Mektebgushesi

Dövlət İmtahan Mərkəzi ETS təşkilatının GRE imtahanını keçirmək üçün lisenziya əldə edib

Dövlət İmtahan Mərkəzinin (DİM) Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M ünvanında yerləşən rəsmi kompüter əsaslı test mərkəzində ETS (Educational Testing Service) təşkilatının GRE (Graduate Record Examinations) imtahanını keçirmək üçün lisenziya əldə olunub. DİM-dən Mektebgushesi.az -a bildirilib ki, GRE imtahanı riyazi və verbal məntiq, həmçinin analitik yazı (esse) hissələrindən ibarətdir. Bu imtahan dünyanın bir çox ali təhsil […]

Nazirlər Kabineti ümumtəhsil müəssisəsinin maliyyələşdirilməsi qərarını izah edib

Nazirlər Kabineti “Dövlət ümumi təhsil müəssisəsini maliyyələşdirmə Normativləri”nin təsdiq edilməsi barədə” qərarın izahını verib. Bu barədə Nazirlər Kabinetinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, bu normativlər Azərbaycan Respublikasının dövlət ümumi təhsil müəssisələrinin cari fəaliyyətini həyata keçirmək üçün büdcə vəsaitlərinə olan tələbatın proqnozlaşdırılması qaydasını özündə təsbit edir. Sözügedən təhsil müəssisələrinin növbəti maliyyə ili üçün xərc növləri üzrə maliyyələşdirmə […]

Təhsil Nazirliyindən açıqlama: Fevralın 10-da dərs olacaq?

Təhsil Nazirliyi fevralın 10-da ölkə ərazisində soyuq, küləkli və yağıntılı hava şəraitinin müşahidə edilməsi ilə bağlı ümumtəhsil müəssisələrində dərslərin keçirilib-keçirilməyəcəyinə aydınlıq gətirib.Qaynarinfo xəbər verir ki, Nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov Trend-ə bildirib ki, bu məsələ hazırda müzakirə edilmir:“Fevralın 10-da hava şəraiti ilə əlaqədar məktəblərdə dərslərin dayandırılması ilə bağlı hər hansı qərar verilməyib. Buna görə […]

Azərbaycanda cinayət törədən yeniyetmələrin sayı açıqlandı

2019-cu ildə Azərbaycanda əməliyyat-axtarış və istintaq fəaliyyətinin subyektləri üzrə 26672 cinayət qeydə alınıb. Oxu.Az Daxili İşlər Nazirliyinin 2019-cu il üzrə yekun təhlilinə istinadən xəbər verir ki, bu rəqəm 2018-ci il ilə müqayisədə 291 fakt və ya 1,1% çoxdur.   Bu hüquqpozmaların 7 min 543-nü böyük ictimai təhlükə törətməyən, 14 min 197-ni az ağır, 2 min 752-ni […]

Tələbələrin köçürülməsi üzrə sənəd qəbulu başa çatıb

Tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi, eləcə də ölkəmizdə yerləşən orta ixtisas təhsili müəssisələrində, magistratura səviyyəsində təhsilalanların köçürülməsi üzrə elektron sənəd qəbulu yekunlaşıb. Mektebgushesi.az  xəbər verir ki,  Təhsil Nazirliyinə istinadən verdiyi xəbərə görə, proses fevralın 8-də saat 00.00-da başa çatıb. Qeyd edək ki, prosesə fevralın 1-dən start […]

Ali məktəblərin tələbə qəbulu qaydalarında dəyişiklik edilib – CƏDVƏL

Nazirlər Kabineti “Azərbaycan Respublikasının ali təhsil müəssisələrin tələbə qəbulu Qaydaları”nda dəyişiklik edib.Qərara əsasən, “İxtisas qrupları və ixtisaslar” yeni redaksiyada təsdiq edilib. İxtisas qrupları I II III IV V İxtisasların adı Fizika müəllimliyi    İnformatika müəllimliyi  Riyaziyyat müəllimliyi Riyaziyyat və informatika müəllimliyiTexnologiya müəllimliyiFizika  Geologiya  Kompüter elmləri Mexanika  Riyaziyyat Coğrafiya müəllimliyi    Tarix və coğrafiya müəllimliyi  Beynəlxalq münasibətlər Regionşünaslıq(regionlar üzrə) Sosiologiya Beynəlxalqticarət və logistikaBiznesin idarə edilməsi Davamlı inkişafın idarə edilməsiDövlət və bələdiyyə idarəetməsiİqtisadiyyat Azərbaycan dili və ədəbiyyatı müəllimliyi   Dil və ədəbiyyat müəlli- mliyi (dillər üzrə)İbtidai sinif müəllimliyi Korreksiya- edici […]

Müəllimlərin nəzərinə – yeni vakansiyalar elan edilib

TİPİİ-nin İnsan Resursları Mərkəzi tərəfindən ümumi təhsil müəssisələrində yaranan vakant yerlərə imtahan nəticəsi və coğrafi bölgü prinsipi əsasında namizədlərin əlavə yerləşdirilməsi davam edir. Mektebgushesi.az xəbər verir ki, kimya, biologiya, informatika və ingilis dili , riyaziyyat fənləri üzrə yeni vakansiyalar elan olunub.  Qeyd olunan vakant yerlərlə bağlı 2018 və 2019-cu illərdə keçirilən müəllimlərin işə qəbulu müsabiqəsində müvafiq […]

“Rezidentura” xüsusi buraxılışı çap edilib

Dövlət İmtahan Mərkəzi “Rezidentura” xüsusi buraxılışının 1-ci nömrəsini çap edib. Mektebgushesi.az xəbər verir ki,  bu nömrədə rezidenturaya qəbul qaydaları, rezidentura üzrə ixtisas seçimi cədvəli, baza fənləri üzrə qəbul proqramları, qəbul imtahanında istifadə olunmuş bəzi test tapşırıqlarının izahı və tövsiyələr, test tapşırığı nümunələri və s. məlumatlar Azərbaycan və rus dillərində təqdim olunub. Qeyd edək ki, jurnalları […]

Təhsil müəssisələrində koronavirusa qarşı sanitariya maarifləndirmə işləri həyata keçiriləcək

Koronavirusa qarşı mübarizə məqsədilə təhsil müəssisələrində hansı tədbirlərin həyata keçiriləcəyi açıqlanıb. Mektebgushesi.az xəbər verir ki, Təhsil Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, müvafiq dövlət qurumları ilə birlikdə əhali arasında koronavirus xəstəliyinin profilaktikası məqsədilə bütün təhsil müəssisələrində sanitariya maarifləndirmə işləri həyata keçiriləcək.

Magistraturaya ərizə qəbulu davam edir

Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi 2020/2021-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul elan edib. Qəbul imtahanında iştirak etmək üçün bakalavrların ərizələrinin qəbulu internet vasitəsilə aparılır. İmtahanda iştirak etmək üçün bakalavr 2020-ci il fevralın 13-dək Mərkəzin internet saytının ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra ərizə vermək […]

Tələbələrin köçürülməsi üzrə qeydiyyat başa çatır

Fevralın 1-dən start verilən tələbələrin köçürülməsi üzrə qeydiyyat prosesi davam edir. Bu gün saat 14:00-dək ümumilikdə 906 nəfər köçürülmək, yaxud ixtisasını dəyişdirmək üçün müraciət edib. Elektron sənəd qəbulu fevralın 7-dək davam edəcək. Mektebgushesi.az xəbər verir ki, Təhsil Nazirliyi tərəfindən yaradılan transfer.edu.az portalı tələbələrin köçürülməsi prosesinin sadələşdirilməsinə və şəffaflığın təmin olunması məqsədinə xidmət edir. 2016-cı ildən […]

“Müəllimləri seçkinin saxtalaşdırılmasında vasitəyə çevirməyin” -Şahlar Əsgərov

Azərbaycanda fevralın 9-da keçiriləcək parlament seçkilərinə təbliğat-təşviqat kampaniyası davam edir. Sosial şəbəkələrdə isə müxtəlif məktəb direktorlarının müəllimlərə tapşırıqlar verərək, hər hansı bir namizədə səs verməyə məcbur edildiyi haqqında ittihamlar paylaşılır. Bundan öncə də orta məktəb müəllimlərinin adı seçki saxtalaşdırma ittihamları ilə çəkilirdi. Belə ki, ötən il dekabrın 23-də keçirilən bələdiyyə seçkiləri zamanı bir neçə məntəqədə […]

Dövlət qulluğunda inzibati rəhbər vəzifələr üzrə müsabiqənin test imtahanına qeydiyyat elan edilib

Qeydiyyat 13 mart saat 15:00-dək aparılacaqdır Dövlət İmtahan Mərkəzi tərəfindən 15 mart 2020-ci il tarixində inzibati dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər vəzifələr) aid olan AA, AB və AC qruplarına uyğun olan vəzifələr üzrə test imtahanı keçiriləcəkdir. İmtahan kompüter vasitəsilə aparılacaqdır. İmtahanın keçiriləcəyi ünvan: Bakı ş., Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 28 (keçmiş Bakı […]

Magistratura səviyyəsində təhsil alan tələbənin köçürülməsi qaydadaları

Fevralın 1-dən start verilən tələbələrin köçürülməsi üzrə qeydiyyat prosesi davam edir. Təhsil Nazirliyindən Mektebgushesi.az-a bildirilib ki, tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi, eləcə də ölkəmizdə yerləşən orta ixtisas təhsili müəssisələri tələbələrinin, magistratura səviyyəsində təhsilalanların köçürülməsi transfer.edu.az portalı vasitəsilə həyata keçirilir. Magistratura səviyyəsinin 1-ci tədris ili müddətində tələbələrin […]

DİM imtahan qiymətlərini niyə bahalaşdırdı?

Dövlət İmtahan Mərkəzi sınaq imthanlarında iştirak etmək üçün tələb edilən ödəniş qiymətini 40 manata qədər yüksəldib. Qeyd edək ki, bu məbləğ ötən il 20 manat idi. DİM-in imtahan üçün tələb edilən ödəniş məbləğini iki qat bahalaşdırması cəmiyyət tərəfindən birmənalı qarşılanmayıb. Sosial şəbəkələrdə aparılan müzakirələrə görə imtahanların aparılması üçün tələb edilən xərc az olsa da, DİM […]