Mektebgushesi

Məleykə Abbaszadə: “Qəbul imtahanlarının onlayn keçirilməsi mümkün deyil”

“Sentyabrdan onlayn sınaq imtahanları keçiriləcək” Mektebgushesi.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə keçirdiyi onlayn brifinqdə deyib. Onun sözlərinə görə, belə kütləvi imtahanın bir gündə keçirmək qeyri-mümkündür: “Qəbul imtahanları xüsusi bir yer üçün imtahan deyil ki, orada adam sayı az ola və onlayn keçirilə. Belə kütləvi imtahanın keçirilməsi üçün gərək dəfələrlə ölkəni […]

Bakı Dövlət Universitetində yeni layihə: “Zərdabi” Media Könüllüləri

Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsi Azərbaycan Milli Mətbuatının 145 illik yubileyi münasibətilə “Zərdabi” Media Könüllüləri layihəsini reallaşdıracaq. BDU-dan  Mektebgushesi/az -a bildirilib ki, layihə Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında 2020-ci ilin “Könüllülər ili” elan edilməsi haqqında Sərəncamı və Parlament Jurnalistləri Birliyinin (PJB) yubileylə əlaqədar start verdiyi işlər planı çərçivəsində həyata keçiriləcəkdir. PJB-nin təşəbbüsü ilə yaradılacaq […]

İmtahanlarda istifadə olunan açıq tipli tapşırıqların nəticələri 3 həftə ərzində açıqlanacaq

11-ci sinif üzrə buraxılış imtahanlarında istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin 3 həftə ərzində elan olunması nəzərdə tutulur. Qeyd edək ki, DİM tərəfindən iyunun 10-da və 11-də keçirilmiş 9-cu sinif buraxılış, 9 illik təhsil bazasında kolleclərə qəbul, 9 və 11 illik təhsil səviyyələri üzrə Azərbaycan dili (dövlət dili kimi) imtahanlarının […]

Koronavirusla bağlı SON STATİSTİKA

Dünyada 6 850 597 nəfərdə koronavirus aşkarlanıb. Bu barədə Oxu.Az-ın onlayn statistikasında qeyd olunur. Virusdan ölənlər 398 244, sağalanlar isə 3 351 249 nəfər təşkil edir. Koronavirusun ən çox yayıldığı qitə Şimali Amerika (2 228 972 nəfər), ölkə ABŞ-dır (1 965 708 nəfər). Virusa yoluxma sayına görə ölkələr arasında 10-cu sırada olan sərhəd qonşumuz Türkiyədə 168 340, 11-ci yerdə […]

Azərbaycanda koronavirusla bağlı son rəqəmlər açıqlandı

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı mayın 30-a olan statistik göstəriciləri açıqlayıb. Məlumatda bu gün ərzində ölkədə koronavirusla bağlı 4 661 test edildiyi bildirilib. Qeyd olunub ki, yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ümumilikdə 294 264 test aparılıb. Aktiv xəstə sayı 1858 nəfərdir. 82 nəfər reanimasiyada, 15 nəfər süni tənəffüs cihazındadır.

Koronavirusla bağlı son STATİSTİKA

Dünyada 6 160 295 nəfər koronavirusa yoluxub. Mektebgushesi.az xəbər verir ki, bu barədə Oxu.Az-ın onlayn statistikasında qeyd edilir. Virusa yoluxanlardan 371 006 nəfəri ölüb, 2 738 284 nəfəri isə sağalıb. Ölkələr arasında koronavirusa ən çox yoluxma (1 816 820 nəfər), ölüm (105 557 nəfər) və sağalma (535 238 nəfər) ABŞ-da qeydə alınıb. Braziliya 499 966 yoluxma sayı ilə ikinci, […]

“Dərs vaxtı”nın mayın 26-sı üçün nəzərdə tutulan cədvəli müəyyənləşib

“Mədəniyyət” və “ARB Günəş” kanallarında yayımlanan “Dərs vaxtı” verilişinin mayın 26-sı üçün nəzərdə tutulan cədvəli müəyyənləşib. “Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş dərsləri Təhsil Nazirliyinin rəsmi “YouTube” (https://www.youtube.com/playlist) kanalı ilə yanaşı, “Facebook” səhifəsindən, eyni zamanda, “Təhsil” televiziyasının “Facebook” səhifəsindən, həmçinin nazirliyin videodərslər portalından (https://video.edu.az/) izləmək imkanı əldə edə bilərlər. Qeyd edək ki, martın 11-dən […]

Ali təhsil müəssisələrinə və kolleclərə ərizə qəbulu davam edir

Bu gün saat 09:40-a olan məlumata əsasən 63616 abituriyent elektron ərizəsini təsdiq edib. Məlum olduğu kimi, mayın 12-dən etibarən ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə qəbuluna start verilib. Mektebgushesi.az xəbər verir ki, abituriyentlərin ərizələrinin qəbulu artıq 13-cü ildir ki, elektron formada Dövlət İmtahan Mərkəzinin saytı vasitəsilə aparılır. 23 may […]

Təhsil Nazirliyindən növbəti xeyriyyə aksiyası

Mayın 16-da Təhsil Nazirliyinin əməkdaşları Bakı şəhəri Nəsimi rayonunda yerləşən 156 və 146 nömrəli uşaq bağçalarında məskunlaşmış 32 məcburi köçkün ailəsinə ərzaq yardımı edib. Əlavə olaraq isə daha 8 aztəminatlı ailəyə də yardım paylanılıb. Yardım aksiyasının məqsədi pandemiya dövründə yaşayışında çətinlik yaranmış, ehtiyacı olan insanlara dəstək göstərməkdir. Yardım aksiyası davam etdirilir.

Abituriyentlərin sənəd qəbulu davam edir – 12 mindən çox abituriyent qeydiyyatdan keçib

Ali təhsil müəssisələrinə qəbul olmaq üçün abituriyentlərin mayın 12-dən başlanan sənəd qəbulu davam edir.  AzEdu.az  xəbər verir ki, Dövlət İmtahan Mərkəzindən  bildirilib ki, abituriyentlərin sənəd qəbulu onlayn şəkildə iyunun 5-dək aparılacaq. Bu gün saat 16:25-ə olan məlumata görə, I-IV ixtisas qrupları üzrə 12 min 116 abituriyent qeydiyyatdan keçib. Xatırladaq ki, qəbul imtahanlarının iyulun 20-dən sonra […]

Avropa alimləri koronavirusa qalib gələn anticisimlər yaratdılar

Avropada alimlər laboratoriya təcrübələri çərçivəsində 47D11 kimi tanınan anticisimlər yaradıblar. “Nature Communications” jurnalında dərc olunan araşdırmada bildirilir ki, bu anticisimlər nəinki COVID-19-a, hətta SARS-a da qalib gələ bilir. Alimlər insanın immun hüceyrələrini istehsal edən zülallar sintez edə biliblər. Belə antikorlar müəyyən patogenoin yerini tanıyır və ona təsir göstərir. Utrext Universitetində niderlandlı və alman alimlər tərəfindən […]

Cəsarət Valehov: Təhsil Nazirliyi canlı yayımda sualları cavablandıracaq

“Təhsil Nazirliyinin facebook səhifəsi üzərindən zoom platformasında canlı yayımımız olacaq”. Mektebgushesi.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib. O, təhsil sahəsi ilə bağlı əsas mövzulara canlı yayım vasitəsi ilə aydınlıq gətiriləcəyini deyib. “Teledərs və virtual dərs arasında əlaqəni təmin etmək məqsədilə müəllimlər, məktəb rəhbərliyi  və şagirdlərin diqqət yetirməli olduqları məqamlara dair Təhsil Nazirliyi yeni […]

Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzinin birgə məlumatı

Məlum olduğu kimi, AR Nazirlər Kabinetinin 01 may 2020-ci il tarixli sərəncamına əsasən, Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə 2020-ci il mayın 4-dən mayın 31-dək Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılıb. Bu qərara uyğun olaraq Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzi ümumtəhsil müəssisələrində […]

Məktəblərin açılması ücün “Yol xəritəsi” hazırlanıb

YUNESKO, YUNİSEF, Ümumdünya Ərzaq Proqramı və Dünya Bankı bütün dünyada, təxminən 1,3 milyard  şagirdin təhsildən kənarda qalmasına səbəb olan  koronavirus pandemiyası nəticəsində bağlanmış məktəblərin   təhlükəsiz şəkildə yenidən açılması üçün  “Yol xəritəsi” hazırlayıb.  Təlimatda qeyd olunur ki, COVID-19 pandemiyasına cavab olaraq dünyanın hər yerində təhsil müəssisələrinin  bağlanması  uşaqların, xüsusilə də təhsil, səhiyyə, təhlükəsizlik və qidalanma baxımından […]

Alimlər Yupiterdən 3 dəfə böyük planet tapdı

Astronomlar kainatda kütləsi Yupiterin kütləsindən üç dəfə çox olan nəhəng planet tapıblar. Açılışı Havay Universitetinin Astronomiya İnstitutunun başçılıq etdiyi alimlər komandası edib. “Qafqazinfo” bildirir ki, bu barədə “The Astronomical Journal”da dərc edilən məqalədə deyilir. Astronomların hesablamalarına görə, onların Kepler-88 d adlandırdığı planet Yerdən 1243 işıq ili uzaqlıqda olan Kepler-88 sistemində yerləşir. Alimlər altı ildir ki, Kek […]