Mektebgushesi

Ali məktəblərdə ixtisaslar əmək bazarına uyğunlaşdırılacaq

Mektebgushesi.az-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin imzaladığı sərəncamla təsdiqlənən “Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2020-2025-ci illər üçün Tədbirlər Planı”nda əksini tapıb. Sənədə əsasən, Təhsil Nazirliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İqtisadiyyat Nazirliyi ilə birlikdə 2020-2021-ci illər ərzində təhsil müəssisələrinə tələbə qəbulunda nəzərdə tutulan ixtisasların əmək bazarının tələblərinə uyğunluğunun təmin edilməsi üçün təkliflər […]

Bu gün DİM tərəfindən müxtəlif imtahanlar keçirilir

Dövlət İmtahan Mərkəzi tərəfindən bu gün ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsi üzrə sınaq, ilk peşə-ixtisas təhsili müəssisələrinin sonuncu sinfində təhsil alan şagirdlər üçün buraxılış və dövlət qulluğuna qəbul imtahanları keçirilir. Ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsi üzrə sınaq imtahanında iştirak etmək üçün 15104 abituriyent qeydiyyatdan keçib. İmtahanlar Bakı, Sumqayıt, Abşeron, Naxçıvan, Gəncə, […]

AMEA Rəyasət Heyətinin iclası keçirilib -İnstitut direktoru işdən azad edilib

Fevralın 14-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin iclası keçirilib. AMEA-dan Mektebgushesi.az -a bildirilib ki, tədbiri AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev açaraq gündəlikdəki məsələləri diqqətə çatdırıb. Akademiyanın birinci vitse-prezidenti, akademik İsa Həbibbəyli AMEA-nın 2019-cu il dekabrın 28-də keçirilmiş ümumi yığıncağında AMEA-nın Nizamnaməsinin yeni redaksiyada qəbul olunduğunu xatırladıb. Akademik İsa Həbibbəyli Nizamnamə üzrə AMEA-nın Humanitar və […]

AMEA-nın bölmələrinin Elmi şuralarının yeni tərkibi təsdiqlənib

Fevralın 14-də Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin iclası keçirilib. Mektebgushesi.az xəbər verir ki, AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev tədbiri giriş sözü ilə açaraq gündəlikdəki məsələləri iştirakçıların diqqətinə çatdırıb. Birinci məsələ ilə bağlı AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəyli danışıb. Azərbaycan Milli Elmlər Akademiyasının 28 dekabr 2019-cu il tarixində keçirilmiş Ümumi yığıncağında AMEA-nın Nizamnaməsinin yeni redaksiyada qəbul olunduğunu xatırladan akademik İsa Həbibbəyli Nizamnamə […]

Məktəb Partasından parlament kreslosuna qədər gedən dostluq…

Mərkəzi Seçki Komissiyasının dünənki qərarlarına əsasən, nəticələri ləğv edilən dairələrlə bağlı sosial şəbəkələrdə gedən müzakirələr davam etməkdədir. “Qafqazinfo” xəbər verir ki, şikayətçilər və onların tərəfdarları nəticələrin ləğv edilməsinə sevinir. Eyni zamanda, ləğv olunan dairələrlə bağlı maraqlı məlumatlar paylaşılır. Bunlardan biri də 74 saylı seçki dairəsindən nəticələri ləğv edilən Hadi Rəcəbli və 33 saylı seçki dairəsindən […]

Şagirdlərin elektron yerdəyişməsinə yenidən start verilir

Fevralın 13-dən etibarən şagirdlərin elektron yerdəyişməsi prosesi davam etdirilir. Təhsil Nazirliyindən Mektebgushesi.az -a bildiriblər ki, şagird yerdəyişməsinin elektronlaşdırılması bu prosesdə məktəb və valideyn arasında olan məsafənin azaldılmasına və valideynin təhsil müəssisəsi ilə təmasının daha şəffaf şəkildə təşkilinə xidmət edir. Şagirdlərin yerdəyişməsi prosesi 2019-cu ilin avqustun 15-dən www.sy.edu.az portalı və Alternativ Qeydiyyat mərkəzləri vasitəsilə həyata keçirilir. Xatırladaq ki, yanvarın […]

Ramiz Mehdiyev AMEA-da 4 strukturu ləğv edib

Azərbaycam Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyəti aparatının strukturunda dəyişiklik edilib və 4 qurum ləğv olunub. Mektebgushesi.az “Report” -a istinadən xəbər verir ki, bunlar Protokol şöbəsi, Katiblik, İkinci xüsusi şöbə və Elmi irs mərkəzidir. Bundan başqa, Rəyasət Heyətində iki yeni – Daxili nəzarət və audit şöbəsi və Sənədlərlə iş şöbəsi yaradılıb.  Eyni zamanda, Elm və təhsil baş idarəsinin adı dəyişdirilərək Elm […]

Magistraturaya ərizə qəbulu bu gün başa çatır

DİM -dən Mektebgushesi.az -a verilən məlumata görə, qəbul imtahanında iştirak etmək üçün bakalavrların ərizələrinin qəbulu internet vasitəsi ilə aparılır. Qeyd edək ki, 13 fevral saat 10.45-ə olan məlumata əsasən, 13955 bakalavr (Azərbaycan bölməsi – 12824; rus bölməsi – 1131)ərizəsini təsdiq edib. Ərizələrini doldurmuş, lakin hələ təsdiq etməmiş (təqribən 900 nəfər), eləcə də digər bakalavrlar bu […]

Hansı müəllimlər sertifikasiyadan keçməyəcəklər

Son vaxtlar müəllimlərin sertifikasiyası xeyli müzakirə olunur. Sertifikasiyanın şərtləri, kimlərə şamil olunacağı, həmçinin sertifikasiyadan keçməyənlərin  aqibəti çoxlarına maraqlıdır. xəbər verir ki, müəllimlərin işə qəbul müsabiqəsində iştirak etmiş əvvəlki illərin müəllimləri bu il keçirilən sertifikasiya imtahanında iştirak etməyəcək. İnsan Resursları Mərkəzindən verilən məlumata əsasən, yalnız 5 il əvvəl MİQ müsabiqəsində iştirak edən namizdlər sertifikasiyadan keçməlidir. Yəni, […]

Məktəbəhazırlıq qruplarına və I sinfə qəbul prosesi şəxsiyyət vəsiqəsi əsasında aparılacaq

Cari ildən başlayaraq dövlət ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına və I sinfinə qəbul Azərbaycan vətəndaşı olan uşaqlar üçün mütləq olaraq şəxsiyyət vəsiqəsi, xarici ölkə vətəndaşları üçün xarici pasport, vətəndaşlığı olmayanlar üçün isə miqrasiya vəsiqəsi əsasında həyata keçiriləcək. Bu barədə Mektebgushesi.az -a Təhsil Nazirliyindən məlumat verilib. Xatırladaq ki, ötən illərdə Azərbaycan vətəndaşı olan uşaqların məktəbəhazırlıq qruplarına və […]

Birinci sinifə şagird qəbulu qaydası dəyişdirilir

Bu ildən başlayaraq dövlət ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına və I sinfinə qəbul Azərbaycan vətəndaşı olan uşaqlar üçün mütləq olaraq şəxsiyyət vəsiqəsi, xarici ölkə vətəndaşları üçün xarici pasport, vətəndaşlığı olmayanlar üçün miqrasiya vəsiqəsi əsasında həyata keçiriləcək. Mektebgushesi.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyi məlumat yayıb. Bildirilib ki, Prezident İlham Əliyevin müvafiq fərmanına əsasən, dövlət informasiya […]

Seçkidə qanunsuzluğa əl atan müəllimlərlə bağlı ölçü götürüləcək

Təhsil Nazirliyi sosial şəbəkədə yayılmış görüntülərə münasibət bildirib Sosial şəbəkələrdə 9 fevral 2020-ci il tarixində Azərbaycanda keçirilən növbədənkənar parlament seçkiləri zamanı baş vermiş bir sıra neqativ halları əks etdirən video və foto görüntülər paylaşılır. Görüntülərdə sözügedən qanunsuzluqların baş verməsində bəzi dövlət müəssisələrinin işçilərinin, o cümlədən müəllimlərin də iştirak etdiyi əks olunur. Kadrlara düşən şəxslərin “karusel”ə […]

“Sabahın alimləri” IX Respublika müsabiqəsinin açılışı olub

Azərbaycan Texniki Universitetində İntel İSEF – Beynəlxalq Elm və Mühəndislik Sərgisi çərçivəsində “Sabahın alimləri” IX Respublika müsabiqəsinin açılış mərasimi keçirilib. Mektebgushesi.az xəbər verir ki, mərasimdə Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva müasir dünyada elmin, təhsilin mühüm rolunu vurğulayıb, Azərbaycan Prezidenti İlham Əliyevin bu sahəyə xüsusi önəm verdiyini bildirib. Ölkəmizdə təhsilin inkişafı istiqamətində həyata keçirilən tədbirlərdən, qazanılan uğurlardan […]

İctimai Şurada məktəbli formalarına dair müzakirələr keçirilib

Fevralın 10-da Təhsil Nazirliyi yanında İctimai Şurada ümumi təhsil müəssisələrində məktəbli formasının tətbiqinə dair müzakirələr keçirilib. Mektebgushesi.az-ın Təhsil Nazirliyinə istinadən məlumatına görə, görüşdə Təhsil nazirinin müavinləri Məhəbbət Vəliyeva, İdris İsayev, Təhsil nazirinin müşaviri Elnur Məmmədov, nazirliyin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Vəfa Yaqublu, nazirlik yanında İctimai Şuranın üzvləri, istehsalçı şirkətlərin mütəxəssisləri və KİV nümayəndələri […]

Təqaüd alan tələbələrin sayı 45 faizə çatdırılıb

Təqaüd sisteminin təkmilləşdirilməsi ilə bağlı müvafiq Sərəncama əsasən, dövlət hesabına maliyyələşən təqaüd yerlərinin sayı ötən il martın 1-dən 16 min vahid artırılıb, təqaüd alan tələbələrin sayı bu tədris ilində 45 faizə çatdırılıb. Bu barədə Mektebgushesi.az-a Təhsil Nazirliyindən məlumat verilib. Qeyd olunub ki, təqaüd alan tələbələrin sayının 2020-2021-ci tədris ilində isə 50 faizə çatdırılması nəzərdə tutulur.