Mektebgushesi

Rusiyada məktəbli qız qardaşından hamilə qaldı

Rusiyanın Voronej vilayətinin Yaçeyka kəndində 11 yaşlı qız 14 yaşlı qardaşından hamilə qalıb.“LifeShot” xəbər verir ki, hər iki yeniyetmə Valentina S. adlı qadın tərəfindən övladlığa götürülüb.Qadın yaşadığı kənddə baş mühasib vəzifəsində işləyib. Övladı olmayan Valentina S. səkkiz uşağı öz himayəsinə götürüb. Ailə pensiya və müavinətlər hesabına yaşayıb.Bacı və qardaşın birlikdə oynamasını qadın təbii qarşılayıb. Lakin […]

Eşqi Bağırov: “Vakant müəllim yerlərinin sayı barədə nəsə demək tezdir”

“Hər il olduğu kimi Müəllimlərin İşə Qəbulu (MİQ) imtahanları ilə bağlı hazırlıq işləri görülür. MİQ imtahanlarının ləğvi ilə bağlı hər hansı qərar yoxdur”.  Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov  açıqlamasında bildirib ki, bu, müsabiqəyə hazırlaşmaq yalnız texniki məsələ deyil: “Həmçinin sualların hazırlanması, komissiyaların formalaşdırılması, eyni zamanda imtahanın təşkili ilə bağlı texniki təchizat məsələləri var. […]

Azərbaycana giriş-çıxışa qoyulan məhdudiyyət uzadıldı

Hazırda dünya dövlətləri tərəfindən yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirləri davam edir.  Mektebgushesi.az  xəbər verir ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumata görə, həyata keçirilən tədbirlər çərçivəsində əksər dövlətlər öz sərhədlərində giriş-çıxışa müvəqqəti olaraq məhdudiyyətin tətbiqi barədə qərar verərək beynəlxalq uçuşları təxirə salıb. COVID-19 pandemiyası ilə bağlı dünyadakı vəziyyət təhlil […]

60 illik alim və müəllim ömrü

Cəfər Cəfərovun 60 illik hesabatı…dövlətə və dövlətçiliyə sadiq bir vətəndaşın, ləyaqətli bir atanın, kövrək qəlbli bir babanın uğur hekayəsidir Dünyaya  gələn insanlara müxtəlif missiyaları həyat keçirmək üçün İlahi bir ömür payı bəxş edir.  Xoşbəxt o insandır ki, ona verilən  ömür payını ləyaqətlə yaşayır, əxlaqı, fəziləti, inamı, etibarı, etiqadı, ruhi əzəməti ilə  insanlara və insanlığa nümunə […]

MDU-nun rektoru qiyabi şöbədə təhsil alan tələbələrlə görüşüb

2020-ci ilin 21 aprel tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov universitetdə qiyabi təhsil forması üzrə təhsil alan tələbələrin qrup nümayəndələri ilə görüş keçirib. “Microsoft Teams” platforması üzərindən online formatda keçirilən görüşün əsas məqsədi müvafiq ixtisaslarda və kurslarda qiyabi təhsil forması üzrə təhsil alan tələbələri maraqlandıran sualların cavablandırılmasından ibarət olub. Tələbələri salamlayan Ş.Bayramov COVID-19 […]

Məleykə Abbaszadə: Rezidentura imtahanlarının keçirilməsində dəyişiklik olacaq

“Hazırda gözləyirik ki, magistratura təhsili üçün dövlətin elan etdiyi vakant yerlər elan olunsun”. Mektebgushesi.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə keçirdiyi onlayn mətbuat konfransında bildirib. DİM sədri əlavə edib ki, magistratura pilləsində ixtisas seçiminin edilməsini gözləyirlər: “Hazırda qabiliyyət məsələsi də qalıb. Bunun onlayn və ya offline keçirilməsi müzakirə […]

Mayın 10-dan dərslərin başlamasına Nazirlikdən açıqlama

Təhsil Nazirliyi mayın 10-dan orta ümumtəhsil müəssisələrində təhsil alan yuxarı sinif şagirdləri üçün tədrisin başlanılacağı barədə yayılan məlumatlara münasibət bildirib. Mektebgushesi.az xəbər verir ki, Nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib ki, mayın 10-dan yuxarı sinif şagirdləri – yəni 9, 10 və 11-ci sinif şagirdləri üçün orta məktəblərdə tədrisin başlanılacağı barədə hər hansı qərar verilməyib: […]

Bu tələbələrin ödədiyi təhsil haqları necə geri qaytarılacaq? – RƏSMİ

Nazirlər Kabinetinin sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan ali təhsil pilləsi, orta ixtisas və peşə təhsili alan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi barədə qərarı təxminən 22 min tələbəni əhatə edəcək. Bu barədə ötən günlərdə Təhsil nazirinin müavini İdris İsayev məlumat vermişdi. O bildirmişdi ki, şərtlərə görə, qərar dövlətdən sosial yardım alan […]

Koronavirusla bağlı SON STATİSTİKA

Dünyada 859 338 nəfər koronavirusa yoluxub. Bu barədə Worldometers.info məlumat yayıb. Ümumi ölənlərin sayının 42 334 nəfər olduğu bildirilir. Sağalanlar isə 178 125 nəfər təşkil edir.

Səhiyyə Nazirliyi: “Koronavirusa daxili yoluxmanın qarşısını almaqda çətinlik çəkirik”

“Təəssüf ki, hələ də insanlar koronavirus təhlükəsini dərk edə bilmir. Halbuki xəbərimiz olmadan bu virusun daşıyıcısı ola bilərik”. Mektebgushesi.az  xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin rəhbəri Pərviz Abubəkirov deyib. “Əfsuslar olsun ki, daxili yoluxma hallarının qarşısını almaqda çətinlik çəkirik. Ona görə də məcburi şəkildə xüsusi karantin rejimi tətbiq olundu. Çünki insanlar əvvəl bu […]

Koronavirusla bağlı SON STATİSTİKA

Dünyada koronavirusa yoluxanların sayı 723 279 nəfərdir. Bununla bağlı Oxu.Az Worldometers.info-nun təqdim etdiyi statistikaya əsasən xəbər yayıb. Məlumatda ümumi ölənlərin sayının 33 993 nəfər olduğu bildirilir. Dünyada koronavirusdan sağalanların sayı isə 151 800 nəfərdir.

Koronavirusla bağlı son STATİSTİKA

Dünyada koronavirusa yoluxanların sayı 471 794 nəfərə çatıb. Bu barədə Worldometers.info məlumat yayıb. Məlumatda ölənlərin sayının 21 297, sağalanların isə 114 703 nəfər olduğu qeyd edilib.

Baş Nazirdən epidemiya və karantin halları ilə bağlı VACİB QƏRAR

Nazirlər Kabineti “Dövlət adından yaradılan publik hüquqi şəxslərə dövlət büdcəsi hesabına məqsədli vəsaitlərin ödənilməsi üzrə müqavilənin Nümunəvi Forması”nda dəyişiklik edib. Bununla bağlı qərarı Baş Nazir Əli Əsədov imzalayıb. Publik hüquqi şəxs nizamnaməsinə müvafiq olaraq həyata keçirdiyi işlər, layihələr, xidmətlər, proqramlar həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasının dövlət büdcəsinin xərclərinin funksional təsnifatın bölmə və köməkçi bölmələri səviyyəsində […]

Azərbaycanda koronavirusla bağlı sayt istifadəyə verildi

Azərbaycanda əhalinin məlumatlandırılması məqsədilə www.koronavirusinfo.az informasiya portalı istifadəyə verildi Mektebgushesi.az – a daxil olan məlumata görə, Azərbaycan Respublikasında koronavirus infeksiyasının yayılmasının qarşısının alınması, xəstəliyin profilaktikası, əhalinin məlumatlandırılması və maarifləndirilməsi məqsədilə Nazirlər Kabinetinin yanında operativ qərargah tərəfindən məlumat portalı istifadəyə verilib. Portalda koronavirus (COVID-19) haqqında təsdiqlənmiş ümumi məlumatlar,   dünyada mövcud vəziyyət, Azərbaycanda virusla mübarizə sahəsində həyata keçirilən tədbirlər […]

Çin koronavirusa təsir edən dərmanın adını açıqladı

Çin Milli Biotexnologiya İnkişaf Mərkəzinin prezidenti Zanq Xinmin koronavirusa təsir edəcək dərmanın adını açıqlayıb. “HaberGlobal” məlumat verir ki, Z.Xinmin “Favipiravir” adlı dərmanın yeni növ koronavirusun sağalma müddətini 11 gündən 4 günə endirə bildiyini deyib. O, bu qənaətə 80 xəstə üzərində tədqiqat apardıqdan sonra gəlib. Z.Xinmin dərmanın yan təsirlərinin olmadığını da vurğulayıb. “Favipiravir”in 2014-cü ildən Yaponiyada apteklərdə […]