Mektebgushesi

“Abituriyent” jurnalının xüsusi buraxılışı nəşr olunub

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı üçün “Abituriyent” jurnalının xüsusi buraxılışı nəşr olunub DİM-dən  Mektebgushesi.az-a verilən məlumata görə “Abituriyent” jurnalının xüsusi buraxılışında ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı üçün fənlər üzrə alt standartlar, proqramlar, hər iki mərhələ üzrə tapşırıq nümunələri və qiymətləndirmə meyarları, ümumi orta təhsil səviyyəsində yeni təhsil […]

Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının yaradılması haqqında qərara dəyişiklik edilib

Nazirlər Kabineti “Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının yaradılması haqqında” qərarında dəyişiklik edib. Mektebgushesi.az-ın məlumatına görə, “Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının yaradılması haqqında” Nazirlər Kabinetinin 2018-ci il 20 fevral tarixli qərarı ilə yaradılmış Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının yeni tərkibi aşağıdakı redaksiyada müəyyənləşib: Şuranın sədri Ramiz Mehdiyev – Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, […]

Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

31 yanvar tarixi Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) banisi Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür.  Mektebgushesi.az –ın məlumatına görə, Məhəmməd Əmin Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub. O, ilk təhsilini rus-müsəlman məktəbində, sonra isə Bakı texniki məktəbində alıb. 1902-ci ildə 18 yaşlı M.Ə.Rəsulzadə ilk siyasi təşkilatı “Müsəlman gənclik təşkilatını” qurub. Siyasi fəaliyyətinə görə, […]

Elman Eldaroğlu -Mövludun mübarək, Azərbaycan Respublikasının BANİSİ!

Kim deyir ki, O, vəfat edib- yaşayıb, yaşayır, yaşayacaq da… Kim deyir ki, Ondan öndə bir kimsə var- O, millətin fövqündədir… Kim deyir ki, O, liderdir- liderlər bir-birini əvəz edir. Onu heç kim əvəz edə bilməz… Hər ölkənin qurucusu olur, o da bu ölkənin qurucusudr… O, odur- Azərbaycan Respublikasının banisi… Hər kəsin bir doğum günü […]

Nazirlər Kabineti magistratura səviyyəsi üzrə bəzi ixtisaslarda dəyişiklik edib

Nazirlər Kabineti “Ali təhsilin magistratura səviyyəsi üzrə bəzi ixtisasların (ixtisaslaşmaların) Təsnifatı”nda dəyişiklik edib.  Mektebgushesi.az xəbər verir ki, bu barədə Baş Nazir Əli Əsədov qərar imzalayıb.  Qərarla “Ali təhsilin magistratura səviyyəsi üzrə bəzi ixtisasların (ixtisaslaşmaların) Təsnifatı”nın “XTM060010 Sərhəd təhlükəsizliyi və idarəetmə” ixtisasına “- Sərhəd təhlükəsizliyi və idarəetmə (sahələr üzrə)” sətri əlavə edilib.

Bakı Dövlət Universitetində “Abay ili”nin açılışı olub

Yanvarın 30-da Bakı Dövlət Universitetində (BDU) türk dünyasının önəmli şəxsiyyətlərindən biri, müasir qazax yazılı ədəbiyyatının banisi, filosof, böyük ictimai xadim və maarifçi Abay Kunanbayevin 175 illik yubiley tədbirlərinin və türk dünyasında “Abay ili”nin açılış mərasimi keçirilib. Mektebgushesi.az xəbər verir ki, tədbir Beynəlxalq Türk Akademiyasının, Azərbaycan Respublikasının Təhsil Nazirliyinin, Bakı Dövlət Universitetinin, L.Qumilyov adına Avrasiya Milli […]

Tələbələrin köçürülmə ilə bağlı müraciəti cavablandırılıb

Ötən il transfer.edu.az portalı vasitəsilə ali və orta ixtisas təhsili müəssisələrindən köçürülmək üçün ümumilikdə 3 min 510 nəfər müraciət edib. Təhsil Nazirliyindən Mektebgushesi.az -a bildiriblər ki, onlardan 2 min 646 nəfərin müraciəti müsbət cavablandırılıb.

Ceyhun Bayramov: Ortaq türk tarixi dərsliyi hazırdır

Ortaq türk tarixi ilə bağlı dərslik artıq hazırdır. Mektebgushesi.az xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, hazırlanmış dərsliyin tədrisinə başlanması məsələsi Beynəlxalq Türk Akademiyası Elmi Şurasının III iclasında müzakirə ediləcək: “Eyni zamanda, ortaq coğrafiya və ədəbiyyat dərsliklərinin üzərində işlər gedir. Burada bu məsələ də müzakirə olunacaq”.

Qəbul və buraxılış imtahanlarında balların hesablanma qaydası açıqlanıb

I,II,III və IV ixtisas qrupları üzrə qəbul və buraxılış imtahanlarında balların hesablanma qaydası açıqlanıb. Mektebgushesi.az xəbər verir ki, balların hesablanma qaydası ötən ilki kimi saxlanılıb və heç bir dəyişiklik edilməsi nəzərdə tutulmayıb. Abituriyentlərə hər fənn üzrə 30 tapşırıq (ümumilikdə 90 tapşırıq) təqdim olunacaq. Bu tapşırıqların 22-si qapalı, 8-i isə açıq tiplidir. Açıq tipli tapşırıqlardan 3-ü yazılı şəkildə […]

Magistratura qəbul imtahanın müddətində dəyişiklik edilib

Mektebgushesi.az xəbər verir ki, DİM-dən verilən məlumata görə bu ildən qəbul imtahanları  3 saat müddətində keçiriləcək.  Ötən illər isə magistraturaya qəbul imtahanının birinci mərhələsi 2.5, ikinci mərhələsi isə 1.5 saat müddəində keçirilirdi. Həmçinin DİM magistraturaya qəbul olmaq istəyən bakalavrlar üçün fevralın 2-si sınaq imtahanı keçiriləcək.  İmtahana qeydiyyat isə online şəkildə aparılır. Qeyd edək ki,  ali təhsil […]

Ölkə daxilindən və xaricdən tələbələrin köçürülməsinə başlanılır

Fevralın 1-dən tələbələrin köçürülməsi prosesinə başlanılır. Elektron sənəd qəbulu fevralın 7-dək davam edəcək. Təhsil Nazirliyindən Mektebgushes.az –a bildiriblər ki, tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi, eləcə də respublikamızda yerləşən orta ixtisas təhsili müəssisələri tələbələrinin, magistratura səviyyəsində təhsilalanların köçürülməsi transfer.edu.az portalı vasitəsilə həyata keçirilir. Portala müraciət edən şəxslər […]

DİM liderlik bacarığı ilə seçilən dövlət qulluqçularını müsabiqədə iştirak etməyə dəvət edir

DİM Direktorlar Şurasının sədri, “Yüksəliş” müsabiqəsinin Təşkilat Komitəsinin üzvü M.Abbaszadə liderlik bacarığı ilə seçilən dövlət qulluqçularını müsabiqədə iştirak etməyə dəvət edir Mektebgushesi.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsis edilmiş “Yüksəliş” müsabiqəsinin qeydiyyat mərhələsi fevralın 2-dək davam edəcək. “Yüksəliş” müsabiqəsinin Təşkilat Komitəsinin üzvü, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə liderlik bacarığı ilə […]

Bakı Dövlət Universitetinin iki prorektoru işdən çıxarılıb

Mektebgushesi.az xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb. Ali məktəbin Elm və innovasiyalar üzrə prorektoru, Fizika-riyaziyyat elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Aydın Kazımzadə və Ümumi işlər üzrə prorektor Cəfər Eyvazov vəzifələrindən azad olunub.  BDU-nun Həmkarlar İttifaqı Komitəsinin sədri, fizika elmləri doktoru Hüseyn Məmmədov universitetin Elm və innovasiyalar üzrə prorektoru təyin olunub.  Bundan başqa, BDU-nun Biologiya kafedrasının dekanı, Əməkdar elm xadimi, professor Akif […]

Məktəblərdə bu fənlər üzrə yeni vakansiyalar elan edildi

TİPİİ-nin İnsan Resursları Mərkəzi tərəfindən ümumi təhsil müəssisələrində yaranan vakant yerlərə imtahan nəticəsi və coğrafi bölgü prinsipi əsasında namizədlərin əlavə yerləşdirilməsi davam edir. Mektebgushesi.az xəbər verir ki, kimya, biologiya, informatika və rus dili fənləri üzrə yeni vakansiyalar elan olunub.  Qeyd olunan vakant yerlərlə bağlı 2018 və 2019-cu illərdə keçirilən müəllimlərin işə qəbulu müsabiqəsində müvafiq bölmə və […]

6 rayon təhsil şöbəsinin rəhbəri işdən çıxarılıb, 10-u haqda isə…

“Ötən il 10 məktəb rəhbəri, direktor və direktor müavinlərinin müqavilələrinə xitam verilib, işdən kənarlaşdırılıb”. Bunu Təhsil naziri Ceyhun Bayramov keçirdiyi brifinqdə deyib. Nazir bildirib ki, ötən il korrupsiya faktlarına görə 6 rayon təhsil şöbəsinin rəhbərinin müqavilələrinə xitam verilib. O qeyd edib ki, həmin dövrdə 10 rayon təhsil şöbəsinin əməkdaşına, 3 ərazi maliyyə-hesablaşma mərkəzinin rəhbərinə inzibati […]