Mektebgushesi

52 yaşında tələbə olan qadın – “Uşaqlıq arzum idi”

  Bu il Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə qəbul olunan 52 yaşlı Sevda Hüseynzadə ilə bağlı xəbər sosial şəbəkələrdə maraqla qarşılanıb. O, əvvəllər də ali məktəbə qəbul imtahanında iştirak etsə də, ilk dəfə uğur qazana bilib.  “Qafqazinfo”ya açıqlama verən S. Hüseynzadə deyib ki, uşaqlıqdan jurnalist olmaq istəyib: “Bu mənim ilk ali təhsilimdir. Bakı Dövlət Universitetinin […]

Mehriban Vəliyeva: Ölkənin iqtisadi, sosial-ictimai həyatında baş verən dəyişikliklər təhsilə birbaşa təsir edir

Yeni dərs ilinə nikbin əhvali-ruhiyyə ilə… Yeni dərs ili ərəfəsində ötən dərs ilinə bir daha nəzər salınır, uğurlar, həllini gözləyən məsələlər təhlil olunur, perspektivlər və hədəflər dəqiqləşdirilir. Bu, inkişafın davamlılığı, problemlərin açıq müzakirəsi, gələcək fəaliyyətin konseptual cəhətdən müəyyənləşdirilməsi baxımından əhəmiyyətlidir. Bütün bu məsələlər ənənəvi sentyabr konfransında təhsil ictimaiyyəti nümayəndələri ilə birgə təhlil edilir, qarşıda duran […]

Dövlət Proqramı ilə Edinburq Universitetinə qəbul olan BDU məzunu: “Ölkəmi xaricdə təmsil etmək əvəzsiz duyğudur”

Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin məzunu Nihad Abbas “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Edinburq Universitetinə Dövlət idarəetməsi ixtisası üzrə qəbul olub.   Nihad qəbul ilə bağlı sevincini bizimlə bölüşüb: –    Nihad, bizə özün […]

Dövlət Proqramı ilə Birləşmiş Krallığın Warwick Universitetinə qəbul olan BDU məzunu: “Ölkəmizə faydalı kadr kimi yetişmək istəyirəm”

Gözlərində əldə etdiyi nailiyyətin sevinci var. Seçdiyi sahəni çox sevir və ölkəsinə daha çox fayda vermək istəyir. O, Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsinin məzunu, “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Warwick Universitetinə Polimerlər kimyası ixtisası üzrə qəbul […]

Masallıdan “Harvard”a uzanan yol: “Ailəm məni hər mövzuda dəstəkləyir” – FOTO

  Ailədə elə şərait yaradılmalıdır ki, uşaq özü oxumağa həvəs göstərsin. Əgər uşaq valideynlərin münasibətinə qiymət verirsə, yaxınlarının məhəbbətini və qayğısını hiss edirsə, başa düşəcək ki, dərsə ciddi yanaşma onlar üçün vacibdir. Elə Nərgiz Məmmədovanı uğura aparan yolda ən böyük dəstəkçisi də məhz ailəsi olub. Mektebgushesi.az  “Kaspi” qəzetinin Nərgiz Məmmədova ilə olan müsahibəsini təqdim edir: […]

ADPU-nun prorektoru təhsil strategiyası ilə bağlı fikirlərini bölüşüb

Azərbaycan Dövlət Pedaqoji Universitetinin tədris işləri üzrə prorektoru, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Eldar Aslanov “Azedu.az” təhsil platformasına müsahibə verib. Müsahibədə prorektor universitetin təhsil strategiyası, qlobal çağırışlarla bağlı həyata keçirilən tədbirlər, eləcə də ölkənin elm və təhsil həyatında reallaşan islahatlar barədə öz fikirlərini bölüşüb. Müsahibəni sizlərə təqdim edirik: – Azərbaycan Dövlət Pedaqoji Universitetinin dünəni […]

“Dayanıqlı gələcək. Heç kəsi geridə qoymayaq” – Professor Gülçöhrə Məmmədova Ümumdünya Memarlar Konqresindən danışdı

  2-6 iyul tarixində Danimarkanın paytaxtı Kopenhagen şəhərində Beynəlxalq Memarlar İttifaqının təşkilatçılığı ilə Ümumdünya Memarlar Konqresi keçirildi. Konqresdə Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektoru professor Gülçöhrə Məmmədova, AzMİU-nun Memarlıq layihələndirilməsi və şəhərsalma kafedrasının müdiri professor Elbay Qasımzadə, İtaliya-Azərbaycan Dizayn Mərkəzinin direktoru Fərid Kərimov, Memarlıq konstruksiyaları və abidələrin bərpası kafedrasının baş müəllimi Aliya Əliyeva, Memarlıq […]

Memarlıq və velosiped: Bakıdan Kopenhagenə baxış – MÜSAHİBƏ

  Bir neçə gün öncə Danimarkanın Kopenhagen şəhərində Beynəlxalq Memarlar İttifaqının (BMİ) təşkilatçılığı ilə Ümumdünya Memarlar Konqresi keçirilib. Konqresdə ölkəmizi Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektoru professor Gülçöhrə Məmmədova, AzMİU-nun Memarlıq layihələndirilməsi və şəhərsalma kafedrasının müdiri professor Elbay Qasımzadə, İtaliya-Azərbaycan Dizayn Mərkəzinin direktoru Fərid Kərimov, AzMİU-nun Memarlıq konstruksiyaları və abidələrin bərpası kafedrasının baş müəllimi […]

Azərbaycanın silah mühəndisləri yetişdirən yeganə universiteti: Azərbaycan Texniki Universiteti

  Azərbaycanda müdafiə sənayesinin inkişafı üçün mühəndis kadrlarının hazırlığını Azərbaycan Texniki Universiteti (AzTU) həyata keçirir. Universitetin silah və silah sistemləri mühəndisliyi ixtisası sırf atıcı, artilleriya sistemlərinin və aerokosmik qurğuların layihələndirilməsi, istehsal texnologiyası və sınaqdan keçirilməsi üzrə mühəndis kadrlar hazırlayır. Xüsusi texnika və texnologiya fakültəsinin tərkibində olan digər ixtisaslardan fərqli olaraq, Silah və silah sistemləri mühəndisliyi […]

AzMİU-nun 52 yaşlı məzunu: “Müəyyən ailəvi problemlər yaşandı”

  “Mənim hər zaman arzum olub ki, ali təhsil alım. Təəssüf ki, gənc yaşlarımda bu arzumu gerçəkləşdirmək nəsib olmamışdı. Ölkə başçısı İlhamı Əliyevin tapşırığı ilə mən Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbəsi oldum. Bu gün isə artıq məzun oldum”. Bu fikirləri Oxu.Az-a müsahibəsində Azərbaycan Memarlıq və İnşaat Universitetinin 52 yaşlı məzunu Eyvazov Niyaz Bayram oğlu deyib. – 52 yaşında […]

Mehriban Vəliyeva: Görülən işlər təhsilin keyfiyyətinin artırılması işinə xidmət edib

Daha bir məsuliyyətli tədris ilini – 2022/2023-cü dərs ilini başa vurduq. Bu münasibətlə müəllim və şagirdləri, valideynləri, xüsusilə də məktəb həyatını başa vuran və müstəqil həyata atılan məzunları təbrik edirəm. İnanıram ki, 11 illik zaman kəsiyində birgə çəkilən zəhmətin bəhrəsini məzunlarımız bundan sonrakı təhsil həyatlarında, gələcək həyat yollarında əldə etdikləri nailiyyətlərdə görəcəklər. 2022-2023-cü tədris ili […]

Kamal Abdulla: “Universitetdaxili siyasətimiz Azərbaycan naminə çalışmaqdır”

Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla ilə müsahibəni təqdim edirik.  – Kamal müəllim, ADU nüfuzlu Beynalxalq QS reytinq cədvəlində tutduğu yerlə Azərbaycan təhsil tarixində ilkə imza atdı. Siz bir neçə dəfə demisiniz ki, bu uğura qane olsaq, deməli, gələcək illərdə fəaliyyətimizdə geriləmə olacaq. Daha böyük işlər görmək, daha vacib addımlar atmaq lazımdır. Perspektiv fəaliyyətdə […]

Nadir Israfilov: “Repetitorlara münasibətdə sanki, labirintə girmişik, çıxa bilmirik…”

Zaman-zaman təhsildə repetitor fəaliyyətin ləğv olunub-olunmaması müzakirələrə səbəb olur. Ötən günlərdə elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında da deyib ki, Azərbaycanda repetitor fəaliyyətinin ləğvi gündəm mövzusu deyil. Bəs, maraqlıdır repetitorluq ləğv olunsa, nə baş verə bilər? Mövzu ilə bağlı Redaktor.az-a danışan təhsil eksperti Nadir İsrafilov bildirdi ki, repetitorluğu ləğv etsək, bu təhsilimiz üçün “bumeranq” effekti yaradacaq. Onun sözərinə […]

Nadir İsrafilov – Azərbaycanda repetitorluq niyə ləğv edilə bilməz?

Təhsil naziri Emin Əmrullayevin “repetitorluq ləğv edilə bilməz” açıqlaması cəmiyyətdə birmənalı qarşılanmayıb. Bir çoxları nazirin bu fikrinin məntiqi izahı olmadığını desə də, əks arqumentlərlə ona haqq qazandıranlar da tapılıb. Nazirin açıqlaması ölkədə repetitorluq fəaliyyətini yenidən gündəmə gətirib. – Nadir bəy, Azərbaycanda repetitorluq hansı zərurətdən yaranmağa başladı? – Sovet dönəmində repetitor anlayışı olmayıb. Azərbaycanın elm, təhsil, […]

“BDU və Akdeniz Universiteti antikor, vaksin və dərmanların hazırlanması sahəsində əməkdaşlıq edə bilər”

  Müsahibimiz BDU-nun tanınmış məzunu, Türkiyənin Akdeniz Universitetinin Molekulyar Biotexnologiya Mərkəzinin rəhbəri, AMEA-nın müxbir üzvi, professor Tərlan Məmmədovdur. Tərlan Məmmədovla son tədqiqat işlərinin nəticələri və BDU ilə Akdeniz Universitetinin Molekulyar Biotexnologiya Mərkəzinin birgə əməkdaşlıq perspektivləri barədə danışdıq. – Tərlan müəllim, son illər müxtəlif xəstəliklərə, o cümlədən koronavirus infeksiyasına qarşı vaksinlərin hazırlanması istiqamətində tədqiqatlar aparırsınız. Hansı […]