Mektebgushesi

Tələbələr üçün böyük dəyər – Universitetin öz TV-si olacaq

Gənclik cəmiyyətin aparıcı qüvvəsidir. Eyni zamanda daim axtarışda olan, yeniliyi sevən bir qüvvədir. Hər bir dövlətin əsas missiyası gələcəyini etibar edəcəyi nəsil formalaşdırmaqdır. Bu gün Azərbaycan gənclərinin müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında böyük addımlar atılır. 2017-ci il sentyabrın 15-də Respublikamızın Prezidenti İlham Əliyev cənablarının sərəncamı ilə növbəti “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” […]

Fidan Yusifova: Azərbaycan İlahiyyat İnstitutunda bu il ilk dəfə doktoranturaya qəbul həyata keçiriləcək

Mektebgushesi.az Azərbaycan İlahiyyat İnstitutunun Magistratura və doktorantura şöbəsinin müdiri Fidan Yusifovanın müsahibəsini təqdim edir. Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) Azərbaycan Respublikası Prezidentinin 09 fevral 2018-ci il tarixli Sərəncamına əsasən, Dini Qurumlarla İş özrə Dövlət Komitəsinin tabeliyində yaradılmışdır. Bakı Dövlət Universitetinin tərkibində yuxarıda göstərilən tarixədək fəaliyyət göstərən İlahiyyat fakültəsi ölkə başçısının qərarı ilə yeni yaradılan Azərbaycan İlahiyyat […]

Gənclər Fondu tərəfindən əlilliyi olan gənclərin təhsil haqlarının ödənilməsi yeni imkanlar yaradır

Gənclər Fondu Azərbaycan Respublikasının Prezidentinin müvafiq göstərişinə əsasən həyata keçirilən “sosial müdafiəyə xüsusi ehtiyacı olan istedadlı tələbələrin təhsil xərclərinin maliyyələşdirilməsi” üzrə növbəti Müsabiqənin nəticələrini elan edib.Nəticələrə əsasən ali və orta-ixtisas təhsili alan 425 gəncin təhsil haqqı xərcləri (tam və ya qismən) Gənclər Fondu tərəfindən qarşılanacaqdır. Keyfiyyətli təhsilin gənclər üçün əlçatanlığının artırılması və savadlı, dövlətinə, milli-mənəvi […]

Elçin Babayev: Əminəm ki, tələbələrimiz Azərbaycanı siyasi, mədəni, elmi arenalarda layiqincə təmsil edəcəklər

Builki “Bilik günü” Bakı Dövlət Universiteti (BDU) üçün xüsusilə əlamətdardır. Çünki 2019-2020-ci tədris ilində universitetimiz həm 100 illiyini, həm də “Bilik günü”nü qeyd edir. Bu fikri AZƏRTAC-a müsahibəsində Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev deyib. O bildirib ki, BDU-nun tələbəsi adını qazananların qurur duymağa haqları var. Çünki onlar 100 illiyini qeyd edən, ümummilli lider Heydər Əliyevin […]

Rəşad Azadlı: “Hədəf qoymuşdum ki, Bakı Ali Neft Məktəbinin tələbəsi olum”

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən imzalanmış Sərəncama əsasən, 2019/2020-ci tədris ilində tələbə qəbulu imtahanlarında I ixtisas qrupu üzrə ən yüksək nəticələr göstərmiş və Bakı Ali Neft Məktəbinə (BANM) daxil olmuş 23 Prezident təqaüdçüsündən biri də Rəşad Azadlıdır. Rəşad 679,3 bal toplayaraq Bakı Ali Neft Məktəbinin “Neft-qaz mühəndisliyi” ixtisasına qəbul olub. O, 2002-ci ildə Kürdəmir […]

Gürcüstanda yaşayan 25 yaşlı azərbaycanlı məktəb direktoru: “Direktor vəzifəsinə imtahansız, lakin müsabiqə yolu ilə təyin olunmuşam”

Gürcüstanda fəaliyyət göstərən Azərbaycandilli məktəblər arasında ən gənc direktor Qardabani rayonunun Qaracalar kənd məktəbinin direktoru, 1992-ci il təvəllüdlü Məhəmməd Xəlilovdur. O, 2017-ci ildə, 25 yaşında təhsil müəssisəsinə direktor təyin olunub. Mektebgushesi.az “Report”a istinadən 27 yaşlı direktorun müsahibəsini təqdim edir: – Necə oldu ki, Qaracalar məktəbinə direktor təyin olundunuz? – Direktor vəzifəsinə imtahansız, lakin müsabiqə yolu ilə təyin olunmuşam. O […]

İvan Kanevski: İnanıram ki, ADA Universitetində seçdiyim ixtisas üzrə mükəmməl təhsil alacağam

Mən Azərbaycanı, ADA Universitetini tam təsadüfən, imtahan nəticələrimə uyğun olaraq seçmişdim. Bir həftədir ki, ADA Universitetində tələbə olaraq dərslərə başlamışam. ADA Universitetini seçməklə düzgün qərar verdiyimə əminəm. Bu fikri AZƏRTAC-a müsahibəsində ADA Universitetinin ukraynalı tələbəsi İvan Kanevski söyləyib. O bildirib ki, universitetdə keçirdiyi qısa zamanda buradakı təhsilin üstünlüklərinin fərqinə varıb. “ADA Universitetində təhsil beynəlxalq standartlara uyğun […]

Prezident təqaüdçüsü Nəzrin Məmmədova: İnsan çalışmaqla arzularını gerçəkləşdirə bilər

Arzum Bakı Dövlət Universitetinin hüquq fakültəsinə qəbul olunmaq idi. Bu il istəyimə nail oldum. Buna görə çox sevinirəm. Düşünürəm ki, insan, həqiqətən də, çalışmaqla öz arzularını gerçəkləşdirə bilər. Bu fikirləri Bakı Dövlət Universitetinin I kurs tələbəsi, Prezident təqaüdçüsü Nəzrin Məmmədova AZƏRTAC-a müsahibəsində deyib. O, 2018-2019-cu tədris ilində akademik Zərifə Əliyeva adına Liseyi qızıl medalla bitirib. O, […]

Rəşad Tağıyev: Prezident təqaüdü şagirdlər arasında sağlam rəqabətin formalaşmasına stimul yaradır

Tələbə adını qazanan məzunlarımızın Prezident təqaüdünə layiq görülməsi şagirdlər üçün stimuldur. Mektebgushesi.az xəbər verir ki, bunu AZƏRTAC-a açıqlamasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Rəşad Tağıyev deyib. O qeyd edib ki, tədris ili ərzində şagirdlər arasında müxtəlif müsabiqələr, bilik yarışları keçirilir. Bütün bu proseslərin yekunu buraxılış və ali məktəblərə qəbul imtahanlarıdır. 2019-2020-ci tədris ilində Bakı Şəhəri üzrə […]

Azər Musayev: Qazandığım uğurlar ölkəmizdə təhsilə göstərilən diqqətin bəhrəsidir

Bu il mənim üçün çox uğurlu olub. Belə ki, yüksək balla ali məktəbə – Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına (DİA) qəbul olunmuşam və Prezident təqaüdünə layiq görülmüşəm. Qazandığım uğurlar ölkəmizdə təhsilə göstərilən diqqətin bəhrəsidir. Bu fikirləri DİA-nın I kurs tələbəsi, Prezident təqaüdçüsü Azər Musayev AZƏRTAC-a müsahibəsində söyləyib. Azər Musayev Masallı rayon Həsənli kənd tam […]

Emin Əliyev: Azərbaycan gəncliyinə göstərilən bu diqqət güclü mənəvi dəstəkdir

Prezident İlham Əliyevin 9 sentyabr tarixli Sərəncamına əsasən 2019/2020-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrdən Emin Əliyev Prezident təqaüdünə layiq görülüb. AZƏRTAC xəbər verir ki, Emin Əliyev Dövlət İmtahan Mərkəzinin imtahanlarında 689 bal toplayaraq ADA Universitetinin informasiya texnologiyaları və mühəndislik fakültəsinin tələbəsi adını qazanıb. Emin Biləsuvar rayonunu təmsil edir. O bildirib ki, Azərbaycan […]

Şəfəq Şahməmmədova: “Azərbaycan Dillər Universitetinə maraq ildən ilə artmaqdadır”

Mektebgushesi.az Azərbaycan Dillər Universitetinin Tədris şöbəsinin müdiri Şəfəq Şahməmmədova ilə müsahibəni təqdim edir. – Bu il Azərbaycan Dillər Universitetinə abituriyentlərin qəbul səviyyəsini və qəbul göstəricisini necə qiymətləndirmək olar? – 2019/2020-ci tədris ilinə bakalavriat səviyyəsi üzrə 1605, magistratura səviyyəsi üzrə 333 plan yeri nəzərdə tutulmuşdur. Tələbə qeydiyyatının nəticələrini nəzərə alaraq, deyə bilərəm ki, qəbul planı 95% […]

“Məqsədim özümün və atamın arzuların gerçəkləşdirməkdir” – Əməkdar jurnalistin Türkiyədə oxuyacaq qızı

Bu il  keçirilmiş qəbul imtahanlarında tələbə adını qazananlar arasında xeyli jurnalist övladı da var. Kimisi yerli, kimisi də xarici universitetlərin tələbəsi olmaq şansını qazanıb. Mektebgushesi.az xəbər verir ki, Modern.az saytı ali məktəblərə qəbul olmuş jurnalist övladları ilə  müsahibələrə davam etdirir. Bu dəfəki həmsöhbət Əməkdar jurnalist, “Yeni Azərbaycan” qəzetinin şöbə redaktoru  Nadir İsmayılovun qızı Şəmsiyə İsmayıllıdır. […]

Bakı Tikiş Evinin şöbə rəisi: “İnsanları qorxutdular ki, bu il məktəbli formaları dəyişəcək”

“Məktəbli formasının qiymətlərində heç bir dəyişiklik yoxdur və qiymət artımı da nəzərdə tutulmayıb”. Mektebgushesi.az xəbər verir ki, bunu “Report”a açıqlamasında Bakı Tikiş Evinin (BTE) satış şöbəsinin rəisi Etibar Əzimov deyib. Şöbə rəisi bildirib ki, I-VI siniflər üçün nəzərdə tutulan 26-44 ölçülü məktəbli formalarının qiyməti 40 manat, yuxarı ölçülər isə 46 manat təşkil edir: “Bakı Tikiş Evində […]

İstanbulda yaşayan azərbaycanlı rejissor

Dünya yaşamağa məhkum olanların müvəqqəti qərar tutduğu bir məkandır. Hər kəs var olduğunu sübut etməyə səy göstərir. Necə deyərlər, hamının başı xoş güzəran sürmək üçün mücadiləyə qarışıb. Yalnız haradan gəlib, harada olduğunu, haraya gedəcəyini bilənlər bu məkanda xoş güzərandan daha çox axirətə əliboş getməməyə çalışır… Qəribə davranışı, özəl mədəniyyəti, nadir təfəkkürü ilə seçilir. “Allah” sözü […]