılması nəzərdə tutulur. Qeyd edək ki, Elm və Təhsil Nazirliyi tərəfindən reallaşdırılan layihənin məqsədi inkişaf etmiş ölkələrdə müasir […]

Psixoloq vəzifəsinə işə qəbul üzrə müsabiqəyə start verilir

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən tabeliyindəki ümumi təhsil müəssisələrində psixoloq vəzifəsinə işə qəbul üzrə müsabiqə elan edilir. İdarədən Mektebgushesi.az-a verilən məlumata görə, psixoloq vəzifəsi üzrə işə qəbul olmaq istəyən şəxslər 06-22 aprel 2024-cü il tarixlərində https://anket.edu.az/link/265 portalı vasitəsilə qeydiyyatdan keçə bilərlər. Müsabiqə 3 mərhələdən (elektron qeydiyyat, test imtahanı, müsahibə mərhələsi ) ibarətdir. Müvafiq qaydada qeydiyyatdan keçmiş […]

PISA 2025-in sınaq mərhələsi təşkil olunacaq

  May ayında PISA 2025 – Beynəlxalq Şagird Qiymətləndirilməsi Tədqiqatının sınaq mərhələsi təşkil olunacaq. Bu barədə Elm və Təhsil Nazirliyindən Mektebgushesi.az-a xəbər verilib. Bildirilib ki, PISA ümumi təhsil müəssisələri üzrə 15 yaşlı şagirdlərin oxu, riyaziyyat, təbiət elmləri və yaradıcı düşünmə üzrə bilik, bacarıqlarını qiymətləndirmək, eyni zamanda onları real həyatda tətbiq etmək qabiliyyətlərini müəyyənləşdirmək məqsədilə İqtisadi […]

Azərbaycanda yeni özəl məktəb “SABAH.school” fəaliyyətə başlayıb

Azərbaycanda yeni nəsil özəl məktəb olan “SABAH.school” fəaliyyətə başlayıb. İnnovativ təhsil metodologiyası və unikal tədris imkanları ilə fərqlənən “SABAH.school”, 2024-2025 tədris ili üçün şagird qəbuluna start verib. “SABAH.school” innovativ özəl məktəbdir. Məktəb, müasir texnologiyanı təhsilə inteqrasiya edərək şagirdlərdə innovasiya və texnologiyayönümlü bacarıqların inkişafını hədəfləyir. Məktəbin missiyası, güclü liderlərdən ibarət şagirdlər yetişdirərək, onların davamlı inkişafını təmin […]

Şagirdlər arasında “Nə? Harada? Nə zaman?” oyunu üzrə respublika çempionatı təşkil olunub

Şagirdlər arasında “Nə? Harada? Nə zaman?” oyunu üzrə respublika çempionatı təşkil olunub. Bu barədə Elm və Təhsil Nazirliyindən Mektebgushesi.az-a xəbər verilib. Bildirilib ki, çempionat Elm və Təhsil Nazirliyinin təşkilatçılığı, Kapital Bankın dəstəyi ilə “Təhsil oyunları platforması” layihəsi çərçivəsində VI-IX və X-XI sinif şagirdləri arasında keçirilib. İkimərhələli çempionatın onlayn keçirilən seçim oyununda respublika üzrə 450-yə yaxın […]

Nəğməkar şair məktəblilərlə görüşəcək

“Məktəbdə…” layihəsinin növbəti görüşü keçiriləcək. Görüş aprelin 3-də paytaxtdakı 239 nömrəli tam orta məktəbdə baş tutacaq. Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən reallaşdırılan layihənin budəfəki qonağı şair, Əməkdar incəsənət xadimi Baba Vəziroğlu olacaq. Görüşdə məktəb və müəllimin insan həyatındakı rolu, mənəvi-əxlaqi dəyərlərə hörmət, uşaqlarda özünəinam və özünüinkişaf xüsusiyyətlərinin formalaşdırılması, müəllim-şagird münasibətləri, yeniyetmə və gənclərdə ictimai […]

Məktəblilər beynəlxalq olimpiadada uğur qazanıblar

  Azərbaycan məktəbliləri Şərqin böyük mütəfəkkiri və şairi Məhtimqulu Fəraqinin 300 illiyi münasibətilə Türkmənistanın Arxadağ şəhərində keçirilmiş riyaziyyat olimpiadasında uğur qazanıblar. Təhsil İnstitutundan Mektebgushesi.az-a bildirilib ki, Gəncə şəhər Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 5 şagirdi də iştirakçılar sırasında olub. Onlardan 8-ci sinif şagirdi Elvira Quliyeva və 7-ci sinif şagirdi Sübhan Muxtarlı olimpiadada bürünc medal […]

Astara rayonu Sərək kənd tam orta məktəbi binasının tikintisinə start verilib

Astara rayonu Yalçın Nəsirov adına Sərək kənd tam orta məktəbi binasının tikinti işlərinə start verilib. Bu barədə Lənkəran-Astara Regional Təhsil İdarəsindən məlumat verilib. Belə ki, köhnə məktəb binası cari ilin yanvar ayında sökülüb və yeni binanın inşasına artıq başlanılıb. Məktəbin 2024-25-ci tədris ilinin başlanğıcına qədər hazır olacağı gözlənilir. Qeyd edək ki, Sərək kənd məktəbinin şagirdləri […]

Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri müsabiqələr üzrə uğur qazanan şagirdlərlə görüş keçirib

Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva 2023-2024-cü tədris ilində müxtəlif müsabiqələr üzrə uğur qazanan şagirdlərlə görüş keçirib. Regional idarədən  Mektebgushesi.az -a verilən məlumata görə, robot texnika, İT və digər innovativ müsabiqələrdə uğur qazanmış Sumqayıt və Abşeron məktəbliləri İdarə müdiri ilə birlikdə Saray qəsəbə 2 nömrəli tam orta məktəbdə mövcud STEAM Mərkəzi ilə yaxından tanış […]

Məktəbəhazırlıq qruplarında şagirdlərin yerdəyişmə prosesi dayandırılacaq

  Aprelin 3-ü saat 17:00-da ümumi təhsil müəssisələrində fəaliyyət göstərən məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların yerdəyişməsi prosesi dayandırılacaq. Bu barədə Mektebgushesi.az -a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, mayın 18-19-da ölkə üzrə IV və VI siniflərdə təhsilalanların nailiyyətlərinin qiymətləndirilməsi məqsədilə monitorinqlər təşkil ediləcək. Monitorinqə hazırlıq prosesi zamanı şagird yerdəyişməsi hallarının […]