Mektebgushesi

Akademik Yaqub Mahmudov: Azərbaycan xalqı faşizmin məğlub edilməsində fəal rol oynayıb

Sovet dönəmində qəsdən cəmiyyətə yalançı tarix təlqin ediblər, ona görə də hazırda Azərbaycan tarixi yenidən araşdırılır. Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunda “Azərbaycanın sovet dövrü tarixi” şöbəsi fəaliyyət göstərir. Elmi müəssisə İkinci Dünya müharibəsinin tarixini yeni səpkidə araşdırır. “Erməni terrorçu-daşnak faşistləri alman faşizminin xidmətində (1939-1945-ci illər)” və “Azərbaycan SSR İkinci Dünya müharibəsində (1939-1945-ci illər)” kitabları […]

Məktəb direktoru: “Fəaliyyətimizin təşkilində Bakı şəhəri üzrə Təhsil İdarəsinin dəstəyini daim hiss edirik.”

Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən mayın birində qəbul olunmuş qərara əsasən bu gündən etibarən Azərbaycandakı mövcud sanitar-epidemioloji vəziyyət, eləcə də Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələri təhlil edilərək xüsusi karantin rejiminin müddəti 31 may 2020-ci il saat 00:00-dək uzadılıb. Eyni zamanda əhali arasında virusa yoluxma sürəti, xəstələrin sağalma dinamikası nəzərə alınaraq, tətbiq edilən bir sıra məhdudiyyətlərin […]

Rəşad Tağıyev: Hər kəs dövlətin gördüyü tədbirlərə dəstək verməlidir

Koronavirus pandemiyası bütün ölkələr və cəmiyyətlər üçün tibbi, sosial, iqtisadi və humanitar baxımdan ciddi sınaq oldu. Təəssüf ki, pandemiya ən inkişaf etmiş ölkələrdə belə gündə yüzlərlə insanın həyatına son qoyur. Qabaqlayıcı və təsirli tədbirlər görülən ölkələrdə pandemiyanın ağır fəsadlarını önləmək mümkün olsa da, hələ də bir sıra ölkələr ağır vəziyyətdən çıxa bilməyib. Xüsusilə qeyd etmək […]

Deputatın bəzi azərbaycanlı tələbələrlə bağlı açıqlaması fikir ayrılığı yaratdı

Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə İşçi Qrupunun rəhbəri Rüfət Quliyevin Ukraynada təhsil alan bəzi azərbaycanlı tələbələrlə bağlı dedikləri fikir ayrılığına səbəb olub. R.Quliyev mövzu ilə əlaqədar mövqeyini yenidən ətraflı şəkildə izah edib. Deputat Oxu.Az-a açıqlamasında deyib ki, 20 ilə yaxın siyasi təcrübəsi var. “Mən həmişə mətbuata verdiyim açıqlamaları izləyirəm, cəmiyyətin fikirlərimə münasibətinin necə olduğunu müəyyənləşdirirəm. Oxu.Az-a müsahibəmdən sonra dostlarım, […]

Nadir Israfilov: “Bu ilki ad günüm, mənim üçün ən yaddaqalan tarix olacaq…”

Bu gün, məni sosial izolyasiyadan çıxardınız, şərəf verdiniz dostlar… “Gənclik nöqteyi-nəzərindən həyat sonsuz bir uzaq gələcək, qocalıq baxımından – çox qısa bir keçmişdir”. Mektebgushesi.az xəbər verir ki, bu sözləri AzEdu.az-a açıqlamasında Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavini, təhsil eksperti Nadir İsrafilov deyib. Nadir  müəllim bu gün 68 yaşına qədəm qoyur. O, doğum günü ilə bağlı xatirlərini bizimlə […]

Rektor Şahin Bayramov: “Əsas hədəfimiz karantin dövründə tədrisin davamlılığını təmin etməkdir”

“MDU-nun həm akademik heyəti, həm də tələbələri çox qısa bir zamanda məsafədən təhsilin fəal iştirakçısına çevrilə bildilər” – Şahin Bayramov Son günlərdə dünyanı bürüyən koronavirus pandemiyası ali təhsil sistemi qarşısında bir sıra təxirəsalınmaz vəzifələr qoydu. Tədris müəssisələrinin bağlanması ilə əlaqədar olaraq universitetlər yaranmış şəraitdə məsafədən təhsilin tətbiqi yolunu seçdi, təhsilin fasiləsizliyinin təmin olunmasını özünün prioritet […]

Akademik İsa Həbibbəyli -“Test sualları dəyişdirilə bilər”

Məlumdur ki, 20 aprel tarixinə qədər ölkə üzrə xüsusi gücləndirilmiş karantin rejimi qüvvədə olacaq. Hələki rəsmi qərar olmasa da, karantin müddətinin uzadılması məsələsi də gündəmdədir. Koronavirus pandemiyası ilə bağlı tətbiq olunan sosial izolyasiya tədbirləri isə ilk olaraq təhsil ocaqlarından başlanıldı. Belə ki, 3 mart tarixindən etibarən ölkə üzrə bütün təhsil ocaqlarında tədris dayandırıldı. Hazırda isə […]

“Koronavirusa qədər artıq UNEC-də distant təhsil infrastrukturu tamamlanmış vəziyyətdə idi”

Elşən Bağırzadə: “Tələbələrin distant dərslərə göstərdiyi maraq məni sevindirdi” Ölkəmizin ali təhsil sistemində innovativ ideyaların ünvanı kimi tanınan  Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) də koronavirus pandemiyasının doğurduğu  çağırışlara adekvat və çevik münasibət göstərərək tədrisin fasiləsizliyinin təmin olunmasında təşəbbüskar universitet vizyonunu ortaya qoyaraq ilk gündən distant təhsilin geniş istifadəsinə start verib. Məsafədən təhsilə  keçid UNEC üçün […]

İlahiyyat İnstitutunda təhsil prosesinin davamlılığını təmin etmək məqsədilə müvafiq tədbirlər həyata keçirilir

Bəşəriyyət artıq aylardır ki, yeni növ koronavirus pandemiyası ilə mübarizə aparır. Çindən başlayan bu infeksiya qısa zamanda dünya ölkələrini çənginə aldı. Həyatını itirən insanların sayı sürətlə çoxalmağa başladı və bütün dövlətləri ciddi addımlar atmağa vadar etdi. Sözügedən bəla, təəssüf ki, ölkəmizdən də yan keçmədi. Bunu Mektebgushesi.az-a müsahibəsində Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rektoru vəzifəsini müvəqqəti icra edən […]

İçtimai Şuranın katibi İlqar Orucov: “Ənənəvi dərsi əvəz edə bilməsə də hazırki vəziyyət üçün teledərslər vacib addımdır”

“Mədəniyyət telekanalında hər gün müxtəlif mövzuların izahı həyata keçirilir. Bu dərslərə ən peşəkar müəllimlər cəlb olunub. Ənənəvi dərsi əvəz edə bilməsə də, hazırki vəziyyət üçün teledərslər vacib addımdır”. Mektebgushesi.az xəbər verir ki, bunu -a açıqlamasında İçtimai Şuranın katibi İlqar Orucov bildirib. Onun sözlərinə görə  Təhsil Nazirliyi qısa zamanda üzərinə düşən vəzifəni layiqincə yerinə yetirdi və […]

Cəsarət Valehov: “Çətin günlər keçəcək, bu söhbətimizi təbəssümlə xatırlayacağıq”

Mektebgushesi.az Modern.az – a istinadən Təhsil Nazirliyinin İctimiyyətlə Əlaqələr sektorunun müdiri Cəsarət Valehovla müsahibəni təqdim edir: – Cəsarət müəllim, #evdəqal çağırışına əməl edə bilirsinizmi? – Əslində, xeyr. Biz işləyirik və özümüzü elə işləyərək qorumağa çalışırıq. #evdəqal indiki vaxtda çox vacib kampaniyadır. Təhsil Nazirliyinin müxtəlif strukturları, əməkdaşları da bu kampaniyaya qoşulublar. Bu kampaniya ilə bağlı yeni bir təşəbbüs də […]

Cavid Cəfərzadə: “Təhsilin keyfiyyətinin yaxşılaşdırılması üçün idarəetmənin yenidən qurulması, insan resurslarının inkişafı və müəllimin nüfuzunun artırılması zəruridir”

Təhsil islahatları gənc təhsil işçisi və eyni zamanda Vətəndaş cəmiyyəti təmsilçisinin gözü ilə. Bu vacib aspektləri nəzərə alaraq təhsil işçisi və “Demokratiyanın və Milli Dəyərlərin Təbliği İctimai Birliyi”nin sədr müavini Cavid Cəfərzadə ilə həmsöhbət olduq. – Təhsil hüququna dövlət təminatı nədir və bu məsələ necə tənzimlənir? – Bəli bütün sahələrə hüququ təminat verilir. O cümlədən […]

“ADA” və “Corc Vaşinqton” arasında əməkdaşlığın yeni inkişaf mərhələsi

Araz Yusubov: “Məzunlar həm “ADA” Universiteti, həm də Corc Vaşinqton Universitetindən magistr dərəcəsi əldə edəcəklər” Məlum olduğu kimi, martın 12-də  “ADA” Universitetinin ABŞ-ın Corc Vaşinqton Universiteti ilə birgə Kompüter elmləri və Data analitikası üzrə yeni magistr proqramının təqdimatı olub.   Bu proqram çərçivəsində Azərbaycanda ilk dəfə olaraq Kompüter elmləri və Data analitikası üzrə elmi dərəcə veriləcək. […]

Mehmet Karaca: “İnanıram ki, Bakı Ali Neft Məktəbi çox tezliklə regionda söz sahibi olacaq”

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımovun dəvəti ilə İstanbul Texnik Universitetinin (İTU) rektoru, professor Mehmet Karacanın rəhbərlik etdiyi nümayəndə heyəti Bakıda səfərdə olub. Səfər çərçivəsində Bakı Ali Neft Məktəbinin rəhbərliyi və professor-müəllim heyəti ilə işgüzar görüşlər keçirilib və nəticədə BANM ilə İTU arasında əməkdaşlığa dair memorandum imzalanıb. İstanbul Texnik Universitetinin rektoru, professor Mehmet […]

Gömrük Akademiyasının rəisi Qulu Novruzov: “Biz gömrük xidməti əməkdaşlarına lazım olan ən zəruri bacarıqları öyrədirik”

Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi Qulu Novruzov Akademiyada gömrük xidməti əməkdaşları üçün təşkil olunan ixtisasartırma təlimlərinin növbəti qrupunun dinləyiciləri ilə görüşdə bildirib ki, təlimlər çox effektivdir. Onun sözlərinə görə, gömrük xidməti əməkdaşlarının vətəndaşlarla ünsiyyəti, münasibəti, etik davranışı, peşə etikası bacarıqları olduqca vacibdir. Qulu Novruzov təlimlərdə gömrük xidməti əməkdaşlarının Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemi (VAİS), gömrük qanunvericiliyi, […]