Mektebgushesi

Koronaviruslu xəstələr üçün ən təhlükəli dərmanların adları açıqlandı

Koronavirusa yoluxanlara bəzi dərman vasitələrindən uzaq durmaq məsləhət görülür. Belə ki, “İbuprofen” və “Kortizon” bu virusa tutulanların səhhətini daha da ağırlaşdıra bilər.  Bu barədə Fransanın Səhiyyə naziri Olivye Veran özünün “Twitter” səhifəsində yazıb və qeyd edib ki, həmin preparatlar koronaviruslu xəstələr üçün olduqca təhlükəlidir. Veran, həmçinin virusa yoluxmuş şəxslərə özünümüalicədən imtina etməyi və yalnız həkim tərəfindən […]

COVID-19-un nə vaxtadək yayılacağı açıqlandı

COVİD-19 virusunun yayılmasının ən azı iyun ayınadək davam edəcəyi gözlənilir.  Çinin baş epidemioloqu Jonq Nanşan bu barədə yerli mətbuata açıqlamasında deyib. O bildirib ki, sərhədlərdə tibbi yoxlamalar gücləndirilməli, karantin tədbirləri dənizətrafı bölgələrdən gələnlərə şamil olunmalıdır.  Qeyd edək ki, bu gün ölkənin Milli Səhiyyə Komissiyası son 24 saat ərzində Uhan şəhərində 40 yeni yoluxma halının qeydə alındığını açıqlayıb. […]

“Könüllülükdən peşəkarlığa” layihəsinə qeydiyyat müddəti uzadılıb

“Könüllülükdən peşəkarlığa” layihəsinə qeydiyyat prosesi martın 27-dək uzadılıb. Layihədə iştirak etmək arzusunda olan tələbə və məzun gənclər CV formasını və niyyət məktubunu (layihədə iştirak etmək istədiyi istiqaməti və səbəbini göstərməklə) konullu@baku.edu.gov.az elektron ünvanına göndərərək qeydiyyatdan keçə bilərlər. Layihədə ali məktəblərin III və IV kursunda, magistratura səviyyəsində təhsil alan tələbələr, ali təhsilini bitirmiş gənclər iştirak edə […]

İntihar edən universitet tələbəsinin atası: “Xəbər göndərdi ki, qızını oğlum qaçırıb və iş-işdən keçib”

“Fevralın 24-də Babahüseyn Məmmədovun atası mənə xəbər göndərdi ki, sənin qızını oğlum qaçırıb və iş-işdən keçib”. Mektebgushesi.az xəbər verir ki, bunu Axar.az-a açıqlamasında ötən gün özünü dənizə ataraq intihar edən Tibb Universitetinin tələbəsi Nəzakət Rzazadənin atası Müğdət Rzazadə deyib. O bildirib ki, qızı intihar edəcəyi barədə qabaqcadan oğlana məlumat verib: “Qızımın qaçırıldığını biləndə əsəbiləşmişdim. Nəzakət […]

Özünü dənizə ataraq intihar edən tələbənin müəllimi: Onun indiyə qədər heç bir sıxıntısı olmayıb

Ötən  gecə saat  2 radələrində bir nəfərin Bakı bulvarında dənizə düşərək boğulub. Hadisənin intihar faktı olduğu dəqiqləşdirilib. Mektebgushesi.az AzEdu.az-a istinadən xəbər verir ki, ölən şəxs 1994-cü il təvəllüdlü Nəzakət Rzazadə təhsil eksperti Elçin Əfəndinin vaxtilə universitetə hazırladığı abituriyent olub. O, hazırda Tibb Universitetində təhsil alırmış. Üzüntüsünü  bölüşən Elçin Əfəndi onun indiyə qədər heç bir sıxıntısı […]

Kurikulum ləğv edilir yoxsa…

“Təhsil proqramı (kurikulum) nəyi və necə öyrətməyi, həmçinin qazanılmış bilik və bacarıqların ölçülməsini (məzmun, təlim strategiyaları və qiymətləndirmə standartlarını) tənzimləyən sənəddir. Bu proqramlar təhsil prosesindəki müxtəlif fəaliyyətləri (tədris, təlim, idarəetmə və s.) istiqamətləndirməklə normativ xarakter daşıyır”. Mektebgushesi.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyindən son zamanlar sosial şəbəkələrdə kurikulumun ləğvi və ya formatının dəyişdirilməsi ilə […]

Bu gün su çərşənbəsi qeyd olunur

Mektebgushesi.az   xəbər verir ki, bu çərşənbəni “Yalançı”, “Əzəl çərşənbə”, “Sular Novruzu” da adlandırırlar. Su çərşənbəsində su və su mənbələri təzələnir, arxlar qaydaya salınır, su hövzələrində abadlıq işləri görülür, su ilə bağlı müxtəlif şənliklər keçirirlər. Su çərşənbəsi suya tapınma inamı ilə bağlıdır. Hələ gün doğmamışdan hamı su üstünə gedir, əl-üzünü yuyur, bir-birinin üzərinə su çiləyir, su üstündən […]

Bakalavrlar Apelyasiya komissiyasına 24-26 fevral tarixdə müraciət edə bilərlər

Məlum olduğu kimi fevralın 23-ü respublikada ali təhsil müəssisələrinə qəbul imtahanı keçirilib.  İmtahanda iştirak üçün 15738 bakalavr qeydiyyatdan keçib. Mektebgushesi.az xəbər verir ki,  DİM tərəfindən magistraturaya qəbul imtahanı ilə əlaqədar müraciətlərə baxılması üçün Apelyasiya komissiyası yaradılıb. Bakalavrlar Apelyasiya komissiyasına 24-26 fevral 2020-ci il tarixlərində saat 10:00-dan 17:00-dək şəxsiyyəti təsdiq edən sənədin əslini və surətini təqdim etməklə […]

Magistraturaya qəbul imtahanının nəticələri 3 gün ərzində açıqlanacaq

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinin magistraturalarına  qəbul imtahanı keçirib DİM-dən verilən məlumata görə, magistratura səviyyəsinə qəbul imtahanı respublikanın 5 şəhərində – Bakı, Naxçıvan, Gəncə, Mingəçevir və Lənkəran şəhərlərində, ümumilikdə 49 imtahan binasında aparılıb. İmtahanda iştirak üçün 15738 bakalavr ərizə təqdim edib. İmtahan bütün binalarda eyni vaxtda başlanıb və 3 saat davam edib. […]

Bu gün magistraturaya qəbul imtahanı keçirilir

Bu gün ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına imtahan keçiriləcək. Dövlət İmtahan Mərkəzindən Mektebgushesi.az -a bildirilib ki, magistraturaya qəbul imtahanı mərkəzləşdirilmiş qaydada bakalavrların ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürünün), informatika və xarici dil biliklərinin qiymətləndirilməsi üzrə keçirilir. Bakalavrlara ümumi intellektin (məntiqi təfəkkürün) inkişaf səviyyəsinin yoxlanılması üçün 50 (o cümlədən açıq formalı 5), informatika üzrə […]

Təhsil Şöbəsinin müdiri rüşvət əməliyyatından danışıb: “Məcbur idim” -VİDEO

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyatla saxlanılan Neftçala Rayon İcra Hakimiyyətinin başçısının müavini Gültəkin Sadıqova rayonda “təhsil biznesi şəbəkəsi” qurubmuş. Mektebgushesi.az xəbər verir ki, bu barədə Oxu.Az DTX-nin yaydığı əməliyyat çəkilişlərinə istinadən xəbər verir. Belə ki, sorğu-suala çəkilən icra başçısının ictimai-siyasi və humanitar məsələlər üzrə müavini Gültəkin Sadıqova məktəb direktorlarından alınan rüşvətin siyahısı barədə məlumat verir. Rayon […]

Vasif Talıbov müəllimi beş min manatla mükafatlandırıb

Naxçıvan Universitetinin İqtisadiyyat kafedrasının müəllimi Zahid Qənbərov mükafatlandırılıb.  Mektebgushesi.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov sərəncam imzalayıb.  Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndinə əsasən təhsil və ictimai fəaliyyət sahəsində xüsusi fərqləndiyinə görə Zahid Paşa oğlu Qənbərova muxtar respublikanın Ali Məclis sədrinin mükafatı (beş min manat) verilib.

Çindən qayıdan doktorant: “Koronavirus təşvişi çox şişirdilir” -Video

Mektebgushesi.az xəbər verir ki, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti, Çində təhsil alan doktorant Nağı Əhmədov Teleqraf.com-un qonağı olub. Çində yayılmış koronavirusla bağlı xəbərlərin çox şişirdildiyini deyən Nağı Əhmədovun sözlərinə görə, hansısa başqa ölkə bu virusun öhdəsindən çətinliklə gələ bilərdi. O, koronavirusun azərbaycanlı tələbələrin Çində təhsil almasına təsir edib-etməyəcəyinə toxunub, bu virusun bioloji silah olduğuna dair iddialarla […]

Çindən gələn iki tələbədə koronavirus aşkarlanmayıb

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətləri Çindən gələn azərbaycanlı tələbələrlə bağlı məlumat yayıb. Birgə məlumatda deyilir ki, 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilən Çinin Huancou şəhərində təhsil alan 1997-ci il təvəllüdlü iki tələbənin analizlərinin cavabı mənfi olub. Belə ki, onlarda hər-hansı bir virus aşkarlanmayıb. Qeyd olunub ki, gün […]

Xarici dildə təhsil alan şagirdlər üçün imtahan müddəti artırıldı – QƏRAR

Nazirlər Kabineti “Ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması Qaydaları”nda dəyişiklik edib.  Mektebgushesi.az xəbər verir ki, bununla bağlı qərarı Baş Nazir Əli Əsədov imzalayıb. Nazirlər Kabineti dəyişikliyi Dövlət İmtahan Mərkəzinin təklifinə əsasən qərara alıb. Qərarda qeyd olunub ki, Azərbaycan dili istisna olmaqla, tədris digər dillərdə aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər ümumi orta və tam […]