Mektebgushesi

Beynəlxalq ikili diplom proqramlarının keçiriləcəyi xarici təhsil müəssisələrinin seçim qaydaları təsdiqlənib

Nazirlər Kabineti “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi xarici tərəfdaş ali təhsil müəssisələrinin, ixtisas proqramlarının və təhsil səviyyələrinin seçim Qaydaları”nı təsdiq edib. Mektebgushesi.az xəbər verir ki, bununla bağlı qərarı baş nazir Əli Əsədov imzalayıb. Azərbaycan Prezidentinin 2018-ci il 16 noyabr tarixli sərəncamı ilə […]

Bakıda Müsəlman alimlərinin konfrans keçiriləcək

Noyabrın 29-da Azərbaycan İlahiyyat İnstitutu, Bakı Yunus Əmrə İnstitutu və Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin birgə təşkilatçılığı ilə “Müsəlman alimlərinin elm və texnologiyanın inkişafına töhfələri” mövzusunda konfrans keçiriləcək. İlahiyyat İnstitutundan Mektebgushesi.az -a bildirilib ki, konfransın məqsədi türk-müsəlman alimlərinin elm və texnologiyaya verdikləri töhfələrin araşdırılması, həmçinin bu istiqamətdə fəaliyyət göstərən alim və mütəxəssislər arasında tədqiqat işləri, […]

Təhsil nazirliyində yeni təyinat olub

Təhsil Nazirliyində yeni kadr dəyişikliyi olub. Mektebgushesi.az-ın məlumatına görə, bu barədə müvafiq əmri Təhsil naziri Ceyhun Bayramov imzalayıb. Əmrə əsasən, Əfqan Abdullayev Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin Elm sektorunun müdiri vəzifəsinə təyinat alıb. O, bundan əvvəl Azərbaycan Dillər Universitetinin Tədris işləri üzrə prorektoru vəzifəsində çalışıb.

Novruz Məmmədov kollektivə təqdim olunub

Azərbaycan Dillər Universitetində (ADU) Elmi məsələlər üzrə prorektor Novruz Məmmədov kollektivə təqdim olunub. Mektebgushesi.az xəbər verir ki, onu universitetin professor-müəllim heyətinə ADU-nun rektoru, Xalq yazıçısı, akademik Kamal Abdulla təqdim edib. Kamal Abdulla bildirib ki, universitetdə struktur dəyişikliyi edilib: “Tədris işləri üzrə prorektor, professor Əfqan Abdullayev öz fəaliyyətini Təhsil Nazirliyində davam edəcək. ADU-nun Tədris işləri üzrə […]

Təhsil müəssisələrində yeni müsabiqə keçiriləcək

Ümumi təhsil müəssisələrinin “Kiçik Akademiya” üzvləri arasında tədqiqatçılıq müsabiqəsi keçiriləcək. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) əmrinə əsasən təşkil olunan müsabiqə şagirdlərin elmi axtarışlara sövq edilməsi, müasir tədqiqat metodlarına yiyələnməsi, bu sahədəki fəaliyyətlərinin stimullaşdırılması, elmi-tədqiqat fəaliyyətinə meyli olan istedadlı şagirdlərin vaxtında aşkara çıxarılması, “Kiçik Akademiya”ların fəaliyyətinin təkmilləşdirilməsi və əhatə dairəsinin genişləndirilməsi məqsədilərinə xidmət edir. Mektebgushesi.az […]

Məktəbdə 60-a yaxın uşaq bağırsaq virusuna yoluxdu

Latviyanın Smiltene şəhərində məktəblərin birində 60-a yaxın şagird bağırsaq virusuna yoluxub. Mektebgushesi.az xəbər verir ki, yoluxma ilə əlaqədar 57 uşaq müayinədən keçirilib və zəruri analizlər götürülüb. Uşaqların vəziyyəti barədə ətraflı məlumat verilməyib. Məktəbdə dezinfeksiya işləri aparılıb. Uşaqlar tam sağalmaları barədə arayış aldıqdan sonra məktəbə qayıda biləcək.

DİM onlayn sınaq imtahanlarına start verir

Dövlət İmtahan Mərkəzi (DİM) və otk.az portalı yeni onlayn sınaq imtahanlarına start verəcək. Mektebgushesi.az xəbər verir ki, bu barədə Lent.az -a DİM-in mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, noyabrın 25-dən otk.az portalında qeydiyyatdan keçib aşağıdakı yeni onlayn imtahanlara yazılıb istədiyiniz vaxt imtahan vermək mümkündür: IX sinif buraxılış imtahanı (I və II mərhələ)- IX sinif Rus […]

Bakı məktəbliləri beynəlxalq yarışdan qalibiyyətlə qayıdıb

Ümumi təhsil müəssisələri şagirdlərinin idmanın müxtəlif növləri üzrə beynəlxalq yarışlardakı uğurları davam edir. Mektebgushesi.az xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 191 nömrəli tam orta məktəbin IX sinif şagirdi Cavad Yusifov karate idman növü üzrə Gürcüstanda keçirilən beynəlxalq turnirdə 70 kiloqram çəki dərəcəsində bütün rəqiblərini geridə qoyaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. […]

Novruz Məmmədov prorektor təyin olunub

Azərbaycan Respublikasının sabiq Baş naziri Novruz Məmmədovun yeni vəzifəyə təyin olunub. Mektebgushesi.az saytı xəbər verir ki, N.Məmmədov bu gün Azərbaycan Dillər Universitetinə prorektor vəzifəsinə gotirilib. Xəbəri Modern.az-a Azərbaycan Dillər Universitetinin mətbuat katibi Ağa Cəfərli təsdiqləyib. Onun sözlərinə görə, Novruz Məmmədov Azərbaycan Dillər Universitetinin elmi işlər üzrə prorektoru vəzifəsinə təyin edilib. Yeni prorektor sabah Universitetin kollektivinə təqdim olunacaq.  […]

Bakıda III “Beynəlxalq dərgi Qara dəniz sosial elmlər simpoziumu” keçirilir

Noyabrın 19-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun və Folklor İnstitutunun birgə təşkilatçılığı ilə III “Beynəlxalq dərgi Qara dəniz sosial elmlər simpoziumu” öz işinə başlayıb. Mektebgushesi.az xəbər verir ki, Mərkəzi Elmi Kitabxanada keçirilən simpoziumda azərbaycanlı alimlərlə yanaşı, Türkiyə, Qazaxıstan, Gürcüstan və digər ölkələrdən yüzə yaxın alim iştirak edir. Tədbirdə çıxış edən AMEA-nın […]

MDBMİ-də Azərbaycan həftəsi açılıb

Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda (MDBMİ) Azərbaycan həftəsi açılıb. AZƏRTAC xəbər verir ki, tədbir MDBMİ-nin Azərbaycan Klubunun 15 illiyinə həsr edilib. MDBMİ-nin prorektoru Artyom Malqin həftənin açılış mərasimində çıxış edib. O, Azərbaycan ilə daha yaxşı və daha yaxından tanış olmağa imkan verəcək bu tədbirin əhəmiyyətini vurğulayaraq deyib: “Bu tədbir Azərbaycana üz çevirməyə, sözün hərfi mənasında onun […]

AzTU-da Bakı Dövlət Universitetinin 100 illiyi qeyd olunub

Noyabrın 19-da Azərbaycan Texniki Universitetində (AzTU) ölkədə ali təhsilin və elmin inkişafında mühüm xidmətləri olan Bakı Dövlət Universitetinin (BDU) 100 illik yubileyinə həsr edilmiş tədbir keçirilib. Mektebgushesi.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan AzTU-nun rektoru Vilayət Vəliyev Azərbaycan dövlətçiliyinin qorunub saxlanılmasında və inkişafında, ölkədə maarifçiliyin, elmin tərəqqisində, milli ideologiyanın formalaşmasında Bakı Dövlət Universitetinin […]

Azərbaycan Ali Hərbi Məktəbində təhsil alan xarici kursantların sayı artıb

1939-cu ildə əsası qoyulan Azərbaycan Ali Hərbi Məktəbində yaradılan infrastruktur təhsil prosesinin müasir standartlara uyğun şəraitdə tədrisinə imkan yaradıb. Mektebgushesi.az xəbər verir ki, Müdafiə Nazirliyindən Modern.az-a verilən məlumata görə, hazırda ali təhsil ocağının 4 fakültəsinin 21 kafedrasında 23 hərbi ixtisas üzrə zabitlər hazırlanır. Təhsil ocağının daxilində hazırda 10-dan çox müxtəlif ixtisaslı məktəbin fəaliyyəti cəmləşdirilib. Təhsil müəssisəsində yaradılan […]

Dekabrda məktəb psixoloqların diaqnostik qiymətləndirilməsi keçiriləcək

Dövlət ümumi təhsil müəssisələrində çalışan psixoloqların bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçiriləcək. Diaqnostik qiymətləndirilmənin cari ilin dekabr ayında keçirilməsi nəzərdə tutulub. Mektebgushesi.az xəbər verir ki, diaqnostik qiymətləndirilmə zamanı psixoloqlara 60 test tapşırığı təqdim olunacaq. Namizədlər imtahan zamanı 90 dəqiqə ərzində test tapşırıqlarını cavablandıracaqlar. Hər düzgün cavab 1 balla qiymətləndiriləcək.

Xəzər Universitetinin müəllimi Gürcüstan Hərb Tarixi Cəmiyyətinin fəxri üzvü seçilib

Xəzər Universitetinin Tarix və arxeologiya departamentinin müəllimi, tarix üzrə fəlsəfə doktoru, dosent Səbuhi Əhmədov Gürcüstan Hərb Tarixi Cəmiyyətinin fəxri üzvü seçilib. Universitetdən AZƏRTAC-a bildirilib ki, cəmiyyətin sədri Mamuka Gogitidze və sədr müavini Giorgi Bejitaşvili tərəfindən təqdim edilən üzvlük diplomunda Səbuhi Əhmədovun Azərbaycan-Gürcüstan dostluq münasibətlərinin möhkəmləndirilməsində göstərdiyi səylər xüsusi qeyd olunub. Azərbaycanın hərb tarixinə həsr olunmuş bir […]